Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 0,75 Mb.
səhifə1/6
tarix21.10.2017
ölçüsü0,75 Mb.
#7327
  1   2   3   4   5   6

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

MAGİSTRATURA MƏRKƏZİ

Əlyazması hüququnda
Rüstəmov Aslan Valeh oğlu

(A.S.A)

“Milli iqtisadiyyatın dünya iqtisadiyyatına inteqrasiyasının nəzəri əsasları”

mövzusunda


MAGİSTR DİSSERTTASİYASI

İstiqamətin şifri və adı: 060404 İqtisadiyyat

İxtisaslaşma: İqtisadi nəzəriyyə

Elmi rəhbər: prof. Ü.Q.Əliyev


Magistr proqramının rəhbəri: dos. Əliyeva A.M.


Kafedra müdiri: prof. Ü.Q.Əliyev

Bakı – 2016


MÜNDƏRICAT:
Gİrİş ............................................................................................................... 3 -11
FƏSİL 1. MILLI iqtisadiyyatın formalaşması və dünya iqtisadiyyatına inteqrasiyasının nəzəri əsaslarının tədqiqi .........................................................................................................12-41
1.1Milli iqtisadiyyatın formalaşmasının konseptual əsasları ...............12-21

1.2Milli iqtisadiyyatın dünya iqtisadiyyatına inteqrasiyası ................. 21-31

1.3. Milli iqtisadiyyatın iqtisadi təhlükəsizliyi problemləri.................... 31-41



FƏSİL 2. Dünya iqtisadi böhranı şəraitində AZƏRBAYCANın xarici iqtisadi əlaqələri..........................42-58
2.1. Azərbaycanın xarici iqtisadi əlaqələrinin qiymətləndirilməsi................. 42-47

2.2. Qlobal iqtisadi böhranın dünya ölkələrinə yayılması və milli iqtisadiyyatlara təsiri istiqamətləri ................................................................................ ...47-58
FƏSİL 3. AZƏRBAYCAN RESPUBLİKASINın dünya iqtisadiyyatına inteqrasiyasının prespektivləri.......59-75
3.1. Azərbaycan Respublikasının dünya iqtisadiyyatına inteqrasiyasının mövcud vəziyyəti.................................................................................................... 59-67

3.2. Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiya siysəti......................... 67-75

Nəticə və təkliflər ..............................................................................................76-80

Ədəbiyyat siyahısı ............................................................................................ 81-86

GİRİŞ


Mövzunun aktuallığı. Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətlərinə uyğun olaraq qloballaşan dünyada milli iqtisadiyyatın dünya iqtisadiyyatına inteqrasiyası dahada sürətlənir. Təbii ki, son dövrlərdə xüsusilə qloballaşan dünyada elmi-texniki tərəqqi nəticəsində inkişaf obyektiv olaraq ötən əsrin sonlarında inzibati–amirlik iqtisadi sisteminin çökməsi ilə beynəlxalq aləmdə əlverişli sosial –iqtisadi mühit yütişmişdir. Belə bir şəraitdə aydın oldu ki, iqtişadi cəhətdən digər dövlətlərdən təcrid olunmuş ölkələr–obyektiv olaraq siyasi müttəfıqlər geriliyə və sosial perspektivsizliyə düçar olurlar. Ona görə də, tədricən beynəlxalq inteqrasiy obyektiv zərurətə çevrildi. Beynəlxalq iqtisadi inteqrasiya 80-ci illərin sonunda-90 cı illərin əvvəllərində öz inkişafında yeni mərhələyə daxil olmuşdur. Həmin dövrlərdə beynəlxalq inteqrasiya proseslərinə əvvəllər dünya təsərrüfatı sistemindən nisbətən təcrid olunnıuş çoxlu sayda ölkələr, о cümlədən inkişaf etməkdə olan ölkələr qoşulmağa başladılar.

Dünyada sosializmin dayağı olan SSRİ-nin labüddən çökməsi ilə keçmiş sovet məkanında olan dövlətlərin əvvəllər tamamilə fərqli prinsiplər əsasında formalaşmış əməkdaşlığının yeni bazar formalarına uyğun gələn əməkdaşlıq formasının yaranması zərurətə çevrilirdi.Yeni yaranan əməkdaşlıq formaları daha çox qarşılıqlı fayda prinsipinə əsaslanmalı idi. Həmdə keçmiş ittifaq dövlətində müttəfiq respublikaların dünya iqtisadiyyatına sərbəst inteqrasiya cəhdləri heç bir nəticə verə bilməzdi.

Azərbaycan Respublikasının xarici iqtisadi siyasət strategiyasının prioritet istiqamətlərindəı biri onun müasir dünya təsərrüfatı proseslərinə qoşulması və bu əlaqələrin daha da dərinləşməsidir. İnteqrasiyı proseslərinin eninə və dərininə inkişafı əvvəl totalitar iqtisadiyyat əsasında inkişaf edən onlarla ölkələrin bazar iqtisadiyyatı yoluna keçməsi ilə də şərtlənir. Bu, keçld iqtisadiyyatlı ölkələrdə bir çox yeni iqtisadi struktur dəyişikliklərinin baş verməsi 1lə nəticələndi. Xüsusi mülkiyyətin kütləvi özəlləşdirilməsi, xarici ticarətin və maliyyə xidmətləri sferasının liberalizasiyası, idarəetmənin administrativ metodlarınm ləğvi baş verdi.

XXI-ci əsrin əvvəllərindən dünyanm bir sıra dövlətləri qlobal dünyanın inkişaf inkişaf mexanizmini işləyir, beləki, yeni geosiyasi və geoiqtisadi güc mərkəzlər yaradılır. Bu prosesdə Azərbaycan gənc, müstəqil dövlət kimi, beynəlxalq regional əməkdaşlığın siyasi və iqtisadi təhlükəsizliyi təmin edə biləcək stabil sisteminin yaradılmasına can atır.



Milli iqtisadiyyatın formalaşdirılmasının ilkin mərhələsindən başlayaraq yeni müstəqillik əldə etmiş hər bir ölkədə olduğu kimi ölkəmizin dünya iqtisadi sisteminə inteqrasiyanın sürətləndirilməsi, dünyanın bir çox ölkələri ilə ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi Azərbayca hökumətinin qarşısında duran vacib vəzifələrdən olmuşdur.Bu öz əksini müxtəlif strateji-məqsədli proqramlarda xüsusi ilə də 2016-cı ildə qəbul edilmiş iqtisadiyyatın müxtəlif sahələrinin inkişafının strateji yol xəritəsində öz əksini tapmışdır. Mövcud şəraitdə dövlətimizin qarşısında duran ən mühüm vəzifə ölkənin ümumimilli təhlükəsizliyinin təmin edilməsidir. Hesab edirik ki,Azərbaycan kimi dövlətlər üçün İEÖ-in təcrübələrini öyrənmək üçün əlverişli şərait yaradır, onda demək olar ki, iqtisadiyyatın dünya təsərrüfatına inteqrasiyası hər bir ölkədə olduğu kimi dövlətimiz üçün də xüsusilə əhəmiyyətli məsələlərdənddir.İqtisadiyyatımız dünya təsərrüfatına inteqrasiyası ölkəmizə daxili istehsalçıların fəaliyyət bazarının həcminin genişləndirilməsinə, yeni müstəqillik əldə etmiş hər bir ölkədə oldğu kimi xarici investisiyalardanmilli mənafelərimizə uyğun faydalanmağa, əlverişli xarici siyasət mühitinin yaradılmasına, istər regionda, istərsə də dünyada gedən əsas iqtisadi layihələrdə iştiraka və s. əlverişli şərait yaradır. Lakin burada bir məsələni nəzərdən qaçırmaq olmaz ki, keçid dövründə dövlət, daxili bazarı xarici sahibkarlar üçün açmaqla yanaşıda istehsalçıların və satıcıların mənafeyini qorumaq üçün müvafıq iqtisadi mühitin yaradılmasını və milli mənafrlərə uyğun proteksionist siyasətin yeridilməsini də təmin etməlidir. Çünki dünya təcrübəsi göstərir ki, açıq tipli iqtisadiyyata keçid dövlətin güclü, çevik müdaxiləsi yolu ilə sistemli iqtisadi və hüquqi islahatları ilə müşayiət edilməzsə müəyyən müddətdən sonra inkişaf etməkdə olan ölkələr inkişaf etmiş sənaye ölkələrinin xammal əlavəsinə çevrilmək təhlükəsi qarşısında qalırlar və bu təhlükədən yalnız proteksionist siysət vasitəsi ilə xilas olmaq mümkündür. Beləliklə sözü gedən proseslərin Azərbaycanın tam milli maraqlarına uyğunlaşdırılması və xarici iqtisadi əlaqələrin uzunmüddətli milli mənafeləri nəzərə alaraq ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsinə yönəldilməsi üçün milli iqtisadiyyatın dünya təsərrüfatı ilə qarşılıqlı əlaqəsinin əsaslı şəkildə yenidən qurulmasına nail olmaq lazımdır.

Dissertasiya işinin predmetini formalaşmaqda olan milli iqtisadiyyatın dünya iqtisadiyyatına inteqrasiyası və dünya ölkələri ilə qarşılı əlaqəsinin təmin edilməsinin araşdırılması beynəlxalq iqtisadi münasibətlər və bununla bağlı formalaşan müasir meyllərin araşdırılması təşkil edir.

İşin tədqiqat obyektini isə respublikamızda mili iqtisadiyyatın formalaşması, dünya təsərrüfatına inteqrasiya beynəlxalq iqtisadi, ticarət və investisiya münasibətləri, onların ikitərəfli və çoxtəra tənzimlənməsi, milli mənafelərin rellaşdirılmasına əlverişli şərait yarada biləcək mexanizmin formalaşdırılması və s. təşkil edir.

Təqdim edilən problemin aktuallığı,müasir problemlərə uyğun gələn onun nəzəri və praktiki əhəmiyyəti dissertasiyanın mövzusunun seçilməsini müəyyən etmişdir, tədqiqatm predmet və obyei məqsəd və vəzifələri, həmçinin onun məntiqi və strukturunu şərtləndirir.



Dissertasiya təqiqatının məqsədi dünya təsərrüfatının müsasir şəraitdə beynəlmiləlləşməsinin qloballaşmasının müasir mərhələsində ölkə iqtisadiyyatm dünya təsərrüfatı ilə qarşılıqlı əlaqəsinin formalaşması və ondan milli mənfelərə uyğun faydalanması prosesinin və bu əlaqələrin nəzəri və praktiki aspektlərinin araşdırılması, təhlilini aparma bunun əsasında dövlətlərarası inteqrasiya prosesinin formalaşması mövcud vəziyyətini və onun aktual problembrini dəqiq üzə çıxarma Azərbaycanın dünya təsərrüfat əlaqələrinə inteqrasiyasını, həmçinin beynəlxa iqtisadi təşkilatlarla və regional iqtisadi qurumlarla qarşılıqlı iqtisadi əlaqələrin yeni prinsiplər əsasında formalaşması xüsusiyyətlərini tədqiq etmək, bu əlaqələrin müas mövcud vəziyyətinin və inteqrasiya prosesləri ilə bağlı həyata keçirilən dövlətin strateji siyasətinin mühüm xüsusiyyətlərini müəyyənləşdirmək, həmiçinin preoritet istiqamətləri dəqiqləşdirmək və təkmilləşdirilməsini araşdırmaqdan ibarətdir.

Məqsədə nail olmaqdan üçün tədqiqatın qarşısında bir sıra aşağıdakı mühüm vəzifələr dayanmışdır ki, bunlar da aşağıdakıların hərtərəfli və obyektiv təhlilini nəzərdə tutur :

  1. Milli iqtisadiyyatın formalaşmasə beynəlxalq iqtisadi inteqrasiya proseslərinin mahiyyətinin və onu şərtləndirən amillərin araşdırılaraq müəyyənləşdirilməsi, inteqrasiya prosesinin ümumnəzəri əsasları və iqtisadi inteqrasiyanm elmi nəzəriyyələrinin təkamül xüsusiyyətlərinin diqqətlə araşdırılması və onun yenidən normalaşan meylərinin müəyyənləşdirilməsi;

  2. İnteqras birıiikləri ilə əlaqənin xüsusiyyətlərini və növlərinin araşdırılıması və müasir beynəlxalq iqtisadiyyatda inteqrasiya proseslərinin reallaşmasının əsas istiqamətlərinin tədqiqi və fərqli xüsusiyyətlərinin dəqiqləşdirilməsi;

  3. Milli iqtisadiyyatm dünya təsərrüfatı ilə qarşılıqlı əlaqəsinin müəyyənedici,həlledici istiqamətlərinin araşdınlması və ölkə iqtisadiyyatınm dünya təsərrüfatma inteqrasiyasının obyektiv və subyektiv iqtisadi əsaslarının mənbələrinin müəyyənləşdirilməsi;

  4. Ölkələrarası təsərrüfat əlaqələrinin inkişafında beynəlxalq ticarətin və beynəlxalq investisiya münasibətlərinin rolu və beynəlxalq tənzimlənməsi istiqamətlərinin araşdırılması və müasir meyllərin və istiqamətlərinin müəyyənləşdirilməsi;

  5. Azərbaycan Respublikasının dünya ölkələri ilə, həmçinin beynəlxal iqtisadi təşkilatlarla və regional iqtisadi qurumlarla digə iqtisadi təşkilatlarla,birliklərlə qarşılıqlı iqtisadi əlaqələrini formalaşması xüsusiyyətlərinin tədqiqiq edib araşdıraraq perespektiv istiqamətlərinin müəyyənləşdirilməsi ;

  6. Azərbaycan Respublikasınm dünya ölkələri ilə iqtisadi əlaqələrini müasir vəziyyətinin təhlili və gələcəkdə təkmilləşdirilməsinin perespektiv istiqamətlərinin müəyyənləşdirilməsi.

Tədqiqatın informasiya bazasını dissertasiya işi ilə əlaqədar mövcud ölkə və xarici ölkə alimlərin və mütəxəssislərin araşdırmaları, beynəlxalq təşkilatların və bir sıra region quurumların inteqrasiyaya dair hesabatları və digər işçi materialları, dövlət hakimiyyəti ' idarəetmə orqanlarınn, xüsusilə də Respublikanın Dövlət Gömrük Komitəsinin, İqtisadi İnki« Nazirliyinin, Dövlət Statistika Komitəsinin, Xarici İşlər Nazirliyinin, Mərkəzi Bankın, beynəlxalq təşkilatların işçi materiallan və sənədləri, statistik və normath metodiki materiallar, bir sıra seminar və konfransların sənədləri, tədqiqat mövzı üzrə elmi araşdırmalar və digər elmi mənbələr təşkil etmişdir.

İşin nəzəri - metodoloji bazasını klassiklərin əsərləri, neoklassiklərin nəzəriyyələri, bu problemin müasir tədqiqatçılarının monoqrafiyaları, dünya təsərrüfat əlaqələri, milli iqtisadiyya dünya təsərrüfatı və dünya ölkələri ilə qarşılıqlı əlaqəsi, beynəlxalq iqtisadi inteqrasiya, beynəlxalq iqtisadi münasibətlər, ölkə iqtisadiyyatına müasir elmi yanaşmalar və konseptual aparat, müasir iqtisadiyyatda xarici iqtisadi əlaqələrin tənzimlənməsi ilə bağlı xarici ölkələrin iqtisadçı alimlərin əldə etdikləri nəticələr, beynəlxalq təşkilatları aparıcı mütəxəssislərinin tədqiqatları təşkil etmişdir. Tədqiqatda qarşıya qoyula məsələlərin həllinə nail olmaq üçün absraksiya, tarixi, müqayisəli təhlil, statistik, səbəb-nəticə funksional, məntiqi, struktur və dünya təsərrüfat əlaqələrinin tənzimlənməsinin, xaric iqtisadi əlaqələr sferası və beynəlxalq iqtisadi inteqrasiyanın tənzimlənməsinin əsas istiqamtlərinin tədqiqinin digər müəyyənedici metodları istifadə edilmişdir.

Tədqiqatın praktiki əhəmiyyəti onun Azərbaycan Respublikasının dövlə orqanları tərəfindən məqsədli proqramların tərtibi və reallaşdırılması zamanı, dünya təsərrüfat əlaqələri sisteminə səmərəli inteqrasiya prosesində, həmçinin xarici iqtisadi siyasətdə bəzi müddəaların real tətbiqinin mümkünlüyü ilə həmçinin müəllif tərəfmdən araşdırılan məsələlərin "iqdisadiyyata giriş", “Makroiqtisadiyyat”, "Beynəlxalq iqtisadi münasibətlər", "Beynəlxalq, "Xarici iqtisadi siyasət", "Geoiqtisadiyyat" kimi fənn istiqamətlərinin tədrisində köməkçi material kimi istifadə edilə bilər. Dissertasiya işi ölkəmizdə və həm də onun hüdudlarından kənarda milli iqtisadiyyatın dünya iqtisadiyyatına inteqrasiyası və xarici iqtisadi əlaqələrlə məşğul olan subyektlər xarici iqtisadi siyasət, beynəlxalq iqtisadi əməkdaşlıq, xarici iqtisadi fəaliyyət və xarici ticarət məsələlərinə aidiyyəti olana ali təhsil müəssisələrinin tədqiqatçıları üçün maraq kəsb edə bilər.

Tədqiqatın elmi yeniliyi. Dissertantın müəyyən etdiyi elmi yeniliklər aşağıdakı səciyyəvi cənətləri ilə müəyyən olunur :

- milli iqtisadiyyatını formalaşdıran ölkələr ilə iqtisadi əlaqələrinin səmərəli əsasda formalaşdırılmasının ölkənin davamlı iqtisadi inkişafına və dünya təsərrüfat əlaqələri sisteminə təsir imkanı əsaslandırılmışdır;

- Azərbaycanda milli iqtisadiyyatın formalaşmasının ölkəmiz üçün səciyyəvi cəhətləri önə çıxarılaraq araşdırılmış və dəqiqləşdirmişdir;

- iqtisadi inkişafın müasir mərhələsi üçün milli iqtisadi inkişfı stimullaşdıra biləcək amillərin quruplaşdirılması və onların reallaşdırılmasının tətbiqi imkanlarının müəyyənləşdirilməsi,

-ölkələrarası təsərrüfat əlaqələrinin inkişafında beynəlxalq ticarətin və beynəlxalq investisiya nıünasibətbrinin inkişafının rolu əhəmiyyəti geniş tədqiq edilmiş və əsaslandırılmışdır;


  • Azərbaycan Respublikasının beynəlxalq iqtisadi təşkilatlarla, inteqrasiya birlikləri və regiona iqtisadi qurumlarla qarşılıqlı iqtisadi əlaqələri geniş təhlil edilərək formalaşması xüsusiyyətləri müəyyənləşdirilmiş, təkmilbşdirilməsinin əsas istiqamətləri göstərilmişdir;

  • Azərbaycanın dünya təsərrüfatı ilə qarşılıqlı əlaqələrində, qarşılıqlı iqtisadi əməkdaşlıq və xarici iqtisadi əlaqələr sferasında dövlətin həyata keçirəcəyi xaric iqtisadi siyasətə və bununla bağlı strategiyanın reallaşdırılmasıina zəruri tələb müəyyənləşdirilmiş, Azərbaycan Respublikasında beynəlxalq iqtisadi münasibətbri: müasir vəziyyətinin, kompleks təhlili əsasında da onun taktika və strategiyasının, həmçinin xarici ticarət əlaqələrinin səmərəli əsasda qurulması istiqamətləri müəyyənləşdirilərək dəqiqləşdirilmişdir;

Dissertasiyanın strukturu giriş, üç fəsil, nəticə və təklifdən və ədəbiyyat siyahısından ibarətdir. Dissertasiyanın birinci fəsli “Milli iqtisadiyyatın formalaşması və dünya iqtisadiyyatına inteqrasiyasının nəzəri əsasları” adlanır. İlkin olaraq milli iqtisadiyyatın formalaşması problemləri araşdırımışdır. Həmçinin bu fəsildə müasir dövr üçün beynəlxalq iqtisadi inteqrasiya proseslərinin mahiyyəti açılmış və onu şərtləndirən amilər sadalanmış, xüsüsi ilə vurğulanmış, dövlətlərarası iqtisad əlaqərin formalaşmasının bütövlükdə ümumnəzəri əsasları və iqtisadi inteqrasiyanın elmi nəzəri əsaslarının təkamül xüsusiyyətbri geniş izah edilmiş, inteqrasiya birlikbrininin növləri və müasir beynəlxalq iqtisadiyyatda inteqrasiya proseslərinin reallaşması istiqamətləri ətraflı tədqiq edilmişdir.Buprosesdən respublikamızın faydalanma imkanı xüsusi vrğulanmışdır. Fəsildə diqqətlə araşdırılan məsələlərdən biri də iqtisadi təhlükəsizlik problemi olmuşdur.

Dissertasiyanın ikinci fəsli adlanır: "Dünya iqtisadi böhranı şəraitində Azərbaycanın xarici iqtisadi əlaqələri". Bu fəsildə Dünya iqtisadi böhranı, onun bu və ya digər dövlətlərin iqtisadi inkişafına təsiri diqqətlə araşdırılmışdır. Təbii ki, bu böhran Azərbaycandan da yan keçməmişdir. Azərbaycan Respublikasında bu böranın fəsadları və onun aradan qaldırılması yolları da diqqət mərkəzində olmuşdur.

Dissertasiyanın "Azərbaycan Respublikasının dünya iqtisadiyyatına inteqrasiyasının prespektivləri" adlı üçüncü fəslində ölkələrarası təsərrüfat əlaqələrinin inkişafında beynəlxalq ticarətin və beynəlxalq investisiya münasibətlərinin rolu geniş tədqiq edilmiş və beynəlxalq hüquqi tənzimlənməsi istiqamətləri müəyyənləşdirilmiş, milli iqtisadiyyatın dünya təsərrüfatı ilə qarşılıqlı əlaqəsinin beynəlxalq-hüquqi tənzimlənməsinin istiqamətləri araşdırılmış, ölkə iqtisadiyyatının dünya təsərrüfatına inteqrasiyasının hüquqi təminatı Azərbaycan Respublikasınm beynəlxalq iqtisadi təşkilatlarla və regional iqtisadi qurumlarla qarşılıqlı iqtisadi əlaqələrinin formalaşması xüsusiyyətləri geniş tədqiq edilmiş, Azərbaycan Respublikasının dünya ölkələri ilə iqtisadi-ticarət əlaqələrinin müasir vəziyyətinin geniş və kompleks təhlili və gələcək prioritetlərinin müəyyənləşdirilməsi istiqamətində tədqiqat aparılmış. Azərbaycanın dünya təsərrüfatı əlaqələrinə inteqrasiyası siyasətinin əsas istiqamətləri ətraflı öyrənilmişdir.

Dissertasiya işində nəticə və təkliflər çıxarılmış, istifadə olunan ədəbiyyat siyahısı və resurslar geniş təqdim edilmişdir.



FƏSİL 1. MILLI iqtisadiyyatın formalaşması və dünya iqtisadiyyatına inteqrasiyasının nəzəri əsaslarının tədqiqi

    1. Milli iqtisadiyyatın formalaşlmasının konseptual əsasları .

Artiq birmənalı şəkildə demək olar ki, respublikamızda milli iqtisadiyyat formalaşdırılmışdır. Ölkənin Təbii-iqtisadi potensialı bütünlükdə milli mənafelərimizin reallaşdırılmasına hər cür əlverişli şərait yaratmaq imkanındadır. Klassik milli iqtisadiyyat nəzəriyəsinin prinsiplərinə uyğun olaraq məhdud məkanda sistem yaratma funksiyasına uyğun olaraq (ölkə sərhədləri hüdudlarında) milli sərvətin mülkiyyətçisi olan ölkə bütün iqtisadi potensialın şəriksiz mülkiyyətçisi qismində çıxış edir. Ölkəmiz müxtəlif dövrlərdə müstəqillik qazansa da nəticədə azadlığını itirib. Həmdə həmin müstəqillik illərində ölkənin iqtisadiyyat müasir milli iqtisadiyyat anlayışı ilə eyniyyət təşkil etməyib. Bugünki anlayış baxımından milli iqtisadiyyatlar şətri olaraq coğrafi sərhədəlri ilə bir-birindən ayrılıblar. İqtisadi cəhətdən isə kifayət dərəcədə çulğalaşmış, inteqrasiya olunmuş formada fəaliyyət göstərirlər. İnteqrasiya etmiş milli iqtisadiyyatlar kifayət dərəcədə bir-birindən faydalanmaq imkanına malik olduqlarına görə onların iqtisadi inkişafında müəyyən bir uyğunluq müşahidə olunur. Ən azından onların iqtisadi inkişafında bazar münasibətlərinin müəyyənedici rol oynaması hər bir ölkəni milli resurslarından səmərəli istifadə etməyə məcbur edir. Səmərəli istifadə nəticəsində milli iqtisadiyyatlar inkişaf edir və qlobal iqtisadiyyat formalaşır. Milli iqtisadiyyatlar qlobal iqtisadiyyatın mühüm tərkib hissəsidir. Hər bir milli iqtisadiyyat öz iqtisadi potensialına uyğun olaraq qlobal iqtisadiyyatın inkişafına öz töhfəsini verir. Öz növbəsində milli iqtisadiyyatlar qlobal iqtisadiyyatın üstünlüklərindən faydalanmaq imkanına malikdir. Qlobal iqtisadiyyatda dünyanını aparıcı dövlətləri təmsil olunduğından milli iqtisadi ölkələr onların iqtisadi inkişaf sahəsindəki təcrübəsindən yararlanaraq öz iqtisadiyyatını daha mütərəqqi prinsiplər əsasında inkişaf etdirə bilirlər. Bu mütərəqqi iqtisadi inkişaf prinsiplərinin tətbiqi nəticəsində milli iqtisadi inkişafa nail olmaq yeni müstəqillik əldə etmiş ölkələr üçün daha xarakterikdir. Adətən bir iqtisadi sistemdən yeni mütərəqqi sistemə keçən suverinlik əldə edən ölkələrdə investisiya imkanları həddindən artıq məhdud olur. İnkişaf etmiş bazar sistemli ölkələrin investisiya imkanları isə kifayət dərəcədədir. Həm də bu ölkələr investisiyanın tətbiqi məqsədi ilə xam bazarlar axtarırlar. Xam bazar kimi isə investisiya tətbiqi üçün yeni müstəqillik əldə etmiş ölkələrin bazarları çıxış edir.

Yeni müstəqillik əldə etmiş suverin dövlətlər isə bu investisiyadan milli iqtisadiyyatlarının qərarlaşması məqsədi ilə istifadə etmək imkanə əldə edirlər.

Ölkəmizdə sadalanan prinsiplərə uyğun milli iqtisadiyatımızın formalaşdırılması formalaşması kifayyət dərəcədə keçd dövrünü yaşayan ölkələrdəki qanunyğunluqlarla yanaşı fərqli cəhətləri ilə diqqəti cəlb edir.

İqtisadi tədqiqatların əsasını təşkil edən obyektiv iqtisadi inkişaf qanunları istənilən sistem dəyişikliyi mövcud rellığı özündə əks etdirir. Sovet sisteminin mövcudluğu dövründəki özünün üstünlüklərini reallaşdırma imkanları məhdudlaş-dıqca bu sistemin süqutu ilə onun yerinə yaranacaq yeni iqtisadi sistemin əsaslarını təşkil etəcək bazar münsibətlərinin formalaşmasına əlverişli şərait yaranır.

Ötən əsrin 80-ci illərinin ortalarından başlayaraq inzibati-amirlik iqtisadisistemində sosialist müəssisəsini əmtəə istehsalçısına çevrilməsinə təşəbbüs göstərilməsi, bu prosesə müəyyən səviyyədə nail olunması, arzuolunan nəticəni verməsə də, nəhayyət bazar dəyişikliklərinin həyata keçirilməsini qabarıq şəkildə göstərirdi.

İnzibati-amirlik –iqtisadi sistemi şəraitində onun sosial-iqtisadi təbiətinə yad olan müttəfiq respublikalarin iqtisadi müstəqilliyi haqqında qəbul olunan hüquqi akt müttəfiq respublikaların təsərrüfat subyektlərinin məhdud miqdarda da olsa dünya bazarına məhsul çıxarmasına şərait yaratmışdır.

Ölkə iqtisadiyyatında və onun subyektləri olan müttəfiq respublikaların iqtisadiyyatında baş verən bu dəyişikliklər iqtisadi sistemin qapalılığı üzündən istənilən səmərəni verə bilmədi.

Sosializm şəraitində bazar mexanizminin elementlərindən istifadənin yaranmış sosial-iqtisadi problemləri həll etmə imkanının olmaması, sosialist mülkiyyətindən bazar münasibətlərinin sosial-iqtisadi təbiətinə uyğun xüsusi mülkiyyətin formalaşdırılmasını zərurətə çevirirdi, tədricən keçid dövründə buna nail olundu. Xüsusi mülkiyyətin cəmiyyətin hakim iqtisadi münasibətinə çevrilməsi isə sistem dəyişikliyi etmədən mümkün deyildi.

SSRİ-nin süqutu və bütövlükdə sosializm laqerinin dağılması nəticəsində yeni yaranan suveren dövlətlər və Şərqi Avropa dövlətləri dövlət mülküyyətinin özəlləşdirilməsi yolu ilə xüsusi mülküyyəti formalaşdırmağa başladılar Yeni iqtisadi sistemə uyğun bazar münasibətlərinin formalaşdırılması keçid dövründən başlayaraq bütövlükdə keçid dövründə aşağıdakı iqtisadi-sosial tədbirlərin bazar sisteminin tələblərinə uyğun reallaşdırılmışdır:



  • Ictimai mülküyyətin cəmiyyət miqyasında dövlətsizləşdirməsi və özəlləşdirməsi və bazar sisteminə uyğun Azərbaycan Respublikasında dövlət və özəl mülkiyyətin 30/70 faizlik optimal nisbətinin formalaşdırılması;

  • iqtisadiyyatda və idarəetmədə inzibati-amirlik inhisarçılığını sındırmaq və xüsusi sahibkarlığın bütün formalarının inkişafına(kiçik,orta, böyük) əlverişli şərait yaradılması;

  • yeni reallığa uyğun yüksək səviyyədə olan inflyasiyanın yumşaldılması və tədricən nəzarət altına alınması tədbirlərinin işlənib hazırlanması və reallaşdırılması mexanizminin yaradılması;

  • olkədəki kütləvi əmtəə və xidmətlər qıtlığının daxili və xarici fəaliyyəti canlandırmaqla aradan qaldırılması ,ölkə əhalisinin zəruri təlabatlarının əhəmiyyətli hissəsinin daxili istehsal hesabına ödənilməsinin təmin edilməsi;

  • özəlləşdirmə vasitəsi ilə iqtisadi fəallığı canlandırmaqla işsizliyin yumşaldılması və tədricən minumum hədə endirilməsi;

  • əmək fəaliyyətinə iqtisadi maraq yaradılması;

  • sosializmidən yeni iqtisadi sistemə miras qalmış ələbaxımlıq psixologiyasının aradan qaldırılması istiqamətində müəyyən tədbirlər işlənib hazırlanması;

Bazar iqtisadiyyatına keçid şəraitində milli iqtisadiyyatın formalaşdırılmasının nəzəri problemlərini tədqiq edən U.Q.Əliyev yazırdı: ”Bazar iqtisadiyyatına keçid və milli iqtisadiyyatın formalaşdırılması şəraitində yuxarıda sadalanan tədbirlərin həyata keçirilməsi özəlləşdirmə, makroiqtisadi sabitləşmə, sahibkarlığın stimullaşdırılması və xarici iqtisadi fəaliyyətin liberallaşdırılması və canlandırılması yolu ilə ilə əlverişli reallaşma imkanı əldə edir.

Məlumdur ki, bazar iqtisadiyyatı real sektorla maliyyə sektorunun: əmtəə və xidmətlər, əmək və kapital bazarının qarşılıqlı əlaqəsinin və asılılığının mövcudluğu şəraitində normal fəaliyyət göstərə bilər”. (1.səh.25)

Azərbaycan Respublikası müstəqillik əldə etməsi ilə bazar iqtisadiyyatını əmtəə və pul-kapital qıtlığı, kütləvi işsizlik,qıtlıq iqtisadiyyatı şəraitində formalaşdırmağa bağlamışdır.

Bir sıra bazar sistemli ölkələr Azərbaycan Respublikasına xam bazar, hələlik heç bir ölkənin təsiri altında olmayan bir ölkə kimi baxırdılar.

Ölkəmizdə beynəlxalq əməkdaşlığın formalaşdırılmasında sovet dönəmində zorla yadlaşdırılmış milli və dini yaxınlığa üstünlük verilirdi. U.Q.Əliyev yazır, “Təsadüfi deyildi ki, postsovet məkanındakı ənənəvi iqtisadi əlaqələr qırıldığından və həmin ölkələr daha çox iqtisadi siyasi böhran şəraitində yaşadığından yeni iqtisadi əlaqələrin formalaşdırılmasında Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələrində Türkiyə Respublikası və İran İslam Respublikası ilə xarici ticarət əlaqələri üstünlük təşkil etmişdi”. (1.səh.30”

Müstəqillik illərinin ilkin dövründə Respublikamızda əhalinin maliyyə resurslarının məhdudluğu, milli istehsalın ölkə vətəndaşları tərəfindən canlandırılmasına imkan verməmiş və əsasən kiçik həcmli xarici kapitalın (50 min dollara qədər) müəyyən xüsusi çəkiyə malik olmasına əlverişli şərait yaratmışdır. Çörək istehsalında emal müəssisələrində bu xarici fərdi kapitallar müəyyən dirçəlişə şərait yarada bilmişdi.

Keçid dövrünü ilkin mərhələsində milli manat daxili bazarda müəyyən dövr xarici valyutalara sabit nisbətini saxlaya bildi. Milli iqtisadi məkanda dövriyyəyə buraxıldığı ilkin dövrdə alıcılıq qabiliyyəti inzibati qaydada müəyyənləşdirilən nisbətə uyğun gəlirdi. Bu zaman istehsal canlanmadığından, makro-iqtisadi sabitliyə nail olunmadığından milli manatın inflyasiyaya uğramasının qarşısını almaq mümkün olmadı. Xarici valyutaların (dolların, rublun və s.) dövriyyədə istifadəsi qanunvericiliklə qadağan olunsa da milli manatımız möhkəmlənənə qədər dövriyyədə onunla bir arada paralel olaraq digər valyutalardan da istifadə olunmuşdu. Təbii ki, bu müəyyən müddət öz mənfi təsirini qara bazarda göstərmişdir.

Milli iqqtisadiyyatın keçid dövründə formalaşdığı şəraitdə qarşıda duran ilkin və mühüm vəzifələrdən biri də xidmətlər bazarının formalaşdırılması və inkişafıdır. Bu bazar həm istehsal təyinatlı həm də qeyri-istehsal təyinatlı əmtəə və xidmətlər bazarını özündə cəmləşdirməlidir ki, nəticədə istehlak təyinatlı əmtə və xidmətlərə tələb yetərincə ödənilə bilsin. Doğrudur bu o qədərdə asan məsələ deyil. Bazar iqtisadiyyatının formalaşdırılmasının digər şərtləri ilə yanaşı mühüm şərtlərindən biri də keçid dövrünün ilkin mərhələsində qarşılaşdığımız problemli sahələrdən olan maliyyə bazarının yaradılmasıdır. Qiymətli kağızlar bazarı (səhm, istiqraz, özəlləşdirmə çekləri, xarici vətəndaşlara özəlləşdirmədə iştirak hüququ verən opsionlar və s.) bazarın spesifik forması olub bazar iqtisadiyyatının normal fəaliyyətini təmin edən şərtlərdən biri kimi çıxış edir. Doğrudur bir sıra çətinliklər üzündən bu gündə qiymətli kağızlar bazarını formalaşdıra bilməmişik. Bir sıra inkişaf etmiş ölkələrdə qiymətli kağızlar bazarından əldə olunan gəlirlər UDM-də əhəmiyyətli xüsusi çəkiyə malikdir. Inkişaf etmiş bazar sistemli ölkələr də qiymətli kağızlar bazarının yeri göz qabağındadır. U.Q.Əliyev yazırdı, “Bazar iqtisadi sisteminə keçən ölkələrdə o cümlədən də, Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının formalaşması bir sıra çətinliklərlə qarşılaşır. Özəl sektorda fəaliyyət göstərən orta və iri müəssisələrin qiymətli kağızlar buraxması imkanı məhduddur. Bir çox müəssisələrin gəlirlilik səviyyəsi yüksək olmadığından onların qiymətli kağızlarına da tələb aşağı olur”. (1.səh.45) Respublikamız da qiymətli kağızlar bazarını real hərəkətə gətirmək üçün strateji yol xəritəsində bir sıra məsələləri nəzərdə tutmuşdur.

Bazar iqtisadiyyatına keçidin ilkin mərhələsində qarşıda duran mühüm vəzifə əmək bazarının yaradılması və tənzimlənməsidir.İşsizliyin səviyyəsi həddindən artıq yüksək olduğundan bu problemi qısa bir müddəıtdə həll etmək o qədərdə asan deyildi. Inzibati-amirlik iqtisadi sistemində özünə möhkəm yer tutmuş təminatlı məşğulluq bazar iqtisadi sisteminə keçidlə öz ömrünü başa vurdu. Iş qüvvəsini də əmək bazarı vasitəsi ilə reallaşmasına zərurət yarandı. Keçidin ilkin mərhələsində işsizliyin kütləvi xarakter olması səmərəli əmək bazarının formalaşmasına mane olurdu. Özəlləşdirilən dövlət müəssisələrinin fəaliyyətinin bərpası xarici və müştərək müəssisələrinin yaradılması yeni iş yerlərinin açılması iş qüvvəsinə də tələbi artırır və tədricən tələb və təklif əsasında fəaliyyət göstərən əmək bazarı formalaşmağa başlayırdı. Keçid dövründə həyta keçirilmlş bir sıra məqsədyönlü tədbirlər işsizliyinin səviyyəsinin minimuma endirilməsinə əlverişli şərait yaratmışdır.

Xüsusi mülkiyyətin əlahiddələşmə və məhdud məkanda sistemyaratma xassəsini və onun fərqli cəhətləri də milli iqtisadiyyatın formalaşmasının əsas istiqamətlərindən biri kimi qəbul edirlər. Istehsal vasitələrinin xüsusi mülkiyyətcisinə çevrilən insanlar, sahibkarlar dövlətlə birlikdə milli iqtisadiyyatın formalaşmasında fəal iştirak edirlər.

Azərbaycan iqtisadiyyatının tədqiqatçıları araşdırma nəticəsində bu qənaətə gəlirlər ki, sovet dönəmində və müstəqilliyin ilk illərində həyata keçirilən iqtisadi siyasətin müxtəlif mərhələlərinin səmərəli uzlaşdırılması Azərbaycanın nəinki bölgədə həmçinin dünyada güclü dövlətlərdən birinə çevrilməsində müəyyənedici rol oynamamışdır.

Ölkəmizin milli problərinin həllində ən böyük maneələrdən biri də müasir dünya üçün xarakterik onun qlobal problemlərlə, dünya iqtisadi böhranı ilə çulğalaşmış şəkildə baş verməsidir. Bu gün dünya iqtisadiyyatına çox ciddi zərbə vuran maliyyə böhranı bir qrup ölkələrdə milli iqtisadiyyatların formalaşması dövrünə təsadüf etdiyindən ona mane olan əsas amillərdən biri kimi çıxış edir. Hesab edirəm ki, kapitalın təbiətinə xas olmayan sosial problemlərin həlli funksiyasını öz üzərinə götürməsi cəhdi onun özünü saxlama və qoruma instinqdini zəiflədir. Qlobal iqtisadi böhran beynəlxalq iqtisadi əlaqələrin ən həssas nöqtələrindən olan maliyyə münasibətlərinə sarsıdıcı zərbə vurdu. Belə bir şəraitdə subyekt (Antiböhran tədbiri həyata keçirən dövlət qurumu və ya şəxs) obyektiv iqtisadi inkişaf qanunlarının yol verdiyi hədd daxilində iqtisadiyyata təsir göstərərək maliyyə resusrlarından milli məqsədlərin reallaşmasına səmərəli istifadə mexanizmi yaratmağa çalışır.

Azərbaycan Respublikasının sərbəstləşdirilmiş maliyyə vəsaiti ( neft fondunun vəsaiti və Mərkəzi Bankın ehtiyat fondu təxminən 50 mlrd. ABŞ dolları 2014-ci il ) müxtəlif xarici banklarda saxlanılırdı. (2016-cı ilin sonuna bu vəsait əhəmiyyətli dərəcədə azalmışdır). Artıq Azərbaycan Respublikasının prezidenti bu vasitələrin ölkə banklarında yerləşdirilməsinə göstəriş verib. Nəzərdə tutulur ki, bu vəsaitlər dövlətin müvafiq orqanlarının ciddi nəzarəti altında real sektorun kreditləşməsinə istifadə olunsun. İxrac yönümlü məhsul istehsal edın müəssisələrin iqtisadi göstəricilərinin pisləşməsinə yol verməmək nəzərdə tutulur.

Bütün ölkələr beynəlxalq maliyyə qurumlarının yeni müstəqillik əldə etmiş dövlətlər beynəlxalq maliyyə qurumlarına inteqrasiyanın asılı olaraq milli probləmlərin həllində ondan fərqli formada faydalanır. Müasir şəraitdə beynəlxalq maliyyə qurumlarının imkanlarının nisbətən məhdudluğu şəraitində daxili resursların çevik hərəkətə gətirilməsinə üstünlük verilməlidir.

Azərbaycan Respeblikasında bu mənbələrin optimal əlaqələndirilməsi nəticəsində bir sıra mühüm problemlər artıq həll edilmişdir:

1.Olkəmizdə milli iqtisadiyyatın bir sıra problemləri həll edildiyindən enerji təhlükəsizliyinin, ərzaq təhlükəsizliyinin, nəqliyyat təhlükəsizliyininin təmin edilməsi artıq reallıqdır. Artıq Azərbaycan bir sıra ölkələrin enerji təminatçısı kimi çıxış edir.

Yeni müstəqillik əldə edən ölkələr qarşısında duran ən mühüm vəzifələrdən biri onun dünya iqtisadiyyatına səmərəli inteqrasiyası dünya təsərrüfatının müstəqil subyektinə çevrilməsi məsələləridir. Müstəqillik əldə edən hər bir ölkə öz imkanlarını rellaşdırmaq üçün dünya iqtisadiyyatına səmərəli inteqrasiya edərək ondan milli mənafeyinə uyğun iqtisadi inkişafa nail olmalıdır.

Mili iqtisadiyyatın formalaşdırılmasının digər mərhələsi kimi Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsinin II dövlət proqramının reallaşdırıldığı (1995-1998-ci illər) dövrü götürmək olar. Döğrudur bu məsələdə tədqiqatçıların yanaşmasına uyğun olaraq fərqli mənbələrdə fərqli yanaşma mövcuddur.Bu dövrdə orta və iri dövlət müəssisələrinin pulla və çeklə özəlləşdirilməsi həyata keçirilmişdir. Orta və iri sahibkarlığın formalaşması əsasən bu dövrə təsadüf edir. Azərbaycan Respublikasının hər bir vətəndaşı əldə etdiyi özəlləşdirmə payına uyğun olaraq (çeklə özəlləşdirmə) orta və iri dövlət müəssisələrinin özəlləşdirilməsində iştirak edirdi.Pulla özəlləşdirmə nəticəsində dövlət büdcəsinə nəzərdə tutulduğu qədər vəsait cəlb etmək mümkün olmamışdır.

Milli iqtisadiyyatın formalaşmasının ikici mərhələsində həyata keçirilən ən mühüm iqtisadi tədbirlərdən biri də aqrar bölmədə bazar münasibətlərinin formalaşdırılmasıdır. Aqrar bölmədə də bazar münasibətlərinin formalaşması bir neçə mərhələni əhatə edir.Bu islahatlara 1995-ci ildən başlanmasına baxmayaraq çox qısa müddətdə bəhrə verməyə başlamışdır.

Ölkəmizdə iqtisadi islahatların aparıldığı ilkin dövrlərdə aqrar islahatların səmərəliliyindən söhbət gedə bilməzdi.Aqrar islahatların hüquqi bazasının yaradılması aqrar islahatların digər keçid iqtisadiyyatlı olkələrlə müqayisədə qısa bir müddətdə nəticəliliyi ilə fərqlənirdi.Bazar iqtisadi sisteminə keçid dövrünün ilkin mərhələsində sosialist kənd təsərrüfatı müəssisələrinin səmərəli fəaliyyətindən söhbət gedə bilməzdi. Mahiyyət etibarı ilə kolxoz təsərrüfatı kooperativ mülküyyətinə uyğun gəlsə də o tamami ilə sosialist mülküyyətinin eyni idi. Onların çoxu iflas səviyyəsində idi.

Ölkəmizdə sosialist kənd təsərrüfatı müəsisələrindən fərqli olaraq xüsusi mülküyyətin təbiətinə uyğun gələn və bazar prinsipləri ilə işləyən kənd təsərrüfatı müəsisələri səmərəli fəaliyyət göstərir. Ölkəmizdə kənd təsərrüfatı məhsulları istehsalı artıq ölkə əhalisinin təlabatını ödəyə biləcək səviyyədədir. Ölkə əhalisinin zəruri yaşayış vasitələrinə olan təlabatının əhəmiyyətli hissəsi daxili istehsal hesabına ödənilir.Kənt təsərrüfatı məhsullarının demək olar ki hamısı ozəl kənd təsərrüfatı müəsisələri tərəfindən istehsal olunur.Olkəmizdə qəbul olunan strateyi yol xəritəsində kənd təsərrüfatı iqtisadiyyatın əsas sektorlarından biri kimi diqqət mərkəzində saxlanılır. Nəzərdə tutulur ki bu sahənin inkişafının stimullaşdırılması ilə bir sıra ciddi problemləri həll etmək mümkündür. Kənd təsərrüfatı istehsalını stimullaşdırmaqla idxalı minumuma endirmək,idxala səırf olunan volyuta ehtiyyatlarına qənaət etmək nəzərdə tutulur. Aqrar bölmədə aparılan islahatların müvəffəqiyyətliliyi özünü bu sahədə çalışan muzdlu işçilərin əmək haqqının artımında da göstərmişdi. Kənd təsərrüfatında çalışanların orta nominal əmək haqqı 2005-ci ildəki 41.6 manatdan 2015-cu ildə 160. manata çatmışdır (denominasiya nəzərə alınmaqla).Yol xəritəsinə uyğun olaraq aqrar sektorun xüsusi ilə diqqət mərkəzinə gətirilməsi aqrar sektorda çalışanların əməkhaqqının nəzərə çarpacaq dərəcədə artmasına şərait yaradacaq.

Milli iqtisadiyyatın formalaşması və inkişafının IV mərhələsi kimi dövlət mülküyyətinin özəlləşdirilməsinin əsasən başa çatdığı 1998-2003-cü illəri göstərmək olar. Bu dövrdə iqtisadi islahatlar uğurla davam etdirilmiş, xüsusi sahibkarlığın bütün növləri (kiçik, orta və iri) hakim iqtisadi münasibətə çevrilmişdi. Ölkə hüdudlarında təsərrüfat subyektləri arasında bazar əlaqələri mütəmadi xarakter alır.Milli iqtisadiyyat perspektivi üzrə strateyi yol xəritəsində göstərildiyi kimi aqrar istehsal milli iqtisadi inkişafın əsas sektorlarından biriə çevriləcək.

Fərqli yanaşma əsasında V mərhələ kimi 2003-2008-ci illəri göstərmək olar. Bu mərhələdən başlayaraq Azərbaycan iqtisadiyyatı üçün dayanıqlı iqtisadi inkişaf səciyyəvidir. Bu dövr həmdə Azərbaycanda keçid dövrünün başa çatması ilə səciyyələnir. Keçid dövrünün başa çatmasının əsas göstəricisi olan start kapitalının formalaşması bu mərhələdə başa çatır. Bu mərhələdən başlayaraq ÜDM-də qeyri-dövlət sektoru böyük xüsusi çəkiyə malik olur. ÜDM-də 2015-cü ildə qeyri-dövlət sektorunun payı 83,7 % olmuşdu. Kənd təsərrüfatı məhsullarının 99,8 %-i özəl sektorda istehsal olunur.İqtisadiyyatın əsas sektorlarından biri olan kənd təsərrüfatı rəqabət qbiliyyətli məhsul istehsal etməklə milli iqtisadiyyatın dünya iqtisadiyyatına inteqrasiyasında əhəmiyyətli rol oynayacaq.

Ölkəmizdə qərarlaşan bazar iqtisadiyyatının fəliyyət mexanizminin çevik hərəkətə gətirilməsiiqtisadi inkişafı stimullaşdırmaqla yanaşı xüsusi mülküyyətində səmərəli reallaşması mexanizmini çevik hərəkətə gətirir. Təsərrüfat subyektləri istisadi xüsusi mülküyyət maraqlarına uyğun tərəf müqabili seçir,onların resurslarının istehsal sahələri arasında bölgüsündə qiymət mexanizmi müəyyənedici rol oynayır. Tələbin təklifi stimullaşdırılması yolu ilə iqtisadi inkişafın sabit artım tempi təmin edilir.Son illərdə iqtisadi artım tempinin aşağı düşməsi nəticəsində son dövrlər tələb-təklif arasında müəyyən uyğunsuzluq yaranmışdır. Təbii ki bu uyğunsuzluq təkcə Azərbaycan gerçəkliyindən irəkli gəlmir. Dünyada baş verən müsir problemlərdə olkə iqtisadiyyatına təsirsiz ötüşmür. ÜDM-in böhran anına qədər ki, səviyyəyə çatması da keçid dövrünün başa çatmasını səciyyələndirən başlıca cəhətlərdən hesab olunur. 2016-ci ilin sonuna Respublikamızda ÜDM istehsalının təxminən 61 mld. manat səviyyəsində olacağı proqnozlaşdırılır.



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin