AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
Azərbaycan Dövlət iqtisad Universiteti
“SABAH” Mərkəzi
Fərhad Ağayev
Dövlət idarəçiliyi sahəsində strateji menecmentin tətbiqi problemləri: Azərbaycan Respublikası nümunəsində
Elmi rəhbər: Seymur Əliyev
TƏŞƏKKÜRNAMƏ
SABAH mərkəzində təhsil imkanlarını dəyərləndirməyimə şərait yaratdığı üçün SABAH mərkəzinə və rəhbərliyinə, elmi tədqiqatlarımda dəstək olan ,yol göstərən, akademik etikaya hörmətin labüdlüyünü aşılayan elmi rəhbərim Seymur Əliyevə, diplom işimdə istifadə etdiyim, rasional və analitik düşünən və yazan ədəbiyyat yazarlarına , mənim üçün həyati önəm kəsb edən araşdırmama olan qatqılarına görə minnətdarlığımı bildirirəm.
XÜLASƏ
Dünyamızdakı sürətli dəyişmə prosesindən asılı olaraq təşkilatların varlığını təmin etmək üçün bir sıra idarəetmə üsulları inkişaf etmişdir. Bu üsulların içərisində strateji idarəetmə biliyə əsaslanması, aktual inkişaf proseslərinə özünü adaptasiya etməsi və gələcəyə istiqamətli olması səbəbiylə ən çox seçilən idarəetmə modeli halına gəlmişdir.
Hər keçən gün daha çox sahədə qarşımıza çıxan strateji planlaşdırma və strateji idarəetmənin inkişaf prosesi və xüsusiyyətləri işimizdə ələ alınmışdır. Strateji idarəetmə, çağımızda artıq bütün təşkilatlar üçün lazımi olan bir idarəetmə tərzi halına gəlmişdir. Fərqli fərqli strukturlara sahib təşkilatların xüsusiyyətləri və içində olduqları şərtlərə bağlı olaraq məqsədlərinə uyğun bir idarəetmə modeli meydana gətirmə ehtiyacı strateji planlaşdırma və strateji idarəetməni ümumi xüsusiyyətləri ilə işimizdə tədqiqat obyekti etməmizi tələb etmişdir.Strateji idarəetmənin əsas xüsusiyyəti olan sistematik və bütöv yanaşma prinsipi idarəetmənin istər ictimai istərsə də özəl sektor təşkilatları kimi bütün təşkilatların performansını artıracağı fikrinin tədqiqatımızda yer almasına səbəb olmuşdur.
İşimizin birinci hissəsində, strategiya və planlaşdırma anlayışları ümumi bir araşdırma mövzusu olaraq ələ alınmışdır.
İkinci bölmədə, strateji idarəetmə və strateji planlaşdırma təhlil edilir. Strateji idarəetmənin inkişafı, xüsusiyyətləri və prosesi, xüsusilə strateji idarəetmənin strateji planlaşdırmadan fərqi müzakirə olunur.
Sonuncu fəsil olan üçüncü fəsildə dövlət idarəçiliyi problemləri və strateji idarəetməsinin dövlət idarəçiliyinə faydaları, eləcə də tətbiqi çətinliklər müzakirə olunur.
MÜNDƏRİCAT
Xülasə 1
Giriş 3
I.FƏSİL 4
STRATEGİYA VƏ PLANLAMA ANLAYIŞLARI 4
I.1.Strategiyanın tərifi və Əhatə dairəsi 4
I.2. Planlaşdırmanın Tərifi və Əhatəsi 13
Dostları ilə paylaş: |