Misal 2.4.3. Rezident şirkət xarici bankdan (kredit təşkilatından) 1 oktyabr 2011 tarixində 100 000 dol. məbləğində kredit götürmüşdür. Kreditin müddəti 6 ay, illik faiz dərəcəsi – 10% təşkil edir. Faiz üzrə öhdəliyin əsas borcla birlikdə qaytarılması nəzərdə tutulmuşdur. Şərtlərdən göründüyü kimi, kreditin alınması üzrə, həmçinin borcun əsas məbləğini və faiz üzrə öhdəliklərin ödənilməsi, eləcə də həmin öhdəliklərin yaranması və ödənilməsi prosesində meydana çıxan məzənnə fərqləri cari valyuta əməliyyatları kimi uçota alınmalıdır.
Beləliklə, alınmış borc – 100 000 dol., faiz xərci / öhdəliyi 100 000 dol. : 12 6 = 5000 dol., məzənnə 1 dol. / 1,60 man. təşkil edir.
01.10.2011 tarixində xarici bankdan alınmış 100 000 dol. məbləğinə belə yazılış tərtib olunacaqdır:
Debet 223 Bank hesablaşma hesabları – 100 000 dol. / 160 000 man.
Kredit 501 Qısamüddətli bank kreditləri – 100 000 dol. / 160 000 man.
31.12.2011 tarixində son məzənnə (spot məzənnə) – 1 dol. / 1,30 man. olmuşdur.
Hesabat ilinin sonuna:
a) əsas borc – 100 000 dol. 1,30 man. = 130 000 man.
b) faiz borcu / öhdəliyi – 100 000 dol. 3/12 = 2500 dol. 1,30 man.=3250 man.
Faiz borcunun / öhdəliyinin yaranması:
Debet 751-1 Faiz xərcləri – 2500 dol. / 3250 man.
Kredit 501 Qısamüddətli bank kreditləri – 2500 dol. / 3250 man.
31.12.2011 tarixinə yaranmış cəmi borcun / öhdəliyin məbləği: 100 000 dol. + 2500 dol. = 102 500 dol. 1,30 man. = 133 250 man. Həmin tarixə məzənnə fərqi:
a) əsas borc üzrə: (1,60 man. – 1,30 man.) 100 000 dol. = 30 000 man., yaxud 160 000 man. – 130 000 man. = 30 000 man. – borc alan rezident şirkət üçün müsbət məzənnə fərqi:
Debet 501 Qısamüddətli bank kreditləri – 30 000 man.
Kredit 631-6 Faiz xərcləri yaradan öhdəliklər üzrə məzənnə fərqləri – 30 000 man.
b) faiz borcu / öhdəliyi üzrə məzənnə fərqi yoxdur, çünki faiz xərci / öhdəliyi yalnız hesabat ilinin sonunda yaranmışdır.
31.03.2012 tarixinə məzənnə 1 dol. / 1,40 man. təşkil etmişdir. Son məzənnə ilə keçən ildən qalan borclar:
a) əsas borc: 100 000 dol. 1,40 man. = 140 000 man.
b) faiz borcu / öhdəliyi: 2500 dol. 1,40 man. = 3500 man.
31.03.2012 tarixinə keçən ildən qalan borcların / öhdəliklərin cəmi məbləği: 100 000 dol. + 2500 dol. = 102 500 dol. 1,40 man. = 143 500 man.
Keçən ildən qalan borc üzrə məzənnə fərqi:
a) əsas borc üzrə: (1,40 man. – 1,30 man.) 100 000 dol. = 10 000 man., yaxud 140 000 man. – 130 000 man. = 10 000 man.
b) faiz borcu / öhdəliyi üzrə: (1,40 man. – 1,30 man.) 2500 dol. = 250 man., yaxud 3500 man. – 3250 man. = 250 man.
Keçən ildən qalan əsas və faiz borcları / öhdəlikləri üzrə məzənnə fərqinin cəmi məbləği: 10 000 man. + 250 man. = 10250 man., yaxud 143 500 – 133 250 = 10 250 man. – borcalan şirkət üçün mənfi məzənnə fərqi:
Debet 751-5 Faiz xərcləri yaradan öhdəliklər üzrə məzənnə xərcləri – 10 205 man.
Kredit 501 Qısamüddətli bank kreditləri – 10 250 man.
01.01.2012-dən 31.03.2012 tarixinə qədər hesablanmış faiz xərcləri / öhdəlikləri: 100 000 dol. 3/12= 2500 dol. 1,40 man. = 3500 man.:
Debet 751-1 Faiz xərcləri – 2500 dol. / 3500 man.
Kredit 501 Qısamüddətli bank kreditləri – 2500 dol. / 3500 man.
01.04.2012 tarixinə ödəniləcək borcun məbləği:
a) əsas borc: 100 000 dol. 1,40 man. = 140 000 man.;
b) faiz borcu: 5000 dol. 1,40 man. = 7000 man.
Cəmi ödəniləcək borcun məbləği: 105 000 dol. / 147 000 man.
01.04.2012 tarixində əsas və faiz borcları / öhdəlikləri ödənilmişdir – 105 000 dol. / 147 000 man:
Debet 501 Qısamüddətli bank kreditləri – 105 000 dol. / 147 000 man.
Kredit 223 Bank hesablaşma hesabları – 105 000 dol. / 147 000 man.
İndi isə qeyri-ticarət xarakterli valyuta əməliyyatları zamanı yaranan və pul maddələrinə aid edilən qısamüddətli öhdəliklərin uçotunun qısa şəkildə nəzərdən keçirək. Bir daha qeyd edək ki, belə əməliyyatlara adətən xarici valyuta ilə ödənilən əmək haqqı, təqaüd, aliment və miras üzrə məbləğlərin köçürülməsi və digər bu kimi əməliyyatlar aid edilir. Belə əməliyyatlar istər xarici iqtisadi fəaliyyət ilə məşğul olan rezident hesab edilən müəssisələrində, filiallarında, nümayəndəliklərində, həmçinin xarici şirkətlərin, dövlətlərin, xarici vətəndaşların, vətandaşlığı olmayan şəxslərin və xaricdə daimi yaşayış yeri olan Azərbaycan Respublikası vətəndaşlarının, beynəlxalq təşkilatların AR ərazisində yaratdığı müəssisələrdə baş verir.
Məsələn, belə əməliyyatlara xarici investisiyalı müəssisədə işləyən əcnəbi işçilərin əmək haqlarının onların xaricdəki hesablarına köçürülməsi, yaxud rezidet – müəssisənin əmək haqlarının ödənilməsi üçün ölkə tarixindəki valyuta hesabından xarici valyutanın xaricdəki valyuta hesabına köçürülməsin, yaxud da xaricdəki valyuta hesabından işçilərin əmək haqlarının onların hesablarına köçürülməsini misal göstərmək olar.
Rezident müəssisənin xaricdə təhsil alan tələbələrə təqaüd verilməsi və bunun üçün onların ölkə daxilində olan, yaxud da xaricdəki valyuta hesablarından təqaüd məbləğlərinin köçürülməsi və qeyri-ticarət xarakterli pul maddələri üzrə öhdəliklərinin yaranması və ödənilməsinə aiddir.
Bu cür əməliyyatlardan birinin uçotda necə əks etdirilməsini aşağıdakı şərti misalın məlumatları əsasında nəzərdən keçirək.
Dostları ilə paylaş: |