Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda KƏRİmov taleh neman oğlunun «Dəyəri xarici valyuta ilə ifadə olunan aktivlərin və öhdəliklərin uçotu və hesabatı


Xarici valyuta ilə ifadə olunan öhdəliklərin milli valyuta ilə yenidən hesablanmasının uçotu



Yüklə 0,7 Mb.
səhifə48/59
tarix10.01.2022
ölçüsü0,7 Mb.
#106151
1   ...   44   45   46   47   48   49   50   51   ...   59
2.4. Xarici valyuta ilə ifadə olunan öhdəliklərin milli valyuta ilə yenidən hesablanmasının uçotu
Dəyəri xarici valyuta ilə ifadə olunan pul maddələri üzrə uzunmüddətli və qısamüddətli öhdəliklərə hansı öhdəliklərin daxil edilməsini, yaxud təsnifatını biz dissertasiya işinin birinci fəslinin 2-ci paraqrafında nəzərdən keçirmişdik. Qısamüddətli öhdəliklərin başlıca xüsusiyyəti ondan ibarətdir ki:

a) onların ödənilmə müddəti 180 gündən çox olmamalıdır;

b) onların ödənilməsi pul vəsaitləri hesabına həyata keçirilməlidir.

Əgər öhdəlik pul ilə ödənilməlidirsə, ancaq onun ödənilmə müddəti 180 gündən artıq müddət ərzində baş verəcəksə, onda «Valyuta tənzimi haqqında» AR Qanununa görə, həmin öhdəlik kapitalın hərəkəti ilə bağlı öhdəlik kimi təsnifləşdirilməli və uçota alınmalıdır.

Xaricdən malın alınması, işlərin, xidmətlərin qəbul edilməsi, kreditlərin, borcların alınması, habelə qeyri-ticarət (kommersiya) xarakterli əməliyyatlar zamanı yaranan qısamüddətli öhdəliklər, onların ödənilməsi, həmçinin öhdəliklərin baş verməsi və ödənilməsi tarixlərində valyuta məzənnələrinin müxtəlif olması nəticəsində yaranan məzənnə fərqlərinin uçot və hesabatda əks etdirilməsi məsələləri MHBS 21, MMUS 22, «Valyuta tənzimi haqqında» AR Qanunu, Vergi Məcəlləsi, Əmək Məcəlləsi, Mülki Məcəllə, Mərkəzi Bankın müəyyən etmiş olduğu qaydalarla, Mühasibat uçotunun Hesablar Planı ilə və s. normativ-hüquqi aktlarla, müqavilə və sazişlərlə tənzimlənir.

MHBS 21 və MMUS 22-yə əsasən pul maddələrinə aid edilən bütün öhdəliklər üzrə hesablaşmalar zamanı yaranan məzənnə fərqləri Mənfəət və zərərlər haqqında hesabatda əks etdirilməlidir.

Həmin standartlara görə pul maddələrinə aid edilən bütün öhdəliklər, hansıların ki, dəyəri xarici valyuta ilə ifadə olunmuşdur, hər bir hesabat ilinin sonuna bağlanma (son) məzənnəsi ilə yenidən hesablanmalı və bu zaman yaranan məzənnə fərqləri də Mənfəət və zərərlər haqqında hesabatda əksini tapmalıdır.

Pul maddələrinə aid edilən və dəyəri xarici valyuta ilə ifadə olunmuş qısamüddətli öhdəliklər üzrə cari hesablaşmalar, həmçinin onların hesabat ilinin sonunda bağlanma (son) məzənnə ilə yenidən hesablanması zamanı yaranan məzənnə fərqləri aşağıdakı hesablarda uçota alınmalıdır:

611-8 Məzənnə fərqləri üzrə gəlirlər;

731-8 Məzənnə xərcləri;

631-6 Faiz xərcləri yaradan öhdəliklər üzrə məzənnə gəlirləri;

751-5 Faiz xərcləri yaradan öhdəliklər üzrə məzənnə gəlirləri.

Əvvəlki iki hesab (611-8 və 731-8) ticarət xarakterli əməliyyatlar zamanı yaranan öhdəliklər üzrə, həmçinin həmin əməliyyatlar üzrə kreditor borclarının yenidən hesablanması zamanı yaranan məzənnə fərqlərini uçota almaq üçün nəzərdə tutulmuşdur.

Sonuncu iki hesab (631-6 və 751-5) isə qısamüddətli faiz xərcləri yaradan öhdəliklər üzrə hesablaşmalar və onların yenidən hesablanması zamanı meydana çıxan məzənnə fərqlərinin uçotunun aparılması üçündür.

Məzənnə fərqlərinin uçotunun iki qrup hesabda aparılması, zənnimizcə, onunla əlaqədar ola bilər ki, malın dəyərinin pul ilə ödəniləcək məbləği pul maddəsinə aid edilsə də, maliyyə fəaliyyətinə aid oluna bilməz və əksinə, kreditlərin, borcların alınması üzrə olan öhdəliklər pul maddələrinə aid edilsələr də ticarət xarakterli fəaliyyətə daxil oluna bilməz.

Məlumdur ki, məzənnə fərqi ya mənfəət, ya da zərər şəklində ola bilər. Məzənnə mənfəətini, yaxun zərərini müəyyən etmək üçün aşağıdakı kimi düsturdan istifadə etmək mümkündür:

Mmz=(Pktm – Əbtm)Vöm

Burada, Mmz – məzənnə mənfəəti, yaxud zərəri;

Pktm – pulun köçürüldüyü tarixdə olan məzənnə;

Əbtm – əməliyyatın baş verdiyi tarixdə olan məzənnə;

Vöm – valyuta ilə ödəniləcək məbləğ.

Deyilən metodoloji aspektləri ayrı-ayrı misallar əsasında aprobasiya edək.




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin