Misal 2.3.2. 21.09.2011 tarixində xarici mal alan Azərbaycan şirkətinin müqavilə əsasında göndərmiş olduğu malın dəyərini ödəməyə razı olduğu barədə rəsmi bildiriş göndərmişdir. Malın dəyəri 100 000 dol., həimn dövrdə məzənnə 1 dol. / 1,20 man. təşkil etmişdir. Debitor borcunun ilkin olaraq tanınması məbləği – 100 000 dol. 1,20 man. = 120 000 man.
Debet 211 Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları – 100 000 dol. / 120 000 man.
Kredit 601 Satış – 100 000 dol. / 120 000 man.
Fərz edək ki, xarici malsatandan pul 24.10.2011 tarixində daxil olmuşdur və bu zaman məzənnə 1 dol. / 1,50 manat olmuşdur. Funksional valyuta ifadəsində daxil olmuş xarici valyutanın məbləği: 100 000 dol. 1,50 man. = 150 000 man.
Debet 223 Bank hesablaşma hesabları – 100 000 dol. / 150 000 man.
Kredit 211 Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları – 100 000 dol. / 150 000 man.
Əməliyyatın baş verdiyi tarixdə və hesablaşmanın aparıldığı tarixdə olan mübadilə məzənnələrini müqayisə edək: 1,50 – 1,20 = 0,30 10 000 dol. = 30000 manat, yaxud 150 000 – 120 000 = 30 000 man.
Yaranmış məzənnə fərqi MHBS 21 və MMUS 22-yə əsasən mənfəət və zərərlərdə əks etdirilməlidir:
Debet 211 Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları – 30 000 man.
Kredit 611-8 Məzənnə fərqləri üzrə gəlirlər – 30 000 man.
Əgər debitor borcu xarici malalan tərəfindən 24.10.2011 tarixində ödənilməmiş olsaydı və ödəniş yalnız sonrakı hesabat ilində, məsələn, 20.01.2012-də həyata keçirilmiş olsa, onda əvvəlcə 21.09.2011 tarixində sonuncu yazılış kimi yazılış tərtib olunacaqdır:
Debet 211 Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları – 30 000 man.
Kredit 311-8 Məzənnə fərqləri üzrə gəlirlər – 30 000 man.
Bu yazılış borc ödənilmədiyi üçün yaranmış məzənnə fərqinin funksional valyuta ilə məbləğini əks etdirir. Fərz edək ki, xarici mal alan hesabat ilinin sonunda öz borcunu ödəməmişdir. Onda bu zaman MHBS 24 və MMUS 22-yə uyğun olaraq, debitor borcunun funksional valyuta ilə məbləği son məzənnə əsasında müəyyənləşdirilməlidir. Tutaq ki, 30.12.2011 tarixinə məzənnə 1 dol. / 1,65 man. olmuşdur. Debitor borcunun 2011-ci ilin sonuna xarici valyuta ilə olan məbləğini həmin məzənnə əsasında yenidən hesablasaq, onda debitor borcunun balans məbləği – 165 000 man. (100 000 dol. 1,65 man.) təşkil edəcək. Məzənnə fərqi yenidən müəyyən edilməlidir:
1,65 – 1,20 = 0,45 100 000 dol. = 45 000 man., yaxud 165 000 – 120 000 =45 000 manat:
Debet 211 Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları – 45 000 man.
Kredit 611-8 Məzənnə fərqləri üzrə gəlirlər – 45 000 man.
Əgər xarici malalan malın və dəyərini 20.02.2012 tarixində ödəmiş olsa və bu zaman məzənnə 1 dol. / 1,70 manat təşkil etsə, onda aşağıdakı yazılışlar tərtib edilməlidir:
Malın dəyərinin ödənilməsi məbləğinə: 100 000 dol. 1,70 man. = 170000 man.
Yaranan müsbət məzənnə fərqinə 1,70 – 1,20 = 0,50 100 000 dol. = 50000 man.
Debet 223 Bank hesablaşma hesabları – 100 000 dol. / 170 000 man.
Kredit 211 Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları – 100000 dol. / 120 000 man.
Kredit 611-8 Məzənnə fərqləri üzrə gəlirlər – 50 000 man.
Qeyd olunduğu kimi, alınacaq pul maddələrinə icarədən daxil olacaq pul tədiyyələri də aiddir. İcarə əməliyyətlarından yaranan pul maddələrinin və onların qalıqlarının funksional valyuta ilə yenidən hesablanması zamanı yaranan məzənnə fərqlərini şərti rəqəmlər əsasında nəzərdən keçirək.
Dostları ilə paylaş: |