2.3. Xarici valyuta ilə ifadə olunan pul aktivlərinin milli valyuta ilə yenidən hesablanmasının uçotu metodikası
Məlum olduğu kimi, pul maddələri qismində həm aktivlər, həm də öhdəliklər çıxış edə bilər. İndiki paraqrafda biz pul aktivləri ilə yaranan və pul aktivləri kimi balansda əks etdirilən aktivlərin xarici valyuta ilə ifadə olunmuş məbləğlərinin funksional valyuta ilə yenidən hesablanması və bu zaman yaranan məzənnə fərqlərinin uçotunu araşdırmağa çalışacağıq. Dəyəri xarici valyuta ilə ifadə olunan pul aktivlərinə ilk növbədə müəssisənin bankdakı hesablarında, kassasında, depozitlərdə olan pul vəsaitləri, verilmiş borclar, pul ifadəsində mallara, iş və xidmətlərə görə alınacaq debitor borcları, icarə haqqı, dividendlər aiddir.
MHBS 21 və MMUS 22-yə əsasən bütün pul aktivləri (maddələri) ilkin olaraq funksional valyuta ilə, xarici valyuta ilə olan məbləğə əməliyyatın baş verdiyi tarixdə funksional valyuta ilə xarici valyuta arasındakı valyuta məzənnəsini tətbiq etməklə müəyyən olunur.
Dostları ilə paylaş: |