Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ


Cədvəl №3. Azərbaycan Respublikasının 2010-2016-cı illər ərzində dövlət büdcəsinin xərclərinin strukturu (mln. AZN)



Yüklə 0,58 Mb.
səhifə20/37
tarix10.01.2022
ölçüsü0,58 Mb.
#108021
1   ...   16   17   18   19   20   21   22   23   ...   37
Cədvəl №3. Azərbaycan Respublikasının 2010-2016-cı illər ərzində dövlət büdcəsinin xərclərinin strukturu (mln. AZN). (mənbə [7, 31, 32]: maliyyə.gov.az)

Göstəricilər

2010

2011

2012

2013

2014

2015

2016

(proqnoz)

Cəmi büdcə

xərcləri,



o cümlədən

11765.9

15397.5

17416.4

19143.4

18709.0

21100.0

16264.0

İqtisadi fəaliyyətə

112.8

112.8

185.8

275.7

328.1

345.2

254.0

Sosial-mədəni tədbirlərə ondan;

2901.4

3447.2

4072.9

4906.4

5337.3

5826.4

5867.9

Təhsilə

1180.8

1268.5

1453.2

2222.5

1653.4

1711.1

1713.5

Mədəniyyət,incəsənət informasiya, bədən tərbiyəsi və digərkateqoriyalara aid edilməyən sahədə fəaliyyət

168.4

189.9

240.8

274.9

311.4

348.3

652.7

Səhiyyəyə

429.2

493.4

609.4

618.9

725.5

777.6

744.8

Sosial müdafiə və Sosial təminat fondu

1123.0

1495.4

1769.5

1750.4

2072.2

2040.5

1896.5

Elmə

92.8

106.1

116.7

117.0

146.8

150.4

131.7

Qanunvericilik və icra hakimiyyəti, yerliözününidarə orqanlarının

Saxlanmasına



303.0

321.3

341.4

440.5

526.4

544.8

538.3

Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluqorqanlarının saxlanmasına

668.5

710.3

929.2

1049.3

1240.2

1227.0

1138.7

Sair xərclər

451.8

137.1

1295.6

185.6

250.0

166.3

170.2

Cədvəldən göründüyü kimi, dövlət büdcəsinin xərcləri iqtisadiyyatın ayrı-ayrı sahələrinin, sosial-mədəni tədbirlərin, ölkənin müdafiəsinin, hüquq-mühafizə fəaliyyəti və təhlükəsizliyin təmin edilməsinin maliyyələşdirilməsi, regionlara maliyyə yardımı, dövlət borcları və öhdəlikləri ilə bağlı xərcləri əhatə edir. Bazar münasibətlərinə keçidlə əlaqədar olaraq büdcə vəsaitlərinin xərclənməsində ciddi dəyişiklikər baş vermişdir. Büdcə vəsaitləri daha iri və dövlət əhəmiyyətli təbirlərin həyata keçirilməsinə yönəldilir. Buraya dünya bazarında rəqabətə davamlı məhsul istehsal edən sənaye sahələrinin inkişafının maliyyələşdirilməsi, büdcə vəsaiti hesabına həyata keçirilən və eyni zamanda dövlət təminatı verilən yüksək səmərəli investisiya layihələrinin həyata keçirilməsinin maliyyələşdirilməsi, yarımçıq qalmış obyektlərin layihə xərclərinin həyata keçirilməsi, aqrar sənaye kompleksinin sabitliyinin təmin edilməsi məqsədi ilə bazar mexanizmi əsasında onun işinə yardım edilməsi, istehsal və sosial məişət infrastrukturunun təkmilləşdirilməsi üçün maliyyə imkanlarının yaradılması və s. aid etmək olar. [7]

Büdcə xərclərinin strukturunun təhlili göstərir ki, son illər iqtisadiyyatın və əsasən də sosial yönümlü xərclərin maliyyələşdirilməsinə çəkilən xərclər getdikcə artmaqdadır. Əsas xərclər iqtisadi inkişaf və bazar infrastrukturunun formalaşmasına sərf edilir. Bu isə, ölkə rəhbərliyinin son illər özəl sektorun, xüsusən də sahibkarlığın inkişafına göstərdiyi xüsusi diqqət və qayğının təzahürüdür.

Sosial-mədəni xərclər isə, hazırda büdcənin əksər hissəsini təşkil edir. Bu xərcin payı 2010-cu ildən başlayaraq stabil artımla irəliləmişdir. Lakin, 2014-cü ildən etibarən bu xərclərin xüsusi çəkisi büdcə xərclərinin 28.5%-ini keçməyə müvəffəq olmuşdur. Təhsilə ayrılan xərclərin payı 2010-cu ildə 10%, 2011-ci il üzrə 8.2%, 2012-ci ildə 8.3% olduğu halda 2013-cü il üzrə 17% artaraq 25.6% təşkil etmiş və 2015-ci üzrə yenidən 8.1% olmuşdur. 2016-cı il üzrə bu göstəricinin proqnozu nisbətən optimist ssenari üzrə 10.5% təşkil etmişdir. [7]

Göründüyü kimi Azərbaycan hökuməti iqtisadiyyatın inkişafına böyük diqqət yetirir və bu sahədə başlıca istiqamət regionların sosial iqtisadi inkişafına nail olmaqdır. Düşünürəm ki, bu addım Azərbaycan Respublikasında regionların sərvətlərindən və təbii şəraitindən səmərəli istifadə etməklə kənd təsərrüfatı məhsulları istehsalını artırmaq, qeyri-neft sənaye sahələrinin, o cümlədən emal sənayesinin, xidmət və digər infrastruktur obyektlərin, turizmin inkişafını təmin etmək, məşğulluğun səviyyəsini yüksəltmək və əhalinin güzəranını daha da yaxşılaşdırmaq sahəsində həyata keçirilmiş ən vacib islahatlardan biridir. Bu gün özünün sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş Azərbaycan Respublikasında həlli vacib məsələlərdən biri regionlarda sahibkarlığın inkişafını sürətləndirməklə oradakı əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın davamlı inkişafına, əhalinin məşğulluğunun artırılmasına və ölkədə yoxsulluğun səviyyəsinin azaldılmasına nail olmaqdan ibarətdir. Bu istiqamətlərdə tədbirlərin həyata keçirilməsi regionların iqtisadi inkişafında mövcud olan kəskin fərqin aradan qaldırılmasını və regional tarazlığın əldə olunmasını təmin etməklə yanaşı onların iqtisadi gücünü artırar və sosial problemlərin həllini sürətləndirər.

İqtisadiyyat xərclərinin tərkibində sənaye, tikinti və faydalı qazıntılara yönəldilən xərclər də əhəmiyyətli yer tutur. [34]

Son illərdə Respublikamızda əhalinin az təminatlı təbəqəsinin sosial müdafiəsi üçün çoxlu proqramlar və fərmanlar qəbul olunmuşdur.“Ünvanlı dövlət yardımı haqqında” Azərbaycan Respublikasının 21 oktyabr 2005-ci il tarixli qanununu buna misal göstərmək olar. Minimum əmək haqqının artırılması, işsizlik üzrə müavinətin və tələbə təqaüdünün artırılması, büdcə idarələri işçilərinin əmək haqlarının tənzimlənməsi tədbirləri həyata keçirilir və son illər bu sahədə bir çox fərman və qərarlar verilmişdir. Nəzərə almaq lazımdır ki, sosial xərclərin böyük hissəsi büdcədənkənar dövlət fondları hesabına həyata keçirilir.

Səhiyyə sahəsinin inkişafı onun mərhələli islahatını və maliyyələşdirilməsinin çox mənbəliliyini nəzərdə tutur. Hazırda səhiyyənin maliyyə təminatı büdcə vəsaitlərini, icbari tibbi sığorta vəsaitlərini, təşkilatların tibbi sığorta vəsaitlərini və digər mənbələri özündə birləşdirir. Səhiyyə xərclərinin dövlət büdcəsi tərkibindəki xüsusi çəkisi son illərdə stabillik göstərmiş və 2014-cü ildə 3,8%, 2015-ci ildə 3,6 % olmuşdur. [7]

Respublikamız müstəqillik əldə etdikdən sonra özünün Silahlı Qüvvələrini yaratmışdır. Ordumuzun başlıca məqsədi ölkənin suverenliyini, ərazi bütövlüyünün və toxunulmazlığının təmin olunmasına xidmət etməkdən ibarətdir. Azərbaycan respublikası ərazisinin 20%-nin Ermənistan tərəfindən işğalı və bir milyon nəfər qaçqın və köçkünün olduğu bir şəraitdə dövlətin hərbi qüdrətinin artırılması, ordunun maddi texniki bazasının gücləndirilməsi, yüksək ixtisaslı hərbçi kadrların hazırlanması olduqca vacibdir. Ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə dövlət büdcəsindən xeyli vəsaitin ayrılması (2014-cü ildə 1.516.088 milyon manat, ümumi büdcə xərclərinin 8,1%) məhz bununla əlaqədardır. 2015-ci ildə bu məqsədlər üçün 1.700.834milyon manat vəsait ayrılmışdır ki, bu da ümumi büdcə xərclərinin 9.5%-nə bərabərdir. Ümumdövlət xidməti xərcləri tərkibində idarəetmə xərcləri xüsusi əhəmiyyət kəsb edir. İdarəetmə xərcləri dövlət hakimiyyəti və idarəetmə orqanlarının saxlanması ilə bağlı olan xərclərdir. 2014-cü ildə bu məqsədlər üçün dövlət büdcəsindən 449,7 mln manat, 2015-ci ildə isə 430,8 mln manat vəsait yönəlmişdir. [8]

Beynəlxalq fəaliyyətlə bağlı xərclər- (qeyri-ticarət əməliyyatları üzrə) Azərbaycan Respublikasının xaricdə olan səfirlik, konsulluq və başqa diplomatik nümayəndəliklərinin saxlanması, beynəlxalq təşkilatlara üzvlük haqqı, xarici dövlətlərə iqtisadi və texniki yardımla bağlı xərcləri özündə əks etdirir. 2014-cü il üzrə dövlət borcları üzrə ödənişlər 378,9 mln manat, 2015-ci ildə daxili borc üzrə ödənişlər 4212,9 mln manat, xarici borclar üzrə 750,3 mln manat təşkil etmişdir.

Büdcənin icrası onun xərclərinin gəlirlər hesabına tam ödənilməsi prosesini nəzərdə tutur. Büdcə gəlirlərinin onun xərclərindən artıq olması büdcə profisiti adlanır. Büdcə qanunvericiliyinə əsasən bütün səviyyəli büdcələr profisitsiz tərtib edilməlidir. Əgər büdcənin tərtibi və təsdiqi prosesində gəlirlərin xərclərdən artıqlığı aşkar edilərsə, büdcə təsdiq olunanadək profisitin aşağıdakı ardıcıllıqla ixtisar edilməsi həyata keçirilməlidir:

-Dövlət və bələdiyyə mülkiyyətinin satışından gəlirlərin cəlb edilməsi ixtisar edilməli;

-Dövlət ehtiyatlarının satışından gəlirlərin cəlb edilməsi ixtisar edilməli;

-Büdcə vəsaitlərinin borc öhdəliklərinin əlavə ödənilməyə yönəldilməsinə yenidən baxılmalı;

-Büdcənin xərclərini, o cümlədən gəlirlərinin bir hissəsini digər səviyyəli büdcələrə verilməsi hesabına artırılmalı.




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin