Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ


Sxem №2. Dövlət gəlirlərinin səfərbər olunması metodları. [28]



Yüklə 0,58 Mb.
səhifə11/37
tarix10.01.2022
ölçüsü0,58 Mb.
#108021
1   ...   7   8   9   10   11   12   13   14   ...   37
Sxem №2. Dövlət gəlirlərinin səfərbər olunması metodları. [28]

Vergilər dövlət gəlirləri sistemində mərkəzi yeri tutur. Belə ki, onlar bazar tipli inkişaf etmiş iqtisadi sistemdə fəaliyyət göstərən maliyyənin əsas xüsusiyyətlərini ifadə edirlər. Məhz vergilər bazar iqtisadiyyatının fəaliyyəti şəraitində maliyyə münasibətlərinin ümumi sistemində xüsusi əhəmiyyətli rola malikdir. Fiskal siyasətin əsas vasitələrindən biri vergilərdir. Vergilərin yığılması işgüzar fəallığın tənzimlənməsi və bir sıra sosial vəzifələrin həll olunması üçün dövlət büdcəsində olan vəsaitlərdən istifadə edilməsi imkanlarını nəzərdə tutur. Bu siyasətin başlıca vasitələri vergi dərəcələrinin, vergitutma obyektlərinin və vergi növlərinin dəyişdirilməsi ilə əlaqədar olan məsələlərdir. Dövlətin həyata keçirdiyi bu siyasətin metodlarına dair müxtəlif baxışlar mövcuddur. Belə ki, Keynsin tərəfdarları ənənəvi olaraq iqtisadi inkişafın başlıca stimulu olan səmərəli ümumi təklifin yaradılmasına üstünlük verir və hesab edir ki, vergilərin azaldılması istehsalın artmasına səbəb olur. Lakin qısamüddətli dövr büdcəyə daxilolmalar azalır, büdcə kəsiri artır. Vergi dərəcələrinin azaldılmasını ümumi tələbin artmasına təsir göstərən əsas amil hesab edən İqtisadi təklif” nəzəriyyəsinin tərəfdarlarının fikrincə isə, vergilərin azaldılması bir tərəfdən əhalinin, digər tərəfdən isə bizneslə məşğul olan əhalinin gəlirlərinin və həmçinin investisiyaların gəlirliyinin artmasına gətirib çıxarır. Bu məqsədlə aparılan vergi siyasəti düşünülmüş halda digər sosial-iqtisadi problemlərlə qarşılıqlı əlaqə və asılılıq şəraitində həyata keçirilməlidir. “Laffer nəzəriyyəsi”nə görə vergilərin artırılmasının müəyyən bir həddi olmalıdır. Bu hədd gözlənilmədikdə işgüzar fəallığın aşağı düşməsinə və nəticədə büdcə gəlirlərinin azalmasına səbəb olur. [29]

İnflasiya baş verdikdə tələbin artması ilə əlaqədar fiskal siyasətdə dəyişikliklər edilməsi zərurəti yaranır. Belə halda fiskal siyasət mexanizminin işlənib hazırlanması asan məsələ deyildir, çünki dövlətin həyata keçirdiyi büdcə-vergi siyasəti ilə yanaşı öz-özünü tənzimləyən alətlər də fəaliyyət göstərir. Bunlara iqtisadi proseslərin müxtəlif dövrlərində vergilər hesabına daxilolmaların dəyişməsi aid edilir. Bazar iqtisadiyyatı şəraitində dövlət gəlirlərinin tərkibi əhəmiyyətli dərəcədə dövlətin ona lazım olan pul vəsaitlərinin səfərbərliyə alınması metodları ilə şərtləndirilir. Onların hesablama mexanizmi, tətbiq edilən vergi güzəştləri ictimai istehsalın səviyyəsinə, onun sahəvi və ərazi strukturunun təkmilləşdirilməsinə, zəruri infrastruktur obyektlərinin yaradılmasına müsbət təsir göstərir, mühüm sosial vəzifələri, əhalinin müxtəlif sosial qruplarının gəlirlərini tənzimləyir.

Dövlətin iqtisadi tənzimləmə metodlarından biri də onun yeritdiyi pul-kredit siyasətidir. Bu siyasətin iqtisadiyyata təsirinin öyrənilməsinə iki yanaşma metodunun diqqəti daha çox cəlb edir. Bunlardan biri modernləşdirilmiş Keyns nəzəriyyəsi, digəri isə monetarizmdir. Keynsçilər pul-kredit siyasətinin faiz dərəcələrindən, monetaristlər isə pul üzrə təklifdən ibarət olduğu mövqeyini müdafiə edirdilər. Keynsçilərin fikrincə, pul üzrə təklifin dəyişməsinin səbəbi faiz dərəcələrinin dəyişməsidir, bu isə öz növbəsində investisiyaya olan tələbin dəyişməsinə gətirib çıxarır. XX əsrin 70-ci illərində C.M. Keyns məktəbində böhran başlayır və bunun nəticəsində iqtisadi nəzəriyyədə neoklassik istiqamət, o cümlədən onun müasir forması olan monetarizm üstünlük qazanır. Monetarizm nəzəriyyəsinə görə bazar iqtisadiyyatı daxilən sabit sistemdir. M. Fridmana görə monetar siyasətdə tarazlaşdırılmış “pul qaydaları” ideyası irəli sürülməlidir. Bunun mahiyyəti ondan ibarətdir ki, dövlət tədavüldə olan pul kütləsinin daim artmasını müdafiə etməlidir. Onun fikrincə, tədavüldə olan pul kütləsinin artımına ciddi nəzarət olunmalıdır.

Fiskal əhəmiyyətinə görə dövlət gəlirlərinin tərkibindəki əsas yerlərdən birini də dövlət istiqrazları tutur. İstiqrazlardan təkcə büdcə kəsirinin örtülməsi üçün deyil, həmçinin kapital məsrəflərinin, xüsusən də iqtisadiyyatın dövlət bölməsində investisiya layihələrinin həyata keçirilməsinin təmin edilməsində istifadə edilir. Adətən, iqtisadiyyatın böhran vəziyyətində, yəni maliyyə sisteminin müxtəlif həlqələrinin maliyyə gərginliyi gücləndikdə istiqrazların əhəmiyyəti xüsusilə artır. İstiqrazlar dövlət maliyyəsinin müxtəlif sahələrində öz tətbiqini tapırlar. Müəssisələrin yeniləşməsinə istiqamətlənən kapital qoyuluşlarının maliyyələşdirilməsi və onların maddi-texniki bazasının genişləndirilməsi indi artıq istiqrazların reallaşdırılması yolu ilə əlavə maliyyə resurslarının cəlb edilməsi hesabına həyata keçrilə bilər. Dövlət istiqrazların və onlara faizlərin ödənilməsi üzrə artan xərcləri öz növbəsində vergilərin də artırılmasının zəruriliyini şərtləndirir. Bəzən vergilərin istiqrazlara əks təsiri qaçılmaz olur. [20]

Dövlət gəlirlərinin səfərbərliyə alınmasının metodlarından biri kimi emissiya çıxış edir. Bura təkcə kağız pulların emissiyası deyil, eyni zamanda kredit emissiyası da daxildir. Emissiyaya dövlət o zaman əl atır ki, vergilər və istiqrazlar üzrə daxilolmalar dövlət xərclərinin örtülməsini təmin edə bilmir və maliyyə bazarında yeni növ istiqrazların buraxılışı üçün qeyri-əlverişli vəziyyət yaranır. Əgər kağız pullar ilə kredit emissiyası büdcə kəsirinin örtülməsi üçün həyata keçirilərsə, bu zaman iqtisadiyyatda inflyasiya prosesləri daha da güclənmiş olacaqdır. Dövlət gəlirlərinin səfərbərliyə alınması metodları dövlət idarəetməsinin müxtəlif səviyyələrində büdcə vəsaitlərini formalaşdırmaq üçün şərait yaradır. Onların yaradılmasında emissiyadan istifadə edilmir. Qeyri-mərkəzləşdirilmiş pul fondlarının yaradılmasında digər metodlardan da istifadə edilə bilər.

Fikrimcə, ölkəmizdə hal-hazırda özəlləşdirmə prosesinin getməsi ilə əlaqədar olaraq qeyri-vergili mənbələrdən daxilolmaların həcminin artması ehtimalı böyükdür. Bura ilk növbədə dövlət mülkiyyətinin istifadəsindən və əmlakın satışından, icarəyə verilməsindən əldə edilən gəlirlər aid edilir. Bu gəlirlər həm tam həcmdə, həm də qismən büdcə gəlirlərinə aid edilə və ya müvafiq müəssisələrin inkişaf ehtiyaclarının ödənilməsinə istiqamətləndirilə bilər. [23]



Dövlət xərcləri – dövlətin mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş gəlirlərin istifadəsi ilə müəyyən edilən maliyyə münasibətləri ilə formalaşır. Bu xərclərin özünəməxsusluğu dövlətin fəaliyyəti ilə bağlı tələbatlarının ödənilməsindən ibarətdir. Dövlət xərclərinin xarakteri birbaşa olaraq dövlətin funksiyaları: iqtisadi, sosial, idarəetmə, hərbi və s. ilə əlaqəlidir. Ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, dövlət idarəetməsinin həyata keçirilməsi, sosial sferanın və iqtisadiyyatın inkişafı sahəsindəki daha vacib tələbatların ödənilməsi dövlət xərcləri ilə təmin edilir. Bu halda dövlət öz funksiyalarını ya idarəetmə orqanları vasitəsilə, ya da ona məxsus olan müəssisə və təşkilatlar vasitəsilə həyata keçirir. Ölkəmizin büdcə sistemi, büdcədənkənar fondlar, müəssisə və təşkilatlar vasitəsilə həyata keçirilən dövlət xərcləri istehsalın genişləndirilməsi, sosial təyinatlı ictimai fondların yaradılması və dövlətin digər tələbatlarının ödənilməsini təmin edir. İqtisadiyyatın müxtəlif inkişaf mərhələlərində dövlətin rolu, onun funksiyaları və fəaliyyət dairəsi genişləndikcə dövlət xərclərinin də strukturu və həcmi dəyişdirilə bilər. [29]

Sosial funksiyaların yerinə yetirilməsi, sosial hüquqların təmin edilməsi, sosial proseslərin dövlət tənzimlənməsinin tələbatı müvafiq olaraq dövlət xərclərinin artımına, onların tərkibinin genişlənməsinə səbəb olur. Sosial xarakterli dövlət xərclərinin əsas hissəsi, yəni onların həcminin təqribən 4-də 3-ü büdcə sistemi və büdcədənkənar fondların vəsaitləri hesabına maliyyələşdirilir. Dövlət maliyyəsinin bütün həlqələrinin inkişafı ilə paralel olaraq sosial infrastrukturun təkmilləşdirilməsində, təhsil və səhiyyə təşkilatlarının saxlanılmasında, bələdiyyələrin maliyyələşdirilməsində yerli maliyyənin də rolu əhəmiyyətli dərəcədə artmaqdadır. Maliyyə münasibətlərinin təkrar istehsal prosesinə təsirinin və maliyyənin təkrar istehsal təşkilindən əks asılılığının təhlili XX əsrin 80-ci illərinin ortalarında Amerika iqtisadçıları tərəfindən işlənib hazırlanmış funksional maliyyə nəzəriyyəsinin əsasını təşkil edir. Funksional maliyyə nəzəriyyəsi əhalinin tam məşğulluğunun və iqtisadi artımının təmin edilməsində dövlət maliyyəsinin roluna əsaslanır. Bu nəzəriyyə büdcənin uzun müddətə balanslaşdırılması konsepsiyasının işlənib hazırlanmasına imkan vermişdir. Hal-hazırda iqtisadçılar arasında büdcənin uzun müddətə balanslaşdırılması konsepsiyasının olmasına baxmayaraq bu konsepsiya funksional maliyyə nəzəriyyəsi, iqtisadi inkişafın müasir meylləri və ölkəmizin reallıqlarının xüsusiyyətlərini nəzər alınmaqla yenidən işlənilməlidir. [15]




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin