S xem № 4. Dövlət xərclərinin maliyyələşdirilməsi formaları. [29]
Özünümaliyyələşdirmədən bir qayda olaraq dövlət müəssisələrinin xərclərinin onların öz maliyyə resursları hesabına ödənilməsində istifadə edilir. Büdcə maliyyələşdirilməsi ümumdövlət əhəmiyyətli məsrəflərin təmin edilməsi üçün tətbiq olunur. Kredit təminatı bir tərəfdən dövlət müəssisələri tərəfindən öz cari və investisiya məsrəflərinin örtülməsi məqsədilə bank ssudalarının alınması, digər tərəfdən isə müxtəlif səviyyəli dövlət idarəetmə strukturları tərəfindən maliyyə bazarlarından dövlət krediti formasında pul vəsaitlərinin borclanması kimi tətbiq edilir. Dövlət xərclərinin bu formalarının tətbiqi arasında daha əlverişli nisbətin əldə edilməsi iqtisadi maraqların balanslaşdırılmasına və hər bir formanın tətbiqi zamanı yüksək nəticəliliyə nail olmağa şərait yaradır. [20]
Bazar iqtisadiyyatı şəraitində maliyyə münasibətlərinin rolu həqiqətən çox mühüm əhəmiyyət kəsb edir. Lakin yaranmış şəraitdə bu rolu qiymətləndirmək və həyata keçirmək üçün maliyyə münasibətlərinin mahiyyətinə yeni nəzəri müddəalardan yanaşmaq lazımdır. Belə bir şəraitdə bölgü münasibətlərinin xüsusi forması kimi maliyyə təkrar istehsal dövrünü, təsərrüfatın bütün əlaqələrini əhatə edir, çünki başa çatmış təkrar istehsal dövrləri nəticəsində toplanmış pul vəsaitlərini bölüşdürməklə onlar yeni təkrar istehsal proseslərinin həyata keçirilməsi üçün imkan və şərait yaratmaqdadır. Eyni zamanda maliyyə dövlətin və müəssisələrin iqtisadi fəaliyyəti nəticəsində meydana gələn pul münasibətlərini ifadə edir. Pul vəsaitlərinin real dövriyyəsi nəinki geniş təkrar istehsalın imkanlarını, habelə istehsal və istehlakın səmərəli strukturunu təmin edir. Müasir maliyyə münasibətləri heç də təsərrüfat subyektlərinin dövlət maliyyəsindən olan asılılığından irəli gəlmir. Baxmayaraq ki, təsərrüfat subyektlərinin maliyyə münasibətləri dövlət maliyyəsindən kifayət qədər təcrid olunur, müəssisələrin maliyyəsi də dövlət maliyyəsi kimi rəqabətli bazar tarazlığı sistemində fəaliyyət göstərir və bu tarazlığın sabitliyini təmin edən qarşılıqlı əlaqələrdən asılıdır.
Dostları ilə paylaş: |