2.2. Azərbaycanda büdcə xərclərinin əsas istiqamətləri və müasir vəziyyətinin qiymətləndirilməsi.
“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının qanununda göstərildiyi kimi büdcə xərcləri dövlətin və yerli özünüidarəetmə orqanlarının vəzifə və funksiyalarının yerinə yetirilməsinə yönəldilən pul vəsaitidir. Dövlət büdcəsinin xərcləri-dövlətin pul vəsaiti fondunun yaradılması və onun sahə, məqsədli və ərazi təyinatı üzrə istifadəsi ilə əlaqədar əmələ gələn iqtisadi münasibətləri ifadə edir. Büdcə xərclərinin iqtsiadi mahiyyəti onun növlərində təzahür edir. Büdcə xərclərinin növləri bir sıra amillərlə - dövlətin təbiəti və funksiyaları ilə, ölkənin sosial-iqtisadi inkişaf səviyyəsi , büdcənin xalq təsəsərrüfatı ilə əlaqəsinin genişliyi, dövlətin inzibati-ərazi quruculuğu və s. ilə müəyyən edilir. Bu amillərin əlaqələndirilməsi sosial-iqtisadi inkişafın müəyyən mərhələsində bu və ya digər dövlətin büdcə xərcləri sistemini doğurur.
Azərbaycan Respublikasının dövlət büdcəsinin xərcləri aşağıdakı kimi təsnifləşdirilir:
-Təkrar istehsal prosesində roluna görə-maddi istehsal sahəsinin maliyyələşdirilməsi və qeyri-istehsal sferasının saxlanılması ilə əlaqədar olan xərclər;
-Funksional təyinatına görə- xalq təsərrüfatının, sosial-mədəni tədbirlərin, ölkənin müdafiəsinin maliyyələşdirilməsi, idarəetmə aparatının saxlanması, hüquq-mühafizə fəaliyyəti və təhlükəsizliyin təmin edilməsi, əsaslı tədqiqat, elmi-texniki tərəqqiyə kömək və dövlət borclarına xidmət üzrə xərclər. Bu xərclərin hər bir qrupu inzibati əlamətlərinə görə bölünür. [22]
İqtisadi məzmunundan asılı olaraq büdcə xərcləri cari və əsaslı xərclərə bölünür.
Dostları ilə paylaş: |