II FƏSİL. MÜASİR İDARƏETMƏ SİSTEMLƏRİNDƏ İŞGÜZAR ETİKANIN ƏSAS İSTİQAMƏTLƏRİ
2.1.İdarəetmə sistemində korporativ mədəniyyətin qiymətləndirilməsi
Cəmiyyətdə fəaliyyət göstərən təşkilat getdikcə inkişaf edərək özünəməxsus dəyərləri, davranış qayda və normaları təşəkkülləşir və inkişaf edir. Dəyişkən mühitdə işləyən hər bir təşkilatın özünəməxsusluğu baxımından mədəni və eləcədə fəlsəfi cizgiləri olur ki, bu da onu başqalarında xeyli dərəcədə fərqləndirir. Onu da qeyd edək ki, korporativ mədəniyyət – təşkilatın ən mühüm və dəyişməyən resursudur. S.Şimşilov göstərir ki, “...korporativ mədəniyyət - sahibkarlıq fəaliyyəti zamanı sabit qalan sosial qarşılıqlı şəkildə təsir formaları sistemidir ki, bu sistem də korporasiyaya məxsus olan maddi və mənəvi dəyərlərə arxalanır” [31, səh.97].
Korporativ mədəniyyətin əsas komponentlərini göstərmək olar:
təsəvvür və fərziyyələr – təşkilatda bunlar doğrudur və eyni zamanda ədalətlidir;
dəyərlər – onlar mühümdür;
standartlar – onlar hər bir konkret mühitdə fəaliyət zamanı işçinin özünü necə aparmasını təsvir edir;
davranışlar – iş prosesində insanların hər gün etdikləri hərəkətlərdir.
Fikrimizcə, korporativ mədəniyyət bir neçə prinsiplərlə formalaşır ki, bunlarda aşağıdakılardır:
1. Korporativizmə söykənən təşkilat tərəfdaşlar kimi çıxış edən bütün qruplarla- yerli əhali ilə, rəqiblərlə, mülkiyyətçilərlə, istehlakçılarla, malgöndərənlərlə və bütünlüklə cəmiyyətlə olan münasibətləri sosial məsuliyyət, sosial həmrəylik və halallıq prinspləri şəklində qurmalıdır.
2. Korporasiya insanı həlledici dəyər kimi, başqa sözlə desək insan kapitalı formasında də qəbul olunur. Məhz bu səbəbdən onun əsas sosial məqsədi bütün işçilərin yüksək həyat keyfiyyətlərini təmin etməyə can atmaq və bacarıqlarının hərtərəfli inkişafına və reallaşmasına şərait yaratmaqdır.
3. Korporasiya – mədəniyyətin ayrı-ayrı elementlərini bir-birinə uyğunduran
harmonik təşkilatdır.
4. Unikal komponentləri, bacarığı, təcrübəsi, peşəkarlığı, ənənələri və biliyi olan qrup korporasiyadır.
5.XXI-əsrin korporasiyası yeni innovativ nailiyyətlərə arxalanan sosial-iqtisadi, hüquqi-təşkilati və texniki-texnoloji sistemdir.
Korporativ mədəniyyətin əsas zəruri elementlərinin strukturu, eyni zamanda daxili və xarici mədəniyyət, mənəvi və maddi mədəniyyəti formalaşdıran “ikibaşlı” piramida formasında əks etdirmək mümkündür (şəkil 2.1).
Dostları ilə paylaş: |