Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti beynalxalq magistatura və doktorantura məRKƏZİ



Yüklə 217,62 Kb.
səhifə18/75
tarix10.01.2022
ölçüsü217,62 Kb.
#109642
1   ...   14   15   16   17   18   19   20   21   ...   75
Eyni sözlərin sayı : 18Ad : KƏND TƏSƏRRÜFATININ MALİYYƏSİ

Müəllif : Məhərrəm Cəlal oğlu Hüseynov,Bəsti Yusif qızı Novruzova ,Ramil Əlöysəd oğlu Əsgərov

intelektual sərvətlərin, digər əmlak hüquqlarının və s. Ad : «İNVESTİSİYANIN TƏŞKİLİ VƏ MALİYYƏLƏŞDİRİLMƏSİ» FƏNNİ.doc



Müəllif :

başa düşülür.

İnvestisiyaları bir sıra xüsusiyyətlərinə görə təsnifləndirmək mümkündür. Bunaların içərisində maliyyə mənbəyinə görə - daxili və xarici investisiyalar, əsas kapitala qoyuluşuna görə - portfel və ya digər adı ilə maliyyə investisiyaları və birbaşa digər adı ilə real investisiyalar, risk səviyyəsinə görə - etibarlı və riskli, investisiya prosesinin müddətinə görə - uzunmuddətli və qısamuddətli investisiyalardır.

İnvestisiyalar ümumi və xalis investisiyalar olmaqla iki yerə bölünür. Ümumi investisiyaların mahiyyəti ondan ibarətdir ki, bu investisiyalar əsas kapitala, əmtəə və madii ehtiyyatlara, mənzil tikintisinə yatırılır. Bunların nəticəsində yeni layihələr həyata keçirilir, istehsal daha da genişləndirilir. xalis investisiyalar isə ümumi investisiyalardan amortizasiya ayırılmaları çıxılmaqla alınır.

İnvestisiyaların daha iki növü də vardır ki, bunlar muxtar və məcburi investisiyalardır. Muxtar investisiyalar o investisiyalardır ki, bu zaman yeni kapital ünsürləri yaradılır. Muxtar investisiyalara səbəb ETT-nin nəaliyyətlərindən istifadə etmək, əhali artımı, müharibə və s. dir. Bu cür investisiyalar milli gəlirdən və faiz dərəcələrindən asılı deyildir. Məcburi investisiyalar isə əhalinin istehlak xərclɍ rinin artması ilə əlaqədardır, belə ki, muxtar investisiyalar iqtisadiyyata təkan verir, gəlirləri artan əhali istehlaka daha çox xərc çəkir və yaranan yeni tələbi qarşılamaq üçün məcburi investisiyalar yatırılır.

Digər vacib məsələlərdən biri investisiyaların gəlirlilik səviyyəsidir. Bu amil hər bir halda qoyulan vəsaitin təhlükəsizliyi ilə qarşılıqlı əlaqədə olur. Yatırılan investisiyanın gəlirliliyi nə qədər yüksəkdirsə, onun itirilmə riski də bir o qədər çox olur.

Bazar iqtisadiyyatı şəraitində ölkə qanunvericiliyinə zidd olmayan investisiya fəaliyyəti növlərindən biri də xarici inves tisiyalardır. Ölkələrin mövcud yığımları ilə yatıra biləcəkləri investisiyalar məhdud, yerli qənaətlərin meydana gətirdiyi ehtiyatlar yetərsiz olduğu zaman, lazım olan vəsait ehtiyacını xarici ölkələrdən cəlb olunan kapitallarla qarşılanır.

Xarici investisiyalar ümumi olaraq bir ölkənin qarşılığını sonradan ödəmək üzrə xarici mənbələrdən əldə etdiyi və iqtisadiyyatın inkişafına təsir edəcəyi maliyyə və ya texniki ehtiyatlar formasında təyin oluna bilər. Xarici investisiyalar bir ölkənin sabit sərmayə stokunun artması, texnologiya və idarəçilik bilgisinin inkişafı, məşğulluğu və rəqabət qabiliyyətinin artırması,tədiyyə balansı açığını azaltması, daxili bazara dinamiklik gətirməsi, ixtisaslı kadr və idarəçi açığının aradan qaldırılması istiqamətində ölkə iqtisadiyyatına öz tövhəsini verir. İnkişaf etməkdə olan ölkələrin (İEOÖ) iqtisadi artımı və inkişafına müsbət təsirləri olduğu üçün xarici investisiyalara meyilli siyasət yeridirlər. Xarici investisiyalar yalnız yatırıldığı ölkədə deyil, həmçinin investisiyanı qoyan ölkəyə də müxtəlif üstünlüklər təmin edir.

Xarici investisiyalar pul vəsaitləri, qiymətli kağızlar, əmlak hüququ, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı gəlir əldə etmək məqsədilə cəlb edilmiş ölkə ərazisində yerləşdirilən sərbəst maliyyə vəsaitləridir.

Ev sahibi ölkə (host country) - xarici investisiyaların gəldiyi və yerləşdirildiyi ölkədir.

Mənşə ölkə (home country) - xarici investisiyanı qoyan ölkədir.
Xarici bazara girməyi qarşısına məqsəd qoyan bir ölkə bunu 3 yolla həyata keçırə bilər.

Özü öz ölkəsində istehsal etdiyi məhsulu xarici ölkəyə satmaqla.


Bazara girmək istədiyi ölkənin yerli firmasını öz texnologiyası, marka adından istifadəsinə icazə verərək yəni lisenziya verməklə girmək istədiyi xarici bazara investisiya layihələri qoymaqla.

Beynəlxalq maliyyə axınlarını 3 qrupa ayırmaq olar: bank kreditləri, xarici portfel investisiyalar, BXİ.Bank krediti bağlanmış müqavilələrə əsasən qaytarılması və müəyyən müddətə (müddətlərinartırılması hüquqı ilə) və faizlər (komisyon olan haqq) ödənilməsi şərt olaraq bu təminatın və ya təminat olmayan müəyyən məbləğin borc verilən maliyə vəsaiti hesab edilir. Eyni sözlərin sayı : 28




Yüklə 217,62 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin