Ədəbiyyat siyahısı.................................................................................................76-81 Реюме.........................................................................................................................82 Summary....................................................................................................................83
GİRİŞ
Mövzunun aktuallığı: Müasir dövürdə investisiya layihələrinin qiymətləndirilməsi meyarlarının müəyyən edilərək öyrənilməsi ondan irəli gəlir ki, müasir iqtisadi münasibətlər şəraitində bütün dünyada qloballaşma prosesi gedir. Bu baxımdan, ölkələr arasındakı sərhədlər getdikcə aradan qalxır və ölkələrin dünyaya inteqrasiya etməsi prossesi zəruri hala çevrilir. Ölkələr arasında qloballaşma prosesləri dərinləşir və iqtisadi və ticarət siyasətində sərbəstləşmə gedir. Dünya ölkələri arasındakı inteqrasiya sərmayənin sərbəst hərəkətini gündəmə gətirmiş və sərmayə çatışmazlığı ilə üzləşən inkişaf etməkdə olan ölkələr üçün layihələri investisiyalaşdırmaq prossesi maliyyə çatışmazlığını aradan qaldırmaq üçün zəruri hala gətirib çıxarmışdır.
İnvestisiya layihələri bir ölkədə bir şirkəti satın almaq və ya yeni yaradılan bir şirkətin maliyyə ehtiyacını qarşılamaq, ya da mövcud bir şirkətin maliyyə ehtiyaclarını qarşılamaq yolu ilə müvafiq ölkədə olan imkanlardan istifadə etmək mÍ mkünlüyü əldə edilmişdir. Şirkətlər hansılar ki, öz ölkələrində fəaliyyət göstərirlər və bu şirkətlərə qoyulan investisiyalar özü ilə birlikdə texnologiyalar, idarəetmə metodları və yeni nəzarət səlahiyyətini gətirir.
Hər bir ölkələrin iqtisadi inkişafında şübhəsiz ki, xarici investisiyaların böyük əhəmiyyəti vardır. Sərmayə çatışmazlığı olan ölkədə, investisiya səviyyəsinin aşağı olması, ölkələrin inkişafına, digər ölkələrlə rəqabət etmə qabiliyyətinə və əhalinin həyat səviyyəsinin və rifahın artmasına əlbəətdə, mənfi təsir göstərir. Buna görə də, layihələr əsasında investisiya qoyaraq inkişafa nail olmaq vacib məsələdir.
Bu baxımdan, yığımın lazımı səviyyədə olmaması ölkələrin sərmayəyə olan ehtiyacını ya borclanma ya da investisiya layihələri cəlb etməklə aradan qaldıra bilərlər. Xüsusilə, İEOÖ-də yerli yığımın az olması və xarici borclanmanın çox olması birbaşa xarici investisiyaların bu məqamda daha da əhəmiyyətini artırır.
Coğrafi kəşflərdən fayda əldə edə bilən ölkələr bir çox fürsətlərdən istifadə etməklə çoxlu mənfəət əldə edə biliblər. Dənizçilik istiqamətində inkişaf etmiş ölkələr yeni ərazilər və təbii ehtiyyatları ələ keçirərək inkişafın davamlılığını təmin edə bilmişlər. Yeni ərazilər və təbii ehtiyyatlar yeni-yeni istehsal sahələrinin yaradılması, yeni tələb tələblərin ortaya çıxması deməkdir.
Beləliklə coğrafi və innovativ kəşflərdən yararlana bilən ölkələr zaman keçdikcə dahada varlanmışlar. Dövrümüzün inkişaf etmiş ölkələri sırasına çatmışlar. İEÖ coğrafı və innovativ kəşflər daha çox gəlir əldə etmək məqsədilə istehsalı və kapitalı qloballaşdırmağa başlamışlar. Qloballaşma prossesi əlbəttə İEÖ-ə daha çox gəlir və rifah gətirmişdir. İEOÖ də İEÖ sırasına qalxmaq uğrunda mübarizə aparırlar. Xüsusilə, İEOÖ birbaşa xarici investisiyalar cəlb etməklə kapital çatışmazlığının aradan qaldırılması problemini aradan qaldırmağa çalışır. Faiz dərəcələrinin aşağı salınması, aşağı məzənnə siyasətnin həyata keçirilməsi, məşğulluğun təmin edilməsinə çalışılır. Kapitalı hərəkəti məsələsində, investisiya layihələri diqqəti dah a çox cəlb edir. İnvestisiya layihələrinin uzun müddətli təsir dövrü, məşğulluğun təmin edilməsi, texnologiya prosseslərinin tətbiqi və s. bir çox digər müsbət tendensiyalar bu mövzunun aktuallığını sübut edir.
Mövzunun öyrənilməsi səviyyəsi. İnvestisiya lahiyələrinin qiymətləndirilməsi və inkişaf etdirilməsi bir çox məsələlərdə özünü əks etdirir. İnvestisiya lahiyələrinə dövlət və sahibkarlar tərəfindən həmişə dəstək olur və bunun öyrənilməsi üçün müvafiq tədbirlər görülür.
Tədqiqat işinin məqsədi və vəzifələri. Tədqiqat işinin məqsədi, müasir investisiya layihələrininEyni sözlərin sayı : 8
Dostları ilə paylaş: |