keramikanın növləri tətbiq edilir. Çini iki növdə hazırlanır: bərk və yumşaq. Bərk
çininin tərkibində 50% kaolin, gil, 25% çöl şpatı, 25% kvars qumu var. Onun
mexaniki və termiki davamlılığı azalır. Yumşaq çininin aşağı temperaturda
yandırılması nəticəsində ən çox şirəaltı boyaqdan istifadə edilir. Yumşaq çinidən
29
Yumşaq çininin bir növü də sümük çinisidir. Bunun tərkibində 20-45%
kaolin, 9-20% çöl şpatı, 60%-ə sümük var. Sümük çinisinin istehsalı ümumi sxem
üzrədir. Belə ki, sümük çinisinin qəlibləmə kütləsi bərk çiniyə nisbətən az
plastikdir. Adətən şirə pulverizasiya vasitəsilə çəkilir, buna görə də, nazik və
axıntısızdır. Sümük çinisi nazik divalıdır.
Kaşı da çini kimi bərk və yumşaq ola bilər. Lakin son 20 ildə bizim
ölkəmizdə qablar yalnız bərk kaşıdan hazırlanır. Yumşaq kaşı kütləsindən
hazırlanan məmulatlar aşağı istismar xassələrə malik olduğu üçün ondan kafel
istehsalında istifadə edilir.
Mayolika da məqsədə uyğun olaraq iki növə: kaşı və dulusa bölünür. Kaşı
mayolikası xassələrinə və xarici görünüşünə görə kaşıya yaxınlaşır. Kaşıdan xarici
görünüşünə görə fərqlənir, çünki o rəngli şəffaf şirə ilə şirələnir. Dulus mayolikası
dulus keramikasına oxşayır, lakin onlar nazik divarıyla, yaxşı emal olunması və
bəzəndirilməsilə, cürbəcür çeşidli olması ilə fərqlənir.
Dostları ilə paylaş: