qarşılıqlı təsir vaxtıdır. Burada qarşılıqlı təsir amorf kremnezyomu ilə getdiyini
bildirir. Bu mullit kremnezyomlarının aralarını doldurur. Şəkildə çöl şpatı
mikroheterogenliyi sayəsində diffuziya prosesi gedir. Bu konsentrasiyaların
bərabərləşməsi qanununa əsasən baş verir. Nəticədə əmələ gələn kristallar kütlə
daxilində bərabər olaraq yayılır və bununla da çininin xassələrinə müsbət təsir edir.
Gildən və kaolindən kristallik suyu çıxarılması müvəqqəti olaraq kütlənin
olan məsamələri tutur. Bişmə dərəcəsi su udma ilə təyin olunur. Bu təkcə yanma
Yanma zamanı rezksiya sürəti hissəciklərin radiusunun kvadratı ilə tərs
17
Bərk gedən reaksiyalara nadir təsadüf edilir. Çox vaxt bu zaman şüşəyə
oxşar təbəqə əmələ gəlir və ayrı-ayrı kristalların arasını doldurur. Bu şüşəyəbənzər
təbəqələr reaksiyanı sürətləndirir və məmulatın bişirilməsini asanlaşdırır.
Nisbətən az temperaturda xammalların parçalanması müşahidə edilir. Bu
zaman su, karbon qazı və sə. Ayrılır. Maye faza tərəfindən məsamələrin tutulması
zamanı uçucu tərkib hissələri kütlədən aralanır. əgər bu baş verməsə kütlələrdə bir
sıra nöqsanlar (çatlar, qabarcıqlar) əmələ gəlir. Yanmanın bu mərhələsində kaolinit
və poliamorf kremnezyom və qlinosyomun çevrilmələri baş verir.
Hazıra məmulatın xassələrinə nəinki kütlənin strukturu, hətta şirənin
strukturu da təsir edir.
Şirəninquruluşu şüşənin quruluşuna bənzəyir. A.A.Lebedev nəzəriyyəsinə
görə şüşə eləcə də şirə mürəkkəb sistemə malikdir ki, bunun da tərkibində həm
submikroskopik (kristallik), həm də amorf faza var. Kristalitlər kimyəvi
birləşmələr və bərk həlledicilərdə müəyyən edilə bilər.
Çini heterogen sistemli olub, çöl şpatı və kvarsdan ibarətdir. Kimyəvi
tərkibi bərk çininin tərkibini və işlədilən materialların münasibətini təyin edir.
Bərk çini əsasən gildən və az miqdarda Na
2
O, K
2
O, MgO, CaO-dən
ibarətdir.
Bərk çini istehsalında çətin əriyən çöl şpatı şirəsindən istifadə edilir.
Çini qırığı şüşəyə oxşar və kristal fazadan ibarətdir. Şüşəyə oxşar faza iki
funksiya yerinə yetirir: kütlənin başqa hissələrini əridir, plastik cisim əmələ gətirir
və kütlənin tərkib hissələrini birləşdirir.
Çininin II əsas hissəsi kvarsın çöl şpatlı şüşəsində əriməyən hissələrindən və
gil maddələrindən ibarətdir ki, mullitin kristalı ilə birlikdə çininin skeletini əmələ
gətirir.