Möhür naxışı (ştamp). Bu naxış rezin lövhələr üzərində işləndikdən sonra
həmin naxışın möhürünü boyağa, yaxud qızıl preparatına batırmaqla qabın üzərinə
köçürlməsinə əsaslanır. Möhür naxışı mürəkkəb olmayan və bir rəngli naxışdır.
Çap naxışı – bu üsulla daha mürəkkəb, orijinal naxışlar qabın üzərinə
çəkilir. Çap, nöqtə, xətt və xırda ştrixlər halında olan konturlu bir boyaq naxışdır.
Çap naxışı əksər hallarda başqa naxışlara əlavə edilir. Bu naxışı əldə etmək üçün
metal vərəqlərin üzərində naxışlar kəsilir və keramika boyağı çəkilir. Nazik papiros
kağızları boyaqlı səthə yapışdırılır və sonra bu papiros kağızı məmulatın səthinə
yapışdırılıb və mufel peçinə qoyulur. Mufel peçində papiros kağızı yanaraq kənar
olur və boyaq qabın üzərində qalır.
Şelkoqrafiya – bunun üçün naxışlar müəyyən tor kapron parça üzərində
işlənir, yəni rəng keçməsi üçün yerlər açılır, rəng buraxılmamış yerlər isə tam
örtülür. Sonra həmin şelkoqrafı qabın üzərinə qoymaqla rəng çəkməklə və ya
çiləmək yolu ilə naxış vurulur. Bu üsulla çoxlu örtük xassəli gül şəbəkələri olan
örtük və ya saya yerli gül konturları olan az örtüklü naxışlar əldə etmək olar. Belə
naxışlar bahadır, çünki çox boyaq işlədilir və çətindir.
Basma – burada naxış çap üsulu ilə müəyyən jelatin təbəqədə kağız üzərinə
köçürülür. Litoqrafiya və şelkotrafaretlə əmələ gətirilən basma fərqlənir.
Birinci halda naxış məmulatın üzərinə köçürülür. Bu çox rəngli, dəqiq yerinə
yetirilən, nöqtələri və ştrixi görünən naxışdır. Naxış köçürülmədən əvvəl
məmulatın səthinə xüsusi mastika örtülür.
21
Şelkotrafaret (köçürülən) basma çox rəngli naxışdır. Əvvəl o, kağızın
üzərinə şelkotrafaret tordan çəkilir. Sonra kağızdan məmulatın səthinə köçürülür
ki, nəticədə düz təsvir alınır.
Dostları ilə paylaş: |