Kaşının tərkibi və xassələri. Üzəri şəffaf tez əriyən şirə ilə örtülmüş ağ
məsaməli keramika məmulatına kaşı deyilir.
Kaşı tez əriyən şirə ilə örtüldüyünə görə onlarda ən çox müxtəlif şirəaltı
boyaqlarla naxışlama tətbiq edilir.
Bərk və yumşaq kaşı qurulmuş və xassələrinə görə fərqlənir, lakin bərk və
yumşaq kaşıdan olan məmulatlar bir-birindən xariji görünüşünə görə az fərqlənir.
Bərk kaşının tərkibində 30-35 plastik gil, 30-35% kaolin, 31-36% kvars
qumu, 2-5 çöl şpatı olur. Kaşının reseptində kaşı ya olmur və ya az miqdarda
iştirak edir.
Çöl şpatlı təsərrüfat kaşısı geniş yayılmışdır, çünki gil və əhəng kaşısına
nisbətən yüksək mexaniki möhkəmliyə malikdir.
Yumşaq kaşı bərk kaşıya görə az xüsusi çəkiyə, çox məsaməliyə və aşağı
mexaniki möhkəmliyə malikdir. I bişirilmə temperaturası 1060-1080
0
S, II bişirilmə
1020-1050
0
S-dir. Bu kaşıdan məsaməli borular və filtrlər, sarımtıl çalarlarlığı olan
az miqdarda təsərrüfat qabları hazırlanır.
Kaşı məmulatı tez əriyən şirə ilə örtülür ki, bunun üçün xammal kvars, çöl
şpatı, sink oksidi, surik və qurğuşun belibindən ibarətdir.
Qələvi oksidləri şirənin tərkibinə çöl şpatı, peqmatit, soda və potaş vasitəsilə
daxil olur.
Qurğuşun oksidi şirənin ərimə temperaturasını aşağı salaraq ona parlaqlıq və
yaxşı yayınma verir, anjaq kimyəvi davamlılığını azaldır. Surik və qurğuşun belili
insan sağlamlığı üçün zərərlidir, buna görə kaşı şirəsində onu sink oksidi və ya
stronsiumla əvəz edirlər.
Kaşının normal şirəsi temperaturanın 170
0
S-dən 15
0
S–ə qədər dəyişməsində
jalalanma nöqsanı verməməlidir. Onun şirəsi duz tursuşundan tez xarab olur. Zəif
11
bişirilmiş şirə turşu və qələvilərdə asan həll olur. Kaşının əsas göstərijilərindən biri
də ağlıqdır ki, bu da fotometr jihazı ilə təyin edilir. Kaşının ağlığı 56%-dən 73%
arasında olur. Kaşı məmulatının ağlığı çinidən çoxdur Bu onunla izah edilir ki,
şirəsiz məsaməli kaşı və şirəli kaşı işıq şüalarını çox səpəliyir və az udur.
Dostları ilə paylaş: |