AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ Azərbaycan Respublikası Təhsil Nazirliyinin

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 115 Kb.
tarix14.01.2017
ölçüsü115 Kb.



AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

Azərbaycan Respublikası

Təhsil Nazirliyinin

___ saylı ___ ________ 2014-cü il tarixli əmri ilə təsdiq edilmişdir

ALİ TƏHSİL PİLLƏSİNİN DÖVLƏT STANDARTI


BAKALAVRİAT SƏVİYYƏSİNİN İXTİSAS ÜZRƏ
T Ə H S İ L P R O Q R A M I

İxtisasın (proqramın) şifri və adı: 050211 – Regionşünaslıq (regionlar üzrə)

BAKI – 2014


  1. Ümumi müddəalar




    1. Bakalavriat səviyyəsinin “050211 – Regionşünaslıq (regionlar üzrə)” ixtisası üzrə Təhsil Proqramı (bundan sonra: İxtisas üzrə Təhsil Proqramı) «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq olunmuş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»na, «Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları»nın tələblərinə və «Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı»na uyğun hazırlanmışdır.

    2. İxtisas üzrə Təhsil Proqramı tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən və həmin ixtisas üzrə bakalavr hazırlığını həyata keçirən bütün ali təhsil müəssisələri üçün məcburidir.

    3. Strukturda istifadə olunan şərti işarələr:

İTP – İxtisas üzrə Təhsil Proqramı

ÜK – Ümummədəni kompetensiyalar (səriştələr)



PK Peşə kompetensiyaları


    1. 050211 – Regionşünaslıq (regionlar üzrə) ixtisasının xarakteristikası.

İTP-nin mənimsənilməsinin normativ müddəti və məzunlara verilən ixtisas dərəcəsi:

İxtisasın şifri və adı

Verilən elmi ixtisas dərəcəsi

Əyani forma üzrə təhsil müddəti*

Kreditlərin sayı

050211 – Regionşünaslıq (regionlar üzrə)

Bakalavr

4 il

240

* Qiyabi forma üzrə təhsil müddəti 1 il (ixtisas üzrə qiyabi formada təhsil nəzərdə tutulduqda) artıqdır.


  1. Məzunun ixtisas xarakteristikası və

kompetensiyası


    1. Bakalavrın ixtisas xarakteristikası

Bakalavr:

  • bakalavrın fundamental və peşə hazırlığına uyğun olaraq ixtisası üzrə iş sahələrində peşə fəaliyyətinə, eləcə də ixtisası üzrə magistraturada təhsil almağa hazır olmalıdır;

  • mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn istənilən istehsal sahələri, təşkilatlar, idarələr, müəssisələr, birliklər və s. sferalarda işləyə bilməlidir;

  • mövcud qaydalara riayət olunmaqla müxtəlif təhsil müəssisələrində (ali məktəbdə elmi, elmi-pedaqoji fəaliyyət sahələri istisna olmaqla) çalışa bilməlidir.




    1. Proqramın mənimsənilməsi nəticəsində məzunun kompetensiyasına qoyulan tələblər

      1. Məzun aşağıdakı ümummədəni kompetensiyalara (ÜK) yiyələnməlidir:

  • Azərbaycan tarixinin əsas mərhələləri və xronologiyası barədə elmi təsəvvürə, tarixi şəxsiyyətlər və əsas tarixi hadisələr haqqında məlumata malik olmalı, tarixi keçmişin qiymətləndirilməsinə (ÜK-1);

  • Azərbaycan Respublikasının dövlət dilini (Azərbaycan dilini) sərbəst bilməyə, onun imkanlarından peşə fəaliyyətində istifadə etməyə (ÜK-2);

  • xarici dillərin birində danışığın və yazının məzmununu başa düşməyə, peşə səviyyəsinin artırılmasında mühüm əhəmiyyət kəsb edən və xarici dillərdə olan ədəbiyyat və mənbələrdən sərbəst istifadə etməyə (ÜK-3);

  • sosial mühit və sosial vərəsəlik münasibətlərini bilməyə, sosial təcrübələrin toplanması, saxlanılması və ötürülməsi haqqında təsəvvürlərə (ÜK-4);

  • sosial davranış formaları və qanunauyğunluqlarına, sosial qruplaşma və topluların yaranma səbəbləri və mənşəyinə, sosial proseslərin növləri və nəticələri haqqında elmi təsəvvürə (ÜK-5);

  • mədəniyyətin forma və növləri haqqında məlumata, dünyanın əsas mədəni-tarixi mərkəzləri olmuş regionları tanımağa, Azərbaycan mədəniyyətini və onun dünya mədəniyyəti və sivilizasiyasında tutduğu yeri qiymətləndirməyə, cəmiyyət və mədəniyyət barədə dialoqlarda iştirak etməyə (ÜK-6);

  • iqtisadi nəzəriyyənin əsaslarına, pul-kredit və sosial-investisiya siyasətinə, öz ölkəsində və ondan xaricdə baş verən iqtisadi hadisələri təhlil etməyə, iqtisadiyyatın cari məsələlərinin həllində istifadə etməyə (ÜK-7);

  • Azərbaycan Respublikası hüquqi sisteminin və qanunvericiliyinin əsaslarına, hüquq-mühafizə və digər hüquqi tətbiq qanunlarına, tərbiyəvi-etik normalara yiyələnməyə (ÜK-8);

  • gələcək peşə fəaliyyətlərinə dair normativ və hüquqi sənədlərin tərtibinə və onlardan istifadə etməyə, pozulmuş hüquqların bərpa yollarına (ÜK-9).




      1. Məzun aşağıdakı peşə kompetensiyalarına (PK) yiyələnməlidir:

  • regionşünaslıq ixtisasının məqsədi və vəzifələrini, digər ixtisas sahələri ilə əlaqəsini, perspektivlərini bilmək (PK-1);

  • psixologiyanın əsasları, kateqoriyaları haqqında ümumi biliyə və anlayışlara söykənərək region ölkələri xalqlarının (ixtisas ölkəsi xalqının) etnopsixoloji xüsusiyyətlərini öyrənmək, fənnin predmetini, məqsədini, vəzifələrini, xalqların mədəniyyətlərinin qarşılıqlı təsiri və etnopsixoloji əlamətləri, milli xarakteri və mentaliteti haqqında biliyə malik olmaq (PK-2);

  • ixtisas ölkəsinin dilinin strukturu, linqvistik, kommunikativ, linqvistik-ölkəşünaslıq və tətbiqi məsələlərini öyrənmək, dilin fonetikasını, oxu qaydalarını və əsas qrammatik normaları bilmək, xarici dildə tənqidi düşünmə vərdişini mənimsəmək (PK-3);

  • regionda geniş yayılmış ikinci ümumişlək dili (“Lingua franka”) ixtisas ölkəsinin dilinə yaxın səviyyədə öyrənmək (PK-4);

  • region ölkələrinin dünya iqtisadiyyatında ixtisaslaşdığı sahələri və dünya iqtisadi inkişafına təsir imkanlarını, vasitələrini və üsullarını bilmək (PK-5);

  • region ölkələrinin tarixini, əsas siyasi prosesləri, milli dövlətçiliyin inkişafını öyrənmək (PK-6);

  • region ölkələrinin fiziki və iqtisadi coğrafiyasını bilmək, ölkələrin siyasi xəritəsini və təbii ehtiyatlarını öyrənmək (PK-7);

  • region ölkələrinin etnik simasını yaradan xarakterik, ənənəvi mədəniyyət və məişət xüsusiyyətlərini öyrənmək, xalqların yayılma arealını, qarşılıqlı mədəni əlaqələrini və müasir mərhələdə gedən etnik prosesləri bilmək (PK-8);

  • informatika elmini, kompüterin əsas qurğularını və strukturunu öyrənmək, ixtisasa uyğun informasiya və intelektual sistemlərin necə yaradılmasını bilmək (PK-9);

  • beynəlxalq münasibətlərin müxtəlif problemlərini nəzəri cəhətdən öyrənmək (PK-10);

  • beynəlxalq münasibətlərin tarixini, sistemi yaradan konfransları və müqavilələri, beynəlxalq münasibətlərin təzahürləri, böhran və problemləri, müasir dövrdə bu münasibətlərin dünya diplomatiyasında səciyyəsini öyrənmək (PK-11);

  • beynəlxalq təşkilatların yaranmasını, məqsədlərini, prinsiplərini və strukturlarını öyrənmək (PK-12);

  • akademik yazı və oxuda nümunəvi yazı üslubu, hazır yazı nümunələrinin oxunub təhlil edilməsini, ideyaların məntiqi bölgüsünü və fikrin ardıcıllığını öyrənmək (PK-13);

  • ixtisas ölkəsinin tarixini, siyasi sistemini, mədəniyyətini, ədəbiyyatını, həmçinin region ölkələrinə aid sırf ixtisaslaşma fənlərini bilmək (PK-14);

  • ixtisas ölkəsinin ədəbiyyatını, onun inkişaf mərhələlərini, müasir ədəbi cərəyanları, ixtisas ölkəsinin siyasi sistemlərini, dövlət quruluşu və hakimiyyət orqanlarını, ixtisas ölkəsinin tarixi, onun dövrləri, ümumdünya tarixində yerini bilmək (PK-15);

  • ixtisas ölkəsində Konstitusiya və hüquq normalarını, ixtisas ölkəsinin iqtisadiyyatını, ixtisas ölkəsinin mədəniyyəti və incəsənətini, xüsusi məqsədlər üçün işlədilməsini (funksional üslublarını), ixtisas ölkəsinin dilini mənimsəmək (PK-16).

  • insanın inkişafında, mütəxəssis hazırlanmasında fiziki sağlamlığın əhəmiyyətini başa düşmək, fiziki mədəniyyətin və sağlam həyat tərzinin əsaslarını bilmək(PK-17);

  • sağlamlığın qorunması və möhkəmləndirilməsini, psixofiziki qabiliyyətin yüksəldilməsini təmin edən praktik bacarıq və vərdişlər sistemini bilmək (PK-18);

  • həyat və peşə məqsədlərinə çatmaq üçün fiziki tərbiyə, tibbi və mülki müdafiə sahələrində, bilik, bacarıq və vərdişlərə yiyələnmək (PK-19).



  1. Təhsilin məzmununa və səviyyəsinə qoyulan

minimum tələblər


    1. Peşə fəaliyyətinin xarakteristikası

      1. Peşə fəaliyyətinin əsas istiqamətləri:

050211 – Regionşünaslıq (regionlar üzrə)” ixtisası üzrə bakalavrların peşə fəaliyyətinin əsas istiqamətləri:

  • müvafiq regionun və ya ölkələr qrupunun kompleks öyrənilməsi;

  • ixtisas (regionunun) ölkəsinin dilində sərbəst danışıqlar və yazışmalar aparılması.




      1. Peşə fəaliyyəti üzrə hazırlıq səviyyəsinə qoyulan tələblər


Müvafiq regionun və ya ölkələr qrupunun kompleks öyrənilməsi sahəsi üzrə:

- regionun əhalisi, tarixi və etnoqrafiyası, coğrafiyası, iqtisadiyyatı və siyasəti, elmi və mədəniyyəti, dini, ədəbiyyatı və ənənələrinin öyrənilməsi;

- beynəlxalq münasibətlər sistemi, beynəlxalq münasibətlər tarixi haqda biliyə yiyələnməsi;

- beynəlxalq qurum və təşkilatların, onların fəaliyyət mexanizminin və beynəlxalq münasibətlərdə rolunun öyrənilməsi;



İxtisas (regionunun) ölkəsinin dilində sərbəst danışıqlar və yazışmalar aparılması sahəsi üzrə:

- ixtisas ölkəsində hakim olan dilin öyrənilməsi;

- regionda ikinci ümumişlək dilin (“Lingua franka”) lazımi səviyyədə öyrənilməsi;

- diplomatiya və nitq mədəniyyəti sahəsində lazımi vərdişlərin əldə edilməsi.




    1. İxtisas üzrə fənn bölümləri, fənlər üzrə kreditlər, onların mənimsənilməsinin nəticələri (bilik, bacarıq və vərdişlər baxımından) və qazanılması nəzərdə tutulan kompetensiyaların kodları

Fənn bölümü-nün kodu

Fənn bölümləri, onların mənimsənilməsinin nəticələri (bilik, bacarıq və vərdişlər baxımından)

Fənn bölüm-ləri üzrə kreditlə-rin sayı

Fənlər

Fənlər üzrə kredit-lərin sayı

Qazanılması nəzərdə tutulan kompetensi-yaların kodları

Təhsil hissəsi

HF –B00


Humanitar fənlər bölümü

Bu bölümə daxil olan fənlərin öyrənilməsi nəticəsində bakalavr bilməlidir:

- Qədim Azərbaycana (Manna, Atropatena) aid ilk tarixi məlumatları, arxeloji materialları və III-V əsrlərə dair mənbələri;

- ilk orta əsrlərdə Alban feodal dövlətinin yaranması, ərazisi, inzibati quruluşu, təsrrüfatı və mədəniyyətini, ərəb xilafəti tərəfindən Albaniyanın müstəqilliyinə son qoyulmasını;

- Azərbaycanın Rusiya və İran arasında bölünməsini, XIX-XX əsrlərin əvvəllərində mədəniyyətini, kapitalist münasibətlərin inkişafını və milli burjuaziyanın meydana çıxmasını;

- Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını, daxili və xarici siyasətini, süqutunu;

- Azərbaycanda sovet hakimiyyətinin qurulmasını, 30-cu illərdə repressiyaları, İkinci Dünya müharibəsi dövründə (1941-1945) xalqın vətənpərvərliyini, mədəniyyət və iqtisadiyyat sahələrində nailiyyətlərini;

- 1991-1993-cü illərdə dövlət müstəqilliyinin bərpasını, Qarabağ müharibəsini, ölkədəki siyasi və iqtisadi böhranları;

- Ümummilli lider Heydər Əliyevin respublika iqtisadiyyatının inkişafında və çiçəklənməsində misilsiz rolunu, daxili və xarici siyasətdə əldə edilmiş nailiyyətləri;

- Azərbaycan dilinin (təlim rus dilində olanlar üçün) fonetikası, morfologiyası və sintaksisini;

- ümumi və terminoloji səciyyəli 4000 tədris leksik vahidləri həcmində söz ehtiyatı minimumunu, sərbəst və sabit söz birləşmələrini, ən əsas qrammatik normaları, yazılı və şifahi ünsiyyət zamanı fikrini ifadə etməyi və s.

bacarmalıdır:

- Azərbaycan tarixinin əsas mərhələləri və xronologiyası barədə elmi təsəvvür yaratmağı, tarixi şəxsiyyətlər və hadisələr haqqında məlumat verməyi;

- Azərbaycan Respublikasının dövlət dilində sərbəst danışmağı, onun imkanlarından peşə fəaliyyətində istifadə etməyi;

- xarici dillərin birində danışığın və yazının məzmununu başa düşməyi, xarici dildə olan ədəbiyyat və mənbələrdən istifadə etməyi və s.



yiyələnməlidir:

- Azərbaycan tarixi haqqnda dərin məlumata, Azərbaycan dilində sərbəst danışmağa, xarici dildə oxumaq və yazmaq vərdişinə və.s.



30

HF–B01

Azərbaycan tarixi


HF–B02

Xarici dil


HF–B03

Azərbaycan dili və nitq mədəniyyəti


HF–B04

Seçmə fənlər*


6


13

5

6




ÜK-1

ÜK-2

ÜK-3

ÜK-4

ÜK-5

ÜK-6

ÜK-7

ÜK-8

ÜK-9

İPF – B00

İxtisas-peşə hazırlığı fənləri bölümü

Bu bölümə daxil olan fənlərin öyrənilməsi nəticəsində bakalavr bilməlidir:

- psixologiyanın əsaslarını, kateqoriya və anlayışlarını, psixi prosesləri, fərdi psixoloji xüsusiyyətlər və psixi halətlərin etnopsixoloji məzmununu;

- xalqların xarakteri, ərazi-coğrafi amilləri, istehsal mədəniyyəti və davranış tərzini, dilləri öyrənilən xalqların mədəniyyətlərinin etnopsixoloji təhlilini, dilin etnopsixoloji əlamətlərini və milli mentaliteti;

- ixtisas (region) ölkəsi dilinin fonetikası, əsas qrammatik strukturunu, linqvistik və kommunikativ tətbiqi məsələlərini, şifahi və yazılı nitq vərdişlərini;

- 5000 işlək leksik vahidi, orijinal mətni oxuyub başa düşməyi, ictimai-siyasi, məişət və incəsənətə aid müzakirə və söhbətlər aparmağı;

- öz fikrini sərbəst və ardıcıl ifadə etməyi, ixtisas (region) ölkəsinin dilindən ana dilinə və əksinə tərcüməni;

-ixtisas (region) ölkəsinin iqtisadi münasibətlərini, sənayenin və kənd təsərrüfatının ümumi iqtisadi inkişafda payını, maliyyə, kredit və pul siyasətini, beynəlxalq iqtisadi strukturlarda iştirakını;

- ixtisas (region) ölkəsinin dünya iqtisadiyyatında ixtisaslaşdığı sahələri, dünyanın iqtisadi inkişafına təsir imkanlarını və üsullarını;

- məntiqin məqsəd və vəzifələrini, təfəkkür prosesini, onun təzahür formaları və inkişaf qanunauyğunluqlarını, formal, dialektik məntiq anlayışlarını, onların qarşılıqlı əlaqəsi və fərqini;

- məfhumun mahiyyəti, üzərində aparılan əməliyyatlar və onun növlərini, sadə və mürəkkəb hökmləri, adi sillogizmi, entimemanı, induktiv və analogiyaya görə nəticələri;

- arqumentasiya nəzəriyyəsini, natiqlik mədəniyyəti kimi ritorikanı, suallar və cavablar məntiqini, sübut və təkzibi;

- ixtisas (region) ölkəsinin fiziki, iqtisadi coğrafiyasını, təbii ehtiyatları, kənd təsərrüfatı, sənaye və nəqliyyatını;

- ixtisas (regionunun) ölkəsinin siyasi xəritəsini, dövlət quruluşu və demoqrafik vəziyyətini, regionda qloballaşma və fraqmentasiya prosesini;

- xalqların etnik simasını yaradan xarakterik, ənənəvi mədəniyyət və məişət xüsusiyyətlərini;

- etnosların yaranması, inkişafı və adətlərinin formalaşmasını, xalqların yayılma arealları və qarşılıqlı mədəni əlaqələrini;

- ixtisas (regionun) ölkəsinin və dünya əhalisinin etnik tərkibini, müasir mərhələdə gedən etnik prosesləri, qloballaşma və xalqların etnik xüsusiyyətlərinin saxlanılması problemini;

- informatika elmi və informasiya haqqında anlayışı, say sistemləri və onların növlərini, kompüterdə kalkulyator rejimini;

- hesablama məsələlərinin həlli modellərini, alqoritmləşdirmə və proqramlaşdırmanı, proqram təminatı və proqramlaşdırmanın texnologiyasını;

- kompüterin fayl strukturu və WINDOWS əməliyyat sistemini, Word, Power Point ofis proqramlarının ixtisas məsələlərinin həllinə tətbiqini, İnternet şəbəkəsi və axtarış sistemlərini;

- beynəlxalq münasibətlərin qanunauyğunluqları, ənənələri və paradiqmalarını, müasir nəzəri məktəblər və istiqamətləri;

- beynəlxalq sistemin mühitini, beynəlxalq münasibətlərin iştirakçılarını, onların məqsədləri, vasitələri və strategiyalarını, milli maraqlar anlayışı, strukturu və metodologiyasını;

- beynəlxalq təhlükəsizliyin yeni konsepsiyalarını, beynəlxalq münasibətlərin hüquqi tənzimlənməsi problemini, etik meyarını, beynəlxalq münaqişələrin tədqiqində əsas istiqamətləri;

- beynəlxalq əməkdaşlığın təhlilinə sosioloji yanaşmaları, inteqrasiya proseslərini, beynəlxalq nizam problemində politoloji əsasları;

- festival sisteminə qədər beynəlxalq münasibətlərin inkişaf xüsusiyyətlərini, beynəlxalq münasibətlərin festival sistemini (XVII-XVIII əsrin I yarısı);

- XVIII əsrin sonu - XIX əsrin əvvəllərində beynəlxalq münasibətlərdə dəyişiklikləri, milli suverenlik prinsipini;

- Vyana sistemi və legitimlik prinsipini, Böyük Biritaniyanın müstəmləkə ekspansiyasını, Vyana sisteminin və legitim nizamın süqutunu (XIX əsrin ortaları);

- milli müharibələr və müstəmləkə rəqabətinin güclənməsini (XIX əsrin sonu - XX əsrin əvvəlləri);

- I Dünya müharibəsi ərəfəsində və dövründə beynəlxalq münasibətləri, müharibədən sonra Millətlər Cəmiyyətinin yaradılmasını, Almaniya və Türkiyə müstəmləkələrinin mandat prinsipi əsasında bölüşdürülməsini;

- Versal-Vaşinqton sisteminin qərarlarını, Azərbaycan Demokratik Respublikasının beynəlxalq vəziyyətini və xarici siyasətini, 20-ci illərdə beynəlxalq münasibətlərdə təzminat və tərksilah problemlərini;

- 30-cu illərdə dünya iqtisadi böhranının beynəlxalq münasibətlərə təsirini;

- II Dünya müharibəsi ərəfəsində və dövründə beynəlxalq münasibətləri, müharibədən sonra Şərq və Qərb bloklarının formalaşmasını;

- 1990-cı illərdə yeni beynəlxalq münasibətlər sisteminin formalaşmasını, ABŞ-ın beynəlxalq mövqelərinin möhkəmlənməsini;

- Avropada dövlətlərarası münasibətlər sisteminin inkişafı və Avropa İttifaqının genişlənməsini, NATO-nun yeni strateji konsepsiyaları və təşkilatın transformasiyasını, ATƏT-in yaranmasını;

- Yaxın, Orta və Uzaq Şərqlə bağlı beynəlxalq münasibətləri, ABŞ-da 11 sentyabr terror aktlarından sonra terrorizmə qarşı mübarizəni, Azərbaycanın beynəlxalq koalisiyalarda iştirakını, müasir dövrdə beynəlxalq münasibətlərdə dünya diplomatiyasının səciyyəvi xüsusiyyətlərini;

- Azərbaycan dilinin funksional üslublarını, üslubi fonetika, leksika, morfologiya və sintaksisi, bədii əsərlərdə və şifahi nitqdə mürəkkəb cümlənin işlənmə tezliyini;

- obrazlılıq və bədii təsvir vasitələrini, şifahi və yazılı nitqdə onların rolunu, ədəbi dil üslublarından istifadə etmə imkanları və onların fərdiləşməsi məsələsini;

- antik dövr və Azərbaycanda nitq mədəniyyəti fənninin tədris və tədqiq tarixini;

- şəxsiyyətin mədəni səviyyəsində nitqin aparıcı rol oynamasını, monoloji və dialoji, daxili və zahiri nitqi, danışıq dili normaları və ədəbi dilin formalaşmasında onların rolunu;

- ixtisas (region) ölkəsinin qədim dövrlərdən başlayaraq, keçdiyi tarixi mərhələləri, orada baş vermiş mühüm hadisələri, əsas siyasi prosesləri və münaqişələri, milli dövlətin yaranmasını və bu sahədə aparıcı rol oynamış dövlət xadimlərini;

- ixtisas (region) ölkəsinin şifahi xalq ədəbiyyatını və folklorunu, müxtəlif dövrlərdə ədəbiyyatının inkişafını, poeziya və nəsrinin ayrı-ayrı janrlarını;

- ixtisas (region) ölkəsi ədəbiyyatının müasir cərəyanlarını, görkəmli yazıçı və şairlərin həyat və yaradıcılığını;

- ixtisas (region) ölkəsinin siyasi sistemi və partiyalarını, seçki formalarını və hökumətini, yerli özünüidarəetmə orqanlarını, dövlət quruluşunu və məhkəmə sistemini;

- ixtisas (region) ölkəsinin xarici əlaqələri və diplomatik münasibətlərini, digər dövlətlərlə siyasi, iqtisadi və mədəni əlaqələrini;

- ixtisas (region) ölkəsinin mədəniyyət və incəsənət tarixini, onların nümunələrini, bu sahələrin tanınmış nümayəndələrini;

- beynəlxalq hüququn subyektləri, mənbələri və əsas prinsiplərini, beynəlxalq və dövlətdaxili hüququn qarşılıqlı təsirini, beynəlxalq təşkilatları, diplomatiya və konsul hüququnu, beynəlxalq hüququn digər sahələrini;

- ixtisas (region) ölkəsinin konstitusiyası, cinayət hüququ, mülki hüquq və digər hüquq normalarını və s.

bacarmalıdır:

- psixologiyanın əsasları, kateqoriya və anlayışları, xalqların etnopsixoloji əlamətləri haqqında məlumat verməyi;

- ixtisas (region) ölkəsi dilinin qrammatikası və lazımi söz ehtiyatı əsasında orijinal mətni oxuyub başa düşməyi, öz fikrini sərbəst ifadə etməyi və yazılı tərcüməni;

- ixtisas (region) ölkəsinin iqtisadi münasibətləri və dünya iqtisadiyyatında ixtisaslaşdığı sahələrə dair fikir söyləməyi;

- məntiqin qanunauyğunluqlarına müvafiq olaraq, hökmlər yürütməyi;

- ixtisas (region) ölkəsinin fiziki və iqtisadi coğrafiyasına, demoqrafiq vəziyyətinə istinad etməyi;

- ixtisas (region) ölkəsi əhalisinin adət və ənənələrinə, etnik tərkibinə dair təsəvvür yaratmağı;

- informatika və kompüter texnologiyasından, internet şəbəkəsi və axtarış sistemindən istifadə etməyi;

- beynəlxalq münasibətlər nəzəriyyəsinə söykənərək, beynəlxalq təhlükəsizlik, hüquqi tənzimləmə, əməkdaşlıq və inteqrasiya problemlərini araşdırmağı;

- beynəlxalq münasibətlər tarixinin inkişaf mərhələlərinə, xüsusilə I-II Dünya müharibələri ərəfəsində və sonra beynəlxalq münasibətlərdə baş vermiş dəyişikliklərə və müasir dövrdə terrorizmlə mübarizə məsələlərinə müraciət etməyi;

- müasir Azərbaycan dilinin qrammatik normaları əsasında şifahi və yazılı nitqdə bədii təsvir vasitələri, ədəbi dil üslubları və nitq mədəniyyətindən istifadə etməyi;

- ixtisas (region) ölkəsinin qədim dövrlərdən başlayaraq, keçdiyi tarixi mərhələlər haqqında məlumat verməyi;

- ixtisas (region) ölkəsinin ədəbiyyatını hərtərəfli şərh etməyi;

- ixtisas (regionunun) ölkəsinin siyasi sistemi, dövlət quruluşu və xarici əlaqələrini dərindən mənimsəməyi;

- ixtisas (region) ölkəsinin mədəniyyət və incəsənət tarixinə bələd olmağı;

- beynəlxalq hüququn əsasları, bütün sahələri və ixtisas (regionunun) ölkəsinin hüquq normalarından istifadə etməyi və s.



yiyələnməlidir:

- ixtisas (region) ölkəsinin etnopsixologiyası, dili, iqtisadiyyatı, coğrafiyası, etnoqrafiyası, tarixi, ədəbiyyatı, siyasi sistemi haqda dərin biliyə;

- məntiq, informatika, beynəlxalq münasibətlər nəzəriyyəsi, beynəlxalq münasibətlər tarixi, müasir Azərbaycan (rus) dili və nitq mədəniyyəti, beynəlxalq hüququn əsasları və ixtisas (region) ölkəsinin hüquq sistemi üzrə hərtərəfli məlumata və s.


180

İPF – B01

İxtisas (regionun) ölkəsinin etnopsixologiyası


İPF – B02

İxtisas (regionunun) ölkəsinin dili


İPF – B03

İxtisas (regionunun) ölkəsinin iqtisadiyyatı


İPF–B04

İxtisas (region) ölkəsinin coğrafiyası


İPF–B05

İxtisas (region) ölkəsinin etnoqrafiyası



İPF–B06 İnformatika və

kompüter texnologiyası


İPF–B07

Beynəlxalq münasibətlər

nəzəriyyəsi
İPF–B08

Beynəlxalq münasibətlər tarixi


İPF-B09

İxtisas (regionun) ölkəsinin tarixi


İPF-B10

İxtisas (regionun) ölkəsinin ədəbiyyatı


İPF-B11

İxtisas (regionun) ölkəsinin siyasi sistemi və xarici siyasəti


İPF-B12

İxtisas (regionun) ölkəsinin mədəniyyəti və incəsənəti


İPF-B13

Beynəlxalq hüququn əsasları və ixtisas (regionunun) ölkəsinin hüquq sistemi



İPF-B14

Mülki müdafiə



İPFS – B00

Seçmə fənlər



(Peşə hazırlığı üzrə*)

4


70

5
5


5

5

5



5

7
5


4

5

6



3

46


PK-1

PK-2

PK-3

PK-4

PK-5

PK-6

PK-7

PK-8

PK-9

PK-10

PK-11

PK-12

PK-13

PK-14

PK-15

PK-16

PK-17

PK-18

PK-19

TE-B00

Təcrübələr və yekun attestasiya

Bu bölümə aid olanların öyrənilməsi nəticəsində təhsil alan bilməlidir:

- təcrübələr keçirilən müəssisələrdə (AMEA-nın müvafiq institutlarında, muzeylərdə, səfirliklərdə və s.) ixtisas (region) ölkəsinin əhalisi, tarixi, etnoqrafiyası, coğrafiyası, iqtisadiyyatı, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, ənənələri və s. aid daha ətraflı biliklər əldə etməyi;

- ixtisas (region) ölkəsinin dilinə və əksinə müxtəlif sahələrlə bağlı mətnlərin yazılı tərcüməsini;



bacarmalıdır:

- buraxılış işini planlaşdırmağı;

- buraxılış işinin mövzusunu seçməyi;

- ədəbiyyat siyahısının tərtibini;



yiyələnməlidir:

- buraxlış işinin nəticələrini təhlil etməyi, onu digər müəlliflərin nəticələri ilə müqayisə etməyi;

- buraxlış işinin müdafiəsini və s.


30

TE-B01

Təcrübələr



TE-B02

Yekun dövlət attestasiyası


21


9

PK-1

PK-2

PK-3

PK-4

PK-5

PK-6

PK-7


Kreditlərin ümumi cəmi:

240










*Bütün bölümlərdə seçmə fənlər müvafiq səriştələrə (kompetensiyalara) uyğun ali təhsil müəssisələri tərəfindən müəyyənləşdirilir.

    1. 050211 – Regionşünaslıq (regionlar üzrə)” ixtisası üzrə bakalavr təhsil proqramının yerinə yetirilməsinin müddəti:

Bakalavr təhsil proqramını mənimsəmək üçün ayrılan ümumi həftələr - 198

Nəzəri təlim, o cümlədən, təcrübələr (14 həftə) üçün ayrılan həftələr - 154

Tətillər üçün ayrılan həftələr - 38

Yekun attestasiyaya ayrılan həftələr - 6





  1. Maddi-texniki, tədris bazası və kadr potensialı




    1. Ali təhsil müəssisəsinin “050211 – Regionşünaslıq (regionlar üzrə)” ixtisasının təhsil proqramına müvafiq hazırlanmış tədris planında nəzərdə tutulan fənlər üzrə dərslərin aparılması, təcrübələrin keçirilməsi və elmi-tədqiqat işlərinin yerinə yetirilməsi üçün müvafiq İKT ilə təchiz olunmuş kabinet və laboratoriyalar, kompüter sinifləri, emalatxanalar və s. ilə təmin olunmuş maddi-texniki bazası olmalıdır. Təhsilalanların ali təhsil müəssisəsinin lokal şəbəkəsinə, internetə, məlumat bazalarına, elektron kitabxanalarına, axtarış sistemlərinə çıxışı təmin edilməlidir.

    2. Fənlərin tədrisi, bir qayda olaraq, elmi dərəcəsi və ya elmi adı olan ali təhsil müəssisələrinin professor-müəllim heyəti tərəfindən aparılır. Bu fəaliyyətə həmin şərtləri ödəyən digər müəssisə və təşkilatlarda çalışan şəxslər də cəlb oluna bilər.


  1. Tədris prosesinin forma və metodları




    1. Bakalavr hazırlığı mühazirə, məşğələ (laboratoriya), seminar, məsləhət, sərbəst iş, təcrübə və s. formalarda həyata keçirilir.

    2. Bakalavr hazırlığı üzrə tədris prosesində şifahi şərh, müsahibə, interaktiv təlim, müstəqil iş, diskussiya, dəyirmi masa, illüstrasiya, tədqiqatçılıq, laboratoriya və praktik iş və digər metodlardan istifadə edilə bilər.

    3. 050211 – Regionşünaslıq (regionlar üzrə)” ixtisası üzrə bakalavr hazırlığında istehsalat və pedaqoji təcrübələr (təcrübələrin məqsəd və vəzifələri ixtisasdan asılı olaraq müəyyənləşdirilir) nəzərdə tutulur. Təcrübələr növündən asılı olaraq müvafiq idarə və təşkilatlarda, məktəblərdə və s. keçirilə bilər.



  1. Yekun dövlət attestasiyasına qoyulan tələblər və

qiymətləndirmə



    1. Bakalavriat səviyyəsində ixtisaslar üzrə təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır.

    2. Tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulan cari attestasiyalardan (fənlər üzrə attestasiyalarda) müvəffəqiyyətlə keçmiş tələbələr yekun attestasiyaya buraxılırlar.

    3. Yekun attestasiya bütün təhsilalanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət 6 həftədir.

    4. Yekun attestasiya ixtisas üzrə buraxılış yekun dövlət imtahanı (fənlərarası) və ya buraxılış işinin müdafiəsindən ibarətdir.

    5. Bakalavriat səviyyəsində tələbələrin topladığı kreditlərin sayı 240 olmalıdır. İxtisaslar üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplayan tələbə həmin proqramı mənimsəmiş hesab edilir. Ali təhsil müəssisələrində bakalavriat səviyyəsinin təhsil proqramı üzrə tədris planını tam yerinə yetirmiş şəxslərə yekun Dövlət Attestasiya Komissiyasının qərarı əsasında “bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir.

    6. Yekun attestasiyanın təşkili və keçirilməsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.



Razılaşdırılmışdır:
Azərbaycan Respublikası Təhsil Azərbaycan Respublikası Təhsil

Nazirliyinin Aparat rəhbərinin Nazirliyinin Elm və ali təhsil şöbəsinin

müavini müdiri
_________________ Yaqub Piriyev ______________Gültəkin Hüseynova
“_____”_______________2014-cü il “_____”_______________2014-cü il

Humanitar və sosial ixtisaslar qrupu Azərbaycan Respublikası Təhsil

üzrə Dövlət Təhsil Standartlarını Nazirliyinin Elmi Metodiki-Şurasının

hazırlayan işçi qrupun sədri «Tarix» bölməsinin sədri



__________________ Sani Hacıyev ________________Yaqub Mahmudov
“_____”_______________2014-cü il “_____”_______________2014-cü il



Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə