Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİNİn akademiyasi



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə3/54
tarix06.01.2022
ölçüsü1,12 Mb.
#113705
1   2   3   4   5   6   7   8   9   ...   54
Azf-307607

 
 



I BÖLMƏ 
POLITOLOGIYA SIYAS
ƏT HAQQINDA ELMDIR 
 
1.  Siyasi elmin meydana g
əlməsi və inkişafı 
 
Siyasi  fikrin  inkişaf  tarixi  qədim dövrdən  başlayır.İlk  siyasi 
t
əlimlər Şərqdə formalaşmışdır. Qədim Misirdə, Babilistanda dini-
mifoloji t
əsəvvürlər  insanların  siyasi  fikirlərinə  öz təsirini 
göst
ərmişdir. Qədim Çində və Hindistanda siyasi ideyalar quldarlıq 
quruluşunun  müdafiəsinə  əsaslanır.  Hindistanda  e.ə.II-I minil-
likl
ərdə siyasi ideyalar, vedlər, brahmanizm, buddizm, Upanişadlar 
v
ə  Manu  qanunlarında  öz  əksini  tapmışdır.  Qədim Çində  siyasi 
t
əlimlər daosizm və  konfutsizmdə  ifadə  olunmuşdur.  Konfutsi öz 
baxışlarında  dövlətin idarəolunmasını  iyerarxik  qaydada,  zorakılıq 
olmadan h
əyata keçirilməsini təbliğ edirdi. Qədim Yunanıstanda və 
Romada  siyasi  fikrin  inkişafında  “Yeddi böyük müdrik” Solon, 
Biant, Fales, Periandr
, Kleobul, Pittak, Hilon xüsusi rol oynamışlar. 
Q
ədim Yunanıstanda siyasi fikir Sokratla davam etdirilmişdir. Eyni 
zamanda aristokratiya t
ərəfdarı  olan  Sokrat  demokratiyaya  mənfi 
münasib
ət bəsləmişdir.  Qədim  yunan  siyasi  fikrinin  inkişafında 
Platonun xidm
əti xüsusilə qeyd olunmalıdır. O, “Dövlət”, “Qanun-
lar” v
ə s. əsərlərində siyasət, dövlət və hakimiyyət haqqında dəyərli 
fikirl
ər irəli sürmüşdür. Platon aristokratik respublika quruluşu kimi 
dövl
ət modelinə  üstünlük verərək demokratiya, oliqarxiya, 
timokratiya v
ə tiraniya dövlət quruluşlarını tənqid etmişdir. Platonla 
b
ərabər  qədim  yunan  siyasi  fikrinin  inkişafında  Aristoteldə  xüsusi 
rol  oynamışdır.  Onun  “Politika”,  “Etika”,  “Afina  siyasəti”, 
“Poetika” v
ə s. əsərlərində insanın fəaliyyət və inkişaf imkanlarının 
m
əhdudlaşdırmayan  dövlət  quruluşundan  politiya,  monarxiya  və 
aristokratiyanı  düzgün,  tiraniya,  oliqarxiya  və  demokratiyanı  isə 
düzgün olmayan dövl
ət  quruluşu  kimi  qeyd  olunmuşdur.Eyni 
zamanda q
ədim Yunanıstanda Aristotel  “monarxiya”,“oliqarxiya”, 
“aristokratiya”,“demokratiya” kimi anla
yışları işlətməklə siyasi re-



jiml
əri müəyyənləşdirmişdir.O vaxtdan başlayaraq siyasət bütün cə-
miyy
ətlərin real həyatının vacib atributuna çevrilir.Qədim Romada 
siyasi fikrin inki
şafında Mark Tuli Siseronun xidməti danılmazdır. 
Onun siyasi gö
rüşləri “Respublika”, “Dövlət haqqında” və“Qanun-
lar haq
qında” traktatlarında öz əksini tapmışdı. Siyasi baxışlarında 
qanunlara v
ə qanunçuluğa böyük yer verən Siserondan sonra Roma-
da siyasi fikrin inki
şafında Stoiklər fəlsəfi-siyasi cərəyanı  mühim 
rol oyna
mışdır.  Stoiklər fəlsəfi-siyasi cərəyanın  nümayəndəsi olan 
Zenona gör
ə dövləti müdrik filosoflar idarə etməlidir. Bu cərəyanın 
dig
ər nümayəndəsi olan Senekaya görə yaranan dövlətlər təsadüfün 
n
əticəsidir və  ayrı-ayrı  insanlar tərəfindən yaradılır.  Stoiklərin so-
nuncu nümay
əndəsi olan imperator Mark Avqustin Avreli isə haki-
miyy
ətin iki növdən-kilsə  hakimiyyəti və  dünyəvi hakimiyyətdən 
ibar
ət olduğunu ifadə etmiş, hər şeydən əvvəl Allahdan gələn kilsə 
hakimiyy
ətini ali hakimiyyət kimi qəbul etmişdir. İctimai inkişafın 
müasir m
ərhələsi siyasətin rolunun artması ilə səciyyələnir.Bu gün 
siyas
ət cəmiyyət həyatının bütün sferalarını əhatə edir.Siyasət icti-
mai h
əyatın elə sahəsi hesab olunur ki, ən mühüm ictimai problem-
l
ər burada mənalandırılır,  onların  mexanizmi və  həlli yolları  ilk 
növb
ədə siyasət sferalarında işlənib hazırlanır.Politologiya öz vasitə 
v
ə metodları ilə siyasətin və hakimiyyətinsirlərinə nüfuz etməyə, si-
yasi elita
nın, liderlərin, partiyaların və kütlələrin siyasi fəaliyyətinin 
əsil mahiyyətini  açıqlamağa  imkan yaradır.Müasir politologiyanın 
çox 
əhəmiyyətli aspekti siyasi fəaliyyətin səbəblərini və məqsədləri-
ni üz
ə çıxarmaqdan ibarətdir.Siyasət haqqında elm olan politologi-
ya
nın ən köklü problemləri məhz siyasət, siyasi hakimiyyət və döv-
l
ətdir.Məhz bu üç problem haqqında dərin və əhatəli biliklərə yiyə-
l
ənmədən siyasi elmin digər məsələləri, anlayışları və kateqoriyaları 
sistemi bar
ədə düzgün təsəvvürə malik olmaq çətindir. 
Müasir dövrd
ə müxtəlif ölkələrdəpolitologiya və ya siyasi elm 
adlanan bilik sah
əsi  siyasəti, hakimiyyətlə  fərdlərin və  cəmiyyətin 
qarşılıqlı  əlaqəsini öyrənir.Siyasət  insanların  həyatı  ilə  sıx 
bağlıdır.O,  cəmiyyətin üzvlərinin həyat fəaliyyətinin bütün 



t
ərəflərinə  spesifik təsir göstərir.Siyasət  insanın  təbiəti ilə 
şərtlənir.Qeyd edək ki, siyasi elm olan politologiyanın təşəkkülü və 
inkişafı  mürəkkəb və  çoxaspektli problemdir.Bir termin olaraq 
politologiya sözü yunanca politika sözünd
ən  götürülmüş,  mənası 
dövl
ət  işi  və  ya  ictimai  iş,  loqos-bilik, təlim deməkdir.Bu elm 
siyas
ət, siyasi həyat  haqqında  bilikləri ifadə  edir.Qeyd  olunduğu 
kimi p
olitologiyanın  yaranma  tarixi  çox  qədimdir.Politologiya 
elminin  müst
əqil olaraq  formalaşması,  onunsosial və  humanitar 
elml
ərin ümumi sistemindən ayrılması prosesi XIX əsrin sonu -XX 
əsrin əvvəllərində bir neçə onilliklər davam etmişdir.Onun hansı öl-
k
ədə hansı konkret zamanda yarandığını iddia etmək şərti xarakter 
da
şıyır.Bütövlükdə bu elmin vətəni ABŞ hesab edilir.Onun ABŞ-da 
t
əşəkkülü 1880-cı  ilə  təsadüf edir.Həmin dövrdə  Kolumbiya Uni-
versitetinin (
əvvəllər Kolumbiya kolleci) idarə heyəti tanınmış alim 
Berdcessin t
əşəbbüsü ilə politoloji siyasi elm məktəbinin yaradılma-
sı barədə qərar qəbul etdi.O, zamandan etibarən Kolumbiya Univer-
site- tinin t
əşəbbüsü ilə Con Hopkins Universitetinin və ABŞ-ın di-
g
ər böyük ali məktəblərinin alimləri bu istiqamətdə ciddi fəaliyyət 
göst
ərdilər.Siyasi elm kafedrası  ilk  dəfə  1857-ci ildə  ABŞ-da Ko-
lumbiya kollecinin baza
sında yaradılmışdı.XX əsrin əvvəllərinədək 
“yeni” elm kimi ba
şa düşülən politologiya eyni məna kəsb edən üç 
müxt
əlif terminlərlə adlandırıldı.XX əsrin ikinci yarısından etibarən 
Rusiyada politologiya termini dig
ər iki termini-yəni “siyasi elmi” və 
“siyas
ət haqqında elmi”  sıxışdırıb  aradan qaldırdı  və  indiyə  qədər 
siyas
ət haqqında elm həmin ölkədə  politologiya adlanır.  Azərbay-
canda is
ə  keçmiş  postsovet ölkəsi olduğuna görə  Rusiyadakı  kimi 
ali t
əhsil müəssələrində  politologiya  adı  ilə  tədris edilir.Bu elmin 
yeni inki
şaf mərhələsi XX əsrin 40-cı illərinin ikinci yarısından eti-
bar
ən başlanır. 
Politologiyanın inkişafında 1948-ci ildə Parisdə YUNESKO-
nun t
əşəbbüsü ilə təşkil olunan beynəlxalq kollokvium mühüm rol 
oynadı.1949-cu ildə  YUNESKO çərçivəsində  bu günə  qədər 
f
əaliyyət göstərən Beynəlxalq  siyasi  elm  assosasiyası 



yaradıldı.Onun  vəzifəsi bütün dünyada politololoji tədqiqatları 
əlaqələndirməkdən ibarətdir.Hazırda  bu  elm  dünyanın  industrial 
c
əhətdən  inkişaf  etmiş  ölkələrində  ictimai elmlər  arasında  mühüm 
yer tutur.Az
ərbaycanın ali məktəblərində politologiya 1991-ci ildən 
sosial elml
ərə  aid fənn kimi tədris olunur.Politologiya cəmiyyətin 
siyasi  sferası  haqqında  nizama  salınmış,  kompleks  biliklərin  əldə 
edilm
əsinə istiqamətlənir, onun qanunlarını dərk etməyə yönəlir.O, 
t
əbii olaraq siyasət  haqqında  elm  kimi  çıxış  edir.Bu  mənada 
politologiya h
əyat fəaliyyətinin müəyyən  sferası  haqqında  nəzəri 
t
əsəvvürlər kompleksini araşdıran inteqral elmə aid edilə bilər. 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin