Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİNİn akademiyasi



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə4/54
tarix06.01.2022
ölçüsü1,12 Mb.
#113705
1   2   3   4   5   6   7   8   9   ...   54
Azf-307607

 
 
2.Politologiyanın predmeti,kateqoriyaları, 
funksiyaları,metodları 
 
Politologiyanın  predmetini-şəxsiyyətin, siyasi təsisatların  və 
t
əşkilatların,  sosial  qrupların,  siniflərin, millətlərin və  dövlətin 
f
əaliyyətində təzahür edən cəmiyyətin siyasi sferasının fəaliyyəti və 
inkişaf qanunauyğunluqları təşkil edir.Siyasət haqqında elm obyek-
tiv gerç
əkliyin təhlili baxımdan müxtəlif səviyyələrə malikdir.Şərti 
olaraq politoloji bilikl
ərin nisbi müstəqillik kəsb edən üç səviyyəsi 
haqqında  mülahizə  yürütmək olar: siyasi fəlsəfə, konkret nəzəri 
t
əhlil səviyyəsi-siyasət nəzəriyyəsivə empirik təhlil səviyyəsi-tətbiqi 
politologiya. 
Siyasi f
əlsəfənin spesifikliyi ondan ibarətdir ki, siyasətin mə-
nalan
dırılması  onu  dünyagörüşü  nöqteyi-nəzərindən qiymətləndir-
m
əklə, elecə də cəmiyyət həyatının digər sferaları ilə qarşılıqlı əla-
q
ədə nəzərdən keçirməklə şərtlənir. 
İnsan və  siyasət siyasi  təhlilin məğzidir.Əgər siyasi fəlsəfə 
siyas
ətdə  əsasən  keçmişi  mənalandırırsa,  siyasət nəzəriyyəsi onun 
haqqında  indiki,  müasir  bilikdir.İdrakın  bu  cür  spesifikliyi  ondan 
ibar
ətdir ki, siyasəti bütöv hadisə  olmaqla,  onun daha ümumi və 
sabit xüsusiyy
ətlərinin, qanunauyğunluğunun və fundamental prob-



leml
ərinin təhlilinin köməyi ilətəhlilin makro səviyyəsi ilə nəzərdən 
keçirir. 
Empirik t
əhlil səviyyəsində  siyasətin sosial məzmunu, onun 
konkret texnologiyası, siyasətin həyata keçirilməsinin praktiki üsul-
ları, formaları və metodları-təhlilin mikro səviyyəsi nəzərdən keçiri-
lir. 
Politologiya elmi
nin başlıca məqsədi cəmiyyətin siyasi siste-
minin strukturunu v
ə  fəaliyyətini tədqiq etməkdən ibarətdir. Belə 
dem
ək olar ki, politologiyanın  predmetini həm də  sistemin, siyasi 
münasib
ətlərin təşkilini və  fəaliyyətini müəyyənləşdirən qanunları 
öyr
ənmək təşkil edir.O, dövlətin müasir inkişaf mərhələsinin və bü-
tün dünya birliyinin qar
şıya qoyduğu xeyli siyasi məsələlərə cavab 
verir.Politologiya siyas
ət, siyasi proseslərin texnologiyası haqqında 
elm kimi m
ənalanır.Bu elmin predmeti sözün geniş və dar mənasın-
da ba
şa düşülsə də,bu iki dərketmə səviyyəsi bir-birinə zidd deyil-
dir.Ge
niş  mənada politologiya (siyasi elm kimi) siyasəti öyrənən 
f
ənlər (elmlər) kompleksi baxımdan səciyyələnməklə özündə bütün 
siyasi bilikl
əri birləşdirir, sözün dar və daha ciddi mənasında polito-
logiya (v
ə ya siyasətin ümumi nəzəriyyəsi) məhz sosial subyektlərin 
hakimiyy
ətə  münasibətdə  spesifik qanunauyğunluqlar qrupu ilə 
bağlılıq kəsb edir, hakimiyyətdə olanlarla hakimiyyətə tabe olanlar, 
idar
ə edənlərlə idarə olunanlar arasındakı münasibətlər mexanizmi-
nin xüsusi tipini t
ədqiq edir.Politologiyanın əsas tədqiqat obyektini 
üç fundamental problem-siyas
ət,  dövlət və  hakimiyyət təşkil 
edir.Bu üç fenomen bir-biri il
ə  sıx  bağlıdır.Dövlət və  siyasətin 
hakimiyy
ətlə əlaqələndirilməsi politologiyanın predmetinin spesifik 
m
əqamlarındandır.Çünki siyasət hakimiyyət, hakimiyyət isə dövlət 
vasit
əsi ilə  həyata keçirilir.Politologiya dövləti və  hakimiyyət 
münasib
ətlərini cəmiyyətin  başlıca  siyasi  təsisatları  kimi  nəzərdən 
keçirir.Müasir politoloji 
ədəbiyyatda dövlət nəinki siyasətin 
subyekti v
ə  hakimiyyətin  daşıyıcısı  kimi, həm  də  beynəlxalq 
al
əmdə  dövlətin  suverenliyinin  daşıyıcısı  baxımdan  tədqiq 
edilir.Politologiya elminin öyr
əndiyi problemlər sistemində  digər 



siyasi t
əsisatlarda (siyasi partiyalar,siyasi hərəkatlar, siyasi 
t
əşkilatlar)  əhəmiyyətli  yer tutur.Parlament mexanizmi, parlament 
demokratiyası, seçki sistemi, kütləvi informasiya vasitələrinin siyasi 
funksiyaları  və  s.  bir  qayda  olaraq  politoloqların  diqqətindən 
k
ənarda  qalmır.Anlayışlara  və  kateqoriyalara malik hər cür elm 
mövcud olmaq hüququ il
ə  səciyyələnir.Kateqoriyalar elmin 
predmetinin 
əhəmiyyətli tərəflərini  əks etdirən  başlıca 
anlayışlardır.Anlayış  və  kateqoriya elmin elə  dilidir ki, onu 
bilm
ədən konkret elmi problem çərçivəsində  effektli ünsiyyət 
mümkün deyildir. Kateqoriyalar elmi id
rakın inkişafı gedişində və 
ictimai praktika 
əsasında  formalaşır.Onlar  təfəkkürün sosial 
gerç
əkliyin mahiyyətinə  nüfuz etməsini mənalandırır.Hər bir 
müst
əqil elm kimi politologiya da öz xüsusi anlayışlar-kateqoriyalar 
sistemin
ə  aiddir. Bu elmin mərkəzi kateqoriyası  “siyasi” 
anlayışdır.Kateqoriyalarelmin son dərəcə 
ümumi 
anlayışlarıdır.Buna  görə  elmin  çıxış  nöqtəsini təşkil  edən 
kateqoriyaların  müəyyən edilməsi çox vacibdir.Çünki hər  hansı 
elmin fundamenti m
əhz  onların  vasitəsilə  möhkəmlənir. 
Politologiyanın başlıca kateqoriyalarına siyasət, siyasi, siyasi həyat, 
siyasi sfera, siyasi al
əm, cəmiyyətin siyasi sistemi, siyasi 
hakimiyy
ət,  tabeçilik,  hökmranlıq,  qayda  və  s.  aiddir.Onların 
köm
əyi ilə öyrənilən məkanın ümumi həcmi, onda təcəssüm olunan 
spesifik hadis
ələrin məcmusu, elmin obyekti və  predmeti 

əyyənləşir.  Kateqoriyaların  digər  qrupunun  köməyi  ilə  başlıca 
siyasi qüvv
ələr və  siyasətin təsisatlı  komponentləri: siyasətin 
subyektl
əri, siyasi elita, liderlər, dövlət,  siyasi partiyalar, ictimai 
t
əşkilatlar, təzyiq qrupları və s. tədqiq edilir. 
Politologiya
nın siyasi şüuru əhatə edən özünəməxsus anlayış-
lar v
ə kateqoriyalar dairəsini siyasi bilik, siyasi mədəniyyət, siyasi 
mühit, siyasi sosial
laşma və s. təşkil edir. Onları şərti olaraq huma-
nitar kateqoriyalar kimi mü
əyyənləşdirmək olar. Politologiyanın so-
sial-iqtisadi v
ə humanitar elmlərdən istifadə etdiyi kateqoriyalarıda 
var
dır:  sivilizasiya, cəmiyyət,  əhali,  xalq, azadlıq,  mədəniyyət, tə-


10 
r
əqqi və s. Bu elmlə sosiologiyanın və hüquqşünaslığın qovuşuğun-
da yerl
əşən kateqoriyalarda diqqəti cəlb edir: hüquqi dövlət, vətən-
daş cəmiyyəti, ictimai rəy, sosial qruplar və təbəqələr, sosial təsisat-
lar v
ə s.  
Politologiyanın  sosial  əhəmiyyəti, müasir cəmiyyətə  təsiri 
onun  funksiyalarında  təzahür  edir.Funksiya  latın  dilində  həyata 
keçirm
ə, yerinə yetirmə kimi mənalanır.Birsözlə, digər hadisələrdən 
asılı olan və onların dəyişikliyə məruz qalması nəticəsində dəyişən 
hadis
ə kimi səciyyələnir. 
Politologiya c
əmiyyətdə  sosial  əhəmiyyət kəsb edən  bir  sıra 
funksiyalar yerin
ə  yetirir.Bu  elmin  başlıca  funksiyalarına  konsep-
tual-t
əsviri,  izahedici,  idrakı  proqnozlaşdırıcı,  metodoloji-
qiym
ətləndirici, inteqrasiyaedici, idarəedici, tərbiyə, tətbiqi, huma-
nitar funksiyalar aiddir. 
Politologiya
nı öyrənərkən onun metodları barədə aydın təsəv-
vür
ə malik olmaq vacibdir.Çünki siyasi hadisə və proseslər müxtəlif 
metodla
rın köməyi ilə dərk edilir.Metod sözü yunan sözü olub təd-
qiqat üsulu m
ənasını  verir.Metod dedikdə  tədqiqat predmetinin 
m
əzmununun açıqlanmasına imkan yaradan məntiqi üsul və vasitə-
l
ərin məcmusu başa  düşülür.Siyasi elmin metodlarından normativ, 
sosioloji, antropoloji, t
əsisatlı, biheviorist, psixoloji, sistemli, struk-
tur-funksional v
ə müqayisəli metodları göstərmək olar. 
M
əqsədlərdən asılı olaraq politologiyanın metodlarını bir neçə 
qru
pa ayırmaq olar:  
Ümumm
əntiqi metodlar (təhlil, sintez, induksiya, deduksiya, 
modell
əşdirmə və s.). Bu metodlar idraki prosesin qayda və prose-
duralar
ını müəyyənləşdirir. 
Obyekt haq
qında ilk informasiyanın  əldə  olunmasına istiqa-
m
ətlənən empirik tədqiqat metodları (müşahidə, kontent-təhlil, yəni 

əyyən informasiyanı, sorğunu, eksprimenti və s. ifadə edən müx-
t
əlif sənədlərin öyrənilməsi). 


11 
Siyasi real
lığı,  siyasi hadisələrin müəyyən qədər başa  düşül-
m
əsini və  şərhini  əks etdirən ümumi fundamental metodlar.Onları 
siyasi real
lığın nəzəri şərhi modeli adlandırırlar. 
Politologiyanın predmetini öyrənərkən onun sosial-iqtisadi və 
humanitar bilikl
ər sistemində  yerini müəyyənləşdirmək 
lazımdır.Hər şeydən əvvəl, politologiya cəmiyyətin və ictimai mü-
nasib
ətlərin mürəkkəb sistemin öyrənilməsinə  istiqamətlənən elm-
l
ərdən  biridir.Məlumdur  ki,  şəxsiyyət və  cəmiyyət haqqında  əhə-
miyy
ətli təsəvvürü məhz fəlsəfə elmi təcəssüm etdirir. Politologiya-
nın fəlsəfə ilə münasibətləri özünəməxsus ziddiyyətli, birmənalı ol-
mayan s
əviyyədə təşəkkül tapır. “Siyasətin fəlsəfəsi”, eləcə də “Si-
yasi f
əlsəfə” terminlərindən istifadə edilməsi geniş yayılmışdır. Po-
litoloji probleml
ərin fəlsəfi cəhətdən mənalandırılması zəruri meto-
doloji prinsipdir, siyasi elmin komponentidir.Bu elm f
əlsəfə ilə ya-
na
şı iqtisadiyyatla, tarix elmi ilə, sosioloji biliklərlə sıx əlaqədardır. 
Politologiya elmin
ə  ən yaxın  elmlərdən biri  də  hüquqdur.Bundan 
başqa, bu elm sosial psixologiya, siyasi psixologiya, siyasi coğrafi-
ya, siyasi antropologiya, siyasi astrologiya v
ə digər elmlərlə özünə-
m
əxsus əlaqəyə malikdir. 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin