Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİNİn akademiyasi



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə36/54
tarix06.01.2022
ölçüsü1,12 Mb.
#113705
1   ...   32   33   34   35   36   37   38   39   ...   54
Azf-307607

 
 
2.Parlament başlıca demokratik təsisatdır 
 
Qeyd ed
ək ki, ilk parlamentlər XII-XIII əsrlərdə təşəkkül tap-
mışdır.Parlament anlamı da məhz XII-XIII əsrlərdə işlədilmişdir.Bu 
termin  latın  dilində  “parla”sözündən  götürülmüş  və  danışmaq 
m
ənasını  ifadə  edir.Mahiyyət etibarilə  latın  sözü  olan  “parla-
mentum” termini ilk 
əvvəl monarxların nahardan sonrakı söhbətini 
s
əciyyələndirirdi.Parlamentin vətəni  İngiltərə  hesab olunur.Bu 
dövl
ətdə  parlament  sözü hər  hansı  müzakirə  mənasını  bildirirdisə, 


118 
sonralar  “formal  yığıncaqları”  parlament  adlandırırdılar.İlk  dəfə 
olaraq 1265-ci ild
ə “İngiltərənin ali şurası” təsisatı parlament kimi 
t
əsdiqlənir.Məhz  bu mənada parlamentin klassik vətəni  İngiltərə 
hesab olunur.Bel
ə  ki,  İngiltərənin görkəmli siyasi xadimi Uinston 
Çörçill “Britaniyanın yaranması” adlı kitabında yazırdı: “Parlament 
termini siyasi m
ənada İngiltərədə XIII əsrdə işlədilmişdir”. 
Parlament mür
əkkəb və  ziddiyyətli siyasi fenomendir.Eyni 
zamanda parlament öz f
əaliyyətini demokratik prinsiplər və dəyərlər 
əsasında  həyata keçirən hər bir dövlətin zəruri atributudur.O, 
yüks
ək seçkili nümayəndəli orqandır, bəzi hallarda isə qismən təyin 
olunma  formasında  təşkil  edilir.Dünyanın  bir  sıra  ölkələrində 
parlament müxt
əlif cür, məsələn,  ABŞ  və  Latın  Amerikası 
ölk
ələrində  (Braziliya,  Boliviya, Meksika, Venesuela) Konqres, 
Finlandiyada Seym, Norveçd
ə Stortinq, İsveçdə Riqsdaq, Türkiyədə 
Böyük Mill
ət Məclisi, Rusiyada Duma, Ukraynada Rada, 
Az
ərbaycanda isə  Milli  Məclis  adlanır.Qeyd  edək ki,  parlament 
müasir dövrd
ə Böyük Britaniya, Fransa, İtaliya, Yaponiya, Kanada, 
Belçika, Hindistan v
ə  digər ölkələrdə  ali nümayəndəli orqan kimi 
f
əaliyyət göstərir. 
Parlament terminin mahiyy
ətini düzgün və  əhatəli  başa 
düşmək üçün  onun səlahiyyətlərivə  funksiyaları  barədə  dolğun 
t
əsəvvürə  malik olmaq vacibdir.Parlamentin səlahiyyətləri 
m
əsələsində  onun hüquqi mövqeyi, ölkənin siyasi həyatında  rolu 
mühüm amildir. Ümummilli nümay
əndəli təsisat olmaq etibarilə 
parlament  dövl
ət hakimiyyətinin digər  orqanları  ilə  qarşılıqlı 
münasib
ətlərin  zəruri  şərtidir.Dünyanın  müxtəlif ölkələrində 
parlamentl
ərin səlahiyyətləri eyni olmasa da, həmin səlahiyyətləri 
üç  qrupa  ayırmaq  olar.Birinci qrupa aid olan parlamentlər öz 
s
əlahiyyətlərinin həddini  aşmaq hüququna malik deyildir.Burada 
m
əhkəmə  parlamentin hüquqi əsası  olmayan  təşəbbüslərini 
konstitusiyaya zidd h
ərəkət kimi qiymətləndirir və  eləcə  də 
parlamentin t
əşəbbüs xarakterli qərarını  qeyri-qanuni saymaqla 
yanaşı, 
onu 
qanunvericilik 
imkanlarından 
məhrum 


119 
edir.S
əlahiyyətinə görə birinci qrupa aid olan parlamentlərə ABŞ və 
Fransa parlamentl
ərini misal göstərmək olar. İkinci qrupa aid olan 
parlamentl
ər səlahiyyətlərinə  görə  qeyri-məhdud fəaliyyət 
istiqam
ətinə  malik olurlar.Bu qrupa daxil olan parlamentlərin 
hüquqi  baxımdan  bu  və  ya digər məsələ  üzrə  qanun qəbuletməyə 
s
əlahiyyətləri çatır.İkinci qrupa daxil olan parlament səlahiyyətləri 
bir  sıra  ölkələrdə, məsələn, Böyük Britaniya, Yeni Zelandiya
İtaliya və İrlandiyada parlament sisteminin əsası hesab olunur. Eyni 
zamanda  İtaliya  və  İrlandiyada  konstitusiya  nəzarəti tətbiq olunur 
ki, bu da parlamentin n
əzərdə  tutulan  geniş  səlahiyyətlərinin 
m
əhdudlaşdırılması deməkdir. 
S
əlahiyyətlərinə görə üçüncü qrupa daxil olan parlamentlərin 
f
əaliyyətinin fərqləndici  cəhəti bundan ibarətdir  ki,  onların 
s
əlahiyyət  sferası  vahid  prinsip  üzrə  müəyyən olunur. Bu mənada 
Hindistan parlamenti s
əciyyəvidir.Ümumiyyətlə,  parlament  xalqın 
mühüm  siyasi t
əsisatı,  onun  müstəqilliyinin  aparıcı  qüvvəsi kimi 
qiym
ətləndirilir.Müasir dövrdə  dünyanın  əksər dövlətlərində 
hakimiyy
ət sistemində  parlamentin mərkəzi mövqeyinin müəyyən 
d
ərəcədə zəifləməsi nəzərə çarpır. 
Parlament  anlayışının  mahiyyətini  əhatəli dərk etmək 
baxımdan onun funksiyaları haqqında dürüst nəzəri təsəvvürə malik 
olmaq m
əqsədəuyğundur.İngiltərədə  konstitusiyalı  monarxiyanın 
t
əşəkkül  tapdığı  dövrdən  başlayaraq,  əksər Avropa ölkələrinin 
hüquq v
ə  sosioloji  ədəbiyyatında  parlamentin  funksiyalarının 

əyyənləşdir-ilməsi istiqamətində 
mühüm 
addımlar 
atılmışdır.İngilis hüquqşünası və sosioloqu Sidney Lou parlamentin 
funksiyalarını aşağıdakı qaydada müəyyənləşdirmişdir: 
1. Qanunverici f
əaliyyət. 
2. İdarəetmə və icra sahəsində nəzarət. 
3. Maliyy
ə siyasəti və dövlət gəlirlərinin tənzim olunması. 
4. Cinay
ətkarlığa və şikayətlərə dair məsələlərin müzakirəsi. 


120 
5.Dövl
ət xadimlərinin  sınaqdan  keçirilməsi, parlament 
müzakir
ələrində  seçilməsi və  müvafiq nazir vəzifələrinə  təyin 
olunması. 
Sidney  Lou  bu  funksiyaları  parlamentin  qanunvericilik 
f
əaliyyətinin “başlıca kateqoriyaları” adlandırır. 
Parlamentin  funksiyaları  barədə  Robet Karrtərəfindən təklif 
olunan fikir d
ə mühüm əhəmiyyətə malikdir; 
Siyas
ətin müəyyən edilməsi və  ya siyasi xəttin parlament 
t
ərəfindən rəsmən təsdiqi. 
Dövl
ət xəzinəsi üzərində nəzarət. 
İnzibati  aparat  üzərində  və  qanunların  həyata keçirilməsi 
prosesin
ə nəzarət. 
İctimai rəyə təsir. 
Robert Karrın əsaslandırdığı bu funksiyalar universal xarakter 
daşıyır  və  dünyanın  əksər ölkələrində  məqbul hesab olunur.Bu 
funksiyalar özünd
ə,  hər  şeydən  əvvəl,  qanunvericilik mahiyyətini 
əks etdirir.Robert Karrın irəli sürdüyü funksiyalar sxeminin diqqəti 
c
əlb edən  digər  cəhəti ictimai rəyin təsirinin  siyasi  baxımdan 
m
ənalandırılmasıdır.Qeyd  edək  ki,  parlamentin  başlıca  məqsədi 
qanunlar q
əbul etməkdir.Eyni zamanda müasir parlamentin 
qanunvericilik f
əaliyyəti ciddi dəyişikliklərə 
m
əruz 
qalmışdır.Müasir  dövrdə  parlament qanunverici orqandan qanun 
t
əsdiq orqana çevrilibdir.Bu cəhəti  dünyanın  nüfuzlu 
hüquqşünasları  və  politoloqları  da  təsdiqləyirlər.Dünya ölkələrinin 
əksəriyyətində 
qanunvericilik t
əşəbbüsləri hökumətə 
m
əxsusdur.Məsələn,İngiltərə  hökumətində  nazirlər kabinetinin 
t
ərkibində  Lordprezidentin və  nümayəndələr  palatasının  liderinin 
başçılıq  etdiyi  qanunvericilik  təklifləri komitəsi fəaliyyət 
göst
ərir.Bu komitə bilavasitə hökumətin qanunvericilikproqramının 
işlənib hazırlanması ilə məşğuldur.İngiltərə parlamentinin fəaliyyəti 
is
ə hökumətin qanun layihələrini nəzərdən keçirmək səlahiyyəti ilə 
m
əhdudlaşır.Prezident  idarəçiliyinin  mövcud  olduğu  ölkələrdə  isə, 
konstitusiyaya gör
ə, hökumət qanunvericilik təşəbbüsündən 


121 
m
əhrumdur. Hökumət qanunvericilik təşəbbüsünü  dolayı  yolla 
h
əyata keçirməyə məcburdur.Bucəhət ABŞ-ın nümunəsində ay- dın 
n
əzərə  çarpır.Məsələn,  ABŞ  prezidenti  parlamentin  qanunvericilik 
f
əaliyyətinə formal, sırf informasiya xidməti daşıyan müraciət və ya 
m
əktub vasitəsilə  təsir göstərir.Həqiqətdə  isə  prezidentin konqresə 
gönd
ərdiyi məktub qanunvericilik gücünə malikdir. 
Parlament  anlayışı  ilə  bağlı  biliklərimizi zənginləşdirmək 
baxımdan  parlament  üzvünün  (deputatın)  hüquqi  mövqeyinə  dair 
konkret t
əsəvvürə  yiyələnmək də  siyasi  əhəmiyyətə  malikdir. 
Parlament  üzvü  peşəkar  qanunverici  şəxs olmaq etibarilə  bütün 
mill
əti təmsil  edir.Deputat  mandatı  dövlət vəzifələrində  və  digər 
v
əzifələrdə  çalışan  şəxslərlə  müqayisədə  deputata müəyyən 
üstünlük verir v
ə  onun hüquqi mövqeyini möhkəmləndirir.Eyni 
zamanda  deputatın  peşəkarlığı  nəzəri cəhətdən  hakimiyyətin 
bölünm
əsi  prinsipi ilə  şərtlənir.Bu prinsip isə  qanunverici və 
icraedici hakimiyy
ətin birləşməsini qadağan edir. 
Parlamentl
ə parlamentarizmin nisbəti məsələsini açıqlamaq da 
vacib v
ə faydalıdır. 
Qanunvericilik  orqanlarının  icraedici  orqanlardan  üstünlük 
t
əşkil  etdiyi  dövlətlərdə  siyasi hakimiyyət sistemi parlamentarizm 
adlanır.  Parlamentarizm  bu  və  ya digər ölkədə  cəmiyyətə  dövlət 
r
əhbərliyi sistemidir.Bu sistem qanunverici və  icra  funksiyalarının 
d
əqiq  bölüşdürülməsi,  qanunvericilik  orqanı  olmaq  etibarilə 
parlament
ə digər dövlət orqanlarına nisbətən üstünlük verilməsi ilə 
s
əciyyələnir.Eyni zamanda parlamentarizm  şəraitində  hökumət 
parlament t
ərəfindən təşkil  olunur  və  onun  qarşısında  məsuliyyət 
daşıyır.Eləcə  də  parlamentarizm dövlət hakimiyyəti və  idarəçiliyi 
mexanizimind
ə  seçkili  orqanın  formal  cəhətdən  başlıca  mövqe 
tutmasıdır.  Parlamentarizm  XIX  əsrdə  yüksək  inkişaf  etmiş  və  o, 
kapitalizmin t
əşəkkül  tapdığı  ilk  dövr  üçün  səciyyəvi olan siyasi 
hakimiyy
ət sistemidir.Müasir dövrdə  isə  parlamentarizmə  nisbətən 
idar
əçilik orqanlarının rolunun artması və hökumətlərin parlamentin 


122 
bir çox funksiyalarını, eləcə də qanunvericilik funksiyasını öz əlinə 
alması diqqəti cəlb edir. 
Qeyd ed
ək ki, dünya ölkələrinin parlamentləri mahiyyətinəvə 
f
əaliyyət xarakterinə  görə  fərdi, özünəməxsus cəhətlərə 
malikdir.El
əcə də həmin parlamentlərə bir sıra ümumi əlamətlər də 
xas
dır.Müasir  dövrdə  parlamentlər  əsasən  üç  başlıca  əlamət üzrə 
sisteml
əşdirilir: parlamentin sturukturu , parlamentin səlahiyyətləri-
nin h
əcmi, sosial tərkib. 
Parlamentl
ər strukturuna görə  ikipalatalı  (bikameral)  və  ya 
birpalatalı  (unikameral)ola  bilər.Parlamentlərin təşəkkül tarixi 
ikipalatalılıqla səciyyələnir. 
XX 
əsrin  ikinci  yarısından  etibarən müstəmləkə  sistemindən 
azad olan v
ə müstəqil inkişaf yoluna qədəm qoyan ölkələr praktiki 
olaraq 
ikipalatalı  parlament  sistemini  inkar  etmiş  və  birpalatalı 
parlament
ə  üstünlük  vermişlər.Hazırda  dünya  parlamentlərinin 
əksəriyyəti  birpalatalıdır.İkipalatalı  və  birpalatalı  parlamentlərin 
formalaşması ümumi və fərqli cəhətlər kəsb edir.Həmin palataların 
t
əşəkkülünün ümumi əlamətlərindən biri ondan ibarətdir ki, 
ikipalat
alı  parlamentin  aşağı  palatası  və  birpalatalı  parlament 
ümumi, b
ərabər və  birbaşa  seçki  əsasında  şəxsi və  gizli səsvermə 
yolu il
ə təşkil olunur. İkipalatalı parlamentin yuxarı palatası birbaşa, 
b
əzi hallarda isə dolayı yolla, yəni çoxdərəcəli seçki əsasında təşkil 
olunur.ABŞ,  İtaliya  və  s. dövlətlərdə  yuxarı  palata  birbaşa  seçki 
əsasında  formalaşırsa,  Fransa,  Hindistan  və  digər ölkələrdə  bu 
dolayı  yolla  həyata  keçirilir.Birpalatalı  və  ikipalatalı  parlamentdə 
komit
ələr,  yaxud komissiyalar fəaliyyət göstərirlər.Komissiyalar 
parlamentin köm
əkçi 
orqanlarıdır.Qanunverici 
parlament 
komissiyaları  parlament  komissiyaları  içərisində  başlıca  rola 
malikdir.Eyni zamanda qanunverici parlament komissiyaları daimi, 
müv
əqqəti və  xüsusi formada mövcuddur.Daimi komissiyalar 
y
arandığı vaxtdan parlamentin səlahiyyət müddəti başa çatana qədər 
f
əaliyyət göstərirlər.Müvəqqətikomissiyalar öz fəaliyyətini müvafiq 
parlament qanunvericiliyind
ə  nəzərdə  tutulan qayda əsasında, 


123 
palataların 
səlahiyyət 
vaxtının 
müxtəlif məqamlarında 
dayandırır.Xüsusi komissiyaların fəaliyyətini səciyyələndirən cəhət 
is
ə onlarda peşəkar parlament üzvlərinin təmsil olunmasıdır, onlar 
y
əni yüksək səviyyədə  ixtisaslaşdırılmış  komissiya  kimi 
formalaşmasıdır. 
İkipalatalı  parlament  sistemi  əsasən federativ dövlət 
f
ormasının  mövcud  olduğu  ölkələrdə  geniş  yayılmışdır.Birpalatalı 
parlament is
ə  başlıca  olaraq  unitar  dövlətlərdə  (Panama, Boliviya, 
Az
ərbaycanvə  s.) təşkil  olunur.İkipalatalı  parlamentin  həyata 
keçirdiyi s
əlahiyyətlər birpalatalı parlamentə malik ölkələrdə məhz 
mövcud vahid palata t
ərəfindən icra olunur.Birpalatalı parlamentdə 
müzakir
ə  edilən müxtəlif məsələlər  əvvəl  ayrı-ayrı  komitələrdə  və 
ya komissiyalarda n
əzərdən keçirilir, bundan sonra parlamentin 
ümumi müzakir
əsinə  təqdim  olunur.İkipalatalı  parlamentdə  isə 
müzakir
ə  edilən məsələlər  əvvəl  aşağı,  sonra  isə  yuxarı  palatada 
müzakir
ə olunur və müvafiq qərarlar qəbul edilir. 
Unitar dövl
ət olan Azərbaycan Respublikasının Milli Məclisi 
d
ə  birpalatalıdır.Birpalatalı  və  ikipalatalı  parlamentlər üçün 
s
əciyyəvi olan ümumi prinsiplər Azərbaycan Respublikasının Milli 
M
əclisinin sturukturunda, sosial tərkibində və səlahiyyətlərində öz 
əksini tapmışdır. 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin