Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan texniKİ universiteti NƏZDİNDƏ baki döVLƏt rabiTƏ VƏ NƏQLİyyat kolleci



Yüklə 0,71 Mb.
səhifə48/52
tarix10.01.2022
ölçüsü0,71 Mb.
#108301
növüMühazirə
1   ...   44   45   46   47   48   49   50   51   52
Akkumulyator batareyasında yaranan xarakterik nasazlıqlar aşağıdakılardır: batareyanın öz-özünə boşalmasının artması, tam boşalması, qısa qapanması və akkumulyator tutumunun azalması və s.

Akkumulyator batareyasının öz-özünə boşalmasının səbəbi staterdən tez-tez istifadə edilməsi, yerli cərəyan sızmalarının olması və avtomobilin uzun müddət saxlanılmasıdır.

Lövhələrdə sulfatlaşmanın yaranması akkumulyatorun uzun müddət istifadəsiz saxlanılması və vaxtında doldurulmaması ilə izah edilir. Sulfatlaşma nəticəsində elektrik cərəyanının fəal kütlədən keçmə müqaviməti artır. Buna görə isə akkumulyatorun doldurulması çətinləşir və tutumu azalır.lövhələrdə sulfatlaşma dərəcəsini müəyyən etmək üçün işıqlandırılma lampaları yandırılır və starter hərəkətə gətirilir. Əgər lampaların işıqlanması zəifləşərsə (və ya tamamilə işıqlar sönərsə), bu hal lövhələrin sulfatlaşmasını bildirir.

Akkumulyator batareyasının tutumunun azalmasına həm də lövhələrin fəal kütləsinin qopması və ya elektrolitin səviyyəsinin aşağı düşməsi səbəb olur. Bu qüsuru aradan qaldırmaq üçün zədələnmiş lövhələri yenisi ilə əvəz etmək (və yz elektrolitin səviyyəsini normaya salmaq) lazımdır.

Qısa qapanma fəal kütlənin lövhələrdən qoparaq akkumulyatorun dibinə çökməsi nəticəsində baş verir. Nəticədə mənfi və müsbət lövhələr qabararaq bir-birilə birləşir. Lövhələrin qabarması isə akkumulyatorun elektrik cərəyanı ilə həddindən artıq doldurulması ilə izah olunur.

Akkumulyatorun batareyasının diaqnostikası akkumulyatorun xaricdən yoxlanılmasından, elektrolitin səviyyəsinin və sıxlığının ölçülməsindən, yük altında batareyanın işləmə qabiliyyətinin (gərginliyinin) təyin edilməsindən ibarətdir. Akkumulyatorun gövdəsində çat aşkar edilərsə, həmin batareya sökülür, akkumulyatorun gövdəsi dəyişdirilir (təmir də edilə bilər). Batareyada elektrolitin səviyyəsi aşağı düşürsə, ona bir qayda olaraq distilə edilmiş su əlavə edilir. Elektrolitin səviyyəsi lövhələrin üst səthindən 10...15 mm hündürlükdə olmalıdıdr. Elektrolitin sıxlığı aerometrlə ölçülür. Ayrı-ayrı akkumulyatorlarda elektrolitin sıxlıqları arasındakı fərq 0,01 q/sm3-dam artıq olmamalıdır. Elektrolitin sıxlığının 0,01 q/sm3 azalması, akkumulyator bazasının 6% boşalmasına müvafiqdir. Akkumulyator batareyası 50 % (yayda) və 25% (qışda) boşalmışsa, o, yenidən doldurulmalıdır.

Akkumulyator batareyasının işləmə qabiliyyəti yükləyici çəngəllə yoxlanılır. Əgər batareya sazdırsa, onda çəngəlli klemlərə birləşdirdikdə 5 s. ərzində gərginlik sabit qalaraq 1,7...1,8 V-dan az olmamalıdır. Akkumulyatorun gərginliyi 1,4... 1,5 V-a düşdükdə batareyanı doldurmaq lazım gəlir.

Müasir avtomobillərdə sabit və dəyişən cərəyan generatorlarından və nizamlayıcı relelərdən istifadə edilir.

İstismar prosesində


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin