Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan texniKİ universiteti NƏZDİNDƏ baki döVLƏt rabiTƏ VƏ NƏQLİyyat kolleci



Yüklə 0,98 Mb.
səhifə30/38
tarix11.01.2022
ölçüsü0,98 Mb.
#110836
növüMühazirə
1   ...   26   27   28   29   30   31   32   33   ...   38
§2.8. Rabitəli konturlar.

İdeal filtr П-şəkilli amplitud-tezlik və buraxma zolağında xətti faza-tezlik xarakteristikalarına malik olmalıdır. Lakin əvvəlki paraqraflardan göründüyü kimi, ardıcıl və paralel konturların amplitud-tezlik xarakteristikaları tələb olunan ideal xarakteristikadan çox fərqlənir. Bundan başqa, tək konturlarda seçiciliklə buraxma zolağı arasında mövcud olan ziddiyyəti aradan götürmək lazımdır. İdeal filtrin xarakteristikalarına yaxın xarakteristikalar almaq lazım gələn hallarda radioelektronikada, adətən, rabitəli konturlardan istifadə edilir. Bir-biri ilə enerji mübadiləsində olan iki və daha çox konturlar sisteminə r a b i t ə l i (ə l a q ə l i) k o n t u r l a r deyilir. İki konturdan ibarət olan sistemdə e.h.q. mənbəyi birinci kontura daxil edilir, ikinci kontur isə enerjini birinci konturdan alır. Konturlar arasında enerji mübadiləsi maqnit və ya elektrik sahələri vasitəsilə olur. Əgər rabitə maqnit sahəsi ilə həyata keçirilərsə - induktiv rabitəli, elektrik sahəsi ilə olarsa – tutum rabitəli sxemlər adlanır. Konturlar arasında rabitə yaradan elementə r a b i t ə m ü q a v i m ə t i deyilir. Bu müqavimətin xarakterindən asılı olaraq induktiv rabitə iki cür: transformator və avtotransformator rabitələri ola bilər (şəkil 2.19, a,b). Tutum rabitəsini də iki yerə ayırmaq olar: daxili və xarici tutum rabitələri (şəkil 2.19, c,ç). Konturlar arasındakı rabitə dərəcəsi rabitə əmsalı vasitəsi ilə xarakterizə olunur.






Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin