Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan texniKİ universiteti NƏZDİNDƏ baki döVLƏt rabiTƏ VƏ NƏQLİyyat kolleci



Yüklə 0,98 Mb.
səhifə33/38
tarix11.01.2022
ölçüsü0,98 Mb.
#110836
növüMühazirə
1   ...   30   31   32   33   34   35   36   37   38
Alçaq tezlik filtrləri (ATF). Şəffaflıq zolağı sıfırdan ωs sərhəd tezliyinə qədər olan və qalan tezliklərdə rəqsləri kəskin söndürən filtrlər a l ç a q t e z l i k f i l t r l ə r i adlanır. Şəkil 2.21-da T-şəkilli və П-şəkilli ATF-in elementar dövrələrinin sxemləri göstərilmişdir. Burada ardıcıl birləşdirilmiş müqavimətlər induktiv xarakterli, paralel birləşdirilmiş müqavimətlər isə tutum xarakterli olur.



Şəkil 2.21.T-şəkilli (a) və П-şəkilli (b) alçaq tezlik filtrləri.ATF-in tezlik xarakteristikası.

Filtrin sərhəd tezliyi və yük müqaviməti Ry = olduğunu nəzərə alsaq, filtrin L və C parametrlərini



; (2.22)

ifadələrindən tapmaq olar.



Yüksək tezlik filtrləri (YTF). Müəyyən sərhəd tezliyindən sonsuzluğa kimi şəffaf olan filtrlərə yüksək tezlik filtrləri deyilir. YTF-də ardıcıl qoşulmuş müqavimətlər tutum xarakterli, paralel qoşulmuş müqavimətlər isə induktiv xarakterli olur. Şəkil 2.22-də T-şəkilli və П-şəkilli YTF-in sxemləri göstərilmişdir.



Şəkil 2.22.T-şəkilli (a) və П-şəkilli (b) yüksək tezlik filtrləri.YTF-in tezlik xarakteristikası.

YTF alçaq tezlik oblastında qeyri-şəffafdır və bu oblastda onun xarakteristik müqaviməti reaktiv xarakter daşıyır. Bu reaktiv müqavimət T-şəkilli filtr üçün induktiv, П-şəkilli üçün isə tutum xarakterli olur. Tezliyin qiyməti onun sərhəd tezliyindən böyük olduqda YTF-in xarakteristik müqaviməti aktiv olur.

Tezlik azaldıqca ardıcıl qoşulmuş tutumların müqavimətləri artır, paralel qoşulmuş induktivliklərin müqavimətləri isə azalır; bu da alçaq tezlik oblastına keçdikdə filtrin çıxışında gərginliyin azalmasına, yəni sönmə əmsalının artmasına səbəb olur. YTF elementlərinin induktivlik və tutumlarını hesablamaq üçün bu düsturlardan istifadə olunur.

; . (2.23)


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin