Şəkil 3.1.İkinaqilli uzun xətt parçası (a), dx uzunluqlu elementin ekvivalent sxemi (b)
Bu parçada gərginlik və cərəyan dəyişmələrini belə yazmaq olar:
(3.1)
,
.
Bu tənliklər iki naqilli teleqraf xətlərində ğedən prosesləri təsvir etdiyindən, çox vaxt bunlar t e l e q r a f t ə n l i k l ə r i adlanır.Uzun xətdə itkilər kifayət qədər az olduqda R=0 və G=0 götürmək olar. Bu vaxt teleqraf tənlikləri sadələşir və aşağıdakı dalğa tənliklərinə çevrilir:
(3.2)
,
.
Bu tənliklər sistemi göstərir ki, iki naqilli uzun xətdə gərginlik və cərəyan eyni qanunlarla dəyişir. Naqillər arasındakı məsafə artdıqca (naqillərdə yükü sabit saxlamaq şərti ilə) onlar arasındakı tutum azalır. Lakin bu vaxt naqillər arasında maqnit sahəsi tərəfindən nüfuz edilən sahə artdığından maqnit seli və buna uyğun olaraq induktivlik də artır.
Beləliklə, xətdə gərginlik və cərəyan xətt boyunca eyni bir v-sürəti ilə düz və əks istiqamətlərdə qarşı-qarşıya yayılan iki dalğanın cəmindən ibarətdir. Qeyd edək ki, itkisiz xətt istənilən şəkilli dalğanı zəiflətmədən təhrifsiz ötürə bilər.
Tutaq ki, xətdə yalnız düz istiqamətdə yayılan qaçan dalğa varsa onda xətda dalğa ədədi aşağıdakı kimi olar:
, (3.3)
burada λ – dalğa uzunluğudur.
Qaçan dalğa gərginliyi amplitudunun cərəyan amplituduna nisbəti xəttin dalğa müqavimətini təyin edir:
(3.4)
İtkisiz xətdə dalğa müqaviməti həqiqi və sabit qiymətə malik olub, bərabərdir. 0 - həqiqi ədəd olduqda və eyni fazada olur. Əgər xətdə itki varsa, onda qacan dalğada gərginliklə cərəyan arasında xətdəki itkilərin qiymətindən asılı olan faza sürüşməsi yaranır.
Dostları ilə paylaş: |