Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan texniKİ universiteti NƏZDİNDƏ



Yüklə 105,95 Kb.
səhifə26/49
tarix10.01.2022
ölçüsü105,95 Kb.
#107812
1   ...   22   23   24   25   26   27   28   29   ...   49
Bakterioloji silah - kütləvi qırğın silahlarından biri olub, bakterial vasitələrə və onları tətbiq etmək üçün işlədilən döyüş sursatına, cihaz və tərtibatlara deyilir. Bakterioloji silah əsasını xəstəliktörədən mikroblar və onlardan alınan zəhər-toksinlər təşkil edilir. Xəstəliktörədən mikroblar və toksinlər müəyyən müddət xarici mühitdə və ya yoluxmuş həşaratlarda, gənələrdə, gəmiricilərdə qala bilər.Düşmən aşağıdakı qaydada bioloji silah işlədə bilər:

  • təyyarə bombaları

  • top güllələri

  • raketlər

  • içərisinə maye, yaxud quru halda mikrob və zəhər qatışığı(reseptur) doldurulmuş xüsusi konteynerlər

  • zəhərlənmiş daşıyıcılar (həşaratlar,gənələr.gəmricilər)

Bioloji silahın zədələyə biləcək vasitələr aşağıdakılardır:

  • şəhərlər və başqa yaşayış məntəqələri

  • dəmiryol qovşuqları

  • limanlar

  • su təchizatı mənbələri

  • kənd təsərrüfatı bitkiləri

  • əkin sahələri

Bioloji silahın zədələyici təsiri aşağıdakılardan ibarətdir:

  • duman və ya tüstüşəkilli aerozol buludu

  • xəstəliktörədicidən

  • ərazinin relyefindən

  • meteoroloji şəraitdən

Bioloji silahın tətbiqi nəticəsində bioloji zədələnmə ocağı yaradır. Bioloji zəhərlənmə ocağı- bioloji silahın tətbiqi nəticəsində insan, heyvan və bitki təlafatı olan əraziyə deyilir. Bakterioloji hərbi sursat partladıqda boğuq səs eşidilir, ətrafa iri qəlpələr yayılaraq, torpaq və bitki üzərinə damcılar və tozşəkilli maddələr çökür. Düşmən bakterioloji silah tətbiq etdiyi rayonlarda insanlar arasında epidemiya, həmçinin mal-qaranın qırılması halları baş verir. Bunların qarşısını almaq üçün observasiya və karantin təyin edilir.

Observasiya- epidemiya ocağında yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə həyata keçirilən təcridrtmə-məhdudlaşdırma və müalicə-profilaktika tədbirləri sisteminə deyilir.

Karantin- bakterial yoluxma ocağını təcrid etmək xəstəliklərin yayılmasının qarşısını almaq və yoluxmanı aradan qaldırmaq məqsədilə yerinə yetirən epidemiya əleyhinə rejimi prafilaktika tədbiri sisteminə deyilir.

Radiaktiv, kimyəvi və bioloji zonalarda əhalinin davranışı. Radiaktiv maddələrlə zəhərlənmiş ərazidə əhalinin mühafizə və davranış rejimləri radiasiyanın səviyyəsindən asılı olaraq mülki müdafiə tərəfindən müəyyən edilib elan olunur. Məqsəd – adamların təhlükəsiz dozadan artıq şüalanmaya məruz qalmalarının qarşısını almaqdır. Radiasiyadan mühafizə rejimi zəhərli sahədə adamların ardıcıl olaraq əvvəlcə radiasiya daldalanacağında, bundan sonra isə adi binalarda qalması və mühafizə vasitələri işlətməsi müddətlərini təyin edir. Zəhərlənmiş sahələrdə qalmağa məcbur olan hallarda adamlar hökmən fərdi mühafizə vasitələri işlətməli, 2 saylı radiasiyadan mühafizə dərmanını içməli və təhlükəsiz davranış qaydalarına riayət etməlidirlər. Fərdi mühafizə vasitələrini çıxarmaq, əllə ətrafdakı əşyalara toxunmaq, yerdə oturmaq və ya uzanmaq, hərəkət və iş vaxtı toz qaldırmaq, açıq yerlərdə xörək yemək, su içmək, paltarı, ayaqqabıları çöldə təmizləmədən yaşayış binalarına girmək, ehtiyac olmadan binalardan kənarda qalmaq olmaz. Kimyəvi zəhərlənmə ocağında davranış qaydaları aşağıdakılardır:



  • Mülki müdafiə gərargahının xüsusi göstərişi olmadan sığınacaqdan çıxmamaq;

  • Sığınacağın kipliyi pozulan və ya radiasiya daldalanacaqlarında qalan hallarda fərdi apteçkadan antidot dərman qəbul edəndən sonra əleyhqaz taxmaq, dərini qoruyan paltar geymək və ancaq mülki müdafiə işçilərinin göstərişi üzrə mühafizə qurgusunu tərk etmək;

  • Açıq yerlərdə qalan hallarda dərhal əleyhqaz taxmaq;

  • Xüsusi qoruyucu paltarları geymək və zəhərlənmə ocağından çıxmaq;

  • Xüsusi qoruyucu paltarları olmadıqda dərhal köynəyin və pencəyin ətəklərini şalvarın içinə salmaq, şalvarın balaqlarını topuqda, köynəyin qollarını biləkdə qaytanla bağlayıb kipləşdirmək, əllərə əlcək, ayaqlara rezin ayaqqabı geymək, başı başlıq və ya yaylıqla kip örtmək , üstdən sintetik və ya rezinli parçadan olan plaş geymək;

  • Kimyəvi zəhərlənmə ocağından çıxmayınca fərdi mühafizə vasitələrini əyindən çıxarmamaq, bədənin dərisi üzərinə və ya paltara zəhərləyici maddə damcıları düşən hallarda bu damcıları fərdi kimyəvi paketdəki məhlullda və ya naşatır spirtində isladılmış tamponla təmizləmək lazımdır.

Yolxucu xəstəlik ocağında bütün əhali müəyyən olunmuş davranış rejiminə ciddi riayət etməyə borcludur.Yolxucu infeksion xəstəliklər aşkar edilərkən pəncərə və qapı yerlərini yaxşı kipləşdirmək, məişətdə az işlədilən ev əşyalarını yığışdırıb əl-ayağa dolaşmayan yerlərdə saxlamaq lazımdır. Ərzaq malları və içməli sular ağzı kip bağlanan qablarda saxlanmalıdır. İstifadə etməzdən əvvəl ərzaq məhsullarını qaynatmaq və ya qovurmaq vacibdir, çörəyi xırda tikələrə doğrayaraq alovun üzərində qızdırmaq, meyvə-tərəvəzi yaxşı yumaq və ya üzərinə qaynar su tökmək lazımdır.

Su və ya süd ən azı 30 dəqiqə qaynamalıdır. Yalnız su kəmərindən və şübhə törətməyən su mənbələrindən istifadə edilməlidir. Qab-qacaq təmiz yuyulandan sonra qaynadılmalıdır. Yeməkdən əvvəl, adamlarla təmasda olduqdan sonra əlləri hökmən sabunla yumaq, paltar-ayaqqabıları tez-tez təmizləmək, müntəzəm surətdə çimmək və alt paltarını təmiz saxlamaq, mənzilin, həyətin, iş yerinin, ümumi istifadə yerlərinin çirkli olmasına yol verməmək lazımdır.

Adamların bir-birilə təmasda olması məhdudlaşdırılmalıdır. Mənzildən ancaq ən vacib hallarda çıxmaq olar. Evdən çıxdıqda hökmən tənəffüs üzvlərini qoruyan fərdi vasitələr taxmaq, bədənin səthini qorumaq üçün paltarları göstərilən qaydada kipləşdirmək, evə qayıdarkən üst paltarları və ayaqqabıları çıxarıb dezenfeksiya etmək üçün bayırda qoymaq lazımdır. Yolxucu xəstəliyin əlamətləri aşkara çıxan kimi (hərarətin yüksəlməsi, başağrısı. Iştahasızlıq, ürək bulanması, qusma,mədə pozğunluğu) bu barədə dərhal tibb müəssisəsinə xəbər verilməli, xəstə ayrıca otaqda və ya otağın müəyyən hissəsində yerləşdirilməli, şəxsi əşyaları, paltarları, yataq ləvazimatı, qab-qacağı, mebeli və mənzili dezenfeksiyadan keçirilməlidir.


Yüklə 105,95 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin