Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti Sosial elmlər və psixologiya fakültəsi



Yüklə 379,5 Kb.
səhifə16/31
tarix01.01.2022
ölçüsü379,5 Kb.
#103271
1   ...   12   13   14   15   16   17   18   19   ...   31
Y. XX ƏSR FƏLSƏFƏSİ

QƏRB FƏLSƏFƏSİ

XX əsr fəlsəfəsinin inkişaf xüsusiyyətləri və onları müəyyən edən iqtisadi, siyasi, mənəvi, elmi-nəzəri amillər. Neorealizmin və praqmaizmin təkamülü. Əsas fəlsəfi cərəyanlar – neopozitivizm, ekzistensializm və neotomizmin yaranması. Onların ümumi cəhətləri (aqnostisizm, ictimai inkişafın obyektiv qanunlarının, metafizikanın inkarı, varlıq və şüurun, fəlsəfə və mifoloji şüurun eyniləşdirilməsi və s.). Bu cərəyanları fərqləndirən xüsusiyyətlər (rasionalizm və irrasionalizm, tədqiqat sahələrinin müxtəlifliyi və s.). XIX əsrin sonu, XX əsrin əvvəllərində fəlsəfədə sosial, ideya-nəzəri və nəzəri-idraki istiqamətlərinformalaşması və inkişafı. Sartr tərəfindən insan azadlığı və məsuliyyətinin müxtəlif aspektləri, Kantın səbəbiyyət və futurologiya kimi müxtəlif aktual məsələlərin irəli sürülməsi.

Pozitivizmin meydana gəlməsi və əsas ideya mənbələri. Pozitivizmin inkişaf mərhələləri. O. Kontun”müsbət” biliklər sistemi. Empiriokritisizm (maxizm) fəlsəfəsinin formalaşması. Məntiqi pozitivizmin yaranması.

Neopozitivistlər fəlsəfi analizdə Rassel xətinin davamçısı kimi. Ideal dil və verifikasiya prinsipi neopozitivizm fəlsəfəsinin əsası kimi. R.Karnap “məntiqi sintaksis” yaratmağı fəlsəfənin vəzifəsi hesab etməsi. A.Ayerin ideal dil konsepsiyası. R.Karnapın semantik idealizmi, Vitqenşteynin linqvistik analizi, Popperin tənqidi rasionalizmi.

Neopozitivizm və idrak problemləri. F.Frankın idrak problemində Maxa meyl etməsi. Dil rasional idrakın vasitəsi kimi.

XIX əsrin üçüncü rübündə Qərbi Avropa fəlsəfəsində neokantçılığın meydana gəlməsində ilkin tarixi, təbii-elmi və ideya-nəzəri şərtlər.

Neokantçılıqda əsas istiqamətlər: fizioloji istiqamət (H.Helmholts, F.Lanqe), realist istiqamət (A.Ril, O.Külpe), psixloji istiqamət(L.Nelson), transendental-məntiqi (H.Kohen, P.Natorp, E.Kassirer), transendental-psixoloji (V.Vindelband, H.Rikkert).

Marburq məktəbinin nümayəndələrinin Kant nəzəriyyəsinə əsaslanması. Kantın transendental metodunun Marburq məktəbinin fəlsəfəsində anlayışı.

Neokantçılıqda “özündə şeylər” problemi. P.Natorpun əsas ideyalarının analizi.

Baden (Freyburq) məktəbi. Fəlsəfənin predmeti haqqında. Vindelband və Rikkert fəlsəfəsində “dəyər” anlayışı. Transendental obyektin analiz problemi.

Baden (Freyburq) məktəbinin metodologiyası. “Təbiət haqqında elm” və “mədəniyyət haqqında elm”.

XX əsrin birinci yarısında neohegelizmin Almaniyada meydana gəlməsi. F. H.Bredlinin metafizikası. Bredlinin Absolyut haqqında təlimi. Bredlinin metafizikasında eynilik, einiyyət-identiklik kateqoriyası. Neohegelizmin C.Mak-Taqqart və R.C.Kollinqvud tərəfindən inkişaf etdirilməsi.

P.Kroner fikir və fəlsəfənin predmeti haqqında.

C.Centilin “aktual idealizmi”. C.Centilin tarixin fəlsəfəsi fikri. B.Kroçun neohegelizm “ateizmi”.

R.C.Kollinqvudun fəlsəfəsində tarixilik. J.Valın, A.Kojevin və J.İppolitin təlimində Hegel fəlsəfi sisteminin ekzistensialist yenidənqurma metodu. N.Hartmanın “tənqidi ontologiya” sistemi. F.H.Bredlinin absolyut idealizmi. Absolyut haqqında təlim. Bredlinin neqativ dialektikası. Neohegelizmin tarixi əhəmiyyəti.

Praqmatizm, onun yaranması və inkişaf xüsusiyyətləri, formalaşmasının əsas mərhələləri.

Praqmatizm insanın dərkedilməzliyi, irrasional aləmdə onun fəaliyyətinin yalnız məqsədyönlük və faydalılıq baxımından təşkili və öyrənilməsinin zəruriliyi haqqında. Praqmatizm və elmi metod.

Çarlsin fəaliyyət (“praqma”) fəlsəfəsi. Ç. Pirs şüur haqqında. Dərketmə yolunda şübhə və inam kateqoriyalarının yeri. Inamda sosial sanksiyanın (icazənin) rolu. Məna və obyekt. Ç, Pirsin təlimində antropo-morfizm və sosiomorfizm.

U.Cems insan şüurunun fəallığı haqqında. Şüurda inikas qabiliyyətinin inkarı. U.Cems fəlsəfənin mahiyyəti və vəzifələri haqqında. Insan – dünyanın mərkəzi, inam isə həyatın əbədi başlanğıclarından biridir. U.Cems həqiqət və inam haqqında. U.Cems əxlaq və cəmiyyət haqqında.

C.Dyui və məntiq elminin inkişafında onun xidmətləri. Elmi “metodun” insan davranışının təkmilləşdirilməsində rolu. C.Dyui şübhə, anlayşlar (instrumentlər), fayda anlayışları haqqında. C.Dyuinin instrumentalizmi.

Ekzistensializm, onun meydana gəlməsi və ideya mənbələri haqqında. Ekzistensializmin fəlsəfi mahiyyəti. Onun başlıca anlayışları – ekzistensiya (mövcudluq) varlığın əslində “özündə varlıq” olması haqqında. Insan şüurunu dərkedən yox, əzabkeş, təəssüflənən və ölümə düçar olan kimi başa düşməsi, varlığı şüurda olan varlıq kimi qiymətləndirməsi. Insan mövducluğunun sosial varlığı yaratması haqqında.

J.P.Sartrın ekzistensial ontologiyası: insan varlığının və dünyanın mövcudluğu (özündə varlıq, özü üçün varlıq). Həqiqi və qeyri-həqiqi mövcudluq problemi. J.P.Sartrın neqativ dialektikası, bu dialektikanın təsir dairəsinin – şüur, onun mənbəyinin isə özü üçün varlıq və daşıyıcısı və təcəssümünün – şüur olması haqqında. Sartrın tarixi materializmə marksizmə münasibəti. Sosial təcrübənin təhlilində Sartrın fikirləri və ekzistensial antropologiyasının birləşdirilməsi cəhdləri.

A.Kamyunun azadlıq və qiyam fəlsəfəsi. X.Arendtin “aktiv həyat” fəlsəfəsi: fəaliyyət fenomeninin transformasiyası (əmək, istehsalat, fəallıq), totalitarizmin kütləvi tənqidi.

M.Haydegger və K.Yaspers alman ekzistensializminin baniləri və başlıca nümayəndələri kimi. M.Haydeggerin yaradıcılığında metafizika və qermenevtika. K.Yaspersin “mövcudluq fəlsəfəsi”. Onun varlığı dərketməni və şüuru yeni tərzdə izah etmək cəhdləri. K.Yaspers ekzistensiyanın “transsendensiya” (yəni Allah) ilə ayrılmaz bağlılığı haqqında. Onun fəlsəfi sistemi (dünyada öz yerini müəyyən emək), ruh (ekzistensial vəhy), allah (metafizika).

Neotomizm, onun ideya və nəzərəi mənbələri. Inamın biliyi üstələməsi, onun biliyi inkar etməməsi, əksinə, daha da inkişaf etdirməsi haqqında neotomizm təlimi. Neotomizm həqiqətin iki yolla – inam (mistik irrasionalizm, vəhy) və ağıl (idrak) yolu ilə dərk edilməsi haqqında.

Neotomizmin əsas xüsusiyyətləri (kilsə nəzarəti, hədsiz ehkamçılıq, dözümsüzlük, avtoritarizm). Teologiya – biliklər sisteminin şahididir. Onun varlıq haqqında təlimi (mütləq, fövqəltəbii varlıq və yaradılmış, əldə edilmiş varlıq, birinci varlıq – allah, ikinci varlıq onun tərəfindən yaradılmış şeylər və hadisələr). Neotomizm allahın varlığı, onun dərkedilməzliyi, ruh və materiya, materiya və forma haqqında . idrakın üç pilləsi və onun məhdudluğu barədə neotomozm təlimi. Neotomizm insanın yaşamağının mənası və onun fövqəl-təbii vəzifəsi.

Neotomizmin tarix fəlsəfəsi. Sosial həyatın qanunauyğunluqların rədd edilməsi. Tarixin qanunlarının əslində allahın iradəsi olması haqqında. Neotomizmin müasir inkişaf mərhələsinin xüsusiyyətləri, onda təftişçilik və ekzistensializm meylləri.

E.Jilsonun və J.Maritenin ontologiyası və metafizikası: xristian fəlsəfi ənənələrində realizm; şüur və inamin qarşılıqlı əlaqələri. Ilahi ontologiya: varlıq, maviyyət və mövcudluq: Allah həqiqi mövcudluğun aktı kimi.

Kranerin transsendental neotomizmi. M.Şakk Allahın varlıq formaları haqqında. Protestantizmdə dini-fəlsəfi təkamül nəzəriyyəsinin əsas ənənələri. P. Tillixin sistematik teologiyası: Allahın varlığı, varlığın ontologiyası.

Almaniyada meydana gəlimiş həyat fəlsəfəsinin sosial-tarixi, ideya-nəzəri əsasları.”Həyat” anlayışı ilkin reallıq kimi. Həyat fəlsəfəsinin XX əsr fəlsəfi fikir tarixində və mədəniyyətində yeri və rolu.almaniyada həyat fəlsəfəsinin əsas nümayəndələri: F.Nitsşe, V.Diltey, O.Şpenqler.

F.Nitsşe həyat fəlsəfəsinin banisi kimi. XX əsr fəlsəfəsində və mədəniyyətində onun yeri və rolu. Nitsşeanlığın tarixi haqqında. Nitsşenin iradə metafizikası.

Gənc Nitsşenin romantizmi. Onun A.Şopenhauerə və R.Vaqnerə təsiri. “Faciənin doğulması” – onun yaradıcılığının şərhi kimi.

“Fövqəlinsan” – Nitsşenin mədəni-etik idealı kimi. “Zərdüşt necə danışdı” əsəri. Fövqəlinsan haqqında ideyaların yaranması. Tarixi fövqəlinsan. Fövqəlinsan bioloji varlıq kimi. Nitsşenin əsərində fövqəlinsanın əsas əlamətləri haqqında.

Nitsşenin əxlaq təlimi. Ağaların əxlaqı və qulların əxlaqı. “Hakimiyyət iradəsi” Nitsşe təliminin əsas prinsipi kimi. Idrak (intellekt) və affekt (instinkt) hakimiyyət iradəsinin təzahürü kimi. Nitsşe və müasir fəlsəfi antropologiya. Nitsşenin ideyalarının XX əsr fəlsəfəsinə (M.Haydegger, K.Yaspers, J.Derrid, J.Delez, R.Rorti) təsiri.

V.Dilteyin həyat fəlsəfəsi. V.Diltey yaradıcılığının ilk dövrlərində fəlsəfənin predmetinin probleri haqqında. Fəlsəfə “ruh haqqında elmdir” dünyagörüşü və metodologiyası kimi. V.Dilteyin “Ruh haqqında elmə giriş” əsəri. “Ruh haqqında elm” və “təbiət haqqında elm”. Qermenevtika anlayışı və V.Dilteyin qermenevtik metodu. V.Dilteyin təliminin tarixi taleyi.

O.Şpenqlerin həyat fəlsəfəsi. “Avropanın qürubu” əsəri. O.Şpenqler və rus fəlsəfəsi. O.Şpenqler tarixin morfologiyası haqqında və onun əsas anlayışlsarı barədə: “yaranma”, “ruh”, “tale”, “həyat”, “dünya”. Klassik tarixi nəzəriyyənin O.Şpenqler tərəfindən tənqidi. Sivilizasiya haqqında təlimi.

A.Berqsonun fəlsəfi baxışları. Onun fəlsəfəsində şüur dəyişkənliyi və şüur axını haqqında təlimi. A.Berqson şüurun ikili qabiliyyəti: ürəyə damma (intuisiya) və xarici aləmin hadisələrini dərk etmək yolu (intellekt) haqqında. A.Berqson cəmiyyət, əxlaq, din və siyasət barəsində.

Z.Freydin psixoanalitik fəlsəfəsi. Insan psixikasında qeyri-iradi şüur. Z.Freyd fəlsəfəsində “Fövqəl-Mən” anlayışı.

Fenomenoloji fəlsəfənin anlayışı və formalaşması tarixi. E. Husserlin həyat və yaradıcılığı. E. Husserlin fenomenlogiyası. Fəlsəfi fikir “ciddi elm” kimi.

Fenomenoloji metodun əsas prinsipləri: reduksiya anlayışı, ideasiya, şüurun inkişafı konsepsiyası. Şüurun fenomenoloji analizi. Intersubyektivlik nəzəriyyəsi.

M.Haydeqqerin fundamental ontlogiyası. M.Haydeqqerin həyat və yaradıcılığı. M.Haydeqqerin ilkin fəlsəfəsində fenomenoloji metoda qayıdış. Ontologiyanın əsasları və qermenevtika Dasein. Ekzistensialist analitikanın əsasları: yerləşmə, anlama və nitq.

M.Haydeqqer yaradıcılığında metafizika, texnika və poetik fəlsəfənin tənqidi. Avropa nihilizminin, antihumanizmin mahiyyəti.

Fenomenologiyanın müasir konsepsiyası M.Merlo-Pontinin fenomenologiyanı mənimsəməsi.müasir fenomenologiyanın əsas inkişaf xüsusiyyətləri. L.Binsvangerin ekzistensial psixoanalizi.


Yüklə 379,5 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin