Mövzu 18: İdarəetmənin sosiologiyası.
“Menecment”, “idarəetmə”, və “sosial idarəetmə” anlayışlarının müqayisəli təhlili. Sosiologiyada sosial idarəetmə anlayışı: 1. İctimai sistemlərə, onların komponentlərinə və proseslərinə məqsədyönlü təsir kimi. 2. İdarəetmə subyektinin bütün cəmiyyətə təsiri kimi. İdarəetməyə sosoloji yanaşmanın mahiyyəti.
Elmi idarəetmə nəzəriyyələri: F.Teylorun, Urvikin, D.Muninin, A.Fayolun, E.Meyonun, P.Drukerın, U. Quçinın və b. nəzəriyyələri. Sosial idarəetmənin əsas xarakteristikaları. İdarəetmədə obyekt-subyekt münasibətləri. Cəmiyyətin idarə edilməsində əsas vasitələr. Sosial idarəetmə mexanizmi və onun strukturu. İdarəetmənin qanunları.
Təşkilati-struktur baxımından sosial idarəetmə prosesinin mərhələləri. Sosial idarəetmənin mərhələlərinə müxtəlif baxışlar (V.Q.Afanasyevin, Q.Q.Vasilyevin və başqalarının mövqeləri). İdarəetmənin funksiyaları: planlaşdırma, təşkiletmə, nəzarət, motivləşdirmə və s. İdarəetmənin funksiyalarına müxtəlif baxışlar. İdarəetmənin metodları: ümumi, universal, xüsusi, inzibati-təşkilati, iqtisadi, sosial-psixoloji və s.
İdarəetmənin əsas istiqamətləri. Sosial idarəetmənin sosial-iqtisadi, mənəvi və informasion prinsipləri. İdarəetmədə kadrların rolu. Rəhbər kadrlar. İdarəetmə üslubları. Azərbaycanda keyfiyyətli idarəetmə üslubları ehtiyatının yaradılması problemi.
Dostları ilə paylaş: |