İctimai həyat və insan təbiəti anlayışı. Şəxsiyyətin təşəkkülündə və inkişafında, insan davranışının müəyyənləşməsində təbii və sosial amillərin nisbəti. “Sosial davranış” paradiqmaları (R.Beqess, D.Homans və s.).
Sosiallaşmanın dinamikası, ilkin və ikinci sosiallaşma, “Mən”in formalaşması anlayışı (Ç.Külinin, C.Midin və Z.Freydin konsepsiyaları).
Şəxsiyyətin sosial mühiti anlayışı. İnsan sosial və bioloji varlıqdır. Sosial mühitin makro və mikro səviyyələri, onların nisbəti və qarşılıqlı təsiri. İnteqrasiya və adaptasiya insanın və cəmiyyətin qarşılıqlı təsir formalarıdır.
Şəxsiyyətin deviant davranışı anlayışı. Deviant davranış (kənara çıxan) spesifik sosial hadisədir. İlkin və ikinci deviasiya” anlayışları. Deviant davranışın əsas səbəbləri. Alkoqolizm, narkomaniya, cinayətkarlıq kənara çıxan davranış qrupları kimi.
Şəxsiyyətin sosioloji konsepsiyaları. Sosial rollar konsepsiyası; şəxsiyyətin “azadlıq-determinizm”, “rasionalizm və irrasionalizm”, “subyektivlik-obyektivlik”, “anlaşılan və anlaşılmayan” və s. dixotomik konsepsiyaları (K.Rocers, İ.Kelli, A.Maslou, S.Buller və s.).