Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti Pedaqogika kafedrası



Yüklə 126,72 Kb.
tarix09.02.2020
ölçüsü126,72 Kb.
#102055

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKI DÖVLƏT UNİVERSİTETİ

Pedaqogika kafedrası

5802.01 – Təhsilin təşkili və planlaşdırılması ixtisası üçün
PROQRAM

Bakı – 2018

Elmi redaktor: dos. M.A.İsmixanov

Proqramı hazırlayanlar: prof. H.Ə.Əlizadə

prof. R.L.Hüseynzadə

dos. Q.H.Tağıyeva




Rəyçilər: dos. N.B.İmamverdiyeva

dos. O.Q.Qafarova


İzahat vərəqi

“Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramında” təhsil menecerlərin hazırlanmasına, yenidən hazırlanmasının və ixtisasının artırılmasını müasir tələblər səviyyəsində təşkil etmək prioritet istiqamətlər kimi müəyyənləşdirilmişdir.

Azərbaycan Respublikası Təhsil Qanununun pedaqoji işçilərin hüquq və vəzifələrindən bəhs edən 49-cu maddəsində deyilir ki, pedaqoji işçilərin hüquq və vəzifələrindən biri də müəssisənin Nizamnaməsinə uyğun olaraq təhsilin idarə olunmasında iştirak etməkdir.

Bu baxımdan təhsilin magistr pilləsində tədris olunan “Təhsil menecmenti” fənni tədris proqramına daxil edilmişdir. Proqramın hazırlanması da bu zərurətdən irəli gəlmişdir.

Beləliklə, ixtisasından və təhsil formasından asılı olmayaraq təhsilin magistr pilləsinin hər bir məzunu təhsilin təşkili və idarə olunması, xüsusilə təhsil menecmenti məsələləri sahəsində müəyyən həcmdə bilik və bacarıqlar qazanmalıdır.

Tərtib etiyimiz proqram məhz bu boşluğu doldurmağa xidmət edir.

Fənnin mənimsənilməsi nəticəsində magistrantlar bilməlidirlər:

İdarəetmənin əsas pillələrini, funksiyalarını, menecmentin işdə aparıcı rolunu, təhsilin idarəedilməsinin qanunauyğunluqlarını.


Təhsil menecmenti” fənni üzrə nümunəvi tematik plan

Sıra



Mövzular

Saatlar

Müh.

Sem.

1

Təhsildə menecmentin mahiyyəti və məqsədi

2

2

2

Təhsildə menecment fəaliyyətində idarəetmənin səciyyəvi xüsusiyyətləri

2

2

3

İdarəetmənin əsas pillələri və təhsil menecerlərinin funksiyaları

2

2

4

Təhsil menecerlərinin idarəçilik fəaliyyətində pedaqoji prinsiplər

2

2

5

Təhsildə planlaşdırma menecment fəaliyyətinin başlanğıc hissəsi kimi

2

2

6

Məktəbin idarəedilməsində məktəb direktoru baş menecer kimi

2

2

7

Təhsil menecmentinin fəaliyyət dairəsi

2

2

8

Təhsil menecmentində diaqnostlaşdirma, layihələşdirmə və proqnozlaşdırma

2

2

9

Təhsil menecerinin pedaqoji etik qabiliyyətləri

2

2

10

Təhsil menecerinin idarəçilik ustalığı və pedaqoji ustalığı

2

2

11

Menecerin fəaliyyətində məktəbdaxili idarəetmə və pedaqoji təhlil

2

2

12

Təhsil menecerinin fəaliyyətinin əsas pedaqoji problemləri

2

2

13

Məktəbdə metodik işin təşkilində rəhbər menecerlərin fəaliyyəti

2

2

14

Təhsil menecmentində idarəetmənin modernləşdirilməsi və yeni inkişaf modelləri

2

2

15

Təhsil menecerinin pedaqoji prosesinin təkmilləşdirilməsinə rəhbərliyi

2

2




Cəmi:

30 s.

30 s.



1. Təhsildə menecmentin mahiyyəti və məqsədi

Menecmentin məfhumunun mahiyyəti, onun nəzəri və əməli inkişafı. Menecmentin məqsədi və vəzifələri. Menecmentin xarakterik xüsusiyyətləri. Menecment və onun funksiyaları. Menecment anlayışı. İdarəçilik əməyinin zəruriliyi və tarixi. Qədim Şumerlərdə, Yunanıstanda, Misirdə və Romada idarəetmə sistemi. Menecment haqqında fikirlər və onların təkamülü. Menecmentin elm sahəsinə çevrilməsi. Menecment məktəbləri “Elmi-menecment məktəbi”, “İnzibatçılıq məktəbi”, “Psixologiya və insan münasibətləri məktəbi”, “İdarəetmə elmi məktəbi”, “İnsan-insan” peşələr sistemi, Müasir dövrdə idarəçilik elminin inkişafının əsas istiqamətləri. Menecment elminin obyektləri. Təbiət, maşın sistemi, cəmiyyət, istehsal və qeyri-istehsalsahələri, social-iqtisadi sistemlər idarəetmənin obyekti kimi. Menecment kursunun predmeti. İdarəçilik münasibətləri menecmentin tətqiqat predmeti kimi. İdarəetmə proseslərinin tədqiqinin və dərk edilməsinin üsulları. Menecment kursunun qarşısında duran məqsəd və vəzifələr.


2. Təhsildə menecment fəaliyyətində idarəetmənin səciyyəvi xüsusiyyətləri

Menecment fəaliyyətində təhsildə idarəetmə fəaliyyətinin təşkilində nəzərdə tutulan məsələlər: idarəetmənin quruluşunun müəyyənləşdirilməsi; hər dövr üçün quruluş, məzmun və funksional komponentlərin ayrılması; idarəetmənin bütün dövrlərində işdə olan çətinlikləri aradan qaldırmaq üçün qarşılıqlı fəaliyyətin təşkil edilməsi; pedaqoji və şagird kollektivləri səviyyəsində idarəetmə bacarığının öyrənilib həyata keçirilməsi; əks-əlaqə, koordinasiya və idarəetmədə münasibətlərin yaradılması.

Menecment fəaliyyətində idarəetmənin təşkili: rəhbərliyin məktəb daxilində həyata keçirməli olduğu sahələr.
3. İdarəetmənin əsas pillələri və təhsil menecerlərinin funksiyaları

Pedaqoji prosesin idarə edilməsində məsuliyyət daşıyan iştirakçılar və onların hesabatlarının məzmunu. İdarəetmə fəaliyyətinin pillələri: birinci pillə – məktəb direktoru; ikinci pillə – təlim-tərbiyə işləri üzrə müavinlər, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı; üçüncü pillə – pedaqoji kollektivin ictimai təşkilatları və kollegial idarəetmə orqanları; dördüncü pillə – müəllimlər, tərbiyəçilər və sinif rəhbərləri; beşinci pillə – müəllimlər və şagirdlər. Yuxarı sinif şagirdləri, birgə fəaliyyət göstərən orqanlar (pedaqoji və şagird kollektivinin birgə şurası, məktəbdə keçirilən xətt, müxtəlif komissiya və şuraların işi və s.); altıncı pillə – şagird kollektivi, gənclər və uşaq birlikləri, şagird özünüidarə orqanları; yeddinci pillə – şagird kollektivin bir üzvü kimi;

Tərbiyə edənlə, tərbiyə olunanın idarəetmədə birgə fəaliyyətinin təşkili.

Təhsil menecmentinin idarəetmə funksiyaları: təhlil və proqnozlaşdırma funksiyası; idarəetmədə məqsəd qoyuluşu və planlaşdırma funksiyası; təhsilin təşkiletmə funksiyası; nəzarət və tənzimləmə funksiyası, nəzarət dairəsi, ilkin nəzarət, əks əlaqə, son nəzarət, nəzarət prosesi, nəzarətin əxlaqi aspektləri, nəzarətin səmərəliliyinin qiymətləndirilməsi, tənzimləmədə əks əlaqə, tənzimləmədə təhlil və tərkib, tənzimləmədə yoxlama; uçot funksiyası, təlim və tərbiyə işlərinin, psixoloji məsələlərin, maliyyə-təsərrüfat işlərinin uçota alınması; təhsildə istiqamətverici funksiya; idarəçilik funksiyası; informasi vermə funksiyası; rəhbərlik funksiyası, müəssisədə təşkilata rəhərlik, müxtəlif səviyyəli rəhbərlik, rəhbərliyin prinsipləri, münaqişə hallarının idarə edilməsi; yoxlayıcı funksiya; kadrların düzgün seçilməsi və yerləşdirilməsi funksiyası; təhsil işçilərinin ixtisasının artırılması və peşə hazırlığının yüksəldilməsi qayğısına qalınması; müəssisədə idarəetmə rəhbərlərinin qiymətləndirilməsi və atestasiya sistemi, ixtisas artırma kurslarına idarəetmə rəhbərliyinin seçilməsi meyarları, müəssisədə kadr hazırlanmasının kompleks proqramı, Amerika, Qərbi avropa və Yapon firmaları idarəedicilərə nəyi və necə öyrədirlər, “Fasiləsiz təhsil”, “Bütün həyatı boyu təhsil almaq” konsepsiyaları, kadrların hazırlanmasında koorperasiyaların yeni funksiyaları, koorperasiyaların tədris mərkəzləri, Amerika korporasiyalarında rəhbərlərin seçilməsi, təyin edilməsi, praktikası, namizədin yoxlanılması metodları, heyətin qiymətləndirilməsi mərkəzləri



Menecerin işdə aparıcı rolu: müəllimləri, şagird və valideyn kollektivini və ayrı-ayrı şagirdləri idarəetməyə cəlb etmək, kollektivin fəaliyyətində bir sistem yaratmaq; menecerdən dərin nəzəri biliyin, təşkilatçılıq bacarığına, kollektivdə müəyyən psixoloji mühit yaratmağa malik olmaq bacarığının tələb olunması; idarəetmənin təşkilində siyasi tərbiyə, tədris, təlimati-metodik təşkilatçılıq və təsərrüfatçılıq fəaliyyətinə diqqətin yetirilməsi; təşkilatçılıq işində məktəbin kadrların seçilib yerləşdirilməsi, pedaqoji kollektiv arasında təlim-tərbiyə və ictimai tapşırıqların dəqiqləşdirilməsi, özfəaliyyət orqanları və şagirdlərin yaradıcı birliklərinin işinin təşkili, pedaqoji kadrların yüksək işgüzarlığının təmin edilməsi, optimal rejimin yaradılması; ümumməktəb kollektivinin dəqiq və mürəkkəb iş ritminin qaydaya salınması, işçilərin hüquq və vəzifələrinin müəyyənləşdirilməsi kimi aktual məsələlərin həlli; şəxsiyyətə kollektiv və ictimai təşkilatların təsirinin təşkili, əmək intizamını möhkəmləndirmək; məktəbdə məsuliyyət hissini artırmaq, rəhbərlik qarşısında hesabat verməyə və təcrübə mübadiləsi aparmağa imkanlar yaratmaq.
4. Təhsil menecerlərinin idarəçilik fəaliyyətində pedaqoji prinsiplər

Menecment anlayışının ən ümumi, ən universal anlayışlar sırasına daxil edilməsi. Menecment fəaliyyətinin sosial sistemlər sahəsində (o cümlədən pedaqoji sistemlər sahəsində) zəruriliyi.

İdarəetmənin elmi əsası və onun elmi biliklər sistemində yeri. Elmi biliklər idarəetmə praktikasının nəzəri əsası kimi.

Təhsil Nazirliyi, şəhər, rayon təhsil şöbələri idarəetmə sisteminin subyektləri kimi. Mürəkkəb, dinamik sosial sistem olan ümumtəhsil orta məktəbi məktəbdaxili idarəetmənin obyekti kimi. Məktəbdaxili idarəetmə optimal nəticələr əldə etmək üçün tam pedaqoji prosesin iştirakçılarının məqsədyönlülüyü.

Tam pedaqoji prosesin iştirakçılarının qarşılıqlı təsirinin funksiyalardan asılılığı: işin təhlili, işin məqsədi və planlaşdırılması, işin təşkili, ona nəzarət, nizama salma və təshih etmə; məktəbi idarəetmə nəzəriyyəsi məktəbdaxili menecment nəzəriyyəsi ilə əhəmiyyətli şəkildə tamamlanması; menecerin (məktəbi idarə edən) fəaliyyəti öz əməkdaşlarına hörmət və etibar əsasında, işdə uğur qazanmaq üçün onlara şərait yaratmaq əsasında qurulması.

Menecment fəaliyyətində təhsilin idarəedilməsinin prinsipləri: kollegiallıqla vahid rəhbərliyin əlaqələndirilməsi; idarəetmədə dövlət və ictimai əsasların əlaqələndirilməsi; idarəetmədə elmilik, nəzəriyyə ilə praktikanın qırılmaz qarşılıqlı əlaqəsi; idarəetmədə planlılıq; idarəetmədə sistemlilik və komplekslilik; idarəetmədə səmərəliliyə, yekun nəticələrə nail olmaq meyli; idarəetmədə mərkəzləşdirmənin və desentralizasiyanın rasional əlaqələndirilməsi; idarəetmədə demokratikləşdirmə və humanistləşdirmə.

Məktəbdaxili idarəetmənin əsas qanunauyğunluqları sırasına daxil olan mütəxəssislər: idarəetmə sisteminin səmərəliliyinin idarəetmənin subyekti və obyekti arasında struktur-funksional əlaqələrin səviyyəsindən asılılığı; təhsil-tərbiyə işini idarəetmənin məzmun və metodlarının məktəbdə pedaqoji prosesin təşkilinin məzmun və metodlarının xarakterindən asılılığı; idarəetmənin analitik, məqsədəmüvafiq, humanist və demokratik xarakterdə olmasının məktəb rəhbərlərinin müxtəlif növ idarəetmə fəaliyətinə hazırlığından asılılığı.

Azərbaycan Respublikasının məktəbi idarəetmə sisteminin strukturunda müəyyən etdiyi dörd səviyyəli idarəetmə:

Birinci səviyyə – dövlət orqanı və ya kollektiv tərəfindən seçilmiş məktəb direktoru, məktəb şurasının, şagird komitəsinin, ictimai təşkilatların rəhbərləri.

İkinci səviyyə – məktəb direktorunun müavinləri, məktəbin psixoloqu, sosial pedaqoqu, ictimai faydalı əməyin təşkili üçün məsul şəxs, inzibati-təsərrüfat işləri üzrə direktorun köməkçisi, həmçinin özünüidarədə iştirak edən orqanlar və birliklər.

Üçüncü səviyyə – müəllimlər, tərbiyəçilər, sinif rəhbərləri.

Dördüncü səviyyəşagirdlər, sinif və ümumməktəb şagird özünüidarəsi.
5. Təhsildə planlaşdırma menecment fəaliyyətinin başlanğıc hissəsi kimi

Təhsildə planlaşdırmanın əhəmiyyəti. Planlaşdırmanın prinsipləri.

Təhsildə planlaşdırmanın növləri: perspektiv plan, rüblük, aylıq palnlar, cari planlaşdırma. Tor-qrafik planlaşdırma.

Planlaşdırmanın tərtibinə verilən tələblər.

Planlaşdırmaya rəhbərlik və nəzarət.

Məktəb rəhbərlərinin planlarının quruluşu.

Məktəbdə təlim-tərbiyə prosesini müasir tələblər səviyyəsində qurulması. Təhsil menecmenti işinin planlaşdırılması: gündəlik, həftəlik, aylıq, rüblük və illik iş planı İş planının sahələri: giriş; təşkilati-pedaqoji işlər; təlim-tərbiyə işlərinə rəhbərlik; sinifdənxaric və məktəbdənkənar tərbiyə işlərinə rəhbərlik; metodik işə rəhbərlik; valideyn və ictimaiyyətlə iş; əlavə tədbirlər.
6. Məktəbin idarəedilməsində məktəb direktoru baş menecer kimi

Məktəbin idarəedilməsinin təşkili prinsipləri və funksiyaları.

Məktəbi idarəetmənin formaları: məktəb şurası, pedaqoji şura, direktoryanı müşavirə, operativ müşavirə, metod seminarlar, komissiyaların iclasları, Valideyn şurası, şagird komitəsinin yığıncaqları. Məktəbi idarəetmədə məktəbdaxili nəzarət və tənzimləmə.

Məktəbdaxili nəzarətə verilən tələblər: Humanizm, demokratiklik, tolerantlıq, ardıcıllıq, sistematiklik, kollegiallıq, obyektivlik; təsirlilik, səriştəlilik.

Məktəbdə tematik və frontal nəzarət. Nəzarətin formaları: şəxsi nəzarət, sinif-ümumiləşdirici nəzarət, fənn-ümumiləşdirici nəzarət, tematik-ümumiləşdirici nəzarət, kompleks ümumiləşdirici nəzarət.

Məktəbin tədris pedaqoji sənədləri.

Məktəbdaxili idarəetmənin əsas qanunauyğunluqları Dövlət-ictimai idarəetmə sistemi müasir təhsil sistemlərinin xüsusiyyətlərindən biri kimi. Təhsil sisteminin idarə olunmasına dövlət təminatı. Məktəbdaxili idarəetmənin texnologiyası

Məktəb menecerinin idarəetmə mədəniyyətinin səviyyələri. Ümumtəhsil məktəbinin direktorunun funksional vəzifələri

Məktəbin baş menecerinin idarəetmə istiqaməti: təlim tərbiyə prosesinin təşkilinin planlaşdırılması, həyata keçirilməsinə nəzarət və s.; müavinlərin, pedaqoji inzibati-yardımçı və xidmətçi heyətin işə qəbulu və azad edilməsi, müavinlər arasında funksional vəzifələri müəyyənləşdirilməsi; sinifdənxaric və məktəbdənkənar işin təşkili üçün şəraitin yaradılması; tədris müəssisəsi üçün ayrılan büdcədən və məktəb fondundan səmərəli istifadə olunmasının təşkili; məktəbin pedaqoji işçilərinin yaradıcılıq və axtarışlarının inkişaf etdirilməsi, təlim-tərbiyənin qabaqcıl forma və metodlarının tətbiq edilməsi, pedaqoji eksperimentlərin aparılması üçün şəraitin yaradılması; məktəb şurasının və pedaqoji şuranın təklif və tövsiyələrini nəzərə alınması; ayrı-ayrı müəllimlərin, sinif rəhbərlərinin, tərbiyəçilərin, direktor müavinlərinin hesabatlarının dinlənilməsi, onların işinin təkmilləşdirməyə dair təkliflər verir; pedaqoji işçilərin ixtisasartırma kurslarına cəlb edilməsinin təşkili; məktəbdə fəaliyyət göstərən kollegial orqanların işlərinin əlaqələndirilməsi və tənzimlənməsi; məktəb sənədlərinin aparılmasına və saxlanmasına nəzarət.

Azərbaycan Respublikası Nazirlər Kabineti, Təhsil Nazirliyi, yerli təhsil orqanaları məktəbin idarə edilməsində dövlət siyasətini həyata keçirən başlıca subyektlərdir.

Məktəbdə tibbi və iaşə xidmətininin təşkilində məktəb direktorunun fəallığı.
7. Təhsil menecmentinin fəaliyyət dairəsi

Təhsili idarəetmə prosesinin məzmunu və ümumi xarakterik xüsusiyyətləri. Təhsil menecmentinin təşkili prosesində informasiyanın rolu. İnformasiya sistemləri, onun yayılması və inkişafı. Təhsil haqqında qərarların mahiyyəti və məzmunu. Qərarların növləri və menecmentin təşkili prosesində rolu.

Təhsil haqqında qərarların təsnifatı və onların hazırlanması. Təcrübə məşğələlərinin idarə edilməsi.

Təhsildə motivasiya anlayışı və onun mahiyyəti. Motivasiyaya dair konsepsiyalar. Müasir motivasiya nəzəriyyələri.




8. Təhsil menecmentində diaqnostlaşdirma, layihələşdirmə və proqnozlaşdırma

Layihələşdirilmiş pedaqoji fəaliyyət anlayışı; pedaqoji prosesin komponentlərinin layihələşdirilməsi: məqsəd, vəzifə, prinsip və metodlar, idarəetmə; təlim və tərbiyənin layihələşdirilməsi; təhsil sisteminin səmərəliliyinin qiymətləndirilməsi; təhsil sisteminin nəticələrinə nəzarət metodları; ekspertiza təhsil sisteminin qiymətləndirilməsinin mühüm üsulu kimi; təhsil sisteminin ekspertizasının meyarları; təhsil sisteminin proqnozlaşdırılması


9. Təhsil menecerinin pedaqoji etik qabiliyyətləri

Təhsil menecmentinin pеdаqоji qаbiliyyətləri: şəхsi qаbiliyyətlər, idarəçilik qаbiliyyətləri, təşkilаti - kоmmunikаtiv qаbiliyyətlər. Şəхsi pеdaqоji qаbiliyyətlər: şəхsiyyətin хаrаktеrik əlаmət və kеyfiyyətləri ilə bаğlı оlаn qаbliyyətlər.

Səbrlilik, təmkinlik, qətiyyətlilik, iradəlilik, natiqlik, həssaslıq, diqqətlilik, qayğıkeşlik, hörmətcillik, demokratiklik kimi keyfiyyət və qаbiliyyətlər idarəçiliyin özəyi kimi.

Menecmentin insanlarla münаsibətlərində lаzimi, müsbət psiхi vəziyyəti yаrаdа bilmək qаbiliyyəti.

İdarəçilik qаbiliyyətləri: aydın və səlis nitqə malik olmaq; səbrlilik və təmkinlilik; hörmət və tələbkarlıq, həssalıq, qağıkeşlik və xeyirxahlıq; qətiyyətlilik; qanunlara hörmət və qanunlarla işləmək; işgüzarlıq; humanizm və demokratik; insanları tanımaq və fərdi, psixoloji xüsusiyyəltəri nəzərə almaq; özünün sağlamlıq qayğısına qalmaq, zehni işi, fiziki işlə əlaqələndirmək, özünü təkmilləşdirmək.

Təşkilаti, kоmmunikаtiv və konstruktiv qаbiliyyətlər. Pеdаqоji qаbliyyətlərin menecmentin təşkilаtçılıq funksiyаsı, ünsiyyət və münasibəti, ümumi pedaqoji, psixoloji hazırlığı ilə bаğlılığı. Pеdаqоji qаbiliyyətlər: təşkilаtçılıq qаbiliyyəti, kоmmunikаtiv qаbiliyyət, pеrsеptiv qаbiliyyət, suqqеstiv qаbiliyyət, pеdаqоji təxəyyül, konstruktiv qabiliyyət, pеdаqоji rеflеksiyа, akademik qabiliyyət.


10. Təhsil menecerinin idarəçilik ustalığı və pedaqoji ustalığı

Təhsil menecmenti pedaqoji ustalığa və idarəçilik məharətinə malik olması:

MÜŞAHİDƏÇİLİK menecment peşəsində çox vacib məsələdən biri kimi. Təhsil işçisinin daxili aləmini oyrənmək, onu başa düşmək, onun daxilinə əhval-ruhiyyəsini düzgün müəyyənləşdirmək, fərdi xüsusiyyətlərini ayırmağı bacarmaq.

Taktlı menecmentin hər şeyi görmək, eşitmək və ona uyğun hərəkət etmək qabiliyyəti.

Müşahidəçilik mühüm peşə keyfiyyəti kimi menecmentin özündə formalaşır, təkmilləşir. Menecmentin müşahidəçilik qabiliyyəti insanların daxili aləminə təsir gostərmək bacarığı.

İNAM menecmentin pedaqoji usatlığının əsası kimi.

ƏDALƏTLİLİK Menecmentin ən vacib keyfiyyəti kimi. Ədalətli menecmentin taktı, ünsiyyəti.

Menecmentİn Özünü ələ almaq bacarığı. Müəllimin öz hiss və emosiyalarını idarə etmək bacarığı, düzgün hərəkət etmək və düzgün qərar çıxarmaq qabiliyyəti kimi.

SƏBRLİ OLMAQ meencmentin pedaqoji taktında vacib keyfiyyəti kimi. Uşaqların hər hansı bir səhv davranışına, qaba hərəkətinə yaxud asta danışmasına, suala gec cavab verməsinə səbrsizliklə yanaşmaq, tələsik qərarlar çıxarmaq və ya əsəbiləşmək menecment xarakterindən uzaqdır. Pedaqoji taktda səbr, təmkin və ozünü ələ ala bilmək kimi iradi keyfiyyətlərin menecment üçün həlledici əhəmiyyət daşıması.




  1. Menecerin fəaliyyətində məktəbdaxili idarəetmə və pedaqoji təhlil

Menecmentin fəaliyyətində pedaqoji təhlil tam pedaqoji prosesi idarəetmənin funksiyalarından biri kimi. İdarəetmə dövrəsinin strukturunda pedaqoji təhlilin xüsusi yer tutması. Ardıcıl və bir-biri ilə qarşılıqlı bağlı olan funksiyalardan ibarət olan hər hansı idarəetmə dövrəsi pedaqoji təhlillə başlaması və onunla da qurtarması.

İdarəetmənin və pedaqoji fəaliyyətin effektliyi məktəb rəhbərlərinin, müəllimlərin pedaqoji təhlilin metodikasına yiyələnmələrindən asılı olması. Pedaqoji və ya şagird kollektivində işlərin həqiqi vəziyyətini bilmək pedaqoji prosesin tənzimlənməsi və korrektirovkası prosesində düzgün qarşılıqlı münasibətlər sisteminin yaranmasında çətinliklərin meydana gəlməsi.

Pedaqoji təhlilin əsas məqsədi pedaqoji prosesin vəziyyətini və inkişaf tendensiyasını öyrənmək, onun nəticələrini obyektiv qiymətləndirmək, bunun əsasında idarəetmə sistemini qaydaya salmaq üçün tövsiyələr işləyib hazırlamaq. İdarəetmə dövriyyəsinin strukturunda bu funksiya ən çətin funksiyalardan biri kimi.

İdarəetmənin başqa funksiyalardan fərqliliyi. Məktəbdaxili idarəetmənin nəzəriyyə və praktiksında pedaqoji təhlilin növləri: parametrik (parametr-hər hansı bir hadisənin bu və ya digər xassəsini göstərən kəmiyyət) təhlil, tematik təhlil, yekun təhlil.

Məktəb rəhbərlərinin – Menecmentin daim diqqət mərkəzində duran obyekt dərslərə girmək və onların pedaqoji təhlilini aparmaq.

Məktəb rəhbərlərinin - Menecmentin idarəetmə fəaliyyətində dərsin təhlilinin növləri: geniş təhlil, qısa təhlil, aspekt təhlil (dərsin hər hansı bir tərəfini öyrənmək).

Məktəb rəhbərinin analitik fəaliyyətində tərbiyəvi işlərin pedaqoji təhlili mühüm yer tutur. Belə işlərin həyata keçməsi zamanı uşaqlar təşkilati, yaradıcı fəaliyyətdə iştirak edirlər.

Məktəbin tədris işinin yekun təhlilinin məzmunu və istiqamətləri: tədrisin keyfiyyəti; şagirdlərin bilik, bacarıq və vərdişlərinin keyfiyyəti; şagirdlərin tərbiyəlilik səviyyəsi; valideynlərlə və ictimaiyyətlə işin effektliliyi; məktəblilərin sağlamlıq vəziyyəti və sanitar-gigiyenik mədəniyyəti; məktəb şurasının, pedaqoji şuranın fəaliyyətinin nəticələri.

Yekun təhlilin keçirilməsi, onun obyektivliyi, dərinliyi, perspektivliyi yeni tədris ili üçün planın hazırlanması.


  1. Təhsil menecerinin fəaliyyətinin əsas pedaqoji problemləri

Milli dirçəlişin Azərbaycanın müstəqilliyinin və suverenliyinin elan edilməsinin respublikanın təhsil sistemi qarşısına qoyduğu problemlər. Cəmiyyətdə sosial-iqtisadi dəyişikliklərin həyata keçirildiyi indiki şəraitdə demokratiyanın genişlənməsi. Zəhmətkeşlərin yaradıcı təşəbbüskarlığının inkişaf etdirilməsi, onların idarəetmə fəaliyyətinə yaxından cəlbi

Təhsilin idarə edilməsinin demokratik təşkili.

Məktəb şurası üzvləri çıxardığı qərara görə daşıdıqları məsuliyyət. Məktəb rəhbərlərinin seçki yolu ilə təyin edilməsi. Həmkarlar komitəsinin, pedaqoji kollektivin hər bir üzvünün sosial müdafiəsi üçün səlahiyyətinin yüksəldilməsi yolları. Şagird özünüidarə orqanlarının, birliklərinin səmərəli fəaliyyətinə nail olmaq yolları.


  1. Məktəbdə metodik işin təşkilində rəhbər menecerlərin fəaliyyəti

Məktəbdə təlim-tərbiyə işinin yüksək səviyyədə təşkilində, dərsin müasir tələblərə cavab verməsi. Məktəbdə metodik işin təşkilinə nəzarət.

Məktəbdə müəllimlərlə aparılan metodiki işin formaları: fərdi, kollektiv.

Müəllimlərlə ayrı-ayrılıqda aparılan fərdi iş onların şəxsi təhsilinin tərkib hissəsi kimi. Fərdi metodiki işin illik planı. Müəllimlərin fərdi metodiki işinin planlaşdırılmasına direktorun təlim-tərbiyə işləri üzrə müavininin cavabdehliyi və onun icrasına nəzarət.

Kollektiv formada məktəbdə aparılan metodiki iş bir sistem kimi. Metodik işin formaları: məktəbin pedaqoji şurası, ümumiməktəb metodiki şurası, fənn komissiyaları, məktəb metodbirləşmələri, metod-kabinetlər, operativ metodik müşavirələr, müəllimlərin problem qrupları, metodik seminarlar, qabaqcıl təcrübə məktəbi və s. Pedaqoji şura metodik işin mərkəzi kimi.

Metodiki işin digər formaları: Ümumməktəb metodşurası Operativ metodiki müşavirələr Məktəb metodbirləşmələri

Fənnmetodbirləşmələri, məktəbdə vahid gün, problem seminarlar və praktikumlar, açıq dərslərin keçirilməsi, elmi-pedaqoji konfranslar; pedaqoji mühazirələr, müəllimlərin yaradıcılıq hesabatları, pedaqoji konsiliumlar və s.

Metodbirləşmələrin işinin məzmunu.
14. Təhsil menecmentində idarəetmənin modernləşdirilməsi və yeni inkişaf modelləri.

Təhsil sisteminin idarə olunması: mürəkkəbliyi, çoxparametrliyi. Təhsil sistemində idarəetmə, menecer fəaliyyəti. Təhsil sisteminin idarə olunmasında idarəetmə elminin müstəsna rolu.

Təhsilin idarəolunmasında mühüm komponentlər: beynəlxalq təcrübənin dərindən öyrənilməsi, dünya təhsil sistemində idarəetmə məktəblərinin nəzəri və təcrübi aspektlərinin yerli şəraitdə tətbiqi. Azərbaycanda təhsil sahəsində İslahat Proqramının tələblərinə görə təhsil sisteminin idarə olunmasının beynəlxalq standartlara uyğunlaşdırılması, Təhsil müəssisələrinin müstəqilliyinin artırılması, idarəetmədə aşağıların rolu yüksəldilməsi və idarəetmə işlərinin icrası üçün çevik mexanizmin yaradılması.

Ümumtəhsil məktəbinin inkişafının idarəetmə faktları: təhsil verənlər və təhsil alanların fikir, arzu, istək və imkanlarının tədris-tərbiyə prosesində nəzərə alınması; təhsil sistemində təhsilin məzmunu və məqsədi, kurrikulum (tədris planı, təhsil standartları, qiymətləndirmə standartları, dərslik, dərs vəsaiti və digər tədris-metodik ədəbiyyatlar) və təlim texnologiyalarının zaman-zaman yeniləşdirilməsi, tədris prosesində İKT-dən istifadə imkanlarının genişləndirilməsi; təlim prosesində şagirdlərin (tələbələrin) təhsili idarəetmə orqanlarının işinə cəlb edilməsi; müəllim kadrlarının seçilib yerləşdirilməsi, qruplaşdırılması və yenidən təşkili sistemi, təşkilatçılıq mədəniyyəti, idarəetmənin yeni strukturu, vəzifə bölgüsünün aparılmasıınn yeni modelinin formalaşdırılması; məktəbi əhatə edən və ona təsir edə bilən mühitin, təhsilin təşkili, idarə olunması və maliyyələşdirilməsi sisteminin müasir mexanizmlərinin tətbiq edilməsi və s.

Beynəlxalq təhsil sistemində ümumtəhsil məktəblərində tətbiq olunan idarəetmə modelləri: idarəetmənin seqment tipli təşkili modeli; idarəetmənin üfiqi məsləhətvermə strukturlu xətti təşkili modeli; idarəetmənin kollegial təşkili modeli; idarəetmənin matris tipli təşkili modeli; idarəetmənin modul tipli təşkili modeli.
15. Təhsil menecerinin pedaqoji prosesinin təkmilləşdirilməsinə rəhbərliyi

Təlim prosesinin məzmunu: bilik, bacarıq vərdişlər. Bilik təlim prosesi məzmununun əsas aparıcı ünsürü kimi. O, insanların obyektiv aləmi əks etdirən ümumiləşdirilmiş təcrübəsidir. Biliyin mənimsənilməsi: faktların (hadisələrin, predmetlərin və s.), anlayışların və nəhayət, qanunauyğunluqların öyrənilməsi.



Vərdiş şüurlu hərəkətin avtomatlaşdırılmış tərkib hissəsi kimi.

Şagirdlər müxtəlif hərəkətlərin müəyyən qayda-qanunlarını mənimsəyir və onları avtomatik surətdə icra edirlər.



Bacarıq da hərəkət qaydası kimi. Vərdişdən fərqi.

Məktəbə kömək məqsədilə görülən məsələlərin şərhi: müəllimin dərslərə hazırlaşması işinə rəhbərlik; müəllimin təlim prosesində şagirdlərdə fəallıq və müstəqillik tərbiyə etməsi işinə rəhbərlik; müəllimin təlim prosesində keçilmiş materialların təkrarı və möhkəmləndirilməsi işinə rəhbərlik; müəllimin təlimdə geriləyən və yaxşı oxumayan şagirdlərlə işinə rəhbərlik.

Məktəb rəhbərləri-direktor və onun təlim-tərbiyə işləri üzrə müavininin müəllimin fənnə hazırlaşdığını öyrənmə istiqamətləri.

Məktəb təcrübəsində idarəetmə pedaqoji fəaliyyətin dövrəsinin mərhələləri: pedaqoji məntiqlə əsaslandırılmış olan məqsədin irəli sürülməsi; idarə edilən obyektin ilk vəziyyətini hərtərəfli öyrənib müəyyənləşdirmək; əldə olunmuş məlumat əsasında planlaşdırma işi aparmaq; pedaqoji təsirin təşkilindən və müntəzəm əks-əlaqələrin yaradılması, obyektdən müəyyən parametrlər üzrə müntəzəm şəkildə məlumat almaqdan; obyektdən gələn məlumatı təhlil edib qiymətləndirmək.

İdarəetmənin obyektiv imkanının subyektiv amildən asılılığı. İdarəetmə dövrəsinin əsas işi.

Pedaqoji kollektivin bütün fəaliyyətində «Azərbaycan Respublikasının təhsil haqqında Qanunu»nun rolu.



İstifadə edilmiş və tövsiyə edilən ədəbiyyat siyahısı


    1. Azərbaycan Respublikasının Konstitutsiyası. Bakı: Azərbaycan, 1996.

    2. Azərbaycan Respublikasının Təhsil İslahatı Proqramı. Azərbaycan Respublikası Nazirlər Kabineti 168 №li sərəncamı, 15 iyun 1999-cu il.

    3. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının materialları. Bakı:Təhsil, 2003.

    4. Azərbaycanda təhsil siyasəti. I kitab, Bakı, Təhsil, 2005.

    5. Azərbaycan Respublikasında Ümumi təhsil Konsepsiyası. (Milli kurikulum) “Kurikulum” jurn. 2008, № 1.

    6. Abbasov A.N., Əlizadə H.Ə. Pedaqogika. Bakı, 2001.

    7. Abbasov Ə. Təhsil islahatı və kurikulum//İbtidai məktəb və məktəbəqədər tərbiyə. 2005, № 1.

    8. Abbasova Q.İ., Mahmudova R. M., Əlizadə H.Ə. Təhsilin sosial-peadqoji məsələləri.Bakı, 2008.

    9. Bayramov H. Azərbaycan Respublikası Konstitusiyasının pedaqoji-ictimai mahiyyətinin öyrənilməsi. Bakı, 1997.

    10. Bayramov H., Kəlbəliyev Ə. Təhsili idarəetmənin əsasları. Bakı, 1998.

    11. Cabbarov R. Təhsil müəssisələrinin idarə edilməsi. Bakı, 2009

    12. Əhmədov H.M., Bayramov H.B., Həsənov A.V., Məhərrəmov Ə.M. İdarəetmənin pedaqogikası və psixologiyası. Bakı, 2001.

    13. Əliyev R.İ. Etnopsixologiya: Qloballaşma və millilik. Baki, Nurlan, 2007.

    14. Əlizadə Ə.Ə., Əlizadə H.Ə. Yeni peadqoji təfəkkür: psixopedaqogikaya giriş. Bakı, ADPU, 2008.

    15. Əlizadə Ə.Ə. Müasir Azərbaycan məktəbinin psixoloji problemləri. Bakı, 2004.

    16. Əlizadə H.Ə. Sosial peadqogikanın aktual məsələləri.Bakı, 1998.

    17. Əhmədov N. Pedaqoji şura kollegial idarəetmə orqanıdır. Bakı, 1989.

    18. Əhmədov N. Məktəbdaxili metodiki işin formaları. Bakı, 1990.

    19. Həsənov M.M., Bəhmənova C. İbtidai siniflərdə fəal və interaktiv metodlardan istifadənin nəzəri-praktik məsələləri. (Metodik vəsait). Bakı: ADPU, 2009.

    20. Hüseynzadə R.L. İsmayılova M.C. Tərbiyə işi və onun metodikası. Dərs vəsaiti. Bakı, ADPU, 2012.

    21. Hüseynzadə R.L., Əkbərov N.F. Məktəbdə pedaqoji prosesin təşkili. Bakı, Aktiv, 2013.

    22. İbrahimov F.N., Hüseynzadə R.L. Pedaqogika. 2 cilddə. Dərslik. Bakı, Mütərcim, 2013.

    23. İsmixanov M.A., Bəxtityarova R.Ə. Məktəbin idarə edilməsi. Bakı,2012

    24. Kotler M. – Marketinqin əsasları. Bakı, 2007.

    25. Qədimova X. İnteraktiv təlim metodlarının tətbiqi yolları. Bakı: Nur, 2003.

    26. Qasımova L.N., Mahmudova R.M. Pedaqogika. Dərslik, Bakı, BDU, 2012.

    27. Quliyev Ə. – Menecmentin əsasları. Bakı, 2000

    28. Mehrabov A.O. Təlim prosesində konstruktiv öyrənmə modeli, idraki və sosial münasibətlərin formalaşma xüsusiyyətləri.// Azərbaycan məktəbi. 2005, №3, səh.24-34

    29. Mehrabov A.O. və b. Pedaqoji texnologiyalar. Bakı: Mütərcim, 2006.

    30. Mehrabov A.O., Cavadov İ.A. Ümumtəhsil məktəblərində monitorinq və qiymətləndirmə. Bakı, 2007.

    31. Məmmədzadə R.M. Təhsildə keyfiyyət aparıcı istiqamətlərdən biri kimi. Bakı, Müəllim, 2010.

    32. Paşayev Ə.X., Rüstəmov F.Ə.Pedaqogika. Bakı: Çaşıoğlu, 2002.

    33. Rəsuliov S., Əziziov R. Təhsilin idarə edilməsinin nəzəri və praktik məsələləri. Bakı, Müəllim, 2013.

    34. Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı: Qanun, 2010.

Yüklə 126,72 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin