Azərbaycan respublikasi təHSİl naziRLİYİ odlar yurdu universiteti (Ali təhsilin bakalavr səviyyəsi üçün) “marketiNQİN İdarə ediLMƏSİ”



Yüklə 478,5 Kb.
səhifə4/24
tarix25.08.2022
ölçüsü478,5 Kb.
#117629
1   2   3   4   5   6   7   8   9   ...   24
Marketinqin idare edilmesi Yeni proqram R.H.Quliyev

Səriştələrə yiyələnməlidir:
-öz ixtisasının məğzini və sosial əhəmiyyətini dərk etmək
-öz peşəkarlıq səviyyəsini müntəzəm olaraq yüksəltmək qabiliyyəti;
-müəyyən mövzu üzrə elmi və metodiki ədəbiyyatların seçilməsi qaydaları;
-tədris məsələlərinin kollektiv şəkildə həll etmək üçün tədris qrupunda həmkarları ilə kooperasiyada işəmək qabiliyyəti;
-referatların yazılmasında ədəbiyyatların düzgün seçilməsinin metodiki qaydaları barədə biliklər;
-İqtisadi fəaliyyətdə zəruri olan bilik, bacarıq və vərdişlər.


MÖVZU 1.
MARKETİNQİN İDARƏ OLUNMASININ
MAHİYYƏTİ VƏ MƏZMUNU


Mövzunun məqsədi: Marketinqin idarə olunmasının mahiyyətini izah etmək, idarəetmənin müxtəlif yanaşmalın təsvirini vermək.
Mövzunun plan üzrə tezisləri
Marketinq anlayışı. Marketinq konsepsiyasının mahiy­yə­ti. Marketinqin idarə olunmasının məqsədi. Marketinqin idarə olun­masının vəzifələri.
Marketinqin idarə olunmasının tədtiqat pred­meti. Marketinqin idarə olunmasının öyrənilmə səviy­yə­lə­ri. Marketinqin idarə olunmasının obyekti. Marketinqin idarə olun­masının subyektləri.
Marketinqin tarixi. Marketinqin təşəkkülü və inkişafı mər­hələləri. Dünya alimlərinin marketinq konsepsiyalarına ya­naş­maları. L. Rocerin, C. R. Evans, B. Bermanın, Jan-Jak Lambenin və F. Kot­lerin marketinq nəzəriyyəsi.
Marketinqin idarə olunmasının əsas konsepsiyaları. Mar­ke­tinqdə istehsalın təkmilləşdirilməsi konsepsiyası. Mar­ke­tinq­də məhsulların təkmilləşdirilməsi konsepsiyası. Mar­ketinqdə kom­mersiya amillərinin intensivləşdirilməsi konsepsiyası. İs­teh­­lakçının marketinq konsepsiyası. Sosial-etik marketinq kon­sep­siyası.
Marketinqin əlamətlərinə görə təsnifləşdirilməsi istiqa­mət­­ləri. Marketinq formaların əsas səciyyəvi cəhətləri. Kon­ver­si­ya marketinqinin mahiyyəti və məzmunu.


Mövzunun təlim nəticələri.

  1. Marketinqin konsepsiyalarının və idarəetmənin oxşar və fərqli cəhətlərini müəyyən etməyi bacarmalıdır.

  2. Marketinqə fərqli aspektlərdən yanaşmaq, yanaşma formalarının müqayisəli təhlil etmək.


Yüklə 478,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin