AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ TƏHSİl problemləR ÜZRƏ elmi-metodiKİ MƏRKƏz azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 250,11 Kb.
tarix14.01.2017
ölçüsü250,11 Kb.
#313


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
TƏHSİL PROBLEMLƏR ÜZRƏ ELMİ-METODİKİ MƏRKƏZ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

«Heyətin idarə edilməsi» magistr ixtisası üzrə «Əməyin səmərəliliyinin sosial-iqtisadi problemləri» fənninin

TƏDRİS PROQRAMI


B A K I – 2 0 10

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

TƏHSİL PROBLEMLƏR ÜZRƏ ELMİ-METODİKİ MƏRKƏZ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

Əməyin iqtisadiyyatı və təşkili” kafedrası tərəfindən hazırlanmış


«Heyətin idarə edilməsi» magistr ixtisası üzrə «Əməyin səmərəliliyinin sosial-iqtisadi problemləri» fənninin

TƏDRİS PROQRAMI
Azərbaycan Respublikası Təhsil Nazirinin

Tarxli saylı

əmrinə əsasən qrif verilmişdir

B A K I – 2 0 10

Elmi rəhbər: prof. T.Ə.Quliyev
Tərtib edənlər: prof. T.Ə.Quliyev

b/м. S.Ə.Qurbanova
Rəyçilər:

GİRİŞ

Əməyin sosial-iqtisadi səmərəliliyi­nin problemləri” fənnin tematik planı və tədris saatlarının bölgüsü






Mövzuların adı

Saatlar

mühazirə

məşğələ

1

“Əməyin sosial-iqtisadi səmərəliliyi­nin problemləri” kursunun predmeti, məzmu­­nu və vəzifələri







2

Əmək potensialı və insan kapitalı ilə əməyin sosial-iqtisadi səmərəliliyinin əlaqəsi problemləri







3

Bazar iqtisadi sistemi və əməyin səmərəliliyinin sosial-iqtisadi məsələləri







4

Əmək məhsuldarlığı – əməyin səmərəliliyinin başlıca göstəricisi kimi







5

Əməyin səmərəliliyinin yüksəldilmə­sinin şərt­ləri və amilləri







6

Əməyin səmərəliliyinin yüksəldilməsi ehtiyatları və onların tədqiq olunması problemləri







7

Müəssisə və firmadaxili iqtisadi göstəricilər və onların əməyin səmərəliliyi ilə əlaqələndirilməsi







8

Müəssisə və firmalarda sosial-əmək münasibətlərinin əməyin səmərəliliyinin yüksəldilməsinə təsiri







9

Əməyin sosial-iqtisadi səmərəliliyi­nin artırılması probleminin həl­­­lin­də stimullaşdırmanın əhəmiyyəti










Cəmi







MÖVZU I. “Əməyin sosial-iqtisadi səmərəliliyi­nin problemləri” kursunun predmeti, məzmu­­nu və vəzifələri
1. Əməyin sosial-iqtisadi səmərəliliyi­nin problemləri

2. Kursun predmeti, obyekti və məzmunu

3. Kursun məqsədi və vəzifələri

4. Kursun öyrənilməsində istifadə olunan metodları

5. Kursun iqtisadi elmlər sistemində yeri və digər fənlərlə qarşılıqlı əlaqəsi
Əməyin sosial-iqtisadi səmərəsi anlayışı. Əməyin sosial-iqtisadi səmərəliliyinin mahiyyəti. Müasir iqtisadi ədəbiyyatda sosial-iqtisadi səmərəlilik anlayışına yeni yanaşma.

Makro və mikro səviyyədə əməyin sosial-iqtisadi səmərəlilik problemləri. Əməyin sosial-iqtisadi səmərəliliyinin iqtisadi artıma təsiri.

Firma və şirkətlərdə əməyin sosial-iqtisadi səmə­rəliliyinin texniki-iqtisadi göstəriciləri ilə qarşılıqlı əlaqəsi.

Əməyin sosial-iqtisadi problemlərinin həllində müasir dünya təcrübəsindən istifadə.

Kursun predmeti, obyekti və məzmunu.

Kursun məqsədi, vəzifələri və öyrənilməsində istifadə olunan metodları.

Kursun iqtisadi elmlər sistemində yeri və digər fənlərlə qarşılıqlı əlaqəsi.

MÖVZU II. Əmək potensialı və insan kapitalı ilə əməyin sosial-iqtisadi səmərəliliyinin əlaqəsi prob­lemləri
Əməyin səmərəliliyinin insan kapitalı və əmək potensialı ilə əlaqələn­diril­məsinin müasir problem­ləri.

Əməyin sosial-iqtisadi səmərəliliyinin insan kapitalından makro və mikro səviyyədə düzgün inkişaf etdirilməsindən birbaşa asıllığı.

Əməyin səmərəliliyinin yüksəldilməsində insan kapitalının iqtisadiyyatın ayrı-ayrı sahələrinə yönəldil­məsi və istifadə yollarının təkmilləşdiril­məsi.

Əmək məhsuldarlığının yüksəldilməsində əmək potensialından səmərəli istifadə.

Əmək məhsuldarlığının ölçülməsində əmək potensialından istifadənin qiymətləndirilməsi. Bu sahədə milli iqtisadiyyatın özəlliklərini nəzərə almaqla inkişaf etmiş ölkələrin təcrübəsinin tədbiqi.

MÖVZU III. Bazar iqtisadi sistemi və əməyin səmərəliliyinin sosial-iqtisadi məsələləri
Bazar iqtisadi sisteminin mütəşəkkil fəaliyyət mexanizmi kimi inkişafı. Bazar münasibətləri şəraitində əməyin sosial-iqtisadi səmərəliliyinə təsir edən bazar və qeyri-bazar amilləri.

Maddi və qeyri-maddi istehsal sahələrində əmək fəallığının artırılmasına təsir edən amillər.

Fəaliyyətdə olan işçi qüvvəsindən səmərəli istifa­dənin əmək bazarında tələb və təklifin qarşılıqlı əlaqəsinə təsiri.

Müəssisənin rəqabətqabiliyyətli fəaliyyətinin əmə­yin səmərəliliyi ilə əlaqəsi. Əməyin sosial-iqtisadi səmərəliliyinin proqnozlaşmasında bazar konyunk­tura­sının nəzərə alınması.



MÖVZU IV. Əmək məhsuldarlığı – əməyin səmə­rə­liliyinin başlıca göstəricisi kimi
Ölkədə iqtisadi artıma nail olmaqda əmək məhsul­darlığının rolu və əhəmiyyəti.

Əməyin səmərəliliyinin əmək məhsuldarlığı, ümumi daxili məhsul (ÜDM) və milli gəlir (MG) kimi əsas makroiqtisadi göstəricilərin artırılmasında rolu.

İstehsal proseslərinin optimallaşdırılmasının və əmək məhsuldarlığının artırılmasının qarşılıqlı əla­qəsi. Əmək məhsuldarılığının ölçülməsi üsulları­nın təkmilləşdirilməsi.

Müa­sir şəraitdə əməyin sosial-iqtisadi səmərəlili­yi­nin artırılması yolları.



MÖVZU V. Əməyin səmərəliliyinin yüksəldilmə­sinin şərt­ləri və amilləri
Müasir istehsal sistem­ləri şəraitində əməyin səmərəliliyinin yüksəldilməsi problemləri. Əməyin səmərəlilyiynin yüksəldilməsinin ayrı-ayrı ami­llər üzrə təhlili və qiymətləndirilməsi.

Əməyin səmərəliliyinin yüksəldilməsinin maddi-texniki amilləri. Sistemli elmi-texniki tərəqqinin nai­liyyətindən istifadə səviyyəsinin əməyin səmərəli­liyinin qiymətləndirilməsində nəzərə alınması. İstehsal güclərindən istifadə, fondverimi və əməyin səmərəliliyi göstəriciləri arasında korelyasiya asılılığı.

Əməyin səmərəliliyinin yüksəldilməsinin icti­mai-­təşkilati amilləri. İstehsalın, müəssisənin ixtisas­laşdırılması, təmər­güz­ləşməsi, kooperasiya­laşdı­rıl­ması əməyin səmərəliliyinin yüksəldilmə­sinin şərtləri kimi.

Əməyin səmərəliliyinin yüksəldilməsinin sosial-iqtisadi və s. amilləri.



MÖVZU VI. Əməyin səmərəliliyinin yüksəl­dil­məsi ehtiyatları və onların tədqiq olunması problemi
Makro və mikro səviyyədə əməyin səmərəli­liyinin yüksəldilməsinin mövcud ehtiyatları.

Xalq təsərrüfatı miqyaslı ehtiyatların ayrı-ayrı ami­llər üzrə təhlili və qiymətləndirilməsi. Regional ehtiyatların istifadəsi sahəsində səmərəli istiqamətlərin müəyyən edilməsi.

Sahələrarası və sahə ehtiyatlarından maksimum şəkildə səmərəli istifadə.

İstehsal daxili ehtiyatların əməyin səmərəliliyi baxımından sistemləşdirilməsi və istifadəsi.

Elmi-texniki tərəqqinin imkanlarının realizə olun­ması ilə əlaqədar əməyin səmə­rəli­liyinin yüksəl­dilməsi ehtiyatlarından optimal şəkildə istifadə.

Əməyin səmərəliliyinin yük­səl­dilməsi ehtiyat­ların aşkara çıaxrıl­ması və istifadəsi üzrə tədbir­lərin müəyyən edilməsi. Bu sahədə mövcud olan ehtiyat­ların aşkara çıxarılması metodları.



MÖVZU VII. Müəssisə və firmadaxili iqtisadi göstəricilər və onların əməyin səmərəliliyi ilə əlaqələndirilməsi
Mikrosəviyyədə əmək göstəricilərin və digər iqtisadi göstəricilərin qarşılıqlı şəkildə təhlil edilməsi. Mikroiqtisadi göstəricilərin istifadə səviyyə­si üzrə qruplaşdırılması. Müəssisənin iqtisadi fəaliyyətinin idarə olunmasında bu göstəricilərin sistemli halda nəzərə alınması.

İstehsal sahələrində hasilat normasının müəyyən olunmasının əməyin səmə­rəliliyi ilə bağlılığı.

Mənfəətin müəssisənin əsas iqtisadi göstəricisi kimi əməyin sosial-iqtisadi səmə­rəliliyi ilə əlaqələn­dirilməsi.

Müəssisə və firmadaxili operativ, cari və strateji planların tərtib edil­məsində əməyin səmərəliliyinin artırılması göstə­ricilərin nəzərə alınması.

Müasir şəraitdə işçilərin stimullaşdırılmasının prinsipləri, sistemləri, növləri və onların əməyin səmə­rəliliyi ilə üzvü şəkildə bağlılığı.

MÖVZU VIII. Müəssisə və firmalarda sosial-əmək münasibətlərinin əməyin səmərə­liliyinin yüksəldilməsinə təsiri
Mikro iqtisadi səviyyədə sosial-əmək müna­sibətlərinin formalaşması və inkişafı. Sosial-əmək münasibətlərinin subyektlərin iqtisadi maraqların əməyin səmərəliliyinin yüksəldilməsinə təsiri.

Müəssisədə sosial-əmək münasibətlərinin idarə olunması və onun əməyin sosial-iqtisadi səmərəlili­yinin artırılmasında nəzərə alınması.

Üfuqi və şaquli sosial-əmək münasibətlərinin əməyin səmərəli­liyi­nin artırılması prizmasından nəzərdən keçirilməsi.

Fəaliyyət məzmunu baxımından sosial-əmək münasibətlərinin səmərəliliyə təsiri.

Müəssisədə sosial-əmək münasibətlərinin möv­cud səviyyəsinin əməyin sosial-iqtisadi səmərəli­liyi­nin yüksəldilməsi baxımından qiymətləndirilməsi.

MÖVZU IX. Əməyin sosial-iqtisadi səmərə­lili­yi­nin artırılması probleminin

həl­­­lin­də stimullaşdırmanın

əhəmiyyəti
Əməyin stimullaşdırılması əməyin sosial-iqtisadi səmərəliliyi­nə təsir edən amil kimi.

Əməyin səmərəliliyi­nin əldə olunması məqsədilə stimullaşdırmanın müasir növlərinin tədbiq olunması.

Əməyin sosial-iqtisadi səmərəliliyi­nin yüksəldil­məsi ilə bağlı stimullaşdırmanın təşkilinə olan tələblərin artırılması.

Müasir şəraitdə stimullaşdırmanın funksiyala­rının yeni məzmun kəsb etməsi.

Müəssisə, firma və şirkətlərdə əməyin stimullaşdırması ilə bağlı problemlərin əməyin sosial-iqtisadi səmərəliliyi­nin artırılması baxımından həlli yolları.


ƏDƏBİYYAT


  1. Quliyev T.Ə. Əməyin iqtisadiyyatı. Bakı, 2003

  2. Quliyev T.Ə., Məmmədov Ə.İ. Əməyin iqtisa­diyyatı və sosiologiyası. Bakı, 2009

  3. Quliyev T.Ə., Yusufova T.Q. Əmək göstəri­cilərinin təhlili. Bakı, 1995

  4. Hüseynov R.A. Erqonomika və əməyin təşkili. Bakı, 2004

  5. Məmmədov Ə.İ., Yusufova T.Q. Əməyin ödənilməsinin kollektiv formalaları. Bakı, 2006

  6. Məmmədov A.B. Sənayedə əmək məhsul­darlığının artırılması ehtiyatları. Bakı, 1989

  7. Yusufova T.Q. Əməyin iqtisadiyyatının əsasları. Bakı, 2005

  8. Адамчук В.В., Ромашов О.В., Сорокина М.Е. Экономика и социология труда. М., 2006

  9. Генкин В.М. Эффективность труда и качество жизни: Уч. пособие. С-Пб.: СПб ГИЭА, 1997

  10. Ерохина Р.И., Самраилова Е.К. Анализ и моделирование трудовых показателей на предприятии. М., 2000

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

«Heyətin idarə edilməsi» magistr ixtisası üzrə «Gəlirlər və əmək haqqı nəzəriyyəsi» kursunun

PROQRAMI

BAKI – 2009


Elmi rəhbər: prof. T.Ə.Quliyev
Tərtib edənlər: prof. T.Ə.Quliyev

dos.S.R.Bayramova

GİRİŞ

Gəlirlər və əmək haqqı nəzəriyyəsi” kursu üzrə dərs saatlarının bölgüsü






Mövzuların adı

Saatlar

mühazirə

məşğələ

1










2










3










4










5










6










7










8










9













Cəmi







MÖVZU I. Bazar münasibətləri şəraitində gəlirlər və əmək haqqı siyasətinin əsas məqsədləri, vəzifələri və nəzəri–metodoloji əsasları
Gəlirlər və əmək haqqı nəzəriyyəsi milli regional, dünyəvi və qlobal bir problem kimi. Gəlirlər əv əmək haqqı siyasətinin dövlətin iqtsiadi siyasəti sistemindcə və sosial-iqtsiadi nəzəriyyələrdə tutduğu mövqe. Pozitiv, nomrativ iqtsiadi nəzəriyyələr və gəlirlər, əmək haqqı siyasəti. Makro və mikro səviyyəli gəlirlər və mək haqqı siyasəti. Gəlir və mək haqqı siasətinin nəzəri-mteodoloji və sosial-iqtsiadi əsasları. Gəlirlər və mək haqqı siyasətinin formalaşması və həyata keçirilməsi metodları və mexanizmləri. ÜDM və milli gəlir. Gəlirlərin formalaşmasında onların potensialı əhəmiyyəti. Milli gəlirin ilkin və yenidən bölüşdürülməsi, Dövlət gəlirlərinin formaşalması və idarəedilməsi problemləri.

Kursun predmeti, obyekti və məzmunu.

Kursun məqsədi, vəzifələri və öyrənilməsində istifadə olunan metodları.

Kursun iqtisadi elmlər sistemində yeri və digər fənlərlə qarşılıqlı əlaqəsi.


MÖVZU II. Gəlirlərin iqtsiadi təbiəti və onların formalaşması

Gəlirlərin sosial-iqtisadi mahiyyəti və əhəmiyyəti. İqtisadi gəlirlər və iqtisadi resurslar, onlar arasındakı qarşılıqlı əlaqə, onların determinasiyası. Amillər üzrə gəlirlər və mexanizmləri. Mülkiyyətlə bağlı gəlirlər. Sahibkarlıq gəlirləri. İşçi qüvvəsi ilə bağlı gəlirlər.

Gizli iqtisadiyyat və onun gəlirləri. Müəssisə, dövlət və əhali gəlirlərinin tərkibi və strukturu, onların mənbələri və növləri. Gəlirlərin formalaşdırılması və bölüşdürülməsi modelləri.

MÖVZU III. Əməyin ödəniləmsi və həyatın keyfiyyəti, onların səviyyəsinə təsir edən amillər
Əməyin ödənilməsi, əmək haqqı mühüm sosial iqtsiadi problem kimi. Əmək haqqı və həyat səviyyəsinin müasir paroblemləri. Əmək haqqı və onun səviyyəsini müəyyən edən amillər, onunla bağlı müasir konsepsiyalar. həyatın keyfiyyəti sintetik sosial-iqtisadi problem kimi yoxsulluq problemi. Yoxsulluq meyarları. Yoxsulluğun azaldılması problemləri və yolları. Əməyin ödənilməsi və əmək məhsuldarlığı investisiya və insan kapitalı. Əmək haqqı sferasında qeyri-bərabərlik problemi və onun ölçülməsi. İnflyasiya. İşsizlik. Əmək haqqının inflyasiyası.

MÖVZU IV. Sosial transfertlər və əhali gəlir­lərininin formalaşmasında on­ların rolu. Sosial sığortalanma
Sosial transfertlər iqtisadi mahiyyəti, ionların funksiyaları və formaları. Sosial transfertlərin maliyyə mənbəlori. Sosial transfertlərin sosial təyinatı və vəzifələri. Sosial transfertlərin müasir sistemləri və modelləri. Sosial transfertlər və yoxsulluq risklərinin azaldılması problemləri. Sosial marginallıq dünyəvi problem kimi. Sosial transfertlər və əhalinin iqtisadi təhlükəsizliyinin təmin edilməsi problemi. İstehlak büdcəsi və yaşayış minimumu. sosial standartlar. Ayrı-ayrı əhali koteqoriyalarının sosial müdafiəsi problemi və onların mövcud problemləri.


MÖVZU V. Gəlirlər və əmək haqqının tənzim­lənməsi
Gəlirlər və mək haqqının tənzimlənməsi onların idarəedilməsinin mühüm funksiyası kimi. Müasir dövrdə, müasir iqtisadi nəzəriyyələrdə sosial-iqtsiadi tənzimlənmə ilə bağlı əsas konsepsiyalar. Tənzimlənmə problemləri. Tənzim­lənmə mexinizmləri. Tənzimlənmə metodları. Tənzimlənmə aspektləri. Gəlirlər və əmək haqqının indeksasiyası. Tənzimlənmənin əsas istiqamətləri. Tən­zim­­lənmənin milli və qloabl problemləri.

MÖVZU VI. İşçi qüvvəsi bazarı və onun gəlirlərə, əmək haqqına təsiri
İşçi qüvvəsinin bazar sistemi və işçi qüvvəsinin təklifi. İşçi qüvvəsinin təklifi və işçi qüvvəsinə tələb. İşçi qüvvəsinin mobilliyi. İşçi qüvvəsi bazarı, onun gəlirlər və əmək haqqı ilə əlaqəsi.

İşçi qüvvəsinin tələb və təklifinin formalaşması problemi və ona təsir edən amillər. Əmək bazarı subyekt­lərinin iqtsiadi mənafeləri. Məşğulluq və gəlir­lərin forma­laşması. Əmək və kapital arasındakı sosial-iqtsiadi müna­sibətlər. Sosial tərəfdaşlıq problemi.



MÖVZU VII. Gəlirlərin vergiyə cəlb edilməsi problemləri
Vergi sistemli və onun gəlirlərlə sistemi ilə əlaqəsi. Gəlirlərin vergiyə cəlb edilməsinin müasir problemləri. Keçid dövründə onun xüsusiyyətləri. Gəlir­lərin fiskal istiqamətləri. Ayrı-ayrı gəlir növlərinin müxtəlif vergi sistemləri vasitəsilə vergiyə cəlb edilməsi xüsusiyyətləri. Büdcə gəlirləri və vergiyə cəlb etmə səviyyəsi. Vergi potensialı.

MÖVZU VIII. Gəlirlərin və əhali istehlakının proq­nozlaşdırılması
Gəlirlər və istehslakın proqnozlaşdırılmasının gəlirlər və məkə haqqı siyasətində tutduğu mövqe. Gəlirlər potensialı və demoqrafik proqnozlar. Həyat səviyyəsi və istehlakın proqnoz hesablamalarında nəzərə alınması. Proqnoz hesablamalarının aparılması qaydası. Əhalinin ev təsərrüfatı gəlirləri, mədaxil və məxaric balansı. Gəlirlər və yoxsulluq fərqlərinin kəmiyyətcə qiymət­ləndirilməsi. Əhali istehslakının proqnozlaşdırılmasının müasir problemləri.
MÖVZU IX. İnkişaf etmiş ölkələrdə gəlirlər və əmək haqqı siyasəti təcrübəsi
Əmək haqqı və gəlirlərin tənzimlənməsinin prin­sipləri, modelləri və konsepsiyaları. Radikal liberalizm və sosial yönümlü modellər. Gəlirlər və əmək haqqının bazar mexanizmlərinin formalaşması xüsusiyyətləri və mexa­nizmləri. Bu sahədə mövcud olan müasir nəzəriyyələr. Bu sahədə mövcud olan qanunvericilik aktları. Əmək haqqında olan qeyri-bərabərliyin ölçülməsi. Əmək haqqının inflyasiyası. Qiymətin inflyasiyası. İşsizlik və işsizliyə görə müavinətlər və s.

ƏDƏBİYYAT


  1. Quliyev T.Ə. Əməyin iqtsiadiyyatı. Bakı, 2003

  2. Quliyev F. Dövlət gəlirlərinin idarə­ edil­məsi. Bakı, 2003

  3. Quliyev F. Millət və dövlət gəlirləri. Bakı, 2003

  4. Quliyev F. Gəlirlər nəzəriyyəsi. Bakı, 2004

6. Левашов В.И. Социальная политика доходов и заработной платы. М., 2000
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

«Heyətin idarə edilməsi» magistr ixtisası üzrə «Əməyin təşkilinin sosial-iqtisadi problemləri» kursunun


PROQRAMI


B A K I – 2 0 0 9

Elmi rəhbər: prof. T.Ə.Quliyev
Tərtib edənlər: prof. T.Ə.Quliyev

dos. S.R.Bayramova

dos. Z.İ.Mustafayeva

b/м. S.Ə.Qurbanova
GİRİŞ

Əməyin təşkilinin sosial-iqtisadi problemləri” kursu üzrə dərs saatlarının bölgüsü






Mövzuların adı

Saatlar

mühazirə

məşğələ

1

«Əməyin təşkilinin sosial-iqtisadi problemləri» kursunun predmeti, məzmunu və vəzifələri







2

İnsan resursları, işçilərin peşə hazırlığı və əmyin elmi təşkili problemləri







3

Müəssisə və idarələrdə əmək şəraitinin yaxşılaşdırılması sosial problem kimi







4

Əmək bölgüsü və əmək koopera­siyası, onun təkmilləşdirilməsi







5

İş yerlərinin təşkili və ona mütərəqqi xidmət problemi







6

Əmək prosesləri və əməyin normalaş­dırılmasının təkmilləşdirilməsi







7

Əməyin təşkili səviyyəsi, onun təhlili və qiymətləndirilməsi problemi







8

Əməyin təşkili üzrə tədbirlər sistemi və onun sosial-iqtisadi səmərəsi










Cəmi







MÖVZU I. «Əməyin təşkilinin sosial-iqtisadi problemləri» kursunun predmeti, məzmunu və vəzifələri
Əməyin təşkili anlayışı. Əməyin təşkilinin digər sosial-iqtisadi problemlər və istehsal sistemləri ilə əlaqəsi. Əməyin təşkilinin müasir sosial-iqtisadi və texniki-innovasiya problemləri. Əməyin təşkilinin əsas isti­qamətləri.

Kursun predmeti, obyekti və məzmunu.

Kursun məqsədi, vəzifələri və öyrənilməsində istifadə olunan metodları.

Kursun iqtisadi elmlər sistemində yeri və digər fənlərlə qarşılıqlı əlaqəsi.



MÖVZU II. İnsan resursları, işçilərin peşə hazırlığı və əmyin elmi təşkili problemləri
Elmi-texniki tərəqqi, əməyin təşkili, insan kapitalı və əmək potensialı arasındakı qarşılıqlı əlaqə. Onların bir-biri ilə şərtlənməsi və qarşılıqlı təsiri. Müasir istehsal sistemləri şəraitində işçilərin mədəni-texniki və ümumi bilik, intellektual səviyyəsinin əməyin elmi təşkili tələb­lərinə, standartlarına uyğun gəlməsi məsələləri. İşçilərin peşə meyli, peşə seçimi və əməyin təşkili məsə­lələri. Fəhlə və mütəxəssis kadrların hazırlığı və ixtisasının yüksəldilməsi. Bu sahədə dünya ölkələrinin önəmli, pozitiv təcrübəsi. İxtisas artırma və əməyin təşkili sosial, iqtisadi, elmi-texniki problem kimi.

MÖVZU III. Müəssisə və idarələrdə əmək şəraitinin yaxşılaşdırılması sosial problem kimi
Müəssisələrdə əmək şəraiti. Əmək şəraitinə təsir edən amillər. Əməyin fiziologiyası, psixologiyası, əməyin sosiologiyası və əmək şəraiti problemləri. İnsanın, işçinin əmək qabiliyyəti və əmək prosesində onların dəyişil­məsinin qanunauyğunluqları. Əmək qabiliyyətinin dəyiş­məsi fazaları. İş proseində yorulma. Yorulmaya təsir edən amillər, yorulmanın qarşısının alınması yolları. Səmərəli əmək və istirahət rejimlərinin layihələndirilməsi.

MÖVZU IV. Əmək bölgüsü və əmək koopera­siyası, onun təkmilləşdirilməsi
Əmək bölgüsü. Əmək bölgüsü və elmi-texniki tərəqqi. Əmək bölgüsünə təsir edən amillər. Bu sahədə baş verən müasir meyillər. Əmək bölgüsünün forma və növləri, onların qarşılıqlı əlaqəsi. Əmək kooperasiyası. Kollektiv əmək təşkili, istehsal briqadaları, onların tipləri, formalaşması problemləri. Müasir istehsal sistemləri şəraitində əmək bölgüsü və kooperasiyasının təkmil­ləşdirilməsi, onun sosial-iqtisadi nəticələri.

MÖVZU V. İş yerlərinin təşkili və ona mütərəqqi xidmət problemi
İş yerləri maddi və qeyri-maddi nemətlər istehsalının ilkin həlqəsi, məkanı kimi. Müxtəlif istehsal sistemləri, əmək fəaliyyəti şəraitində iş yerlərinin təşkili xüsusiy­yətləri.

Elmi-texniki tərəqqi və iş yerləri.

İş yerlərinin təşkilinin ergonomik problemləri və sistemləri.

İş yer­lərinin səmərəli təşkili prinsipləri və metodları.

İş yerlərinə xidmət. İş yerlərinin təchizatı. İş yerlərinin planirovkası.

İş yerlərinin layihələndirilməsi və təkmilləş­dirlməsi məsələlri.


MÖVZU VI. Əmək prosesləri və əməyin normalaş­dırılmasının təkmilləşdirilməsi
Əmək və istehsal prosesləri, onların qarşılıqlı əlaqəsi, uzlaşdırılması. Əmək prosesləri, onların təsnifatı və elmi-texniki tərəqqi. Fərdi və kollektiv əmək proseslərinin layihələndirilməsi, onun texniki-texnoloji, sosial-iqtisadi problemləri. Əmək proseslərinin təkmilləş­dirilməsi və onun sosial-iqtisadi səmərəsi. Əmək üsulları, əmək fəndləri, onların seçilməsi və tətbiqi. Bu sahədə baş verən mütərqqi hallaran öyrənilməsi.

Əməyin normalaşdırılması və əmək prosesləri. Əmək proseslərinin vaxt, kəmiyyət baxımından qiymətləndirilməsi. Əmək norma­larının keyfiyyəti. Əmək normaları və əmək intensivliyi.



MÖVZU VII. Əməyin təşkili səviyyəsi, onun təhlili və qiymətləndirilməsi problemi
Əməyin təşkili səviyyəsi anlayışı. Əməyin təşkili səviyyəsinin şərtləndirən əsas amillər. Əməyin təşkili səviyyəsinin təhlili vəzifələri. Təhlinin aparılması formaları və qaydaları. İş faxtı təhlilin əsas obyekti kimi. Məcmuu iş vaxtı fondu, onun strukturu və hesablanması. Əməyin təşkili göstəricilərinin digər göstəricilərlə müqayisəli təhlili. Əməyin təşkili səviyyəsini səciyyə­ləndirən əsas göstəricilər, indikatorlar və onların qiy­mətləndirilməsi.

MÖVZU VIII. Əməyin təşkili üzrə tədbirlər sistemi və onun sosial-iqtisadi səmərəsi
Əməyin təşkilinin avtomatlaşdırılmasını tələb edən əsas prisniplər. Əmə­yin təşkili üzrə tədbirlərin texniki-texnoloji, iqtisadi və sosial aspektləri. Əməyin təşkili üzrə konkret tədbirlərin layihələndirilməsi. Əməyin təşkili üzrə tədbirlərin iqtisadi cəhətdən əsaslandırılması. əməyin təşkili üzrə tədbirlərin sosial-iqtisadi səmərəsi. Əməyin təşkili üzrə tədbirlərin həyata keçirilməsi üzərində nəzarət və onun formaları. Əməyin səmərəli təşkilinin stimul­laşdırılması problemləri.
ƏDƏBİYYAT


  1. Azərbaycan Respublikasının Konstitusiyası. Azərbaycan Respublikasının Qanunlar Külliyyatı. Bakı, 2001

  2. Quliyev T.Ə. Əməyin iqtisadiyyatı. Bakı, 2003

  3. Quliyev T.Ə., Məhərrəmov Ə. İ. Əməyin elmi təş­kili. Bakı, 1974

  4. Рофе А.И. Научная организация труда: Уч. пособие. М.: МИК, 1998

  5. Эфендиев Ш.В. Организация и нормирование труда в условиях рыночной экономики: Уч. пособие. Баку: «Игтисад Университети», 2006


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ




«Heyətin idarə edilməsi» magistr ixtisası üzrə «Rəhbər işçilərin, mühəndis-texniki işçilərin və mütəxəssislərin əmək haqqının təşkili» kursunun

PROQRAMI



BAKI – 2009



Elmi rəhbər: prof. T.Ə.Quliyev
Tərtib edənlər: prof. T.Ə.Quliyev

dos.E.C.Əzizova

dos.S.R.Bayramova

b/м. S.Ə.Qurbanova


GİRİŞ

Rəhbər işçilərin, mühəndis-texniki işçilərin və mütəxəssislərin əmək haqqının təşkili” kursu üzrə dərs saatlarının bölgüsü






Mövzuların adı

Saatlar

mühazirə

məşğələ

1










2










3










4










5










6










7










8










9













Cəmi







MÖVZU I. İdarəetmə sferasında əmək haqqı təşkilinin əhəmiyyəti, mahiyyəti, məzmunu və vəzifələri
Əmək haqqı təşkili kursunun əhəmiyyəti. İdarəçilik əmək haqqının təşkilinin məqsəd və vəzifələri. İdarəçilik əməyinin elmi təşkilinin tarixi inkişaf mərhələləri. İdarəetmə elmi və əməyin elmi təşkili problemləri. İdarəçəlik əməyinin xüsusiyyətləri. İdarəçi­lik əməyinin təşkilinin əsas prinsipləri: hərəkətə qənaət prinsipi, iş yerinə xidmətinin tənzimləmə prinsipi, əmək normalarının kompleks əsaslandırılması prinsipi, elmilik prinsipi, sistemlilik prinsipi, mütənasiblik prinsipi, qənaətçilik prinsipi və s.

Kursun predmeti, obyekti və məzmunu.

Kursun məqsədi, vəzifələri və öyrənilməsində istifadə olunan metodları.

Kursun iqtisadi elmlər sistemində yeri və digər fənlərlə qarşılıqlı əlaqəsi.



MÖVZU II. Əməyinin təşkilinin nəzəri-metodoloji əsasları
Əməyin təşkili üzrə nəzəriyyələrin formalaşması və inkişafı. Nəzəriyyələrin inkişaf mərhələləri.

Əməyin elmi təşkilinin müasir qaydaları və prinsipləri. Bazar müna­sibətləri şəraitində əməyin təşkili problemləri. Müəssisə və idarələrdə idarəçilik əməyinin təşkilinin daha da təkmil­ləşdirilməsi problemləri. İnstitusional trans­formasiya şə­raitində idarəçilik əməyinin sahibkarlıq funksiyaları ilə əlaqələndirilməsi və menecment fəaliyyət modelinin bu şə­raitdə nəzərə alınması. İnstitusional trans­formasiya şə­raitində idarəçilik fəaliyyətində meydana çıxan müba­hisələr, münaqişələr, onların həlli yolları. Sərəncamedici səlahiyyət, xətti səlahiyyət, funksional səlahiyyət, məslə­hət­edici səlahiyyət, nəzarətedici – hesabat səlahiyyəti, əlaqələndirmə səlahiyyəti və s.


MÖVZU III. İdarəçilik əməyinin təşkili əməyin təşkili sisteminin mühüm tərkib hissəsi kimi.
İdarəçilik əməyi və istehsal sistemləri, onlar ara­sındakı əlaqə. İdarəçilik əməyinin psixofizioloji, sosial və iqtisadi problemləri. İdarəçilik əməyi və əməyin sosial-iqtisadi problemlərinin həllində onun rolu. İdarəçilik əmə­yinin təşkili və əmək məhsuldarlığı arasındakı əlaqə. İdarəçilik əməyi və icraçılarla görüləcək işin əlaqələn­diril­məsi. İdarəçilik əməyinin əmək intizamının möhkəmlən­dirilməsi ilə, əmək hərəkətlərinin ahəngdarlığı ilə, əməyin düzgün normallaşdırılması ilə əlaqələndirilməsi.

MÖVZU IV. Rəhbər işçiləri, mühəndis-texniki işçilərin və mütəxəssis­lərin əməyinin təşkili məsələləri
İdarəetmə sferasında əmək bölgüsü və əmək koope­rasiyasının təşkili və əlaqələndirilməsi xüsu­siy­yət­ləri. Mühəndis-texniki işçilərin, qulluqçuların fəaliy­yətinə komp­leks, sistemli yanaşma əmək prosesinin səmərəli təş­kili problemi. Fəaliyyətin idarəetmə funksiyaları, fəaliy­yət növü, görüləcək işlərin mürək­kəblilik səviyyəsi və məsuliyyətliliyi, habelə məqsədli proqramlar, iş və əmə­liyyat növləri üzrə həyata keçirilməsi. Vəzifə təli­mat­ları və əmək funksiyaları. İdarəçilik fəaliyyətinin infor­masiya tə­minatı. İstehsalın elmi idarəetmə metodları. İdarə aparıtı işçilərinin fəaliyyətinin düzgün istiqamət­ləndiril­məsi və əlaqələndirilməsi.
MÖVZU V. İdarə aparı sistemində iş yerlərinin səmərəli təşkili.
İş yerlərinin səmərəli təşkilinin əhəmiyyəti. Elmi-texniki tərəqqi və iş yerlərinin müasir qaydada təşkili prob­lemləri. İş yerlərinin təşkili prinsipi. İş yerlərinin təşkilinin tipik və xüsusi layihələndirilməsi məsələləri. İş yerlərinin müasirləşdirilməsi və attestasiyası. İş yerlərinə müasir xidmət qaydaları. İş yerlərinin müasir qaydada təşkili metodları və onun sosial-iqtisadi səmərəliliyi.

MÖVZU VI. Rəhbər işçilərin, mühəndis-tex­niki işçilərin və mütəxəssislərin iş vaxtın­dan səmərəli istifadə olunması problemləri
İş vaxtından səmərəli istifadə olunmasından sosial-iqtisadi əhəmiyyəti. İdarəetmədə səmərəli əmək prosesləri və idarəetmə əməliyyatları. Əmək pro­seslərinin məzmunu və onun konkret iş fəaliyyəti ilə əlaqələndirilməsi. Əmək proseslərinin funksional məzmunu. Əmək proseslərin pred­met-funksional məz­mu­nu, iş yerlərinin məzmunu, əmə­liyyatların adı, onların icra olunması üsulları və qay­dası. İdarəçilik funksiyların icrası ilə əlaqədar əmə­liy­yat­lar sistemi: təşkilati-inzibati əməliyyatlar; xidməti-kom­mu­nikasiya əməliyyatları; sənərcam­vermə əməliyyatı; əla­qələndirmə əməliyyatı; nəzarət-qiymətləndirmə əməliy­yatları; analitik-konstruktiv əməliyyatlar; informasiya-texniki əməliyyatlar və s.. Onların səmərəliliyinin yüksəl­dilməsinin iş vaxtına pozitiv təsiri. İş yerlərinin səmərəli təşkili və iş vaxtından istifadə. Əmək normalarının keyfiyyətinin yaxşılaşdırılması, iş vaxtı məsrəfinin səmərəli quruluşu. Ayrı-ayrı kateqoriyalı mütəxəssislərin əməyinin təşkili və iş vaxtının istifadə xüsusiyyətləri. Əmək intizamı və iş vaxtından istifadə məsələləri.

MÖVZU VII. İdarəetmə əməyinin mexanik­ləş­­diril­məsi və avtomatlaşdırıl­ması
İdarəetmə əməyinin mexanikləşdirilməsi və avto­mat­laş­dırılması, onun kiber­netik informasiya nəzəriy­yələri ilə, informasiya təminatı ilə əlaqədən­dirilməsi. İda­rəetmə funksiyalarının texniki vasitələrlə icrası məsələləri. İnfor­masiya xid­mə­ti. Standartlaşdırma və normalaşdırma üzrə, habelə müəssisələrdə konstruktur, texnoloji hazırlıq üzrə standartlar və layihələr. İdarəetmə əməliy­yatları və tex­niki tərəqqi. Müəssisələrdə əmək proseslərinin və iş vax­tı­nın səmərəli təşkilinin öyrənilməsi metodları. İnfor­ma­si­ya daşıyıcıları, onların fəaliyyətinin səmərəli təşkili. Ci­haz­lar, qrafiklər, sənətlərin hazırlanması, informasiyanın işlənməsi və s..
MÖVZU VIII. İdarəetmə əməyinin səmərəli təşkili yolları və onun sosial-iqtisadi sə­mə­­rəsi
İdarəçilik fəaliyyətinin ictimai-iqtisadi, sosial-iqti­sadi cəhətdən qiymətlən­dirilməsi. Onun optimallıq səviy­yəsinin yüksəldilməsi, idarə aparatı qarşısında qoyulan vəzifələrlə düzgün aparılması.

Əməyin təşkilində müasir norma və normativlərə istinad olunması. Həmin nor­ma­ların, əməliyyatların psixo-psixoloji, gigenik, elmi-texniki təminat baxımından elmi cəhətdən əsaslandırılması. İdarə­çilik məsələlərinə qənaət edilməsi. İdarəetmə apa­ra­tının özünün struktur baxı­mın­dan düzgün, çevik və elmi əsaslarla formalaşması, fəaliy­yətin düzgün qiymət­lən­di­ril­məsi. Bütövlükdə səmərəlilik, fasiləsizlik, ope­rativlik, düz­gün layihə­ləndirmə prinsipinə əməl olunması. İda­rə­etmə obyekt­lə­rində, nazirlik­lərdə, dövlət aparatında ida­rəçilik əməyinin elmi səviyyəsinin yüksəldilməsi yol­la­rının araş­dırıl­ması və burada vəzifə nomenkla­turasının xüsu­siy­­yətləri, ona qarşı olan tələblər, onların fəa­liy­yətinin də­qiq normalaş­dırıl­ması. Tabeçilikdə olan işçilərin fəa­liy­yətinə təsir metodla­rının, o cümlədən inzibati sərəncam, sosial-psixoloji və inzibati metodlarının düzgün seçilməsi.



ƏDƏBİYYAT


  1. Quliyev T.Ə. Əməyin sosiologiyası. Bakı, 1998

  2. Quliyev T.Ə. Əməyin iqtisadiyyatı. Bakı, 2003

  3. Quliyev T.Ə. Menecmentin (idarəetmənin) əsas­ları. Bakı, 2005

  4. Şaxbazov K.A. və başqaları. Menecment. Bakı, 2007

  5. Управление персоналом. Под ред. Кибанова. М., 2006

  6. Яковлев Р.А. Оплата труда в организации. М.: МЦ ФЭР, 2006


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ


«Heyətin idarə edilməsi» magistr ixtisası üzrə «Motivləşdirmə nəzəriyyəsi və əmək kollektivlərində sosial münasibətlər» kursunun


PROQRAMI




BAKI – 2009




Elmi rəhbər: prof. T.Ə.Quliyev
Tərtib edənlər: prof. T.Ə.Quliyev

dos.E.C.Əzizova

dos.Z.İ.Mustafayeva

b.m. D.F.Məmmədova
GİRİŞ

Motivləşdirmə nəzəriyyəsi və əmək kollektivlərində sosial münasibətlər” kursu üzrə dərs saatlarının bölgüsü






Mövzuların adı

Saatlar

mühazirə

məşğələ

1

Motivləşdirmə və motivləşdirmə nəzə­riy­­yələri







2

Motivləşdirmənin sosial-iqtisadi məz­mu­nu və funksiyaları







3

Təlabat və mənafelərin işçilərin əmək fəaliyyətinə təsiri







4

Motivləşdirmə, iqtisadi və sosial də­yər­lər







5

Motivləşdirmənin sosial idarə edilməsi







6

Əmək fəaliyyətinin stimullaşdırılması motivləşdir­mə­nin başlıca amili kimi







7










8










9













Cəmi







MÖVZU I. Motivləşdirmə və motivləşdirmə nəzə­riy­­yələri
Motiv və motivləşdirmə, onun əhəmiyyəti və müasir problemlər. Vəzifə motivləri. Motivlərin inteqrativ sistem səciyyəsi. Birinci, ikinci, üçüncü, dördüncü qrup motivlər.

Motivləşdirmə və rəhbər işçilərin, mütəxəssislərin, qul­luq­çuların işinin işgüzar keyfiyyəti ilə əlaqəsi.

Motiv­ləş­dirmə sahəsində mövcud olan nəzəriyyələr: A.Maslounun tələbatının iyerarxiya nəzəriyyəsi; K.Alderferin tələbat nəzəriyyəsi; D.Mak Klellandın motivasiyalı tələbat nəzəriyyəsi; F.Xertsberqin iki amilli motivasiya nəzə­riy­yəsi; D.Atkinsonun əməyin motiv­ləşdirməsi nəzəriyyəsi; S.Adamsın ədalətlilik nəzəriyyəsi; B.Skinnerin motiv­ləş­dir­mənin gücləndirilməsi nəzə­riy­yəsi; V.Vrumun motiv­ləş­dirmə nəzəriyyəsi; Louleri-Porter mo­tiv­ləşdirmə nəzə­riyyəsi; Motivləşdirmənin çoxaspekt­lilik konsepsiyası. Bu nəzəriyyələrin pozitiv və neqativ tərəfləri.

Kursun predmeti, obyekti və məzmunu.

Kursun məqsədi, vəzifələri və öyrənilməsində istifadə olunan metodları.

Kursun iqtisadi elmlər sistemində yeri və digər fənlərlə qarşılıqlı əlaqəsi.



MÖVZU II. Motivləşdirmənin sosial-iqtisadi məz­mu­nu və funksiyaları
Tələbat, mənafelər, maraqlar, stimullaşdırma. Onla­rın sosial və iqtisadi məzmunu. Mənafelər və dəyərlər arasındakı əlaqə, onların bir-birinə qarşılıqlı, sistemli təsiri. Bioloji və sosial tələbat. Tələbatın və mənafelərin iyerarxiyalı təbiəti. Motivləşdirmənin daxili və xarici hə­rək­verici qüvvələri. Motivləş­dirmənin funksiyları: meyl­edici, istiqamətverici funksiyası; əmək fəaliyyətinin məna yaradan, məna kəsb edən funksiyası; vasitəçilik, vadar­edici funksiyası; səfərbəredici funksiyası; əsaslan­dırma, bəraət qazandırıcı funksiyası. Motivləşdirmənin deter­mi­na­siya olunması və onun konkret mexa­nizmləri, determi­naisya mexanizmlərinin qarşılıqlı əlaqəsi. Motivləşdirmə əmək subyektinin mühüm, başlıca xassəsi kimi. Əmək fəaliyyətinin qiymətlən­dirməsi və motivləşdirmə.

MÖVZU III. Təlabat və mənafelərin işçilərin əmək fəaliyyətinə təsiri
Təlabat və mənafelərin formalaşması, onların struk­turu, daxili ziddiyyətləri.

Sosial dəyərlər. Sosial və iqtisadi imkanlılıq. Tələbatın istehlak əmələ­gətirmə xassəsi, onun iqtisadi və sosial məzmunu. Təlabat və istehlakın priori­tetliyi, onların bu prinsip üzrə qurulması və təsnifatı.

Təla­ba­tın artmasının ümumi sosioloji qanuauyğunluqları.

Mənafelər işçilərin daxili mahiyyətinin ifadəçisi kimi.

Əmək fəaliyyəti prosesində motivləşdirmənin rolu, əhə­miy­­yəti. Motivləşdirmənin strukturu, motivləşdir­mə özə­yi. Konkret əmək motivləri. Əmək motivlərinə təsir edən amillər.

Motivləşdirmə və əmək kollek­tivlərində sosial tarazlıq problemi.



MÖVZU IV. Motivləşdirmə, iqtisadi və sosial də­yər­lər
Motivləşdirmə ilə sosial-iqtisadi dəyərlər arasın­dakı əlaqə. Bu əlaqənin qanunauyğunluqları, qanuna­uy­ğun­luqların sosial-iqtisadi məzmunu.

Motivləşdirmə, sosial dəyərlər və davranış qaydaları. Davranışın for­ma­ları: affektiv davranış; ənənəvi danış formaları; rasional-məqsədli davranış formaları. Ayrı-ayrı dəyərlərin və davranış formalarının sosial məhdudiyyətliyi və ona təsir edən amillər və situasiyalar.

Sosial-iqtisadi dəyərlərin çoxaspektli xüsu­siyyətləri, onların struktur-funksional təhlili. Dəyərlərə antoloji və aksioloji yanaşma. Dəyərlər və sosial proseslər. Dəyərlər, motivlər və işçilərin özünü dərk etməsi və təsdiq etməsi prosesi. Bu məsələdə motivləşdirmənin rolu və əhəmiyyəti.
MÖVZU V. Motivləşdirmənin sosial idarə edilməsi
Əməyin motivləşdirməsinin idarə edilməsi. Burada müvafiq modellər əsasında idarəedici təsir vasitələrindən istifadə olunması. Təsir vasitələrinin idarə olunan siste­min vəzifələri ilə düzgün əlaqələn­dirilməsi və şərtlənməsi.

Motivlərin idarə olun­masında kompleks tədbirlərin nə­zə­rə alınması. Motivlərin idarə olunmasında mənəfelərin nəzərə alınması.

Motivləşdirmə və əməyin deter­mi­nasiyası. İqtisadi münasibətlər sistemi və motivləşdirmə. Obyektiv və subyektiv determinatlar.

Motivləşdirmə və özünü qiymətləndlirmə.

Motivləşdirmənin idarə olun­ma­sının sosial-iqtisadi əsasları və mexanizmləri.
MÖVZU VI. Əmək fəaliyyətinin stimullaşdırılması motivləşdir­mə­nin başlıca amili kimi
Motivləşdirmənin konkret, spesifik və universal xas­səsi. Onun potensial və real stimul yaradıcı xassəsi, işçi­lərin, insanların daxili məzmunu ilə əlaqəsi.

Əməyin stimullaşdırılmasının xüsusiyyətləri və bu sahədə opti­mal­lığın təmin edilməsi.

Motivləşdirmə, stimullaş­dırma və işçilərin əmək davranışı.

Stimullaşdırma prinsipləri: iqti­sadi, sosial və psixoloji amillərin vəhdətliyi prinsipi; tətbiq olunan stimullaşdırma vasitələrinin əmək kollektiv­lərində pozitiv mənəvi-psixoloji şəraitin təmin edilməsi prinsipi; maddi və mənəvi maraqların əlaqələndirilməsi və fərqləndirilməsi prinsipi; daxili və xarici tənzimləyici sti­mulların optimal əlaqə­ləndirilməsi prinsipi; əmək töhfəsi, əmək məsuliyyəti ilə stmiullaşdırmanın uzlaşdırılması prinsipi; sosial, ədalət, qiymətləqdirmə, səmərəlilik və stimullaş­dırmada aşkarlıq prinsipi.

Stimullaşdırmanın fərdi və kollektiv formaları.

Stimullaşdırmanın funk­si­ya­la­rı və onun motivləşdirmənin idarə edilməsi ilə əlaqə­lən­dirilməsi. Əmək haqqının sosial idarə edilməsi. Mo­tiv­ləşdirmənin idarə edilməsi və sosial partnyorluq problemi.




ƏDƏBİYYAT


  1. Azərbaycan Respublikasının Konstitusiyası. Azərbaycan Respublikasının Qanunlar Külliyyatı. Bakı, 2001

  2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi. Bakı,1999

  3. Quliyev T.Ə. Əməyin sosiologiyası. Bakı, 1998

  4. Quliyev T.Ə. Əməyin iqtisadiyyatı. Bakı, 2003

  5. Yusufova T.Q. Əməyin iqtisadiyyatının əsasları. Bakı, 2005.

  6. Mehbaliyev S.S., İsgəndərov R.K. Əmək bazarı və əhalinin sosial müdafiəsi. Bakı, 2002
  7. Азизова Э.Д., Мустафаева З.И., Байрамова С.Р. Основы социологии труда: Уч. пособие. Баку: «Игтисад Университети», 2009


8. Трудовые отношения: Уч. пособие. /Под ред. Н.А.Горелова, А.И.Тучкова. СПб.: ГУЭФ, 2001

9. Экономика труда: социально-трудовые отноше­ния. /Под ред.Н.А.Волгина, Ю.Г.Одегова. М.: Экзамен, 2002


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ




«Heyətin idarə edilməsi» magistr ixtisası üzrə «Məşğulluq və əmək bazarı» kursunun

PROQRAMI



BAKI – 2009



Elmi rəhbər: prof. T.Ə.Quliyev
Tərtib edənlər: prof. T.Ə.Quliyev

dos. S.R.Bayramova

b/м. S.Ə.Qurbanova


GİRİŞ

Məşğulluq və əmək bazarı” kursu üzrə dərs saatlarının bölgüsü






Mövzuların adı

Saatlar

mühazirə

məşğələ

1

Əmək bazarının ümumi xarakteris­tikası







2

Məşğulluq, işçi qüvvəsinə tələb və təklif







3

İşçi qüvvəsinə tələb (tələbat) və ona təsir edən amillər







4

İşçi qüvvəsinin təklifi və ona təsir edən amillər







5

İş qüvvəsinin qiyməti və rəqabət







6

İşsizlik və işsizlik problemi







7

Əmək bazarının dövlət və bazar qaydalı tənzimlənməsi







8

Əhali məşğulluğu üzrə nəzəriyyə və konsepsiyalar







9













Cəmi







MÖVZU I. Əmək bazarının ümumi xarakteris­tikası
Əmək bazarının mahiyyəti və sosial-iqtisadi prob­lemləri və xüsusiyyətləri. Əmək bazarının strukturu və seqmentləri. Əmək bazarının fəaliyyət göstərmə mexa­nizm­ləri. Əmək bazarının çevikliyi, onun nəzəri-meto­doloji əsasları, problemləri. Əmək bazarının modelləri.

Kursun predmeti, obyekti və məzmunu.

Kursun məqsədi, vəzifələri və öyrənilməsində istifadə olunan metodları.

Kursun iqtisadi elmlər sistemində yeri və digər fənlərlə qarşılıqlı əlaqəsi.



MÖVZU II. Məşğulluq, işçi qüvvəsinə tələb və təklif
Məşğulluq sosial-iqtisadi problem kimi. Məşğul­luğun milli dövlət siyasəti. Məşğulluğun prinsipləri, strukturu və müasir dövrdə əsas meyilləri.

Məşğulluq haq­qında qanun və onun əsas müddəaları.

İşədüzəlmə prob­lemi. İş yerləri problemi. Səmərəli məşğulluq prob­lemi.

MÖVZU III. İşçi qüvvəsinə tələb (tələbat) və ona təsir edən amillər
İşçi qüvvəsi bazarı mexanizminin ümumi və xüsusi cəhətləri. İşçi qüvvəsinə tələbin sosial-iqtisadi məzmunu və strukturu. İşçi qüvvəsinə tələbatın obyektiv və sub­yek­tiv amilləri.

Əhalinin məşğulluq səviyyəsi və tələbat problemi.

İş yerlərinin miqdarı və istehsal proqramı.

El­mi-texniki tərəqqi, əmək məhsuldarlığı və işçi qüvvəsinə tələbat problemi. Real və potensial tələb: tələbin strukturu (peşə və ixtisas səviyyəsi üzrə); fərdi və məcmuu tələb; cari və proqnozlaşdırılan tələb; rəqabət və tələb.



MÖVZU IV. İşçi qüvvəsinin təklifi və ona təsir edən amillər
İşçi qüvvəsi təklifinin sosial-iqtisadi məzmunu. İşçi qüvvəsinin alqı-satqı situasiyası.

Fərdi və məcmuu təklif, onun miqdarı, həcmi. Məşğulluğun formaları və işçi qüvvəsinin təklifi.

Məşğul olanlar və məşğul olmayanlar arasındakı nisbət. Daxili, firmadaxili və xarici bazar, onların arasındakı nisbətin işçi qüvvəsi təklifinə təsiri.

İşçi qüvvəsinin və iş yerlərinin təklifi. Əmək haqqı və əməyin, iş qüvvəsinin təklifi, onun varinatları.

Elmi-texniki tərəqqi və onun işçi qüvvəsinin məcmuu təklifinə təsiri.

İşsizlik və iş qüvvəsinin təklifi problemləri. Rəqabət modelləri.



MÖVZU V. İş qüvvəsinin qiyməti və rəqabət
Əmək bazarında tələb və təklifin qarşılıqlı təsiri, əmək və kapital münasibətləri. Əmək haqqı, müəssisənin, firmanın ma­liy­yə vəziyyəti və rəqabət səviyyəsi. Tarif cədvəlləri, kol­lektiv müqavilələr, yaşayış minimumu. Həyatın qiy­məti və iş qüvvəsi qiymətinə təsir edən amillər. Gəlirlər sə­viyyəsi. Əməyin motivləşdirilməsinin müasir nəzəriyyələri.

MÖVZU VI. İşsizlik və işsizlik problemi
İşsizlik mühüm sosial-iqtisadi problem kimi. İşsiz­liyin sosiaologiyası. İşsizliyin formaları və onların qar­şılıqlı əlaqəsi. İşsizliyin iqtisadi nəticələri. İşsizliyin sosial nəticələri. İşsizlik və inflyasiya.

MÖVZU VII. Əmək bazarının dövlət və bazar qaydalı tənzimlənməsi
Bazar sistemində dövlətin mövqei. Dövlət və sosial tərəfdaşlıq problemi. Sahibkarlara himayədarlıq. Özü­məşğulluq. İnfrastruktura və onun funksiyaları. Məşğul­luğa qeyri-dövlət strukturunun təsiri.

Məşğulluğun yeni formaları. Sosial-əmək münasibətlərinin tənzimlənməsi. Əmək bazarı sistemində sosial müdafiə.


MÖVZU VIII. Əhali məşğulluğu üzrə nəzəriyyə və konsepsiyalar
Əmək bazarı, liberal və sosial iqtisadiyyat üzrə nəzəriyyə və konsepsiyalar. Bu sahədə klassik və neo­klassik nəzəriyyələr. Keynisçi və marksisit nəzəriyyələr. Monetarist nəzəriyyə səmərəli gözləmə nəzəriyyəsi. Neo­klassik sintez. Nəzəriyyə və konsepsiyalardan irəli gələn modellər, varinatlar. Əmək hüququ məsələləri.

ƏDƏBİYYAT


  1. Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanunu. Məşğulluq haqqında normativ sənədlər toplusu. Bakı, 2002.

  2. Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər). “Azərbaycan” qəzeti, 26 oktyabr 2005-ci il, №184

  3. Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçiril­məsi üzrə Dövlət Proqramı (2007-2010-cu illər). “Respublika” qazeti, 16 may 2007

  4. Azərbaycan Respublikasının Əmək Məcəlləsi. Bakı,1999

  5. Minimum əmək haqqı haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, 2004

  6. Quliyev T.Ə. Əməyin sosiologiyası. Bakı, 1998

  7. Quliyev T.Ə. Əməyin iqtisadiyyatı. Bakı, 2003

  8. Yusufova T.Q. Əməyin iqtisadiyyatının əsasları. Bakı, 2005.

  9. Mehbaliyev S.S., İsgəndərov R.K. Əmək bazarı və əhalinin sosial müdafiəsi. Bakı, 2002

  10. Кейнс Дж.М. Общая теория занятости, процента и денег. М., 2002

  11. Трунин С.Н., Гелета И.В. Рынок труда в трансформационной экономике: Монография. Краснодар, 2006

12. Рынок труда и доходы населения: Уч. пособие. /Под ред. Н.А.Волгина. М.: Экзамен, 1999

13. Рынок труда: Учебник. /Под ред. В.С.Буланова и Н.А.Волгина. М.: Экзамен, 2003

14. Руденко Г.Г., Муртозаев Б.Ч. Формирование рынков труда: Уч. пособие. /Под ред. Ю.Г.Оде­гова. М.: Экзамен, 2004

1. «Heyətin idarə edilməsi» magistr ixtisası üzrə «Əməyin səmərəliliyinin sosial-iqtisadi problemləri» kursunun b/м. S.Ə.Qurbanova

2. «Heyətin idarə edilməsi» magistr ixtisası üzrə «Gəlirlər və əmək haqqı nəzəriyyəsi» kursunun dos.S.R.Bayramova

3. Heyətin idarə edilməsi» magistr ixtisası üzrə «Əməyin təşkilinin sosial-iqtisadi problemləri» kursunun dos.S.R.Bayramova, dos. Z.İ.Mustafayeva, b/м. S.Ə.Qurbanova

4. «Heyətin idarə edilməsi» magistr ixtisası üzrə «Rəhbər işçilərin, mühəndis-texniki işçilərin və mütəxəssislərin əmək haqqının təşkili» kursunun dos.E.C.Əzizova, dos. S.R.Bayramova, b/м. S.Ə.Qurbanova

5. «Heyətin idarə edilməsi» magistr ixtisası üzrə «Motivləşdirmə nəzəriyyəsi və əmək kollektivlərində

sosial münasibətlər» kursunun dos.E.C.Əzizova, dos.Z.İ.Mustafayeva, b.m. D.F.Məmmədova

6. «Heyətin idarə edilməsi» magistr ixtisası üzrə «Məşğulluq və əmək bazarı» kursunun dos.S.R.Bayramova, b/м. S.Ə.Qurbanova




Yüklə 250,11 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin