KREDİT № 4913-AZ
AZƏRBAYCAN RESPUBLİKASI
ilə
BEYNƏLXALQ İNKİŞAF ASSOSİASİYASI arasında
25 oktyabr 2011-ci il tarixli
Maliyyələşdirmə Sazişi
(Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək Layihəsi)
KREDİT № 4913-AZ
MALİYYƏLƏŞDİRMƏ SAZİŞİ
25 oktyabr 2011-ci il tarixli SAZİŞ AZƏRBAYCAN RESPUBLİKASI ( “Resipient”) ilə BEYNƏLXALQ İNKİŞAF ASSOSİASİYASI (“Assosiasiya”) arasında bağlanır. Resipient və Assosiasiya bununla aşağıdakılar barədə razılığa gəlirlər
MADDƏ I — ÜMUMİ ŞƏRTLƏR; ANLAYIŞLAR
1.03. Ümumi Şərtlər (Bu Sazişin Qoşmasında müəyyənləşdirildiyi kimi) bu Sazişin ayrılmaz hissəsini təşkil edir.
1.04. Kontekstə əsasən başqa cür tələb olunan hallar istisna olmaqla, bu Sazişdə baş hərflərlə verilmiş terminlər Ümumi Şərtlərdə və bu Sazişin Qoşmasında göstərilmiş mənalara malikdir.
MADDƏ II — MALİYYƏLƏŞDİRMƏ
2.02. Assosiasiya bu Sazişin 1-ci Cədvəlində təsvir olunmuş layihəni (“Layihə”) maliyyələşdirməyə yardım göstərmək üçün bu Sazişdə müəyyənləşdirilmiş və ya istinad edilmiş şərtlərlə qırx səkkiz milyon doqquz yüz min Xüsusi Borcalma Hüququna (XBH 48,900,000) ekvivalent məbləğdə krediti (müxtəlif olaraq “Kredit” və ya “Maliyyələşdirmə”) Resipientə verməyə razılaşır.
2.03. Resipient bu Maliyyələşdirmənin vəsaitlərindən bu Sazişin 2-ci Cədvəlinin IV bölməsində göstərilmiş qaydada istifadə edə bilər.
2.04. Resipient tərəfindən Maliyyələşdirmənin istifadə edilməmiş qalığı üçün Maksimum Öhdəlik Haqqı illik bir faizin yarısına (1%-in 1/2-i) bərabərdir.
2.04. Resipient tərəfindən Maliyyələşdirmənin istifadə edilmiş hissəsi üçün ödənilən Xidmət Haqqı illik bir faizin dörddə üç hissəsinə (1%-in 3/4-ü) bərabərdir.
2.05. Ödəniş Tarixləri hər ilin 15 aprel və 15 oktyabr tarixləridir.
2.06. Kreditin əsas məbləği bu Sazişin 3-cü Cədvəlində göstərilmiş geriyə ödəniş cədvəli əsasında qaytarılır.
2.07. Ödəniş valyutası Dollardır.
MADDƏ III — LAYİHƏ
3.01. Resipient bu Layihənin məqsədlərinə öhdəlik daşıdığını bəyan edir. Bu məqsədlə Resipient bu Layihəni Ümumi Şərtlərin IV Maddəsinin müddəalarına və Layihə Sazişinə uyğun olaraq Layihənin İcraçı Qurumu vasitəsilə həyata keçirir.
3.02. Bu Sazişin 3.01-ci bəndinin müddəalarını məhdudlaşdırmadan, və Resipient və Assosiasiya arasında başqa cür razılaşdırılmış hallar istisna olmaqla, Resipient bu Sazişin 2-ci Cədvəlinin müddəalarına uyğun şəkildə həyata keçirilməsini təmin edir.
MADDƏ IV — ASSOSİYASİANIN MÜDAFİƏ VASİTƏLƏRİ
4.01. Sazişin fəaliyyətinin Dayandırılması üçün Əlavə Hal aşağıdakılardan ibarətdir: Layihənin İcraçı Qurumunun Qanunvericiliyinin dəyişdirilməsi, dayandırılması, imtina edilməsi, qüvvədən salınması və ya ləğv edilməsi, və bunun nəticəsində Layihənin İcra Qurumu tərəfindən Layihə Sazişi üzrə öhdəliklərinin yerinə yetirilməsinin həyata keçirilməsinə əhəmiyyətli maddi və mənfi təsir göstərilməsi.
4.02. Kreditin Assosiasiyaya qaytarılmasını Sürətləndirmək üçün Əlavə Hal aşağıdakından ibarətdir: Bu Sazişin 4.01 bəndində göstərilmiş halın baş verməsi və bu halın baş verməsi barədə Assosiasiyanın Resipientə xəbərdarlıq etməsindən sonra 60 gün ərzində davam etməsi.
MADDƏ V — QÜVVƏYƏ MİNMƏ; XİTAM VERİLMƏSİ
5.01. Sazişin Qüvvəyə Minməsi üçün Əlavə Şərtlər aşağıdakılardan ibarətdir:
(a) Təkrar Saziş Resipient və Layihənin İcraçı Qurumu adından icra edilmiş olmalı.
(b) Kredit Sazişi imzalanmış və yerinə yetirilmiş olmalı və onun qüvvəyə minməsi, yaxud Resipientin onun çərçivəsində vəsait istəmə hüququnun təmin edilməsi üçün, bu Sazişin qüvvəyə minməsi istisna olmaqla, bütün ilkin şərtlər yerinə yetirilmiş olmalıdır.
5.02. Əlavə Hüquqi Məsələ aşağıdakılardan ibarətdir: Təkrar Saziş müvafiq qaydada Resipient və Layihənin İcraçı Qurumu tərəfindən razılaşdırılmalı və ya təsdiq olunmalı və şərtlərinə müvafiq olaraq Resipient və Layihənin İcraçı Qurumu üçün hüquqi öhdəlik kəsb etməlidir.
5.03. Bu Sazişin Qüvvəyə Minməsi üçün Son Tarix onun imzalanma tarixindən sonra doxsan (90) gündür.
MADDƏ VI — NÜMAYƏNDƏLƏR; ÜNVANLAR
6.01. Resipientin Nümayəndəsi Maliyyə Naziridir.
6.02. Resipientin Ünvanı:
Maliyyə Nazirliyi
Səməd Vurğun, 83
Bakı AZ1022
Azərbaycan Respublikası
Teleks: Faksimil:
142116 BNKSL 99412 4044720
99412 4044721
6.03. Assosiasiyanın Ünvanı:
Beynəlxalq İnkişaf Assosiasiyası
1818 H Street, N.W.
Washington, D.C. 20433
Amerika Birləşmiş Ştatları
Teleqram: Teleks: Faksimil:
INDEVAS 248423 (MCI) 1-202-477-6391
Washington, D.C.
Bakı şəhəri, Azərbaycan Respublikasında yuxarıda birinci qeyd edilmiş tarixdə razılaşdırılmışdır.
AZƏRBAYCAN RESPUBLİKASI
Səlahiyyətli Nümayəndə tərəfindən
BEYNƏLXALQ İNKİŞAF ASSOSİASİYASI
Səlahiyyətli Nümayəndə tərəfindən
CƏDVƏL 1
Layihənin Təsviri
Layihənin məqsədi layihə ərazisində təsərrüfat-daxili suvarma suyunun paylanılması və idarə edilməsinin effektivliyinin və maliyyə dayanıqlılığının yaxşılaşdırılmasından ibarətdir.
Layihə aşağıda qeyd olunan hissələrdən ibarətdir:
Hissə A: İnstitusional Gücləndirilmə və Bacarıqların Artırılması
1. Mallar, məsləhət xidmətləri və Təlimlərin keçirilməsi vasitəsilə Layihənin İcraçı Qurumunun, mərkəzi dəstək qrupunun, rayon sudan istifadəedənlər birliklərinə dəstək qruplarının və regional dəstək mərkəzlərinin institusional gücləndirilməsi və bacarıqların artırılması; habelə işlərin görülməsi vasitəsilə adıçəkilən regional dəstək mərkəzlərinin ofislərinin bərpası və tikintisi.
2. Müvafiq SİB-lərin mal, məsləhət xidmətləri və təlimlərin təmin edilməsi vasitəsilə bacarıqların artırılması.
3. İşlərin görülməsi, habelə mal və məsləhət xidmətlərinin təmin edilməsi vasitəsilə müvafiq SİB-lər üçün istismar və texniki xidmət avadanlığının və idarəetmə vasitələrinin təmin edilməsi.
4. “Meliorasiya və Su Təsərrüfatı haqqında” Qanuna müvafiq olaraq Layihənin İcraçı Qurumunun sudan istifadəedənlər birliklərinin fəaliyyətinə dövlət nəzarətini həyata keçirmək cavabdehliyinin yerinə yetirilməsi üçün bacarığının mal, məsləhət xidmətləri və təlimlərin təmin edilməsi vasitəsilə gücləndirilməsi
5. İşlərin icrası, malların təchiz edilməsi və məsləhət xidmətləri vasitəsilə suvarma və drenaj, su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi və aidiyyatı institusional sahələrdə seçilmiş tədqiqatlar, araşdırma və nümayiş xarakterli pilot təsərrüfatların hazırlanması.
Hissə B: Təsərrüfat-daxili Suvarma və Drenaj Sistemlərinin Bərpası
İşlərin görülməsi və məsləhət xidmətlərinin təmin edilməsi vasitəsilə seçilmiş rayonlarda münasib SİB-lər üçün təsərrüfat-daxili suvarma və drenaj sistemlərinin bərpası.
Hissə C: Layihənin İdarə edilməsi, Monitorinq və Qiymətləndirmə
Mal, məsləhət xidmətləri və Təlimlərin təmin edilməsi vasitəsilə monitorinq və qiymətləndirmə daxil olmaqla Layihənin idarə edilməsi və həyata keçirilməsi fəaliyyətlərinə dəstək.
CƏDVƏL 2
Layihənin İcrası
Bölmə I. İcra Mexanizmləri
A. İnstitusional Mexanizmlər
1. Assosiasiyanın digər razılaşdığı halları istisna etməklə, Resipient: (a) LİT, ƏMTQ, ƏMİMP və KSÇ-də qeyd olunmuş meyar, siyasətlər, prosedurlar və mexanizmlərin Layihənin İcraçı Qurumu tərəfindən tətbiq edilməsini təmin edəcək; və (b) Assosiasiyanın fikrinə görə Layihənin icrasına maddi təsir və mənfi təsir göstərə biləcək şəkildə LİT, ƏMTQ, ƏMİMP, və/və ya KSÇ-yə, yaxud da onların hər hansı müddəasına dəyişiklik etməyəcək, və ya qüvvəsini dayandırmayacaq, yaxud dəyişməsinə və qüvvədən salınmasına yol verməyəcəkdir.
2. Resipient Layihə başa çatanadək Layihənin İcraçı Qurumu tərəfindən LHKQ-nin saxlanmasını və onun layihənin icrası üçün hər zaman zəruri və müvafiq prosedurlara uyğun, eləcə də Assosiasiya üçün qənaətbəxş ixtisasa, texniki tapşırıqlara və funksiyalara malik işçi heyətlə müvafiq qaydada təchiz olunmasını təmin edəcək. LHKQ-nin funksiyalarına aşağıdakı cavabdehliklər daxildir: (a) Layihənin gündəlik idarə edilməsi; (b) Layihə çərçivəsində satınalmalar prosesi, maliyyə menecmenti və vəsaitlərin çıxarılması üçün ərizələrin hazırlanması; və (c) Assosiasiya üçün məqbul sayılan texniki tapşırığa uyğun olaraq Layihənin monitorinq və qiymətləndirilməsi. LHKQ-yə layihənin icrası üçün hər zaman zəruri və müvafiq prosedurlara uyğun, eləcə də Assosiasiya üçün məqbul olan ixtisasa, texniki tapşırıqlara və funksiyalara malik işçi heyətlə müvafiq qaydada təchiz olunmuş dörd regional dəstək mərkəzləri (RDM) vasitəsilə dəstək göstəriləcəkdir.
3. Resipient Layihənin İcraçı Qurumu tərəfindən aşağıdakıların saxlanmasını təmin edəcəkdir: (a) mərkəzi dəstək qrupunu (MDQ); və (b) hər bir layihə rayonunda, sudan istifadəedənlər birliklərinə dəstək qrupunu (RDQ), hər ikisi işçi heyəti, ehtiyatlar və Bank üçün məqbul sayılan texniki tapşırıqlarla təmin ediləcəkdir.
4. Resipient Layihənin İcraçı Qurumu tərəfindən Assosiasiya üçün məqbul sayılan təlimatlar əsasında, Layihə çərçivəsində növbəti təqvim ilində həyata keçirilməsi təklif olunan fəaliyyətləri əks etdirən və sözü gedən növbəti ildə həyata keçirilməsi təklif olunmuş fəaliyyət planlarını birləşdirən illik iş proqramının və büdcənin hazırlanmasını və hər təqvim ilinin 31 oktyabrından gec olmayaraq nəzərdən keçirilmək üçün Assosiasiyaya təqdim olunmasını təmin edəcəkdir. Bundan sonra, Layihənin İcraçı Qurumu Assosiasiya tərəfindən təsdiq olunmuş belə bir proqramın qeyd edilən növbəti il ərzində lazımi cəhd və səmərəliklə həyata keçirilməsini təmin edəcəkdir.
5. LİT-də əks olunmuş münasiblik meyar və prosedurlarından istifadə etməklə və ƏMTQ, ƏMİMP və KSF-də müəyyənləşdirildiyi kimi Assosiasiyanın sosial məsələlər və ətraf mühit üzrə qoruyucu siyasətlərinin tələblərinə uyğun olaraq Layihənin A və B Hissələrinin icrası üçün münasib SİB-lər seçiləcəkdir.
B. Təkrar Saziş
1. Layihənin həyata keçirilməsinə kömək etmək məqsədilə, Resipient Maliyyələşdirmə vəsaitlərini Resipientlə Layihənin İcraçı Qurumu arasında Assosiasiya tərəfindən təsdiq olunmuş şərtlər və müddəalara müvafiq bağlanan təkrar saziş əsasən Layihənin İcraçı Qurumunun istifadəsi üçün təmin etməlidir. (“Təkrar Saziş”)
2. Resipient öz hüquqlarını bu Təkrar Saziş altında elə qaydada yerinə yetirməlidir ki, burada Resipientlə Assosiasiyanın maraqlarını müdafiə etmək və Maliyyələşdirmə məqsədlərinə nail olmaq mümkün olsun. Assosiasiyanın razılaşdığı hallardan başqa, Resipient Təkrar Saziş və yaxud onun müddəalarının icrası üzrə cavabdehliklərin başqalarına verilməsinə, onlarda düzəlişlərin edilməsinə, ləğv edilməsinə və yaxud onlardan imtina edilməsinə yol verməməlidir.
C. Anti-Korrupsiya
Resipient Layihənin Antikorrupsiya Təlimatının müddəalarına uyğun şəkildə həyata keçirilməsini təmin edir.
D. Qoruyucu tədbirlər
1. Resipient Layihənin ƏMTQ, ƏMİMP, KSÇ və KTP(lar)-ın müddəalarına uyğun Layihənin İcraçı Qrupu tərəfindən həyata keçirilməsini təmin edəcəkdir. Resipient Assosiasiyanın əvvəlcədən razılığı olmadan, ƏMTQ, ƏMİMP, KSÇ və KTP(lar)-ın müddəalarının icrası üzrə cavabdehlikləri digər tərəflərə verməyəcək, onları dəyişməyəcək, qanuni qüvvəsini ləğv etməyəcək və ya onlardan imtina etməyəcəkdir.
2. Resipient məcburi torpaq ayırma və yaxud hər hansı belə torpaq sahəsinin icarəçi və ya sahiblərinin müvəqqəti və ya daimi olaraq məcburi köçürülməsi və ya yerinin dəyişdirilməsindən ibarət Layihə çərçivəsində həyata keçiriləcək istənilən fəaliyyət üzrə KSÇ-ə uyğun olaraq, hər hansı iş başlanmamışdan əvvəl Assosiasiya üçün məqbul sayılan KTP-nin müəyyən olunmuş şəkildə hazırlanmasını, tamamlanmasını və tam yerinə yetirilməsini təmin etməlidir.
3. (a) 1 oktyabr 2011-ci il tarixindən gec olmayaraq, Resipient Assosiasiya üçün məqbul ixtisas, təcrübə və texniki tapşırığa malik bənd təhlükəsizliyi üzrə ekspertin müqavilə əsasında Layihənin İcraçı Qurumu tərəfindən cəlb edilməsini və onun Layihənin icrası müddətində saxlanmasını təmin edəcəkdir. Bu ekspert aşağıdakılara cavabdehlik daşıyacaqdır: (i) Layihə ərazisində yuxarı byefdə yerləşən bəndlərin, məhz Mingəçevir, Nohurqışlaq və Yekəxana su anbarlarının təhlükəsizlik vəziyyəti, istismar və texniki xidmət qaydalarının, eləcə də fövqəladə hallara hazırlığının mütəmadi yoxlanması, qiymətləndirilməsi və baxışın keçirilməsi; və (ii) bu bəndlərin Assosiasiya üçün məqbul sayılan təhlükəsizlik standartına uyğun yaxşılaşdırılması üçün zəruri olan hər hansı təmir işi və təhlükəsizliklə bağlı tədbirlərə dair yazılı hesabat və tövsiyələrin verilməsi;
(b) Resipient Layihənin İcraçı Qurumu tərəfindən yuxarıda qeyd olunan (a) paraqrafına müvafiq bəndlərin təhlükəsizliyi üzrə ekspert tərəfindən hazırlanmış tövsiyələrin yerinə yetirilməsi üçün bütün zəruri tədbirlərin həyata keçirməsini təmin etməlidir.
Bölmə II. Layihənin Monitorinqi, Hesabatvermə və Qiymətləndirmə
A. Layihə Hesabatları
Resipient Ümumi Şərtlərin 4.08 bəndinə uyğun olaraq və Assosiasiya üçün məqbul olan göstəricilər əsasında Layihənin icrasının monitorinqini və qiymətləndirilməsini həyata keçirəcək və Layihə Hesabatlarını hazırlayacaqdır. Hər bir Layihə Hesabatı bir təqvim semestrini əhatə edəcək və həmin hesabatın əhatə etdiyi dövrün başa çatmasından sonra ən gec bir ay ərzində Assosiasiyaya təqdim edilməlidir.
B. Maliyyə Menecmenti, Maliyyə Hesabatları və Auditlər
1. Resipient Ümumi Şərtlərin 4.09-cu bəndinin müddəalarına uyğun olaraq maliyyə idarəetmə sisteminə malik olmalı və ya belə sistemin mövcudluğunu təmin etməlidir
2. Resipient Layihə Hesabatının bir hissəsi kimi Assosiasiyaya, hər bir təqvim rübünün başa çatmasından sonra qırx beş (45) gündən gec olmamaqla həmin rübü əhatə edən dövr üçün Layihənin audit yoxlamasından keçməmiş aralıq maliyyə hesabatlarını Assosiasiya üçün qənaətbəxş forma və məzmunda hazırlamalı və təqdim etməlidir.
3. Resipient Ümumi Şərtlərin 4.09 (b) bəndinə uyğun olaraq Maliyyə Hesabatlarının audit yoxlamasından keçməsini təmin etməlidir. Maliyyə Hesabatlarının hər bir auditi Resipientin bir maliyyə ilini əhatə etməlidir. Hər bir belə dövr üçün audit yoxlamasından keçmiş Maliyyə Hesabatları hesabat dövrünün başa çatmasından sonra altı aydan gec olmamaqla Assosiasiyaya təqdim edilməlidir.
Bölmə III. Satınalma
A. Ümumi
1. Mallar və İşlər. Layihə üçün tələb olunan və bu Maliyyələşdirmənin vəsaitləri hesabına maliyyələşdirilən bütün mallar və işlər Satınalmalar haqqında Təlimatın I bölməsində göstərilmiş və ya istinad olunmuş tələblərə və bu Bölmənin müddəalarına uyğun şəkildə satın alınır.
2. Məsləhət Xidmətləri. Layihə üçün tələb olunan və bu Maliyyələşdirmənin vəsaitləri hesabına maliyyələşdirilən bütün məsləhət xidmətləri Məsləhətçilər haqqında Təlimatın I və IV bölmələrində göstərilmiş və ya istinad olunmuş tələblərə və bu Bölmənin müddəalarına uyğun şəkildə satın alınır.
3. Anlayışlar. Bu Bölmədə xüsusi satınalma metodlarını və ya xüsusi müqavilələrin Assosiasiya tərəfindən nəzərdən keçirilmə metodlarını təsvir etmək üçün istifadə edilmiş baş hərflərlə verilmiş terminlər yerindən asılı olaraq, Satınalmalar haqqında Təlimatda və ya Məsləhətçilərin Seçimi haqqında Təlimatda təsvir edilmiş metodlara aiddir.
B. Malların və işlərin satın alınması üçün xüsusi metodlar
1. Beynəlxalq Müsabiqəli Tender. Aşağıda 2-ci bənddə başqa cür nəzərdə tutulmayıbsa, mallar və işlər beynəlxalq müsabiqəli tender prosedurları əsasında bağlanan müqavilələr çərçivəsində satın alınır.
2. Mal və işlərin satın alınmasının digər metodları. Aşağıdakı cədvəldə mal və işlərin satın alınması üçün Beynəlxalq Müsabiqəli Tenderdən başqa istifadə edilə bilən digər satınalma metodları göstərilmişdir. Satınalma Planında bu metodlardan istifadə edilməsinə icazə verilən hallar göstərilməlidir:
Satınalma Metodu
|
(a) Yerli Müsabiqəli Tender aşağıda qeyd olunmuş əlavə müddəalardan asılı olacaqdır:
(i) tender iştirakçısının milli mənsubiyyəti ilə bağlı heç bir münasiblik məhdudiyyəti qoyulmamalıdır;
(ii) ilkin qiymətləndirmə kiçik işlər üzrə aparılan satınalmalarda deyil, yalnız iri həcmli işlər üzrə bağlanmış müqavilələrə tətbiq ediləcəkdir;
(iii) Hökumətin və yaxud Hökumətin rəsmi qurumlarının hər hansı bir payı olan müəssisələr Hökumət üçün keçirilən tenderlərdə iştirak etməyə dəvət olunmamalıdır. Onlar yalnız hüquqi və maliyyə cəhətdən müstəqil olduqlarını və kommersiya qanunu çərçivəsində fəaliyyət göstərdiklərini nümayiş edəndən sonra bu imkandan yararlana bilərlər;
(iv) məhsul və ya əməyin mənşəyi ilə bağlı heç bir yerli üstünlüklər verilə bilməz;
(v) birgə müəssisələrin tərəfləri öhdəlikləri üzrə birgə və ayrı-ayrılıqda cavabdehlik daşımalıdırlar;
(vi) tender sənədlərinin verilməsi üçün tender iştirakçılarından heç bir “iştirak haqqı” tələb olunmur. Ödəniş yalnız tender sənədlərinin hazırlanması (sürətlərin çıxarılması) üçün çəkilən xərcə bərabər ölçüdə olmalıdır;
(vii) Təkliflərin qiymətləndirilməsi zamanı, tender qiymətlərinin mümkün büdcədən artıq olması hallarından başqa, satın alan qurum tərəfindən hesablanmış smeta qiymətlərindən nəzərə çarpacaq dərəcədə fərqlənən qiymət təklifləri rədd edilə bilməz;
(viii) Təkrar tender Assosiasiyanın əvvəlcədən razılığı olmadan keçirilə bilməz;
(ix) müddəti on səkkiz (18) aydan yuxarı olan iş müqavilələrində müvafiq qiymət dəyişiklikləri üzrə müddəalar öz əksini tapmalıdır; və
(x) icra müddətində müqavilənin həcmində və şərtlərində istənilən dəyişikliklərin edilməsi üçün Assosiasiyanın əvvəlcədən razılığı tələb olunur; və
(xi) Assosiasiya ilə razılaşdırılmış standart tender sənədləri istifadə olunmalıdır.
|
(b) Bazarlama
|
(c) Birbaşa Müqavilə Bağlama
|
C. Məsləhət Xidmətlərinin Satın alınmasının Xüsusi Metodları
1. Keyfiyyət və qiymət əsaslı seçim. Aşağıdakı 2-ci bənddə göstərilən hallar istisna olmaqla məsləhət xidmətləri Keyfiyyət və Qiymət əsaslı Seçim metodu ilə bağlanan müqavilələr çərçivəsində satın alınır.
2. Məsləhət Xidmətlərinin Satın alınması üçün Digər Metodlar. Aşağıdakı cədvəldə məsləhət xidmətləri üçün Keyfiyyət və Qiymət əsaslı Seçim metodundan başqa istifadə edilə bilən digər satınalma metodları göstərilmişdir. Satınalma Planında bu metodlardan istifadə edilməsinə icazə verilən hallar göstərilməlidir:
Satınalma Metodu
|
(a) Ən aşağı Qiymət əsasında Seçim
|
(b) Məsləhətçilərin İxtisasına əsasən Seçim
|
(c) Bir Mənbədən Seçim
|
(d) Assosiasiya üçün məqbul sayılan Kommersiya Təcrübələri
|
(e) Məsləhətçilərin Seçilməsi haqqında Təlimatın Fərdi Məsləhətçilərin seçilməsi üçün 5.2 və 5.4-cü bəndlərində göstərilmiş prosedurlar
|
D. Satınalma qərarlarına Assosiasiya tərəfindən baxılması
Satınalma Planında Assosiasiyanın öncədən yoxlamasına məruz qalacaq bütün müqavilələr müəyyənləşdirilir. Bütün digər müqavilələr Assosiasiya tərəfindən sonradan yoxlanılır.
Bölmə IV. Kredit vəsaitlərinin çıxarılması
A. Ümumi
1. Resipient aşağıdakı 2-ci paraqrafdakı cədvəldə göstərilmiş Məqbul Xərcləri maliyyələşdirmək üçün Maliyyə vəsaitlərini Ümumi Şərtlərin II Maddəsi, bu Bölmə və Assosiasiyanın Resipientə bildirişlə müəyyənləşdirəcəyi əlavə təlimatlar (Assosiasiya tərəfindən vaxtaşırı dəyişdirilən və bu təlimatlara müvafiq olaraq bu Saziş üçün məqbul hesab edilən Dünya Bankının 2006-cı ilin may ayında qəbul olunmuş " Layihələr üçün Dünya Bankının Vəsaitinin İstifadəsi haqqında Təlimat" daxil olmaqla) əsasında çıxara bilər.
2. Aşağıdakı cədvəldə Maliyyələşdirmə vəsaitləri hesabına maliyyələşdiriləcək Məqbul Xərclər kateqoriyaları (“Kateqoriya”), hər Kateqoriya üçün ayrılmış Maliyyələşdirmə vəsaitlərinin məbləğləri, və hər Kateqoriyada Məqbul Xərclər üzrə maliyyələşdiriləcək xərclərin faiz nisbəti verilmişdir:
Kateqoriya
|
Ayrılmış maliyyələşdirmə məbləği (XBH ilə)
|
Maliyyələşdiriləcək xərclərin faiz nisbəti (ƏDV-siz)
|
İşlər, Mallar, Audit də daxil olmaqla Məsləhət xidmətləri, Təlim və Əməliyyat xərcləri
|
48,900,000
|
83%
|
ÜMUMİ MƏBLƏĞ
|
48,900,000
|
|
B. Vəsaitin çıxarılma şərtləri; vəsaitin çıxarılma dövrləri
1. Bu Bölmənin A Hissəsinin tələblərindən asılı olmayaraq bu Sazişin imzalanma tarixindən əvvəl, lakin 1 noyabr 2010-ci il tarixindən sonra edilmiş Məqbul Xərclər üçün cəmi 600,000 XBH məbləğinədək vəsaitin istifadəsi istisna olmaqla, bu sazişin imzalanma tarixinədək edilmiş ödənişlər üçün vəsaitin çıxarılmasına icazə verilmir.
2. Bağlanma tarixi 30 iyun 2016-cı ildir.
CƏDVƏL 3
Qaytarılma cədvəli
Ödəniş tarixi
|
Kreditin əsas hissəsinin
qaytarılan məbləği (kredit məbləğinin faizi kimi ifadə olunmuşdur)*
|
15 oktyabr 2021-ci ildən başlayaraq 15 aprel 2031-ci il tarixinədək və bu tarix də daxil olmaqla hər il 15 aprel və 15 oktyabr tarixlərində
|
5%
|
* Faizlər Assosiasiya tərəfindən Ümumi Şərtlərin 3.03 (b) bəndinə uyğun olaraq başqa cür müəyyən edə bilən hallar istisna olmaqla, Kreditin əsas məbləğinin qaytarılacaq hissəsinin faizini göstərir.
Dostları ilə paylaş: |