AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL
PROBLEMƏRİ İNSTİTUTU
AZƏRBAYCAN DÖVLƏT İQTİSADİ UNİVERSİTETİ
“Menecment” kafedrası
“Bakalavr” pilləsində təhsil alanlar üçün
İxtisas: 050407 “Menecment”
“MENECMENT” fənnindən
P R O Q R A M I
Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Təhsil Problemləri İnstitutu 15.02.2013-cü il tarixli 263 saylı qərarı ilə təsdiq edilmişdir
B A K I – 2 0 1 3
1-ci mövzu: Menecmentin təşəkkül tapması və inkişafı
Menecmentin anlayışı və onun mahiyyəti. Menecmentin zəruriyi. İdarəçilik əməyinin tarixi. Qədim Şumepoəplə, Yunanıstanda, Misirdə, Romada və digər ölkələrdə idarəetmə sistemi.
Menecmentin obyekti. Sistem anlayışı və onun tipləri. İdarəedən və idarə olunan sistemlər.
İdarəetmənin obyektləri: təbiət, maşın sistemi, cəmiyyət, istehsal və qeyri-istehsal, sosial-iqtisadi sistemlər.
İdarəçilik münasibətləri menecmentin tədqiqat predmeti kimi. Fənnin məzmunu və vəzifələri.
Təşkilat. Formal və qeyri-formal təşkilatlar. Mürəkkəb təşkilat. Təşkilatın xarici mühitdən asılılığı. Təşkilat modeli açıq sistem kimi.
Menecmentin ierarxiyası. Aşağı həlqə rəhbərləri. Orta həlqə rəhbərləri. Yuxarı həlqə rəhbərləri. Menecerin sahibkarla müqayisə edilməsi. Sahibkar idarəedici kimi. Sahibkarlıq fəaliyyətinin idarə edilməsi.
Müvəffəqiyyətə istitqamətlənmiş idarəetmə.
2-ci mövzu: Menecmentin elmi məktəbləri
Menecmentin nəzəriyyə və təcrübəsinin inkişafının başlıca mərhələləri. Menecment elminin əsas məktəblərinin mahiyyəti və məzmunu. «Elmi menecmentin» yaradıcısı kimi. Teylorun əsas müddəaları. A.Fayolun və L.Urvikin rolu. M.Veberin «idarəetmənin ideal təşkilati tipi – bürokratiya» nəzəriyyəsinin əsas cəhətləri.
«İnsani münasibətlər» məktəbinin tədqiqat obyekti: insanların davranışının psixoloji motivləri «qrup normaları», «münaqişə və əməkdaşlıq» problemləri. «qeyri-formal təşkilat» və s. «İnsani münasibətlər» məktəbinin başlıca nümayəndələrinin elmi baxışları və dünyagörüşləri.
Menecmentin «empirik» məktəbi P.Draker bu məktəbin yaradıcısı kimi. «Empirik» məktəb və istehsalın idarə edilməsi təcrübəsi. E.Peterson və E.Ploumenin menecment elminə verdikləri töhvələrin mahiyyəti.
«Sosial sistemlər» məktəbinin əsas cəhətləri. «Sosial sistemlər» məktəbinin başlıca nümayəndələri və onların dünyagörüşləri. Ç.Barnard bu məktəbin yaradıcısı kimi. Sistem yanaşmanın prinsipləri. Təşkilati modelin təhlilinin «rasional» və təbii sistemi istiqamətləri.
Menecment elminin yeni tendensiyaların xüsusiyyətləri. «Sistemli təhlil», «əməliyyatların tədqiqi», «ekonomiya» və menecmentin yeni istiqamətləri kimi. Şəraiti idarəetmə. Şərait məsələlərin həll olunmasının analitik konsepsiyası kimi idarəetmə situasiyalarının həll olunması tsikli və metodları.
3-cü mövzu: Menecmentin əhəmiyyəti və prinsipləri
İdarəetmə prinsipləri anlayışı.
Anri Fayolun İdarəetmə prinsipləri.
Menecmentin əsas prinsipləri: heyətlə bacarıqlı rəftar; insan, maliyyə, texnologiya ierarxikiadanın birliyi; idarəetmənin mərkəzləşdirilməsi və qeyri-mərkəzləşdirilməsi optimumu: hər kəsin hər şeydə təkmilləşməyə çalışması. İdarəetmənin təşkilati quruluşunun dinamikliyi və çevikliyi, təşəbbüsün cəsarətlə həvəsləndirilməsi. İcraya nəzarət, keçmişin gələcəyə ektropoliyasiyası, mümkün dəyişikliklərin qabaqcadan görülməsi və çevik ekstremal qərarların qəbul edilməsi.
Pozitiv təsirin müxtəlif növlərinin tətbiqi xüsusiyyətləri. Özünü və öz iş vaxtını idarəetmə. Rəhbərin zərərli vərdişləri və onunla necə mübarizə aparmalı.
4-cü mövzu: Menecmentin təşkilati formaları
Müxtəlif mülkiyyət formaları və iqtisadi fəaliyyət sferalarını nəzərə almaqla bazar iqtisadiyyatı şəraitində təsərrüfat təşkilatlarının əsas tipləri: 1) Fərdi müəssisələr, tam yoldaşlıq, qarışıq yoldaşlıq; 2) açıq və qapalı tipli səhmdar cəmiyyətlər (korporasiyalar), məhdud məsuliyyətli cəmiyyətlər (LTD); 3) konsern, konsersium, holdinq, əmtəə və fond birjaları, banklar, sığorta və investisiya kompaniyaları, trastlar, kiçik müəssisələr və s. Bu tip təşkilatların müəyyən edilməsi meyarı, daha effektli quruluşların seçilməsi üsulları və idarə edilməsi mexanizmi. Bölmələrin tərkibi.
Müəssisənin istehsal, elmi-texnika və sosial inkişaf imkanlarını genişləndirmək məqsədi ilə müqavilə əsasında birliklərin yaradılması. Birliyin yaradılması prinsipləri birliyə daxil olmaqda və çıxmaqda könüllülük prinsipi, antiinhisar qanunvericiliyin gözlənilməsi. Birliyin təşkilati formalarının seçilməsində sərbəst olmaq. Birliyə daxil olan müəssisələr arasındakı münasibətlərin təşkili. Birliyin idarə edilməsi orqanları. Birliyin əmlakı, əldə edilmiş gəlirin bölüşdürülməsi qaydası. Birliyin fəaliyyətinə xitam verilməsi.
5-ci mövzu: İdarəetmənin təşkilati strukturunun formalaşması və inkişafı
İstehsalın idarə edilməsinin təşkilati quruluş anlayışı. Onun formalaşmasına təsir edən əsas amillər. Sənaye firmalarının təşkilat quruluşunun təkamülü. Xətti, funksional və xətti funksional quruluşlar. Divizional – innovasiya quruluş. İstehsalın yuxarı həlqələrinin təşkilinin müasir xüsusiyyətləri. Proqram məqsədli idarəetmə. Matris quruluşları:
İdarəçilik layihələri və layihə çərçivəsində heyətə rəhbərlik problemləri. Layihə və funksional idarəedicilərin səlahiyyət və məsuliyyətlərinin bölüşdürülməsi.
Firmaların idarə edilməsinin Amerika, Qərbi-Avropa və Yaponiya modeli: müqayisəli təhlil.
İdarəetmənin Yapon modeli. İdarəetmənin «yumşaq» və «yastı» quruluşları. Üfiqi kommunikasiyanın yaxşılaşdırılması. Qərarların qəbulunda kollegiallılıq. «ömürlük əlaltı» sistemi. Əmək haqqı və irəli çəkilməkdə böyüklük prinsipi. «Rotasiya» prinsipi. Firmada «ailə münasibətləri». «Açıq qapı siyasəti və iş yerlərinə baş çəkməklə idarəetmə». Korporasiyaların idarəedilməsi sistemində direktorlar şurası. Direktorlar şurasının təşkili: direktorlar şurasının funksiyaları və səlahiyyətləri. Direktorlar şurasının komitələri.
6-cı mövzu: Menecmentin funksiyalarının tərkibi və qarşılıqlı əlaqəsi
Sosial-iqtisadi sistemlərdə menecmentin funksiyaları, onları qarşılıqlı əlaqəsi və qarşılıqlı asılılığı. Sosial-iqtisadi sistemdə idarəçilik əməyinin üfiqi və şaquli, funksional bölgüsü. Menecment funksiyalarının məzmununun idarə olunan obyektin xarakterindən asılılığı. Menecmentin qlobal, lokal, strateji, taktiki və operativ funksiyaları.
7-ci mövzu: Menecmentdə planlaşdırma
Biznes-plan müasir strateji menecmentin əsas aləti kimi. Menecmentin funksiyası kimi planlaşdırılmanın mahiyyəti. Proqnozlaşdırmanın məzmunu, vəzifələri, nəticələri və menecmentdə tətbiqi. Proqnozlaşdırılan obyektə təsir edən amillər: iqtisadi, siyasi, bazar, texnoloji, rəqabət, beynəlxalq və sosial.
Təşkilatın strategiyası və planlaşdırma. Xarici mühitə adaptasiya olunma. Sahibkarlıq strategiyasının tipləri və strukturları. Rəqabətdə strateji mövqeyin seçilməsi və onun təhlili. Strategiyanın seçilməsində istifadə olunan proqnozlaşdırma metodları.
Ali rəhbərliyin məqsədi və əhəmiyyəti. Dövlət, kommersiya və xüsusi qeyri-kommersiya təşkilatlarının məqsədlərinin spesifikası. Təşkilatın fəaliyyət göstərməsi və inkişafın məqsədi, onların ziddiyyətləri və həll edilməsi metodları.
Kollektivdə işçilərin fəaliyyəti istiqamətinin məqsədinin təmin edilməsinin təşkili və metodları. Məqsədlərin dəqiqləşdirilməsi və onların reallaşdırılmasının stimullaşdırılması. Menecmentdə bazarların, müştərilərin və rəqiblərin ilhaq edilməsinin miqyası, metodları və vasitələri.
8-ci mövzu: Menecmentdə təşkiletmə
Təşkiletmə funksiyasının mahiyyəti və məzmunu. Təşkiletmə funksiyasının reallaşdırılmasının iki yolu inzibati təşkilati idarəetmə və operativ idarəetmə. İdarəetmə strukturunun formalaşması zamanı meydana çıxan əsas problemlər. İdarəetmə strukturunun təkmilləşdirilməsi problemləri.
Müasir şəraitdə təsərrüfat subyektlərinin idarə edilməsinin təşkilati strukturunun əsas xüsusiyyətləri. Təsərrüfat subyektlərinin təşkilati strukturunun yenidən qurulmasının əsas istiqamətləri: idarəetmə prinsiplərində; idarəetmə aparatında; idarəetmə funksiyalarında; təsərrüfat fəaliyyətində.
Firmadaxili idarəetmədə təşkilati strukturun təsnifləşdirilməsi: funksional, məhsul üzrə, region üzrə, holdinqlər də daxil olmaqla qarışıq.
9-cu mövzu: Menecmentdə motivasiya
Motivasiyanın mahiyyəti və məzmunu. Motivasiya anlayışının təkamülü. İlkin konsepsiyalar. Motivasiyada “dəyanək” və “qoğal” metodu. Müasir motivasiya nəzəriyyələri. Motivasiya nəzəriyyəsinin məzmunu. Prosesual motivasiya nəzəriyyəsi.
İlkin və ikinci tələbat. Tələbat və motivasiya davranışı. Tələbat vasitəsi ilə motivasiyanın mürəkkəbliyi. Maslouya görə tələbat iyerarxiyası. İdarəetmədə Moslou nəzəriyyəsində istifadə edilməsi. Mak Klellandın tələbat nəzəriyyəsi. Heresberqin iki amili nəzəriyyəsi. İdarəetmə təcrübəsində Porter Louler modelinin tətbiqinin mümkünlüyü. Motivasiya və pul.
10-cu mövzu: Menecmentdə uçot və nəzarətin təşkili
Nəzarət anlayışı və onun mahiyyəti. İdarəetmə sistemində nəzarət.
Nəzarət dairəsi. İlkin nəzarət. Cari nəzarət. Əks əlaqə sistemi. Son nəzarət.
Nəzarət prosesi: standartların müəyyənləşdirilməsi, əldə edilmiş nəticələrin müəyyən edilmiş standartlarla müqayisə edilməsi, mümkün kənarlaşmaların miqyası və onların aradan qaldırılması prinsipləri, nəticələrin ölçülməsi.
Nəzarətin əxlaqi aspektləri. Nəzarətin effektivliyinin xarakteristikası: nəzarətin vaxtında aparılması; nəzarətin çevikliyi; nəzarətin sadəliyi; nəzarətin qənaətçiliyi.
Nəzarət və planlaşdırmada informasiya idarəedici sistem.
Menecmentin funksiyaları sistemində təhlil. Struktur-funksional təhlil. Təsərrüfat fəaliyyətinin təşkilində resurs-potensial metod. Təşkilatda texniki, texnoloji, təşkilati, iqtisadi və kompleks təhlil. Təsərrüfat subyektlərinin tədqiqinin sosioloji metodları. Audit və menecment. Təsərrüfat subyektlərinin təhlilinin müasir metodları. Təhlildə sistem və situasiyalı yanaşma. Menecmentdə özünənəzarət problemləri.
11-ci mövzu: Menecment sistemində kommunikasiya
Əsasını insanlar arasındakı informasiya mübadiləsi təşkil edən idarəetmə sistemindəki kommunikasiya anlayışı. Təşkilatlararası və təşkilatdaxili kommunikasiya. Müxtəlif şöbələr arasındakı kommunikasiya. Rəhbər-tabeçilik kommunikasiyası. Qeyri-formal kommunikasiya.
Kommunikasiya prosesi. Kommunikasiya prosesinə olan tələblər: Məqsədə cəhd etmək; məlumatın sadəliyi və aydınlığı; yəqinlik; informasiya tələbatı və qanunauyğunluq; qeyri-formal kommunikasiyadan istifadə edilməsi. Kommunikasiya şəbəkəsinin layihələşdirilməsinə kompleks yanaşma. Kommunikasiya prosesinin elementləri və mərhələləri. İdeyanın meydana çıxması, kodlaşdırılması və kanalın seçilməsi. İnformasiyanın ötürülməsi, dekodlaşdırılması kommunikasiya prosesinin mərhələlər kimi.
Şəxslər arası kommunikasiya, Semantik (mənaca) maneələr. Təşkilati kommunikasiya.
İdarəetmə aparatı işçilərini, informasiyanı (əmək predmetlərini), idarəetmə texnikası vasitələrini (əmək alətlərin), ünsiyyət üsulları və vasitələrini, rabitəni özündə birləşdirən təşkilati kommunikasiya sistemi.
12-ci mövzu: Menecment sistemində marketinq
Marketinq konsepsiyası və onun əhəmiyyəti. Firma mövqeyindən marketinq. Marketinqinin idarə olunma prosesi. Məqsəd bazarının seçilməsi. Marketinq informasiyası sistemi. Marketinq mühiti. İstehlak bazarı və istehlakçıların alıcılıq davranışı.
Marketinqin mərhələləri: bazarın seqmentləşdirilməsi; bazarın məqsəd sisteminin seçilməsi; əmtəələrin xidmətlərin yayılması metodları (kanalları); əmtəələrin hərəkəti; reklam, satışın stimullaşdırılması və təbliğat.
13-cü mövzu: Menecmentin metodları
İdarəetmə metodları anlayışı və onların mahiyyəti. Müasir menecment sistemində təsirin əsas rıçaqları. İdarəetmə metodlarının təsnifatı; iqtisadi, təşkilati – sərəncam, sosial psixoloji. İdarəetmə metodlarının təkmilləşdirilməsi.
Birbaşa idarəçilik təsiri metodları: inandırma; ümumi idarələr (qarışıq əmrlər); qorxutma; xahiş etmə; öz tərəfinə çəkmə; tələb etmə; dəqiq göstərişlər vermək.
Psixoloji təsirin üç əsas mexanizmi: inandırma, təsir etmə; məcbur etmə.
Kollektivə təsir zərurətini dərk edilməsi; «kiçik addımlar», «kiçik nümunələr» taktikası, düzgün istiqamətin mükafatlandırılması; məqsədlərin reallaşdırılması; potensial təhlükəni görmək qabiliyyəti.
Menecmentin metodlar sistemi, işin səmərəliliyini yüksəldilməsinə çatmaq məqsəd və vəzifələrin məcmusu kimi.
Bazar iqtisadiyyatının idarə edilməsinin hüquqi əsasları. Hüquq və bazar iqtisadiyyatı şəraitində idarəçilik münasibətlərinin tənzimlənməsi və onların rolunun artması. İdarəetmə orqanlarının təsərrüfat fəaliyyətinin tənzimlənməsinin hüquqi metodları.
Təsərrüfat müqavilələri və bazar iqtisadiyyatı şəraitində onların rolunun artması. Təsərrüfat fəaliyyətinin nəticələrinə görə hüquqi məsuliyyət. Bazar münasibətləri şəraitində məhkəmənin, arbitrajın, iqtisad məhkəməsinin və hüquqi xidmətinin rolunun artması.
Təsərrüfatçılığın bazar münasibətləri şəraitində idarəetmənin hüquqi metodlarının effektliyinin yüksəldilməsində həmkarlar təşkilatının rolu.
14-cü mövzu: Menecment prosesinin texnologiyası
İdarəetmə prosesi öz aralarında bir-birinə qarşılıqlı təsir göstərən mərhələlərin, iş növlərinin və əməliyyatların məcmusu kimi. idarəetmə prosesinin əsas xüsusiyyətləri: dinamiklik, sabitlik, fasiləsizlik və diskretlik, etibarlılıq, tsikllik.
İdarəetmə prosesinin əsas tsikllərinin məzmunu: informasiya, məntiqi təfəkkür, haqq-hesab, təşkilatı.
İdarəetmə texnologiyasının işlənib hazırlanmasının layihə qabağı mərhələsinin təhlili istiqamətləri. İdarəetmə prosesinin məzmunlu (dolğun) təhlili. Təşkilati və sosial psixoloji idarəetmə prosesi. İdarəetmə prosesinin modelinin qabaqcadan qurulması. İdarəetmə texnologiyasının məntiqi cəhətdən əsaslandırılmasının və daha məqsədəuyğun ardıcıllığının layihələşdirilməsi.
İdarəetmə prosesinin məkana görə layihələşdirilməsi. İdarəetmə həlqələri və səviyyələrinin qarşılıqlı təsirinin layihələşdirilməsi.
15-ci mövzu: İdarəetmə qərarlarının işlənib hazırlanması, qəbul edilməsi və reallaşdırılması
İdarəetmə qərarlarının mahiyyəti və xüsusiyyətləri. Qərarların qəbulu prosesinin təbiəti. Qərarların qəbul edilməsinə yanaşma formaları. Problemlərin səmərəli həlli mərhələləri; problemin diaqnozunun qoyulması; qərarların qəbulu üçün məhdudiyyət və meyarların formalaşdırılması; alternativin qiymətləndirilməsi. Qəti qərarın qəbul edilməsi.
Davranışdakı məhdudiyyətlər. Neqativ nəticələr. Qərarların bir-birilə qarşılıqlı asılılığı. Qərarın qəbul edilməsi modeli, modelləşdirilmənin zəruriliyi. Modellərin tipləri: fiziki; analoji model; riyazi model. Modellərin qurulması prosesi. Modelləşdirmə problemləri.
Oyunlar nəzəriyyəsi. Növbələr nəzəriyyəsi modeli. Ehtiyatların idarə edilməsi modeli. Xətti proqramlaşdırma modeli. İmitasiya modelləşdirilməsi. Qərarların qəbul metodları. Ödənmə matrisası. Qərarlar ağacı. Proqnozlaşdırma metodları. Qeyri-formal metodlar; verbal informasiya; yazılı informasiya, sənaye cəsusluğu.
Proqnozlaşdırmanın kəmiyyət metodları. Proqnozlaşdırmanın keyfiyyət metodları; münsiflər heyətinin fikri; satışla məşğul olanların fikirlərinin məcmusu; istehlakçının gözləmə modeli: ekspert qiymət metodu.
16-cı mövzu: İdarəetmədə qrup dinamikası
Qruplar və onların əhəmiyyəti. Formal və qeryi-formal qruplar. Qeyri-formal təşkilatların inkişafı və onların xarakteristikası. Qeyri-formal təşkilatların idarə edilməsi.
Qrupun işinin səmərəliyinə təsir edən amillər. Qrup normaları. Təşkil etməyə görə iftixarı məqsədə nail olunması; mənfəətlilik; kollektiv əmək; planlaşdırma; nəzarət; kadrların peşəkarcasına hazırlanması; yenilik; sifarişçilərə münasibət; doğruluğun qorunması. Qrup üzvlərinin rolu. Kollektivdə sosial psixoloji mühitin meyarı, göstəriciləri və qiymətləndirilməsi metodları. Kollektivdə şəxslərarası qarşılıqlı münasibətləri stabilləşdirən, yaxınlaşdıran və inkişaf etdirən şərait. Heyətin idarəetmədə iştirakı.
17-ci mövzu: İdarəetmə heyəti
Rəhbərlərin əməyi, hakimiyyət və rəhbərlik üslubu.
İdarəetmə heyətinin tərkibi və təsnifatı. İdarəçilik əməyinin elmi təşkilinin əsas istiqamətləri. Kadrların seçilməsi, yerləşdirilməsi və ixtisaslarının yüksəldilməsi. «İnsan resurslarının» kompleks planlaşdırılması. Mənsəbin planlaşdırılması. «Yerləşdirmə sxemi» planlaşdırılmanın forması kimi. idarəetmə elitası ilə kadr işi.
Amerika korporasiyalarında idarə rəhbərlərinin seçilməsi və təyin edilməsi praktikası. Namizədin yoxlanılması metodları. Heyətin qiymətləndirilməsi mərkəzləri.
İdarəetmə rəhbərlərinin qiymətləndirilməsi və attestasiyası sistemi və heyətlə işdə onların rolu. «İxtisasların» idarə edilməsi. Rəhbərlər hazırlamaq üçün ixtisas artırma kurslarına idarəetmə rəhbərlərinin seçilməsi meyarları.
Kadrlar hazırlanmasının kompleks proqramı. Amerika, Qərbi Avropa və Yapon firmaları idarəedicilərə nəyi və necə öyrədirlər. «Fasiləsiz təhlil», «bütün həyatı boyu təhsil almaq» konsepsiyaları. Kadrlar hazırlanmasında korporasiyaların yeni funksiyaları. Korporasiyaların tədris mərkəzləri.
İnzibati heyət və onun quruluşu. 80-cı illərdə Amerika idarəetməsində «Sakit inqilab» və inzibati heyətə olan yeni tələbat.
18-ci mövzu: Hakimiyyət, rəhbər, təsir
Təşkilati rəhbərlik. Effektli rəhbərliyin əsas keyfiyyətləri. Müxtəlif səviyyəli rəhbərlərin funksiyaları və onların peşəkarlığı meyarı. Menecerlərə olan müasir tələblər. Menecer əməyinin mədəniyyəti və etikası.
Hakimiyyət və təsirin formaları. Rəhbərlik üslubu anlayışı və onun mahiyyəti. Üslub menecerlərlə tabeçilikdə olan işçilər arasındakı münasibətin forması kimi. Rəhbərlik üslubunun əsas növləri: avtoritar, demokratik və liberal. Menecerlərin fəaliyyəti prosesində rəhbərlik üslublarının əlaqələndirilməsi.
Kollektivə rəhbərlik metodları. Menecerin əmək kollektivinə təsir metodları. Rəhbərlik metodlarından istifadə edilməsinə kompleks yanaşılması.
19-cu mövzu: Əmək kollektivlərində münaqişələr və onların həll edilməsi yolları
Əmək kollektivlərindəki münasibətlərin mahiyyəti, məzmunu, quruluş və növləri. Əmək kollektivlərində münasibətlərin aşkara çıxarılması və təhlil edilməsi metodları.
Təşkilatda münaqişənin təbiəti. Münaqişənin tipləri (şəxslər daxili: şəxslərarası, şəxsi və qrup: qruplararası). Münaqişənin səbəbləri. Münaqişəli situasiyalarının idarə edilməsi.
Dəyişikliklərin idarə edilməsi. Təşkilatda dəyişikliklərin müvəffəqiyyətlə aparılması tədbirləri. Müqavilənin tədricən qırılması. Təşkilati inkişaf və stresin təbiəti.
20-ci mövzu: Dövlət idarəetməsi və bələdiyyə menecmenti.
Dövlət idarəetməsi anlayışı, məzmunu və formaları. Bələdiyyə menecmenti və özünüidarəetmə.
Azərbaycanda dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının müasir sistemi. Dövlət orqanlarının təsnifatı, onların funksiyaları və quruluşu.
Dövlət xidmətinin əsasları. Dövlət xidmətinin təşkili və yerinə yetirilməsi. Bürokratiya və dövlət idarəetməsi. Xarici ölkələrdə dövlət xidmətinin təşkili.
Yerli özünüidarəetmənin prinsipləri və vəzifələri. Bələdiyyə menecmentinin strukturu və təşkili. Dövlət idarəetməsi, korporativ idarəetmə və yerlərdə özünüidarəetmənin əlaqələndirilməsi. Dövlət hakimiyyəti, yerli özünüidarəetmə və müəssisə orqanlarının qarşılıqlı təsirlərinin təşkili. Yerli özünüidarəetmənin iqtisadi əsasları. Yerli özünüidarəetmənin maliyyə təminatı. Şəhərlərin idarə edilməsi xüsusiyyətləri. Dövlət və bələdiyyə idarəetməsi sahəsində qərarların işlənib hazırlanması, qəbul edilməsi və reallaşdırılması.
Xarici ölkələrdə yerli özünüidarəetmənin təşkili. Yerlərdə dövlət idarəetmə orqanlarının və yerli idarəetmə orqanlarının strukturu və funksiyaları.
21-ci mövzu: Maliyyə menecmenti
İdarəetmənin obyekti kimi maliyyənin xüsusiyyətləri. Makro və mikro səviyyədə iqtisadi fəaliyyətin səmərəliyində maliyyə sisteminin yeri və yolu. Ölkələrin, regionun və təsərrüfat təşkilatlarının büdcələri. Büdcə tənzimlənməsi maliyyə menecmentinin aləti kimi. Maliyyə menecmentində vergi tənzimlənməsi. Makro və mikro səviyyələrdə vergi tənzimlənməsinin xüsusiyyətləri. Maliyyə məsuliyyəti və arbitraj işi. Kredit funksiyası və kredit sistemi. Maliyyə menecmentində uçot.
Dövlətin maliyyə sisteminin təşkili. Dövlət və region səviyyəsində maliyyənin idarə edilməsinin əsas orqanları, onların vəzifələri və funksiyaları. Pul tədavülü sistemində ixtisaslaşdırılmış maliyyə təşkilatları və fondlarının xarakteristikası.
Təşkilatlarda maliyyənin təşkili və idarə edilməsi. Təşkilatlarda maliyyə sisteminin bölmələri. Onların funksiyaları və öz aralarındakı qarşılıqlı təsirləri. Təşkilatın maliyyə bölmələrinin xarici maliyyə orqanları və təşkilatları ilə qarşılıqlı əlaqələri.
Bank kredit sferasında ilkin həlqə kimi. Kommersiya banklarının məqsədi, vəzifələri və funksiyaları. Kommersiya banklarının depozit və kredit siyasəti. Kommersiya banklarının idarə edilməsinin təşkilati strukturu: idarəetmənin başlıca və təminedici funksiyası. Bank fəaliyyəti kadr və texniki təchizatı. Bank işçilərinə olan peşə tələbləri.
İnnovasiya və investisiya: qarşılıqlı əlaqə və qarşılıqlı asılılıq. İnvestisiya prosesi, onun strukturu və təşkilatın fəaliyyətində yeri. İnvestisiya strategiyası və taktikası. İnvestisiya komplekslərinin ayrı-ayrı mərhələlərində və təşkilatlarında menecmentin xüsusiyyətləri. Müasir təsərrüfat təşkilatlarında investisiya prosesi. Regionlarda və şəhərlərdə investisiya menecmentin xüsusiyyətləri.
22-ci mövzu: Strateji menecment
Strateji idarəetmə elmi və onun mahiyyəti. İdarəetmədə strategiya nədir? Strateji planlaşdırmanın spesifik xüsusiyyətləri və onun əsas elementləri. Strateji planlaşdırmadan strateji idarəetməyə keçid. Strateji seqmentasiya. Təsərrüfatçılığın strateji zonası (TSZ) və strateji təsərrüfat mərkəzi (STM).
Rəqabətdə mövqeyinin seçilməsi. Bostan məsləhət qrupunun matrisası.
Təşkilati davranışın iki üslubu.
23-cü mövzu: İnnovasiya menecmenti
«İnnovasiya» yeniliyin meydana çıxması və yayılması qanunauyğunluqlarını öyrənən elm kimi. innovasiya prosesi cəmiyyətdə elmi-texniki tərəqqinin reallaşdırılması aləti kimi. İnnovasiyanın meydana çıxması təşəkkül tapması və yayılması şəraiti. İnnovatikanın əsas anlayışlarının xarakteristikası: «İnnovasiya prosesi», «innovasiya ideyası», «innovasiya fəaliyyəti», «innovasiya biznesi».
Yeniliyi görmənin stimullaşdırılması və reallaşdırılması prosesinin maddi və maliyyə təchizatı. İnnovasiya tsikli. Təşkiletmə yeniliklərin reallaşdırılmasının əsas subyekti kimi.
Yeniliklərin psixologiyası. Elmi-texniki, sosial-iqtisadi və idarəçilik yenilikləri. Yeniliklər tsiklinin xarakteristikası, təsnifatı və xüsusiyyətləri.
Meydana çıxma, həyata keçirilmə və sosial-iqtisadi proseslərə təsir xarakterinə görə yeniliklərin təsnifatının əsasları. Yeniliklərin növləri: Ümumi və xüsusi, qarşılıqlı əlaqə, qarşılıqlı asılılıq, qarşılıqlı şərtlənmə. «Kompleks yenilik» anlayışı. Dövlətin innovasiya siyasəti: birbaşa və dolayı təsir metodları (xarici təcrübə).
Əmtəələrin istehsalı və tədavülü prosesində idarəçilik yeniliklərinin rolu. İdarəetmə prosesi. İdarəetmə funksiyaları. İdarəetmə quruluşu sahəsində idarəçilik yeniliklərinin təsnifatı. İdarəçilik yeniliklərinin işlənib hazırlanması və təsdiq edilməsi texnologiyası. Reallaşdırılan yeniliklərin təşkilinin potensial imkanları və təsdiq edilməsi texnologiyası. Reallaşdırılan yeniliklərin təşkilinin potensial imkanları və dərəcəsi (kiçik və iri layihələr). Kiçik müəssisələrin imkanları və üstünlükləri: iri təşkilatların zəruriliyi və üstünlükləri. Yeni innovasiya təşkilatları: konsorium, texnoloji park, «daxili vençur» texnopolis. İdarəçilik yeniliklərinin iqtisadi parametrləri və qiymətləndirilməsi meyarı. Onların təşkilinin kommersiya fəaliyyətinin nəticələrinə təsiri. İdarəçilik yeniliklərində tətbiq edilən ayrı-ayrı elementlər üzrə nəticələrin effektliyini qiymətləndirilməsi.
24-cü mövzu: İstehsal menecment
İdarəetmə ierarxiyasının makro və mikro səviyyəsində istehsal menecmenti. İstehsal menecmentinin mahiyyəti və onun əsas funksiyalarının məzmunu.
İstehsal funksiyası və marketinqin qarşılıqlı əlaqəsi. İstehsal strategiyası və bazarın tələbatı təşkilatın strateji, taktiki və operativ vəzifələrin həllində elmi-texniki hazırlığın rolu və əhəmiyyəti.
İstehsalın təchiz edilməsi və ona xidmət istehsal sisteminin, onun Alət təchizatının və ona xidmətin ayrılma tərkibi hissəsi kimi. Yükləmə – boşaltma, nəqliyyat və anbar prosesləri, istehsal sistemlərində onların təşkili və idarəedilməsi xüsusiyyətləri.
Maddi-texniki ehtiyatlar, onların əsas təyinatı və funksiyaları. Ehtiyatların idarə edilməsi: müasir nəzəriyyələr və modellər.
Müasir xarici kompaniyalarda, avtonom və qız (törəmə) firmalarında istehsalın təşkili və idarə edilməsi.
Məhsul və xidmətlərin keyfiyyətinə nəzarət. Sertifikasiya.
25-ci mövzu: İnfrastrukturda menecment
Ölkə iqtisadiyyatında sosial infrastrukturunun yeri və rolu. Sosial infrastruktura fəaliyyətinin tərkibi. Sosial infrastrukturanın insan və cəmiyyətin hərtərəfli inkişafına məqsədli istiqamətlənməsi. Menecmentin xüsusiyyətlərini müəyyən edən sosial infrastrukturanın spesifik əlamətləri. İstehsal təşkilatlarında sosial infrastruktur menecmenti. Heyətin idarə edilməsi ilə təşkilatın sosial infrastruktur menecmentinin qarşılıqlı əlaqəsi və qarşılıqlı təsiri. Regionda və şəhərdə sosial infrastruktur menecmentinin xüsusiyyətləri. Bələdiyyə menecmenti infrastruktura menecmenti kimi.
26-cı mövzu: Menecmentin resurs təminatı
Sosial-iqtisadi sistemlərin fəaliyyətinin resurs təminatı və resursların mənbələri. Resurs mənbələri ilə təşkilatın qarşılıqlı əlaqəsinin texnoloji və iqtisadi əsasları. Vasitəçi təşkilatlar və təsərrüfat subyektlərinin resurs təminatında onların rolu.
Sosial-iqtisadi sistemin resurslarının tərkibi: əmək, maliyyə, material, enerji və informasiya resursları, təşkilatda onların rolu və qarşılıqlı əlaqəsi. Resurs təminatında və onlardan istifadədə menecmentin rolu və vəzifələri. Təşkilatların resurslarının strukturu, onların optimallaşdırılması metodları və səmərəli fəaliyyətin təmin edilməsində oynadığı rolu.
Menecment resurslarının xüsusiyyətləri. Xərclərin strukturu və menecment. Menecer funksiyalarının yerinə yetirilməsinə çəkilən xərclər. Menecmentin maliyyələşdirilməsi: mənbələri və istiqamətləri.
27-ci mövzu: Menecmentin iqtisadiyyatı
Menecmentə çəkilən xərclər məzmunu, onların detallaşdırılması və təsnifatı. Menecmentin sosial iqtisadi effektliliyi göstəricilərinin hesablanması metodikası. Menecmentin səmərəliliyi və məhsuldarlığı.
İdarəetmənin təşkilini təkmilləşdirilməsi üzrə tədbirlərin səmərəliliyinin qiymətləndirilməsi. İdarəetmənin təşkilinin effektliliyinin yüksəldilməsi ehtiyatları.
Menecerlərin müxtəlif profilləri, o cümlədən də prinsipial cəhətdən yeni profillər üzrə ixtisaslaşdırılması. Məsələn: innovasiya ilə məşğul olan menecer, menecer-marketoloq, eqoloq, şou-biznes üzrə menecer, idman üzrə menecer, xarici-iqtisadi fəaliyyət üzrə menecer, kiçik biznes üzrə menecer və s.
“Firmadaxili menecment” fənni üzrə saatların bölgüsü
Sıra №
|
Mövzular
|
Saatların miqdarı
|
Mühazirə
|
Məşğələ
|
|
1.
|
Menecmentin təşəkkül tapmasıvə inkişafı
|
2
|
2
|
|
2.
|
Menecmentin elmi məktəbləri
|
2
|
2
|
|
3.
|
Menecmentin əhəmiyyəti və prinsipləri
|
2
|
2
|
|
4.
|
Menecmentin təşkilati formaları
|
2
|
2
|
|
5.
|
İdarəetmənin təşkilati strukturunun formalaşması və inkişafı
|
2
|
2
|
|
6.
|
Menecmentin funksiyalarının tərkibi və qarşılıqlı əlaqəsi
|
2
|
2
|
|
7.
|
Menecmentdə planlaşdırma
|
2
|
2
|
|
8.
|
Menecmentdə təşkiletmə
|
2
|
2
|
|
9.
|
Menecmentdə motivasiya
|
2
|
2
|
|
10.
|
Menecmentdə uçot və nəzarətin təşkili
|
2
|
2
|
|
11.
|
Menecment sistemində kommunikasiya
|
2
|
2
|
|
12.
|
İdarəetmə qərarlarının işlənib hazırlanması, qəbul edilməsi və reallaşdırılması
|
2
|
2
|
|
13.
|
Menecmentin metodları
|
2
|
2
|
|
14.
|
Menecment prosesinin texnologiyası
|
2
|
2
|
|
15.
|
İdarəetmə qərarlarının işlənib hazırlanması, qəbul edilməsi və reallaşdırılması
|
2
|
2
|
|
16.
|
İdarəetmədə qrup dinamikası
|
2
|
2
|
|
17.
|
İdarəetmə heyəti
|
2
|
2
|
|
18.
|
Hakimiyyət, rəhbər, təsir
|
2
|
2
|
|
19
|
Əmək kollektivlərində münaqişələr və onların həll edilməsi yolları
|
2
|
2
|
|
20.
|
Dövlət idarəetməsi və bələdiyyə menecmenti
|
2
|
2
|
|
21.
|
Maliyyə menecmenti
|
2
|
2
|
|
22.
|
Strateji menecment
|
2
|
2
|
|
23.
|
İnnovasiya menecmenti
|
2
|
2
|
|
24.
|
İstehsal menecment
|
2
|
2
|
|
25.
|
İnfrastrukturda menecment
|
2
|
2
|
|
26.
|
Menecmentin resurs təminatı
|
2
|
2
|
|
27.
|
Menecmentin iqtisadiyyatı
|
2
|
2
|
|
|
CƏMİ
|
60
|
60
|
|
ƏDƏBİYYAT
-
Şahbazov K.A, Məmmədov M.H, Həsənov H.S. Menecment, Bakı – 2007.
-
Şahbazov K.A, Məmmədov M.H, Həsənov H.S. Müasir menecment (II-ci kitab) , Bakı – 1994.
-
Şahbazov K.A, Məmmədov M.H, Həsənov H.S. Müasir menecment (II-ci kitab), Bakı – 1995.
-
Şahbazov K.A, Məmmədov M.H, Həsənov H.S. Antiböhranlı idarəetmə: müflisləşmə, iflas və sanasiya, Bakı – 1997.
-
Şahbazov K.A, Məmmədov M.H, Həsənov H.S. Dövlət və bələdiyyə idarəçiliyi Bakı – 2010.
-
Грачев М.В. Суперкадры: Управление персоналом между народный корпораций – М, Дело, 1993.
-
Липсиц И. Секреты умелого руководства – М, Экономика, 1991.
-
Майкл Портер. Конкуренция – Санкт-Петербург, Москва-Киев, 2003.
-
Менеджмент (под.ред. Ю.А.Цыпкина) – М, 2001.
-
Менеджмент: 100 экс-х ответов, М, 2003 (составитель А.С.Пелих).
-
Менеджмент организации (под.ред. З.П.Румянцевой, Н.А.Соломатина) – М, ИНФРА – М, 1997.
-
Мескон М.Х., Альберт М, Хедоури Ф. Основы менеджмента. Пер.с англ. М., Дело, 2002.
-
Мильнеч Б.З. Теория организации – М, 2003.
-
Омаров А.М. Предприимчивость руководителя – М, Политиздат, 1990.
-
Основы управления персоналов (под.ред. Б.М.Генкина) – М, 1996.
-
Основы менеджмента (под.ред. А.А.Родугина) – М, 2000.
-
Основы менеджмента (под.общ.ред. В.П.Фомина) - М, 2000.
-
Паблик Рилейшнз (под.ред.Уткина, Э.А.) – М. ЕКОМС, 2001.
-
Бусыгин А.В. Предпринимательства. - М., Дело, 1999.
-
Бусыгин А.В. Эффективный менеджмент. -М., «Финпресс», 2000.
-
Честара Ж. Деловой этикет. - М., 2000.
-
Чиркин В.Е. Государственное управление. - М., «ЮРИСТ», 2002.
-
Джордж Дж.М., Джоунс Г.Р. Организационное поведение. Основы управления (перевод с англ.). - М., 2003.
-
Друкер П. Эффективное управление. – М., 2003.
-
Дункан У.Дж. Основополагающие идей в менеджмента. Пер. с англ. – М., Дело, 1996.
-
Евланов Л.Г. Теория и практика принятия решений. - М., Экономика, 1984.
-
Егошип А.П. Управление персоналом. – Н.Новгород, 1999.
-
Фатхудинов Р.А. Стратегический менеджмент. – М., 1999.
-
Финансовое управление компанией (Общ.ред. Е.В.Кузнецовой), - М., 1995.
-
Финансы предприятий (Под.ред. Е.И.Бородиной), - М., Банки и биржы, 1995.
-
Хейнман С. Стратегия организационно – структурных решений (Вопросы экономики, 1996, №5).
-
Иванов М.Н., Колупаева С.Р., Кочетков Г.Б. США – управление наукой и нововведениями. – М., Наука, 1990.
-
Управление персоналом организации (под ред. А.Я.Кибанова) – М, ИНФРА, М, 1999.
-
Управление финансовой деятельностью предприятия (под.ред.Ж.И.Ткачук). – Минск, ИБО, 1995.
-
Управление организацией (под.ред.Порщнева А.Г., Румянцевой З.П., Соломатина Н.А.) – М, ИНФРА, М, 1999.
Dostları ilə paylaş: |