2.3. Müəllimin təlim fəaliyyətinin planlaşdırılmasına dair nümunələr
Planlaşdırma əsas məqsədləri müəyyənləşdirmək və onlara nail olmaq üçün
müəllimlərin fəaliyyət istiqamətidir.
Uzun illər ərzində müəllimlər hər bir fənn üzrə hazır illik planlaşmadan
istifadə etmişlər. Hazırki kurikulumlar isə müəllimlərə planlaşma aparmaqda tam
sərbəstlik verir. Təbii ki, bu planlaşmanı kor-koranə aparmaq qeyri-mümkündür.
Bunun üçün müəllimdə bir sıra bacarıqların olması vacibdir.
Tədris vahidi və mövzuların ardıcıllığının düzgün müəyyənləşdirilməsi
mühüm bacarıqlardan biridir. Müəllim bu ardıcıllığı müəyyənləşdirərkən bir neçə
prinsipi nəzərə almalıdır. Təbii ki, birinci prinsip məzmun ardıcıllığı baxımından
sadədən mürəkkəbə, asandan çətinə doğru getmək olmalıdır. Bunun üçün müəllim
əvvəlcə dərslikdə verilən ardıcıllığa diqqət yetirməlidir. Lakin bu ardıcıllıq onu
qane etmirsə, mütləq özü bu ardıcıllığı müəyyən etməlidir. Ardıcıllıq müəyyən
olunarkən nəzərə alınmalıdır ki, əvvəlcə, öyrədiləcək anlayışlardan gələcəkdə
öyrəniləcək məsələlərdə istifadə edilə bilsin. Məsələn, kurikuluma əsasən VIII
sinifdə “4.1.1. Mühit amilləri və onun insan orqanizminə təsirini şərh
edir“standartına əsasən “Ekoloji amillər ” mövzusunu tədris etməmiş “Ekoloji
amillərin insan orqanizminə təsiri” mövzusunun tədrisi mümkün deyil.
Planlaşdırma aparmaq üçün müəllimə lazım olan bacarıqlardan ikincisi
mövzuların tədrisi zamanı inteqrasiya imkanlarını müəyyən etməkdir. Biologiya
fənninin bir çox fənlərlə inteqrasiyası mümkündür. Belə ki, biologiya fənn
kurikulumu üçün fənlərarası inteqrasiya cədvəli işlənib hazırlanmışdır. Bu
cədvəldə biologiya fənninin digər fənlərlə inteqrasiyası göstərilmişdir. Biologiya
müəllimi mövzuların ardıcıllığını müəyyən etdikdən sonra bu mövzuların
inteqrasiyasını müəyyənləşdirməlidir. Buradan belə bir sual meydana çıxa bilər ki,
əgər müəllimçün vəsaitdə hər bir mövzu üzrə inteqrasiya verilibsə, yenidən
inteqrasiya cədvəlindən istifadə etmək nə dərəcədə müəllimə lazımdır. Bu suala
yalnız belə bir cavab verə bilərik ki, hər bir sinifdəki şagirdlərin səviyyəsi,
maraqları müxtəlifdir. Bu baxımdan müəllim tam sərbəst olaraq yuxarıda qeyd
olunan məsələləri nəzərə almalı, özü inteqrasiya imkanları müəyyənləşdirməlidir.
Məsələn, X sinifdə verilən “1.1.2. Canlıların kimyəvi tərkibində baş verən
dəyişiklikləri şərh edir, təqdimatlar hazırlayır” standartı kimyanın X sinif 1.2.1.;
2.1.1.; 2.2.1.; fizikanın 1.1.1.; 2.1.1.; 2.1.3. standartları ilə inteqrasiya oluna bilər.
Perespektiv planlaşdırma aparmaq üçün müəllimə lazım olan bacarıqlardan
biri də mövzuya uyğun resursların seçilməsidir. Biologiya fənninin tədrisində ən
36
mühüm əyani vəsait isə müxtəlif məzmunlu tablolar, mikroskop, lupa, laboratoriya
avadanlıqları, elektron dərsliklər, herbari və s. Müəllim mövzunu, inteqrasiyanı
müəyyənləşdirdikdən sonra təxmini olaraq resursları da müəyyənləşdirməyi
bacarmalıdır.
Mühüm bacarıqlardan biri də mövzulara görə məqsədyönlü vaxt bölgüsü
aparmaqdır. Bunun üçün həmin sinifdə biologiyanın tədrisinə ayrılan ümumi dərs
saatına toxunmamaq şərtilə müəllim daha vacib, eyni zamanda şagirdlərin çətin
qavradıqları mövzulara çox, asan mövzulara isə az vaxt ayıra bilər.
Biologiya fənninin perspektiv planlaşdırması aşağıdakı cədvəldə verildiyi
məsələlər nəzərə alınmaqla aparılmalıdır:
Dostları ilə paylaş: |