Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planının təsdiq edilməsi haqqında


Milli Strategiya və Fəaliyyət Planının məqsədi



Yüklə 152,27 Kb.
səhifə3/24
tarix02.01.2022
ölçüsü152,27 Kb.
#7791
1   2   3   4   5   6   7   8   9   ...   24
2. Milli Strategiya və Fəaliyyət Planının məqsədi

Yoxsulluğun aradan qaldırılmasına, ekoloji tarazlığın tənzimlənməsinə və davamlı inkişafa nail olmaqla, ölkədə olan bioloji müxtəlifliyin qorunub saxlanılması və onun səmərəli istifadəsini təmin etməklə gələcək nəsillərə çatdırmaq Milli Strategiya və Fəaliyyət Planının əsas məqsədidir.



3. Milli Strategiya və Fəaliyyət Planının əsas istiqamətləri

Milli Strategiya və Fəaliyyət Planının əsas istiqamətləri aşağıdakılardır:



    • bitkilərin, heyvanların və mikroorqanizmlərin genetik ehtiyatlarının, onların qiymətli növlərinin, sortlarının, cinslərinin qorunması;

    • biomüxtəlifliyin səmərəli istifadəsi sahəsində qısa və uzunmüddətli proqramların hazırlanması və həyata keçirilməsi;

    • bioloji müxtəlifliyin davamlı istifadəsində ekosistem çərçivəsində yanaşmanın vacibliyini nəzərə alaraq nadir və nəsli kəsilmək təhlükəsində olan bitki və heyvan növlərinin qorunmasına üstünlük verilməsi, yerli ənənələrin və mədəni dəyərlərin nəzərə alınması;

    • ölkədə olan bioloji müxtəlifliyin genofondunun dünya standartları səviyyəsində məlumat bazasının yaradılması;

    • regional və beynəlxalq təşkilatların ekoloji təcrübəsindən, maliyyə mənbələrindən istifadə etməklə müasir texnologiyaların ölkəyə gətirilməsi və geniş tətbiqi;

    • ətraf mühitə antropogen təsirinin qiymətləndirilməsində ictimaiyyətin fəal iştirakı üçün imkanların yaradılması;

    • əhalinin ekoloji maarifləndirilməsi ilə bağlı hüquqi, iqtisadi və təşkilati əsasları müəyyən etməklə cəmiyyətdə ekoloji biliklərin geniş yayılmasını, ekoloji təhsilin ardıcıllığının və fasiləsizliyinin təmin edilməsi;

    • bioloji müxtəliflikdən əldə edilən səmərənin ədalətli bölünməsi.


Yüklə 152,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin