3.8. Obyektdaxili dəmir yollarından keçən yol və keçidlər yanğın avtomobillərinin
keçməsi üçün boş olmalıdırlar və keçən yollar relslərin başlıqları səviyyəsində bütöv
döşənəklə örtülməlidirlər.
3.9. Yaşayış evlərinin, meşələrin, bağların, ictimai və mülki binaların ərazilərindəki açıq
meydança və həyətlərdə AAM və YM olan qabları, həmçinin sıxılmış və mayeləşdirilmiş
qazla dolu olan balonları saxlamağa icazə verilmir.
3.10. İynəyarpaqlı meşə massivlərində yerləşmiş hər bir obyektin ərazisi perimetr boyu
eni 3 m-
dən az olmayan qoruyucu minerallaşdırılmış zolaqla tə`min edilməlidir.
3.11. Kənd yaşayış məntəqələrində, orada yerləşən ictimai, məişət, istehsalat və digər
obyektlər yanğından mühafizə normalarına uyğun olaraq yanğın texnikası və ilkin
yanğınsöndürmə vasitələri ilə tə`min edilməlidirlər.
3.12. Yaşayış məntəqələrinin və müəssisələrin ərazilərində yanar tullantılardan ibarət
zibilliklərin yığılmasına icazə verilmir.
Dostları ilə paylaş: