Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Bakı Slavyan Universiteti



Yüklə 42 Kb.
tarix22.11.2023
ölçüsü42 Kb.
#133544
itp sərbəst iş


Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi
Bakı Slavyan Universiteti

Fakültə: Təhsil


İxtisas: İbtidai sinif müəllimliyi
Kurs: II
Qrup: 201.1
Tələbə: Məmmədli Selcan
Fənn: İbtidai təhsil pedaqogikası-II
Müəllim: Məmmədov Şahkərəm
Mövzu: Lev Nikolayeviç Tolstoyun (1828-1910) həyatı və pedaqoji ideyaları
Plan

  1. Lev Nikolayeviç Tolstoyun həyatı haqqında

  2. Lev Nikolayeviç Tolstoyun pedaqoji ideyaları


Lev Nikolayeviç Tolstoy varlı bir ailənin övladı olaraq 1828-ci il 9 senyabr tarixində Yasnaya Polyanada anadan olmuşdur. Varlı bir ailənin övladı olaraq Yasnaya-Polyanada anadan olub. Çox kiçik yaşlarında əvvəl anasını, sonra atasını itirdi, qohumlarının himayəsinə keçdi. Uşaqlığından həqiqətləri incələməyə qarşı böyük bir marağı vardı. Təhsilini davam etdirmək üçün Moskvaya yollandı. Çalışqan, savadlı bir tələbə olaraq uğur və sevgi qazandı. Fransızcasını inkişaf etdirmiş, Volteri və J.J. Russonu oxumuş, bu iki yazardan güclü təsirlənmişdi. O, Yasnaya Polyanaya geri döndü və yoxsul kəndlilər arasına qatıldı. Bu ərəfələrdə də yazdığı ilk əsəri “Uşaqlıq” adlanırdı. Bir müddət sonra orduya çağırıldı, Qafqaza yollandı. Qafqaz xalqlarının yoxsulluq içində yaşayışını ilk realist hekayələrində qələmə aldı. 1854-cü ildə Krım müharibəsinə zabit olaraq qatıldı. Sonra əsgərliyi başa vurub Peterburqa getdi. Bir qisim əsərlərini olduqca sakit keçirdiyi o illərdə yazdı. Yenə də içində axdardığını tapmayan bir ruh çalxalanırdı. Qərbi Avropa ölkələrində uzun bir gəzintiyə çıxdı. Almaniya, Fransa, İsveçrəyə səyahət etdi. Məmləkətinə dönüşündə yenə Yasnaya Polyanaya yerləşdi. Zadəganlıq titulundan, yüksək həyatdan sıxılırdı. Kəndində bir məktəb açdırdı. Bu məktəb maarifçilik və tədris baxımından yeni bir qurum idi. Rahatçılığa qovuşduğuna qənaət etdikdən sonra 1862-ci ildə evləndi. Tolstoy evləndiyində həyat yoldaşı Sofiya Bers 12 yaşında idi. Bu evlilik onun düzənli bir həyat həsrətinə son qoyacaqdı. Evləndikləri gün oxuması üçün həyat yoldaşına əvvəlki həyatı, özəlliklə də yanlarında çalışan qadın qullarla olan münasibətlərini anlatdığı gündəliklərini vermiş və əvvəlki həyatındakı etdiyi səhvləri öyrənməsini istəmişdi. Qadın hərisliyinə baxmayaraq, evlilikləri ömrünün sonuna kimi davam etdi. Bu evlilikdən 12 uşaqları oldu; bu uşaqlardan 3-ü öldü. Əsərlərindən ən qüvvətli olanı iki romanı “Hərb və Sülh” ilə “Anna Karenina”nı bu zamanlarda yazdı. Həyat yoldaşı əsərlərini yazmağında ən böyük köməkçisi idi. Hətta “Hərb və Sülh” əsərini 9 dəfə düzəliş edərək yazmışdır. Aradan bir müddət keçdikdən sonra yenidən, bu səfər əvvəlkilərdən daha şiddətli bir mənəvi sarsıntıya uğradı. Geniş xalq kütləsinin, özəliklə rus kəndlisinin yoxsul, pərişan vəziyyəti onu çox kədərləndirirdi. Bütün sərvətini kəndlilərə payladı, hər halıyla onlar kimi yaşamağa başladı. Kor-kobud geyinir, geydiyi hər geyimi özü tikirdi. Dəyişməyən tək tərəfi bezib usanmadan yazmasıydı. “Kreyser sonatası”, “Ağa və kölə”, “Qaranlıqların Gücü”, “İman nədir”, “İncilər”, “Kilsə və Dövlət”, “Etiraflarım” hamısı bu illərin məhsuludur. Əsərlərində insanlığın cürbəcür məsələlərinə toxunan Tolstoyun dünya ölçüsündə bir sənət və fikir dəyəri vardır. Öz ölkəsinin ictimai-siyasi problemlərini, xalqının yaradılışını, yaşayışını həqiqətən böyük bir ustalıqla əks etdirməsidir. Realist ədəbiyyatın ən böyük təmsilçilərindən olduğu qədər, bir filosof, bir maarifçi olaraq da şöhrət qazanmışdı. Yuxarıda adıçəkilənlərdən savayı “Diriliş”, “Gəncliyim”, “Uşaqlıq”, “Hacı Murad”, “Ayaqlanış”, “Sergey ata”, “Tanrı Bizim İçimizdədir”, “Kazaklar”, “Təsadüf”, “İki Süvari” kimi əsərləri vardır. Dünyagörüşü və yaradıcılığında islam dini böyük yer tutur. 82 yaşında vəfat eden Tolstoy dəfələrlə böyük sıxıntılar yaşamışdır. Marksizmin təsirilə özündə yaratdığı mülkiyyət mövzusundakı radikal fikirləri səbəbindən bütün sərvətini kəndlilərə payladı, hər halıyla onlar kimi yaşamağa başladı. Buna görə ailəsiylə problemləri yarandı. Xiristian anarxiyasının inkişafına çalışdığı kitabı “Tanrının varlığı içimizdədir” kitabıyla yeni bir xiristianlıq cərəyanı yaratması pravoslav kilsəsi tərəfindən qovulmasına səbəb oldu. Tolstoy ömrünün son illərini büsbütün dərbədər bir şəkildə keçirdikdən sonra bir küskünlük nəticəsində evini buraxıb yollara düşdü. Astapovo dəmiryol stasiyasında ölü olaraq tapıldı. Ölümünə sətəlcəmin səbəb olduğu deyildi. Həyatı boyunca yaşayışın necə bir şey olduğunu anlamağa çalışdı. Əsərlərində bunu əskiksiz olaraq qələmə almağı hədəf seçmiş ən böyük rus yazarlarından biri olaraq ədəbiyyat və dünya tarixində özünəməxsus yer tutur. Lev Tolstoy gəncliyin cəmiyyətdə böyük qüvvə olduğunu, bütün nəcib vətənpərvərlik və yaradıcılıq hisslərinin ilk növbədə gəncliyə xas olduğunu, onun simasında təcəssüm etdiyini dərindən başa düşərək öz qiymətli əsərlərində bir sıra qabaqcıl, tərəqqipərvər gənclərin surətini yaratmışdır." Hərb və sülh" romanının epiloqunda Tolstoyun ən məşhur gənc qəhrəmanlarından biri Piyer Bezuxov çar mütləqiyyətinin qanlı mürtəce siyasətini ifşa edərək, sonsuz bir qəzəb hissi ilə deyir:" Kimdə gənclik qüvvəsi və namus varsa, onu məhv edirlər". Tolstoy gənc və namuslu qüvvələri məhv edən çarizmin əksinə olaraq, gənc nəslə böyük ümidlər bəsləyirdi. Onun məhsuldar pedaqoji fəaliyyəti məhz bu ümidlərlə bağlı idi. Böyük yazıçı xalq kütlələri içərisindən, kəndin uşaqları arasından daha parlaq istedadlar yetişəcəyinə inanır və sevinirdi. O, kəndli uşaqları üçün yeni demokratik məktəb açır,insanpərvərlik hissi ilə dolu olan xüsusi pedaqoji əsərlər yazırdı. Gənc nəslin, xalq övladlarının tərbiyəsi Tolstoyun həyatında böyük yer tutmuşdu.Sadə və yoxsul gənclərin qayğısını çəkərkən Tolstoy öz xalqının, öz Vətəninin gələcəyini düşünürdü. Lev Nikolayeviç Tolstoy istər mənəviyyatda, əqidədə, istər həyat tərzində, fəaliyyətdə, istərsə də xalqın taleyində, cəmiyyətdə hər şeydən əvvəl bir həqiqət, saflıq axtaran sənətkar və mütəfəkkir idi. O, həyatın mənasını anlamağa və dərk etməyə, insanın nə üçün yaşadığını özü və oxucuları üçün aydınlaşdırmağa çalışırdı.Yaradıcılığının hələ ilk dövrlərində onu hər şeydən artıq düşündürən məsələ insan şəxsiyyətinin inkişafı və kamilləşməsi ideyası idi.Tolstoy ictimai məsələləri də bu ideyaya tabe edir və inanırdı ki, insan şəxsiyyəti kamilləşdikcə, ictimai bərabərsizlik və ədalətsizlik kimi mənfur cizgilər öz-özünə aradan qalxacaqdır.Buna görə də o, bir tərəfdən müasir cəmiyyətin bütün nöqsanlarını ifşa edir, " maskaları açır", digər tərəfdən özünün müsbət ideallarını təbliğ etməyə, mənəvi kamillik ideyalarını təcəssüm etməyə çalışırdı. Beləliklə, Tolstoyun simasında sanki iki adam birləşmişdi: Bunlardan biri amansız tənqidçi, ikincisi insanları kamilləşdirməyə gəlmiş peyğəmbər idi. Tolstoy cəmiyyətdəki bütün prosesləri aydın görürdü. O,yazıçı kimi realizmi, mütəfəkkir kimi dini təlimi ilə mövcud quruluşun dağılmasını irəli sürür, gec - tez bu quruluşun aradan çıxacağını söyləyirdi. Dvoryan dövləti öz xəfiyyələri, jandarmları, senzurası, rəsmi dövlət kilsəsi, baş ruhani idarəsi vasitəsilə böyük, əməlisaleh sənətkarı addımbaşı təqib edirdi. Bununla belə, dövlət və kilsə Tolstoydan qorxduğu qədər heç bir yazıçıdan qorxmurdu. Çarizm başda olmaqla, bütün rəsmi dövlət idarələri Tolstoyun istər xalq arasında, istərsə də beynəlxalq nüfuzu qarşısında özlərini çox zəif, gücsüz hesab edirdilər. Çünki Tolstoy amansız tənqidində milyonların dilindən danışır, milyonların ürəyindən xəbər verirdi. Buna görə də Tolstoyun istər bədii, istərsə də dini - fəlsəfi və publisistik əsərləri ciddi senzor müqavimətinə rast gəlirdi. Xalqın mənafeyini müdafiə edən hər bir sözü, fikri xalqdan gizlədilir, böyük yazıçını xalqın gözündən salmaq üçün tədbirlər düşünülürdü. Erkən yaşlarından azad həyata atılması, eləcə də elitar nəslindən gələn sərbəstlik gələcəkdə Tolstoyun pedaqoji baxışlarına da təsir edəcəkdi. Onun Yasnaya Polyanada yaratdığı məktəbin ən mühüm xüsusiyyətlərindən biri də elə təlim prosesində şagirdlərə sərbəstlik verilməsi, onları tədqiqatçılığa həvəsləndirməsi idi. Əjdər Ağayev Tolstoyla bağlı tədqiqatlarında yazırdı ki, Tolstoy nəinki şagirdin tədris prosesində azadlığının tərəfdarı idi. O, ümumiyyətlə məktəb sisteminin dövlət yolu ilə məcburi olaraq yaradılmasını deyil, xalqın öz iradəsi ilə qurulmasının vacibliyini irəli sürürdü. Tolstoy deyirdi: “Xalqa imkan vermək lazımdır ki, öz idarəsini sərbəst surətdə aşkar etsin və necə istəyirsə məktəbini də elə qursun”. Tolstoy bədii yaradıcılıqla pedaqoji fəaliyyəti sintezdə təqdim edən azsaylı mütəfəkkirlərdən olmuşdur. O, uşaqların mənəvi tərbiyəsinə, pedaqogika elminin inkişafına, didaktik, metodik məsələlərə əsərlərində xüsusi diqqət yetirir, şəxsiyyətin mənəvi inkişaf mərhələlərini açırdı. Tolstoyun etiraf publisistikası onun mənəvi dramı haqda çevrilmiş təsvir verir: sosial bərabərsizlik və təhsilli sinfin boşluğu haqda təsvirlər verdikcə Tolstoy kəskin şəkildə özü qarşısında və cəmiyyət qarşısında həyatın və inancın mənası haqda suallar qoyurdu, elmi, incəsənəti məhkəməni, evliliyi, mədəniyyətin naliyyətlərini inkar edərək bütün dövlət institutlarını kritika qarşısında qoyurdu.  O dövlətin hərəkətlərini təsdiq edən kilsənin avtoritetini rədd etdi və dövləti digər zorakı tətbiq orqanları kimi mənəviyyatsızlıqda ittiham etdi. Tolstoyun mövcud bütün zor tətbiq formalarını ittiham etməsi tolstoyizmi siyasi baxımdan anarxizm kimi sinifləndirməyə icazə verir. Bu ittihamlar bütün dövlət də daxil olmaqla hamıya aiddir və Tolstoy digər Avropa ölkələrində olan demokratiya dövlətlərinə Rusiyada olan mütləqiyyətdən çox hörmət etmirdi. O düşünürdü ki, konstitutsiya mütləqiyyətdən daha az pis olan bilər və tez-tez radikalların və inqilabçıların tənqid etdiyi institutları tənqid etmişdir. Tolstoyu ölümündən bir neçə il sonra olan inqilabda günahkar bilirdilər. O elə yazmasaydı, millət oyanmazdı, inqilab olmazdı - deyirdilər. Kilsə illərdir ki, ondan üz döndərmişdi, ildə bir dəfə Tolstoyu lənətləmə günü keçirirdi. Sovet höküməti yaranan kimi Lunaçarski və Krupskayanın rəhbərlik etdiyi komissiya “millət üçün zərərli əsərlərin” siyahısını çıxarırdı, bu siyahıda Tolstoyun da beş cildinin adı vardı və bu əsərlər bütün kitabxanalardan yığışdırılırdı. Lenin cildlərində arabir “xoş sözlər” desə də, əsasən onu təhqir edirdi, dünyanı anlamamaqda günahlandırırdı. Amma bununla belə, ölümündən sonra çap olunan əsərləriylə belə Tolstoy yazıçılara dərs verirdi. Bu gün Yasnaya Polyana ən çox ziyarət olunan ev muzeylərindən biridir, yazıçının “təbiətə qarışıb itmiş yamyaşıl” qəbri müqəddəs bir məbəd kimidir. Amerika jurnallarının sorğusuna görə Tolstoy bütün zamanların və millətlərin ən böyük yazıçısı seçilib. 
Nəticə
Lev Nikolayeviç Tolstoy dünyanın ən yaxşı yazıçılarından biridir. Onun əsərlərində əks etdirdiyi pedaqoji fikirlər pedaqogika tarixində mühüm yer tutur. Tolstoy kilsəni tənqid edir, məktəbin uşaqların tərbiyəsində rolunu dəstəkləyirdi.

Ədəbiyyat siyahısı


1. https://yazarlar.az/2021/03/13/lev-nikolayevic-tolstoy-haqqinda/
2. http://tehsil-zaman.blogspot.com/2015/02/isq-2-ci-hiss.html
3. https://rezonans.io/tolstoy-v%C9%99-dostoyevski-qarsi-qarsiya/





Yüklə 42 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin