52. Azərbaycan Respublikasında hakimliyə namizədlər üçün tələblərdən hansı düz deyil? seçkilərdə iştirak etmək hüququna malik olmalıdırlar
ali hüquq təhsilə malik olmalıdırlar
Azərbaycan Respublikasının vətəndaşı olmalıdırlar
Hüquqşünas ixtisası üzrə10 ildən artıq işləməlidirlər
53. Azərbaycan Respublikasının ixtisaslaşdırılmış məhkəmələrinin hakimlərinin işdən kənarlaşdırılması haqqında qərar Azərbaycan Respublikasının Milli Məclisində neçə səs çoxluğu ilə qəbul olunur? 65 səs
83 səs
63 səs
heç biri
54. Azərbaycan Respublikasında məhkəmənin qəbul etdiyi qərarlar: yalnız Azərbaycan Respublikasında hüquqi qüvvəyə malikdir
yalnız Azərbaycan Respublikası vətəndaşları üçün nəzərdə tutulur
icrası məcburdir
icrası yalnız Azərbaycan Respublikası vətəndaşları üçün məcburdir
55. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi aşağıdakı məsələlərdən hansını həll etmir? Azərbaycan Respublikası Prezidentinin fərmanlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikası qanunlarına uyğunluğu
Azərbaycan Respublikasının qüvvəyə minməmiş dövlətlərarası müqavilələrinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu; Azərbaycan Respublikasının hökumətlərarası müqavilələrinin Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğu
Azərbaycan Konstitusiyasının, qanunlarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarlarının və Nazirlər Kabinetinin qərarlarının Naxçıvan Muxtar Respublikası Konstitusiyasına uyğunluğu
bələdiyyə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikası qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) uyğunluğu