Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı: Turizm Fidan Mehdiyeva unec sabah azerbaijan State Economic University may 2018


Asiya-Sakit okean regionunda turizmin təhlili



Yüklə 293,24 Kb.
səhifə15/27
tarix10.01.2022
ölçüsü293,24 Kb.
#106270
1   ...   11   12   13   14   15   16   17   18   ...   27
Asiya-Sakit okean regionunda turizmin təhlili

Bu regiondakı ölkələrin əvvəllər müstəmləkə və yarımmüstəmləkə olması onları uzun müddət iqtisadi və sosial inkişafdan məhrum etmişdir. Lakin, sonralar burada iqtisadiyyatın sürətli inkişafı onun ayrı-ayrı sahələrinin, o cümlədən turizmin də inkişafına səbəb oldu. Bu inkişafda xüsusi rolu olan ölkələr Çin və Yaponiya sayılır. Çində özəl sektorun yaxşı idarə olunması da buna təsir edən amillərdəndir.

Bu regionda turist axının çox olduğu ən böyük ölkə Çindir. Bu ölkədə turizmin inkişafına səbəb olan əsas amillər xarici kapitalların cəlbi və yüksək səviyyəli otellərin tikilməsidir. Keçən əsrin 80-ci illərdə burada “Açıq Qapı” siyasətinin həyata keçirilməsi onun Qərb ölkələri ilə əlaqələrini genişləndirdi. Çində müasir iqtisadi islahatların həyata keçirilməsi iqtisadi sahələrin, o cümlədən turizmin irəliləməsinə səbəb oldu.

Çoxlu sayda xırda adalardan ibarət olan Yaponiyanın əhalisi 129 milyondan çoxdur. Yaponlar səyahət üçün uzaq məsafələrə getməyi xoşlamayan əhalidir. Qədim zamanlarda səyahətə gedənlərin sayı əhalisinin sayına nisbətən olduqca az idi, lakin sonralar bu sayda olduqca böyük irəliləyiş baş verdi. Yapon əhalisi səyahət üçün, əsasən, Sinqapur, Tailand, Malayziya, Cənubi Koreya, o cümlədən Çinin Honkonq əyalətinə üz tuturlar. Yaponiya sakinləri üçün digər məkan Avropa hesab olunur. Böyük Britaniya, İtaliya, Almaniya bu ölkələrdəndir.

20-ci əsrdə Yaponiya 21-ci əsr üçün nəzərdə tutulan turizmin inkişaf planını həyata keçirməyə başladı. Bu planda turizmin dinamik inkişafı üçün müasir standartlara cavab verən müxtəlif otellərin, turizm infrastrukturlarının tikilməsi, daxili turizmin inkişafının təmin edilməsi, xarici səfərlərin təşkilinin stimullaşdırılması, turizmin idarəçiliyində yeni strukturun yaradılması nəzərdə tutulmuşdu. Yaponiya, həmçinin bir çox müştərək turizm layihələrində də iştirak edir, turizm obyektlərinin tikilməsinə sərmaye sərf edir. Onun müştərək müqavilələrdə iştirak etdiyi ölkələrə İndoneziya, Malayziya, Tailandı misal göstərmək olar.


Yüklə 293,24 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin