Azərbaycan şifahi xalq ədəbiyyatına


ANA – Qarğıyan, qarğışı göndərən, yaxud İnformator DAĞ



Yüklə 1,74 Mb.
səhifə46/110
tarix01.01.2022
ölçüsü1,74 Mb.
#104066
1   ...   42   43   44   45   46   47   48   49   ...   110
ANA – Qarğıyan, qarğışı göndərən, yaxud İnformator

DAĞ – Qarğınan, qarğışı qəbul edən, yaxud Auditor.

Ancaq qarğamanın struktur elementləri bununla qurtarmır. Anadan da­ğa göndərilən qarğış birbaşa dağın özünə deyil, Ananın bəd duasında dağa edi­lən qarğış əslində onun semantik elementlərinədir. Yəni dağ özü daş, tor­paq, qayadan ibarətdir. Ancaq ananın qarğışında məhz dağa edilən qarğış nə onun daşına, nə torpağına, nə də qayasınadır. Beləliklə, qarğamanın struktu­run­da üzə çıxan dağ artıq fiziki dağ deyil. Bu dağ fiziki obyekt olaraq da epik-mifoloji şüurda dəyərləndirilmiş bir sıra semantik elementlərdən təşkil olu­nur. Həmin elementlər dağı məhz dağ kimi səciyyələndirir. Yəni onların ol­mağı ilə dağ diridir, onların öz fəaliyyətini dayandırmağı, yəni ölməyi ilə dağ da ölmüş olur. Ana dağı qarğayarkən onun məhz Suyunu, Otunu, Ke­yi­ki­ni, Arslanını, Qaplanını qarğayır. Bəd dua edilərək arzu edilir ki, da­ğın axar suları axmasın, bitər otları bitməsin, qaçar keyikləri qaçmasın, arslanı, qaplanı məhv olsun. Beləliklə, Ananın bu bəd duasında-qarğışında dağın üzə çı­xan semantik elementləri bunlardır. Bu elementlər mifoloji-epik obraz ola­raq "Kitabi-Dədə Qorqud"da dağı funksionallaşdıran elementlərdir” (2, 359).

Rövşən Əlizadə də M.Cəfərlinin ananın dağı qarğamasını magik ritual si­tua­siyası kimi bərpa etməsini təsdiq edərək yazır: “Bizim fikrimizə görə, prof. M.Cəfərli dağ ruhunu tamamilə doğru şəkildə bərpa etmişdir və alimin bu re­konstruksiyası Azərbaycan folklorunda çoxsaylı faktlarla təsdiq oluna bilir. Gö­rün­düyü kimi, dağın ruhu (canı) birbaşa onun özündə yox, ayrı canlılarda yer­ləşir. Bu, bizim folklorumuzla təsdiq olunan faktdır. Nağıllarda divlərin canı şü­şədə (cansız əşyada – fetiş əşyada), yaxud göyərçində olur. Şüşənin sındırılmağı, yaxud göyərçinin öldürülməyi ilə div dərhal ölür... Bütün bu deyilənlər dağ kultu ilə bağlı inamlarda dağ ruhunun obrazının rəngarəng şəkillərini bərpa et­məyə imkan verir (3, 35).

Əvvəldə qeyd etdik ki, “Kitabi-Dədə Qorqud”da insanla təbiət gücləri arasında magik-ritual münasibətlər yurd, su, qurd, köpək, dağ və s. kimi təbiət ünsürlərini əhatə edir. Bunların sırasında türk mifologiyasında əsas obrazlardan olan ağac da var. Dastanın ikinci boyunda kafirlər əsir aldıqları Uruzu asmaq üçün ağacın yanına gətirirlər. O, burada ağaca müraciət edir: “Kafərlər Uruzı alub qənarə dibünə gətürdilər. Uruz aydır: “Mərə kafir, aman! Tənrinin birliginə yoqdır güman! Qoun məni bu ağacla söyləşəyim”, – dedi. Çağırıb ağaca soy­la­mış, görəlim, xanım, nə soylamış:

“Ağac!” “Ağac!” dersəm sana ərinmə, ağac!

Məkkə ilə Mədinənin qapusı ağac!

Museyi-Kəlimin əsası ağac!

Böyük-böyük suların köprisi ağac!

Qara-qara dənizlərin gəmisi ağac!

Şahi-mərdan Əlinin Düldülinin əyəri ağac!

Zülfüqarın qınilə, qəbzəsi ağac!

Şah Həsənlə Hüseynin beşigi ağac!

Əgər ərdir, əgər övrətdir, qorxısı ağac!

Başın ala baqar olsam, başsız aqac!

Dibin ala baqar olsam, dibsüz ağac!

Məni sana asarlar, götürməgil, ağac!

Götürəcək olursan, yigitligüm səni tutsun, ağac!

Bizim eldə gərək idin, ağac!

Qara hindu qullarıma buyuraydım,

Səni para-para toğrıyalardı, ağac! – dedi” (4, 47-48).

Əslində, məntiqə görə, Uruzun ağaca müraciəti də dastanda insanların digər təbiət ünsürlərinə müraciətləri kimi magik-ritual aktıdır. Seyfəddin Rzasoy bu aktı “mediativ-mistik kommunikasiya modeli” kimi səciyyələndirərək yazır: “Uruzun ağaca mətndə “söyləşmə” adlandırılan müraciəti kosmoloji strukturuna görə dialoq/xəbərləşmədir. Bu söyləşmə/xəbərləşmə Şaman/Qəhrəman arxetipi­nin paradiqmaları olan Kərəm və Qazanın xəbərləşmələri ilə eyni struktura ma­likdir:


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin