Резюме
Символика романа Г.Г.Маркеса «Сто лет одиночества»
Статья посвященна символике романа Г.Г.Маркеса «Сто лет одиночества», где каждый элемент, каждый цвет имеет значение в судьбе героев. Вещи в романе приобретают смысл. Рассматривается значение цветов в различных культурах.
Ключевые слова: семь, образ, символ, цвет, фольклор, магический реализм.
Q.Q.Markesin “Yüz ilin tənhalığı” əsəri “latın-amerikan romanı” olaraq mifoloji obrazlarla və folklor elementlərlə zənqindir. Yaziçı Latın-amerikasıında kök salan karnaval estetikasında bəhrələnməklə, öz roman və hekayələrində bu mədəniyyətin ayrı-ayrı bənzərsiz elementlərini sənətə gətirmiş, hindu düşüncə tərzini dünya oxucusuna tanıtmağa çalışmışdır. Sözsüz ki, Latın Amerika müasir ədəbiyyatı, incəsənət xalq yaradıcılığı ilə təmasda olmadan bir addım belə irəli gedə bilməzdi. Latın Amerika romanının payına düşən uğurlar, o cümlədən Q.Markesin yaradıcılığı Avropa modernizmindən fərqli olaraq məhz xalq düşüncə tərzindən bəhrələnir .
“Yüz ilin tənhalığı” romanının kökündə xalq epik şüurunun ailə inancları , şayiə, deyim və rəvayət kimi kiçik formaları dayanır. Həmin kiçik formalar müəllif tərəfindən bütöv bir etnosun tarixi həqiqət səviyyəsinə qaldırır. Q.Q.Markesin dünya şöhrətli “Yüz ilin tənhalığı” romanında magik elementlərlə yanaşı, simvollara da rast gəlirik. Beləliklə, Q.Markes “Yüz ilin tənhalığı” romanında “Güzgü” motivini də Buendialar nəslinin bir komponenti kimi ortaya qoyur. Hələ romanın əvvəlində özünə yurd yeri axtaranda Xose Arkadio yuxuda dolaşıq da olsa Makondonun adını eşidir, daha sonra isə “divarları güzgülü, qələbəlik, bir şəhər” görür [3,31]. Q.Markesdə Güzgü-təkrarın, qayıdışın, nəhayət bütün Buendialar nəslinin rəmzi sayılır.
Elə qaraçıların başçısı Melkiades də Xose Arkadioya göstərməyə çalışır ki, Makondo yer üzündən silinib gedəcək və onun yerində “evləri güzgüdən tikilən yaraşıqlı bir şəhər” ucalacaq [3,31]. Xose Arkadio isə onun əksinə olaraq deyir ki, o şəhəri divarları buzdan tikiləcək, özü də o şəhərdə Buendialar nəslindən mütləq kimsə bir nəfər yaşayacaq. Xose Arkadionun təsəvvüründə dünyanın ən böyük möcüzəsi uşaqlığında qaraçı sirkində gördüyü buz parçasıdır. Heç də təsadüfi deyil ki, Xose Arkadio öz arzusunu yerinə yetirərək, Makondoda “buz fabriki” açmaq istəyir. Və əlbətt ki, bu layihə Buendialrın qeyri arzuları kimi puça çıxır. İstər Makondada, istərsə də Yer üzündə insanın başına gələn dərd və bəlalar güzgü prinsipi ilə durmadan təkrarlanır. Baxmayaraq ki, Makondada hər şey dünyanın yaranışındakı kimi təzəcə başlamışdı. “Dünya təp-təzəydi, ona görə də çox şeyin adı yoxuydu, onları ancaq barmaqla göstərirdilər” [3,5].
Q.Markesin bütün romanlarında rast gəlinən, Latın Amerika folklorunda tez-tez təkrar olunan bir motiv də “Xoruz” dur. Onun romanlarında diktatorlardan tutmuş daima şad xəbər sorağında olan polkovnikə qədər, böyükdən tutmuş uşağa qədər-hamısı – xoruz azarkeşləridir. “Polkovnikə məktub yoxdur” povestində hamı tərəfindən unudulmuş müharibə veteran bütün həvəsini xoruzda cəmləyib, yalnız onda təsəlli tapır. Q.Markes də polkovniklə xoruzun döyüşkənliyini eyniləşdirir; əgər xoruz döyüş ruhundadırsa, deməli polkovnik də ruhdan düşməyib, hər bir çətinliklə mübarizə apara bilər. Bəzən isə bunun əksi ilə qarşılaşırıq. Romandakı personajlardan olan ikinci Arkadio xoruz döyüşlərində peşəkarlaşır. Ursula isə onun-xoruzun ucbatından bəlalar çəkdiyini deyir. Ursulanın qənaətinə görə onun nəsli dörd əsas bəladan uzaq durmalıdır. Bunlar: Müharibə, Xoruz döyüşləri, əxlaqsız qadınlar və ağılsız hərəkətlərdi.
Xoruz simvolu – insanda insafın, humanizmin yoxluğu deməkdir. Bəzən Q.Markesdə xoruz elementi – nəslin davamı, məhəbbətin gücü kimi işlənir, insanlar arasında münasibətlərə imkan yaratmış olur. “Yüz ilin tənhalğı”nda Aureliano Buendianı sərkərdəlik dövründə cavan qızların düşərgəsinə gətirirlər. Burda o, əynindəki hərbi geyimi, ayağındakı çəkmələri belə soyunmadan “xoruzlanır”, qadınlara sahib olur və onlardan qeyri-qanuni olaraq on yeddi oğul törədir. Lakin, onun qəlbinə ağır bir kədər çökür. Aureliano Buendia başa düşür ki, hətta məhəbbət belə onun qəlbinə hakim kəsilən buz parçasını əritməyə qadir deyil.
Romanda digər qəribə xüsusiyyətlər sarı kəpənəklərin fonunda verilir. Fernandanın qızı olan Memenin başnın üstünü daim sarı kəpənəklər alır. Ursula da bilirdi ki, bu kəpənəkələr Memeni yatmağa qoymur və nəticədə qız yuxudan tez oyanır. Sən demə bu kəpənəklər də bir hadisəyə işarə idi. Kəpənəklər Maurisiyo Babiloniyanın gəldiyini xəbər verirdi. Meme sarı kəpnəklərin onun başı üstünü aldığını görəndə bilirdi ki, Maurisiyo gəlib. Memenin bu oğlanla olan görüşü heç də ona uğur gətirmədi. Qızın Maurisyodan övladı olur. Anası Fernanda gözətçiyə Maurisiyonu güllələməyi əmr edir. Yazıq oğlan ömürlük yatağa məhkum olur və qocalana qədər tək-tənha yaşayıb ölür. Bu sujetin yaranması ilə bağlı hadisəni Q.Markes öz müsahibəsində bildirmişdi. O, deyirdi : “Əsgini yelləyə-yelləyə ağ kəpənəyi sarı yox ha, diqqət yetir ki, məhz ağ kəpənəyi! – qorxudarkən nənəmin necə deyinməsi indi də qulağımdadır : “Lənət şeytana, mən bu kəpənəyin əlindən lap bezar olmuşam. Hər dəfə montyor gələndə, bu kəpənək uçub özünü evə salır. Kəpənəklə bağlı o səhnə yaddaşımda həmişəlik yapışıb qaldı” [2,34]. Elə burdan da belə bir nəticə hasil olur ki, Q.Markes bu sujeti tamamilə reallıqdan götürüb, sadəcə olaraq kəpənəyin rəngini dəyişib. Gerçəkdə gördüyü ağ kəpənəkləri Q.Markes romanda sarı kəpənəklərlə əvəz edib.
Qızılı və sarı rəngin mənfi simvolikası - günah, xainlik, satqınlıq, kədər, dəlisov, xəstəlik, ruhdan düşmə deməkdir. Sarı mətbuat, sarı həmkarlar ittifaqı, sarı ev ifadələri hamıya məlumdur. “Yellow Jack” - gəmidə ucalan karantin işarəsini ifadə edən bayraqdır. Orta əsrlər İspaniyada sarı rəngi dindən dönən insanlar geyinirdilər və hansı ki, o insanları da inkvizisiya tonqalda yandırırdı. Sarı rəngin magik təsiri - ölməz, əbədi, xoşbəxt nigah, xəstəliklərin müalicəsi, öhdəsinə götürmə, bədənin sarılığı, qadın başlanğıcı və yer işarəsi bildirir. Qədim Çində ölən insanın məkanını “Sarı açar” adlandırırdılar, lakin sarı durna əbədiliyə, ölməzliyə alleqoriyadır [5,385]. Hindistanda təzə gəlin öz əllərini sarı ilə örtür, ondan ötrü ki, o özünü xoşbəxt və yekdil nigahla təmin etsin [4,434]. Yunanıstanda isə sarı rəng xəstəlikdir və indiyə qədər də, “qızıl xəstəlik” adlanır və onun müalicəsinə qızıl talisman və qızıl üzük yardım edir [6,733]. Romanda hadisələrin belə kədərlə bitməsi heç də təsadüf doğurmur. Çünki Memenin başının üzərini alan sarı kəpənəklər idi. Sarı rəng ayrılığın rəmzidir. Sanki bu kəpənəklər əvvəlcədən Memeyə uğursuz bir sevgiyə düçar alacağını bəyan edirdi. Və buda romanda öz təsdiqini tapır.
Ümumilikdə götürsək sehr, ovsun, möcüzə bütün roman boyu az qala hər addımda qarşımıza çıxır. “Boynuma alıram ki, “Yüz ilin tənhalğı”nı fikirləşəndə ağlıma gələn ilk obraz – nəvəsini aparıb ona buz göstərən qoca olub. Buz sirkin möcüzəsi idi, bu yerlərin dəhşətli istisində belə buz kimi şeyin varlığı heç kəsin yatıb yuxusuna da girməzdi. Buzu səyyar sirkə fil, yaxud dəvə kimi qıraqdan gətirirdilər. Mənim kitabımda sirkin ətrafında qurulub” [1,96].
Romanda magik elementlərin daha qabarıq göründüyü səhnələrdən biri də ikinci Aurelianonun başına gələn əhvalatdır. Belə ki, Aureliano dostları ilə şampan partlatdıqca mal-qarası surətlə artır. Məşuqəsi Petra Kotes evdə olanda bütün heyvanlar çoxalma azarına tutulurlar. Hətta ikinci Aureliano evə dovşan gətirir və səhər o, həyətin dovşan basdığını görür. Aurelianonun fikrincə, belə artım məhz məşuqəsi Petra Kortesdə olan gözəgörünməz gücün sayəsindədir. Elə bu səbəbdən də Aureliano Petranın yanında qalır ki, varlansın. Ursulanın yeni doğulan qızı Amarantanın da beşiyi öz-özündən otağın içində dövrə cızır. Bunu görən Aureliano deyir: “Tanrıdan qorxmaya bilərsən, amma metallardan qorxmalısan” [3,44]. Buda onu təsdiq edir ki, təkcə Buendialar nəslindəki insanlar deyil, əşyalarda qeyri-adi xüsusiyyətlərə malikdir. Təbii ki, polkovnik Aureliano Buendia obrazı romandakı digər obrazlara nisbətən daha dolğun şəkildə yazılıb. Bu da çox təbii haldır, çünki romanın əsas ideyası, hərəkətverici qüvvələri məhz Aureliano Buendia ilə sıx surətdə bağlıdır. Heç də təsadüfi deyil ki, roman elə özü də onun adı ilə başlayır: “...Uzun illərdən sonra divar dibində dayanıb, güllələnməyini gözləyəndə polkovnik Aureliano Buendia atasına qoşulub, buz parçasına baxmağa getdiyi o uzaq axşamı xatırlayacaq” [3,5].
Makonda obrazı romanda mifoloji əsasa malikdir-Buendia ailəsi üzvlərinin bir çoxu üçün bu torpaq əhd-peymana, cənnətə çevrilir, onlar ya buranı istəyirlər, ya da ki buradan gedə bilərlər, əgər istəsələr necə ki təhsil almış saysız-hesabsız pulu olan və əri tərəfindən son dərəcə sevilən Amaranta Ursula kimi həmişəlik qayıda da bilərlər. Ursula tərəfindən tikilmiş evin həyətindəki nəhəng şabalıd ağacının yanında nəslin yaradıcısı olan Xose Arkadio Buendia və onun oğlu polkovnik Aureliano Buendia ömürlərinin son günlərini başa vururlar, bu-klassik, mifoloji, köhnə tip dünya ağacı yekdilliklə, dünya yaranışını-səma, yerdəki həyatı və cəhənnəmi bir-biri ilə əlaqələndirir.
Fantastik elementlər (kabusların yaranması, polkovnik Buendianın öncəgörmə bacarıqları, gözəl Remediosun müqəddəs, bakirə Mariyaya bənzər qəlbi və bədəni ilə göyə ucalması, Amarantanın “ölümlə” danışığı, Maurisiyo Babiloniyanı dəyişilmədən müşayət edən sarı kəpənəklər (qaraçı Melkiades və başqaları tərəfindən), Buendia nəsli tarixinin sanskritcə yazılması-bütün bunların hamısı romanda reallığın dərin mənalarının aşkarlanması kimi çıxış edirlər. Fantastikanın məişət, yerüstü həyat ilə birləşməsi oxucu üçün qeyri-adi olayları, naməlum faktları, real həyatda rast gəlinən güclü ehtirasları və parlaq obrazları açmağa, qeyd etməyə şərait yaradır. Bütün bunlar təbii, ruhi bir davamdır, misal üçün Buendia ailəsinin üzvləri evdə ölmüş insanların ruhlarının peydə olmasına sakit münasibət bəsləyirlər, buda bütünlüklə dünyanın xristian nöqteyi nəzərindəki modeli ilə uyğunluq təşkil edir, “Allah üçün hamı sağdır”, hətta o insanlar üçün ki, onların yer üzündə bədənləri mövcuddur və yaxud kimki ondan artıq məhrum olub.
Dostları ilə paylaş: |