Azərbaycan şifahi xalq ədəbiyyatına


Aybəniz Şirin qızı HƏŞİMOVA



Yüklə 1,74 Mb.
səhifə73/110
tarix01.01.2022
ölçüsü1,74 Mb.
#104066
1   ...   69   70   71   72   73   74   75   76   ...   110
Aybəniz Şirin qızı HƏŞİMOVA

AMEA Folklor İnstitutunun doktorantı,

fəlsəfə doktoru
A.KİM YARADICILIĞINDA MİFOLOJİ ROMAN JANRI
Жанр мифологического романа в творчестве А.Кима

Резюме

Данная статья посвящена изучению мифологического жанра в прозе А.Ки­ма на основе романа «Сбор грибов под музыку Баха» и др. В статье исследуется разнообразие проявления мифологизма в прозе А.Кима. Основное внимание уделено тем аспектам мифологизма, которые обогощают выявление внутренних миров и психологических переживаний образов.


The mythological genre in the prose of A. Kim

Summary

The mythological genre in the prose of A. Kim, based on the novel "Mush­rooming the music of Bach" and s.o. The article studies the diversity of manifestations mythologism prose A. Kim. The focus is on those aspects of mythologism that enrich revealing inner worlds and psychological experiences of images.


A.Kimin “Roman misteriya”sı olan “Bax musiqisi altında göbələk yığı­mı”, zənnimizcə, mifoloji roman janrının səciyyəvi nümunəsidir. Burada janr əlaməti, hər şeydən öncə, müəllifin öz məramı haqqında fikir bildirməsi, onun mifoloji mahiyyətinin qeyd edilməsidir. Yada salmağa ehtiyac vardır ki, miste­riya (yunanca-sirr, xidmət, mərasim) orta əsrlər teatrının başlıca dini janrı idi ki, o Bibliya və Yevangeliye süjetləri əsasında yaradılırdı. Adətən, misteriyada çox­lu sayda aktyorlar iştirak edirlər.

A.Kim misteriyasında iştirak edən personajlar səslər və göbələklərdir. Əsər beş hissədən ibarətdir:

1. İngilis suitaları;

2. İkisəsli invensiyalar;

3. Fransız suitaları;

4. Yaxşı templənmiş klavir;

5. Brandenburq konsertləri.

Əsərdə hər hissə intermediya ilə başa çatır. Sebastyan Baxın musiqili əsər­lərindən istifadə etməklə A.Kim musiqi ilə mifin qırılmaz əlaqələrindən danışır. Səslər mifoloji məkanda görünür. Musiqi yeri məhv etmiş iri miqyaslı katastro­fadan (faciədən) sonra səslənir. Bu “roman-misteriya”dakı səslər içində hətta ən gözlənilməzləri eşidilir: KUXN-Köhnə Ustanın Xırıltılı Nəfəsi, Göbələk...,

Tundzi və Roxeyem qardaşları arasındakı münasibətlər Bibliya motivində Avel və Kain arasındakı rəqiblər işığında təsvir olunur. Tandzi belə təsəvvür olunur ki, İusus kimi qüsursuz döldən doğulmuşdur. Bu, yapon vunderkindi olan unikal bacarıq baxımından Xrist və eləcə də onun oğlu Avraamla müqayisə olu­nur. Musiqi burada bir fenomen kimi fövqəltəbii və fövqəlvarlıq olmaqla sanki “daimi hiss edilən xoşbəxtliyə”çevrilir. Eyni zamanda musiqi qəlbi fəth etməklə söz kimi (Tundzi, ser Eybraxams) xoşbəxtlik gətirməklə qəlbi oyatmaqla, həm də məhv edir (Roman). Partisipasiya elementləri-hər şeylə hər nə varsa olanların əlaqəsi-belə olduğu təqdirdə bütün zamanların və xalqların səslərinin dialoqunda ifadə olunurdu. Məsələn, intermediyalarda Şalyapin, Ekkeleziast, Göbələk vahi­məli söhbət aparırlar. Mətndə bəyannamə kimi səslənən partsipasiyanın ən par­laq təzahürünü biz personajlardan birinin sözlərində görürük: “Borxes! Sən öz hekayələrindən birinin altında qədim yunan müdriklərindən birinin fikrlərindən nümunə gətirirsən ki, hər şey elə bütün şeylərdir. Fərz edək ki, həm müdrik, həm sən, həm də bütün bu şəkildə təsdiqləyənlərin hamısı haqlıdır və doğrudan da hər bir insan-bütün insanlar, hər ulduz da-elə bütün ulduzlardır. Onda buradan belə bir nəticə çıxır ki, deməli, bədbəxt Tandzi də yoxdur, xoşbəxt Roxeya da yoxdur, deməli, Kain Aveli yox, elə özü-özünü öldürmüşdür. Bu əsərin təhlili zamanı biz müəllifin şüurlu şəkildə mif strukturunun elementlərindən istifadəyə tuşlandığını görürük.

Dünyanın kosmos ideyası 2,5 min ildən sonra onun hələ antik gəncliyi döv­ründən sonra düşüncələrə hakim kəsilir. Hələ indiyə qədər XX əsrdə olduğu ki­mi mif yığılıb toplanmasına bu cür ciddi ehtiyac duymamışdı. Vəziyyət yetə­rin­cə paradoksaldır: bir tərəfdən, bəşər fikri dünyadüzümünün bütün tərkibi ilə inamlı əlaqələrə şəhadət verir, hətta hər şeyi qavramağa hazır olanlar, hətta an­trop prinsipə qədər qanunlar kəşf olunur, digər tərəfdən isə, bəşər varlığı son də­rəcə xaos və qapanma vəziyyətinə gəlib çatmışdır ki, belə olduğu halda onun pə­rakəndə irrasional xarakteri daha baha başa gəlir. Belə çətin şəraitdə elmi-tex­ni­ki sivilizasiya qədim dövrün mənəvi kosmosuna müraciət edir, özünü yerbecər­mə sivilizasiyasında və onun təşkilatlanma təcrübəsi ilə sınaqdan keçirmək istə­yir, gercəkliyə hörmətli, ehtiramlı münasibət bəsləməklə dünyanın harmoniyası­na inanır. Hələ XX əsrin əvvəllərində dünyanın kosmizasiyasına cəhd, onun bü­töv obrazının yaradılması və konsepsiyası rus dini-fəlsəfi fikrində qəbul edil­miş­dir. Bulqakov yazırdı: “Qırılmış, əməyin bölgüsü sistemində kəsik-kəsik olmuş müasir şüur hələ də öz qırıq-qırıq olmasından ağrımağı qurtarmır və bütöv dün­ya düzümü aramaqdadır” (2;195). Rusiyadakı kosmoloji ənənə Qərbdəkindən daha bərkdir. Ona görə ki, Avropa modernizasiyasına daha gec qoşulan ölkələr və öz partiarxal əkinçi həyat şəraitini daha yaxşı qoruyub saxlayanlarda bu da­vam edirdi. Kosmosun dağılmasında (8) və onun konseptual əsasda dünya har­mo­niyası ideyasının dağılmasında rus kosmizmi əksər bəlalı və xəstə antino­mi­lə­rin kökünü görürdü ki, məhz elə buna görə də bütöv dünya nə vaxtsa dağıl­mışdı: yer və göy (materiya və ruh) və nəhayət, Qərb və Şərq dağılmışdır. Qərb üçün rəzil dünya öz ilahi statusunu itirməklə utilitar dəyiş­kənlik obyektinə çev­ri­lir. Təbiətşünaslıq təbiətin xüsusi teologiyasını nəzərə almırdı və onu insan məq­sədlərinə diktatorcasına tabe edirdi. Dini Şərq üçün və Rusiya üçün maddi varlıq günahın tökülməsi, yalanın, firavansızlığın sferası ola­raq qalırdı. Rus kosmizmi qərb empirizminin və şərq spiritualizminin yarımçıq yanaşma qaydalarını aradan götürməyə çalışırdı. Və burada ilk növbədə əkinçilik mədəniyyəti dəyərlərinə söy­kənməklə özünəməxsus şəkildə dünyanın bütpərəstlik tamlığının hiss olun­masına söykənirdi ki, o hələ də S. Bulqakov yazdığı kimi “tarixi xristianlıqda ortaya çıxarılmamışdı” (3). Kosmiklik (kosmizm) xristianlıqdan qovulmuş ruh­ların onun təbiətinə qayıtmasına kömək edirdi. Ona görə ki, onlarda yaradıcı bacarığın təcəssümünü görürdü.

Ağıllı hissin köməyi (və onun vasitəsi ilə) ilə materiya və cismanilikdə yaradıcının daha müdrik olduğu dərk olunur-bax, elə kosmizmin ilkin məqsədi də məhz bundan ibarət idi. Böyük filosof N. Berdyayevin fikrincə “Dünyanın təbiətinə mexaniki və materialist baxış yalnız xristian-asketik dünyabaxışının əks tərəfidir” (1). Belə baxışın özü də təbiətə passiv obyekt yeri göstərməklə onun öz xüsusi məqsədini, onun yaradıcılığını inkar edir. N. Straxov isə yazırdı: “Bizə belə gəlir ki, məqsəd adətən predmetdən öncə dayanan bir insan, lampa şəklində ona qarşı başqa bir qüvvə şəklində yaxınlaşa bilər. Bununla belə daha doğru söyləmək olar ki, məqsədlərin özü predmetlərin özünün içindədir, qüv­vələrin daxilinə və dünyanın hadisələrinə bağlanıb və buna görə də yalnız şeylərin daxili təbiətinin açılması ilə onları əldə etmək olar .

Kosmik fəlsəfə təbiətşünaslığın özünün sonrakı gəldiyi nəticələri əvvəlcə­dən bütün maddi proseslərin və hadisələrin subyektliyi haqqında və yeni təbiətlə daha hörmətli və dialoji münasibətlərdə olmağın zəruriliyini diqqət mərkəzinə çəkir. Tanınmış fizik İlya Priqojin “Xaosdan olan səliqə-səhman” kitabında on­ları “yeni alyans” adlandırmışdı. Eyni zamanda burada elmi təsdiqdə və kosmi­zmin mərkəzi intuisiyası ilə dünya harmoniyasının ideyası ortaya gəlir. Alimlə­rin diqqətini daha çox müxtəlif sahələrdən götürülmüş həcmlərin rəqəmlərin son dərəcə dürüstlükdə üst-üstə düşməsi daha çox diqqəti cəlb etməkdədir. Məsələn, onlardan biri-simmetriyanın (yarısının) pozulma qanununu əks etdirən 0,943-dür. O demokratlara yaxşı məlumdur. Sülh şəraitin­də hər 100 qıza 106 oğlan doğulur, yəni 100:106=0,943; astronomlar Uran pla­netini Günəşdən ən sonuncu Pluton planet sisteminə olan məsafəni 0,943 nisbə­tində olan münasibətlərdə bölür. Bəstəkar və alim M.Marutayev “Anassio­natlar”ın birinci hissəsini təhlil edəndə onun reprizlərini (səkkiz payda böldük­də) ekspozisiyanın uzunluğuna və onun hazırlanmasına birlikdə aid olan uzun­luğu 1527:1620 kimi ortaya qoyur ki, bu da 0,943-ə bərabər olur. M. Marutayev yazır ki, “Ortada durmuş fakt, məndə möcüzə təəssüratı yaratdı” (7; 73).

Məlum olduğu kimi, dünyada təbiət gözəlliyini və mədəniyyəti işıqlan­dıran harmoniya qanunu hərəkətdədir. Onun ən bariz şahidi elə insanın özüdür. Berqsonun dahi mistikləri kimi, Allahın birinci sübutu ondan ibarətdir ki, kos­mik filosof və yazıçılar kosmosun mövcudluğuna şahidlik edirlər. Onlar belə bir ideyanın kosmik həyat başlanğıcını özündə daşıyan və insanı mikrokosm edən və bu həyatın səlahiyyətli nümayəndəsinə çevirən və Şellinqin sözü ilə demiş olsaq “təbiətin möcüzəli sirli yazılarını açıb oxuyan poemanı” oxumağa imkan verir ki, bütün bunların hamısı onun qəlbinin lap mübhəm bir guşəsində yer almışdır. Xüsusi bilik diskrit anlayışlarına bölünmüş dünyadan kosmistlər bütöv obraz yığıb düzəldir ki, belə yaradıcılıqda fəlsəfə ədəbiyyatla yanaşı gedir, bədii diskursu özünün daha dialoji özünütəcəssüm formasını hazırlayır. Məhz elə A.Kimin yaradıcılığını da belə baxış bucağından nəzərdən keçirməyə ehtiyac vardır. A.Kim, məlum olduğu kimi, rus ədəbiyyatında kosmik ənənənin ən oriji­nal nümayəndələrindən biridir. Məhz A.Kimin yaradıcı şəxsiyyəti yeni varlıq miqyasında formalaşmağa, yeni atmosferdə yer almağa başladı.



A.Kim XX əsrin 70-ci illər tənqidinin və xülasələrinin müsbət qəhrəmanı­dır. “Bizim daxili bədii şüurumuz içində səslənən Şərqin səsi”-deyə, V. Bonda­renko yenicə yaradıcılığa başlamış yazıçının imicinə həm də ekzotik rəng (ko­lor) əlavə edirdi. Eyni zamanda Kimin sözoymalar ustası virtuoz-üslub yazıcısı kimi reputasiyası möhkəmlənirdi. L.Anninski yazırdı: “Kim nəsri adi karandaş­la, neştər kimi yonulmuş karandaşla çəkilmiş şəkildir. Bu materiyanın ən kiçik de­tallarını, səthlərini, cismini son dərəcə dürüst verməyi bacaran yapon dəqiq­liyini əks etdirən təsvirdir, şəkildir”. Bundan daha az hərarətlə hamı tərəfindən “Şanagüllə” povesti, “Dələ” və “Ata-meşə” romanları qarşılanmışdı. Onların bü­tün təqdir edi­lə­si cəhətlərinə baxmayaraq, əvvəllər yaranmış poetik nəsrinə nis­bətən onların ikin­ci dərəcəli olduğunu qeyd etməliyik. Ustadın özünü öz tex­ni­ka­sında təkrar­laması-bu təbiidir və hətta bu priyomlar tam “işçi qüvvəsinə” ma­lik olsa da, gözə o qədər də çarpmır. Kimdə bu şərt heç də daim yerinə yetirilmir və, yeri gəlmiş­kən qeyd edək ki, bu, onun ən sonuncu əsərləri olan “Kentavrlar qəsəbəsi” və “Onliriya” romanlarında heç də daim qorunulub yerinə yetirilmir. Us­talıq burada bəzən “boş atəş” kimi görünməklə, təxəyyülün gimnastikasına çevrilir.

A. Kimin karandaş şəkilləri nə qədər aydın və düzgündürsə, burada bu şəklin içinə qoyub gizlətdiyi fikri də o qədər sıx və tutumludur. O, şərq fəlsəfəsi və rus kosmizmi, N. Fyodorov və K. Siolkovski, V. Vernadski, və T. de Şarden, dzen-buddizm və vedantlar ideyasını qəbul etmişdi. O, özündə dünyanın harmoniya uğrunda dramatik mübarizəsi haqqında müəllif fikrini irəli sürmüşdü.

Dünya ədəbiyyatında predmet-plastik obrazın fəlsəfi fikirlə birləşməsi təcrübəsi sahəsində xeyli işlər görülmüşdür. Bunun arxasında həm esseistika, həm intellektual roman, həm roman-mif, həm roman-mədəniyyət, həm lirik-fəlsəfi vizioner, demonoloji, animalist və s. kimi nümunələri göstərmək olar. Bütün bu təriflər iri həcmli materiallarda yaxşıdır, lakin bu, başqa yazıcı ilə bağlı məsələdə özünü doğrultmur. Buna baxmayaraq, onları özündən kənarda yox, məhz daxili ədəbiyyat ənənəsində axtarmaq lazımdır. Kim nəsri elə Kim nəsri kimi olub qalmaqla hər hansı başqa yazıcının nəsri kimidir. Bunu axtarmaq üçün açar kosmos sözüdür. Elə Kimin poetikası, dünyaduyumu onun özünün obraz sistemi və onun nəsrinin quruluşu kimi kosmikdir.

Artıq ilk əsərlərində yazıçının təhkiyə stereotipindən kənarlaşmaya canat­ma, onun xətti ardıcıllığını dəf etməyə çalışılır. Kim olmuşlar yox, olanlar haq­qında yazmağa üstünlük verir. Elə buna görə də onun yaradıcılığında hərəkət bir xətt üzrə düzülmür, əksinə sanki gah balıqçı qəsəbəsi üzərində dolaşır (“Ot yı­ğanlar”), gah da soğan sahəsinə yaxın yerdə (“Soğan sahəsi”) dövrə vurmaqdadır. Bu dövrə vurmanın toposu daha da genişlənərək, özündə insanların və nəsillərin taleyini (“Bülbül əks-sədası”, “Dələ”, “Ata-meşə”) əks etdirməklə, həm də burada hərəkətdə bu və ya digər qəhrəmanlar ətrafında müəllifin öz səsini verməsi, üz görmə və fikrinin konsentrik dairələrinin təsvir olunduğunu görə bilərik.

Məişətdən “düşmüş”, öz həyatının boşluğu ilə əlaqələrini pozan qəhrəman seçimi heç də təsadüfi deyildir. Kim üçün həyatın konkret detallarında təsviri heç də əsas deyildir. Onun başlıca vəzifəsi-onu dərk etməkdən ibarət idi. O, hansısa axtarılandan kənarda olan nöqtəni axtarırdı ki, buradakı həyat sanki quş uçuşu hündürlüyündən onun dumanlı həyata qurulması, istiqamətlənməsi yox, tam şəffaf bütövlüyündə öz roluna və məqsədinə aid olan məqamı axtarırdı. Bu rakursun özü də Kim üçün kifayət etmirdi. “Ata-meşə” romanında təhkiyə planetar miqyaslı subyektə-böyük yarımmif olan həyat yaradıcısı və taleyinə verilmişdi.

Kim nəsrinin subyekt polisentrikliyi (bu “Dələ” romanında xüsusi şəkildə aydın görünürdü) yaradıcı axına çevrilən hər yerdə və hər şeydə həyat mənbəyi olan dünyanın müəllif dərki idi. “Hətta onun tərəfindən nəzərdən keçirilən yol kənarındakı daş birdən özündə gizlənən şeyi açmağa başlamışdı. Və o, Mitya qarşısında bərk, möhkəm iri daş şəklində dayandı. Buradakı hansısa rəssam tərəfindən çəkilmiş bulud öz qurşaq şüaları ilə sanki hərəkətsiz buluda bənzəyir və dərin nəfəsdərmə nəticəsində nəbzi döyürdü. Mitya burada daşın minillik qəlbini gördü” (5;571)

Kimin antropomorfist poetikası onun Kosmik dünyanı dərkinə, onun kos­mik xüsusiyyətinə verilmiş və xüsusi şərtiliyinə orqanik şəkildə bağlıdır. Onun fərdi mifologiyası sakrallıqla elmiliyə, sıx realist plastikanı postelmi metafizika ilə birləşdirmişdir. Mifologizm burada özünü nəinki spesifik fantastikada büruzə verir, həm də obraz sisteminin digər xüsusiyyətlərində özünü göstərir. Elə fikir obraz, videodərk, mənanın, mahiyyətin vizionerliyinin müəllif tərəfindən qurul­ması da mifolojidir. Kimin nəsrini mif kimi həm üfüqi, həm də şaquli oxumaq olar, çünki orada baş verən hadisələr müəyyən fəlsəfi məzmunun invariantla­rı­dır. Onlar xətti yox, paradıqma şəklində qurulur. Elə buradan da təhkiyədə xətti­lik­dən kənarlaşmada, onun konsentrik orbiti üzrə dövretmə müşahidə olunur. Kim kosmizmi Rusiya mifoloji düşüncəsinin üzərində qurulurdu. Məlum olduğu kimi, mif söz sənətinin lap ilkin mənbəyində dayanmışdır. Elə buna görə də mi­fo­loji təsəvvürlər və süjetlər müxtəlif xalqların şifahi folklor ənənələrində mü­hüm yer tutur. Ədəbi süjetlərin, mifoloji mövzu, obraz və personajların gene­zi­sin­də mifoloji motivlər böyük rol oynamaqla ədəbiyyatın bütün tarixi boyu ye­ni­dən nəzərdən keçirilir. Elə buna görə də təxmin etmək olar ki, mifdən heyvanlar haqqında (hər şeydən öncə trikster-heyvanlar, totem miflərə və triksterlər haq­qında miflərə çox yaxın-mədəni qəhrəmanların neqativ variantlarında) nağıllar və fantastika ilə daha çox gücləndirilmiş sehrli nağıllar ortaya çıxmışdır. Eyni zamanda universal şəkildə daha çox yayılmış qəhrəmanın möcüzəli arvadı (əri) ilə nigahı universal nağılların totemist miflərin genezisi ilə bağlıdır ki, onlar da müvəqqəti olaraq qadın qiyafəsində çıxış edir. Bundan başqa adamyeyənlərin əlinə düşən bir qrup uşaqlar haqqında olan populyar nağıllar, yaxud nəhəng əjdahanın xtonik demon (iblis) tərəfindən öldürülməsi kimi inisiasiya motivləri qəhrəmanlıq mifləri üçün səciyyəvi olanlar və s. yetərincə populyardır. Klassik sehrli nağıllar üçün səciyyəvi olan qəhrəmanın gələcək köməkçilərinin qabaq­cadan sınaqdan keçirilməsi də eyni zamanda inisiasiya motivlərinə gedib çıxır (köməkçi, bəxş edən-bu ya hami-ruh, yaxud da şaman köməkçi ruhdur). Mədəni cəhətdən daha geridə qalmış xalqların arxaik folklorunda mövcud terminolo­giya, heç şübhəsiz ki, daha həqiqi sakral (müqəddəs) bəzən hələ ritualla, ezo­terik və analoji süjetli nağıllardan fərqlidir.



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin