Azərbaycan şifahi xalq ədəbiyyatına



Yüklə 1,18 Mb.
səhifə54/128
tarix01.01.2022
ölçüsü1,18 Mb.
#104207
1   ...   50   51   52   53   54   55   56   57   ...   128
Ключевые слова: родильный обряд, ребенок, повитуха, примета, табу, верование
Məlum olduğu kimi, “nəsil artırma” tarixən evlənən tərəflər üçün mü­hüm əhəmiyyət daşıyırdı. Nəslin davam etdirilməsi ailədə əsas məsələ hesab olu­nurdu. Xüsusən ərə gedən qız üçün bu, özünü yeni ailədə müəyyən qədər təs­diq xarakteri daşıyırdı. Çünki bu həm də qadının ailədəki mövqeyi ilə bağlı mə­sələyə çevrilirdi. Belə ki, övladı olmayan qadının həmin evin tamhüquqlu bir üz­vü kimi gələcəkdə yaşaya bilməsi sual altında qalırdı. Onu bu səbəbdən ya bo­şa­ya, ya da üzərinə bir başqa qız ala bilərdilər. Təsadüfi deyildir ki, gəlin köçən qıza eldə bu cür xeyir-dua edilərdi ki, –

Anam-bacım, qız gəlin,

Əl-ayağı düz gəlin,

Yeddi oğul istərəm

Bircə dənə qız, gəlin” (1, 136).

A.Xürrəmqızı Azərbaycan folkorunda hələ də yetərincə araşdırılmamış doğum mərasiminin mərhələləri ilə bağlı D. Zeleninin apardığı bölgü sistemi ilə razılaşaraq, onu Azərbaycan üçün də məqbul sayır və aşağıdakı mərhələləri qeyd edir:

“I mərhələ – doğumqabağı və doğumdan sonra 40 gün ərzində aparılan mərasimlər – Bunların mühüm xüsusiyyəti əvvəl hamiləni, sonra zahını yad nə­zərdən və təhlükələrdən uzaq saxlamaq istəyi;

II mərhələ – yeni doğulmuş uşağın nəslə və yaxud ailəyə qəbul edil­mə­si;

III mərhələ – zahının paklanması (qüsl vermə)” (2, 70).

Eyni bölgü bir çox türkoloqlar tərəfindən Azərbaycan türklərinin etnik tərkib hissəsi kimi gözdən keçirilən qaşqay türklərinin doğum mərasimi ba­xı­mından da keçərlidir. Mövzu ilə əlaqədar Mehmet Karaaslan özünün “Kaşkay türklerinde doğum çevresinde gelişen inanc və pratikler” adlı məqaləsində yazır: “Qaşqaylarda doğum adətlərini; doğum öncəsi, doğum sırası ve doğum son­ra­sı­na ilişgin olaraq üç grupda toplamaq doğru olacaqdır...”.

N.Boratav doğum mərhələləri ilə bağlı yazır ki, “inanmalar, ger­çek­ləş­mə sırasına görə xronoloji olaraq təsnif edildiyində, ilk madde olaraq bəbək sa­hibi olmayan ailələrin bu məsələ ilə bağlı inancları ve aldıqları tədbirlər gəl­mək­dədir. Bu uyğulamalar: a) olağanüstü güclərdən yararlanmalar ve maqiya təd­bir­ləri, b) rasionalizmə və realizmə əsaslanan dərman ve müalicə tipində iş­lə­m­lə­r­dir” (3, 144). O. Acıpayamlıya görə isə bu təsbit aşağıdakı şəkildədir: “a) magik tədbirlər b) dini tədbirlər c) tibbi tədbirlər”.

A.Xürrəmqızının haqlı olaraq qeyd etdiyi kimi, “I mərhələyə mürəkkəb sınama-inam kompleksi, çoxşaxəli rituallıq xasdır. Hələ doğuşdan çox qabaq gə­linin hamiləliyi bəlli olunca onu qorumağa çalışırlar. Bu məqsədlə əsrlər boyu mürəkkəb tabu-qadağalar sistemi yaradılmışdır (formalaşmışdır).

– hamilə qadın altı ay eybəcər heyvanlara baxmaz;

– hamilə qadın qarğış etməz, söyüş söyməz;

– hamilə qadın gicitkən, böyürtkən yeməz, əks təqdirdə uşaq nadinc olar;

– hamilə qadın günəş və ay tutulanda bədənini qaşımaz, yoxsa uşağın si­fətində və bədənində ləkə olar” (2, 70-71).

Qarabağda təzə doğulan uşaqla bağlı maraqlı adətlər qeydə alınmışdır. Onlar aşağıdakı iki mətndə əksini bu şəkildə tapıb:

I mətn. Uşax dunyaya gələndə oğlan uşağının böyrünə pucax qoyallar, xəncər qoyallar ki, iyid olsun, vuran-tutan olsun, qoçu olsun. Qızın da böyrunə qayçı, iynə, sap qoyallar ki, evdar olsun, göturən-qoyan olsun.




Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin