Azərbaycan şifahi xalq ədəbiyyatına



Yüklə 1,18 Mb.
səhifə81/128
tarix01.01.2022
ölçüsü1,18 Mb.
#104207
1   ...   77   78   79   80   81   82   83   84   ...   128
Ключевые слова: Азиза Джафарзаде, баяты, писатель, текст, роман, фольклор, ученый
Ə.Cəfərzadənin bədii yaradıcılığında folklor poetikasından bayatılardan geniş istifadə olunması, ədəbiyyatın bəlli tarixi mərhələsində nəsrin tipologiya və janr imkanlarının genişlənməsi ilə bağlıdır. Belə ki, “80-ci illər Azərbaycan romanı tarixində keyfiyyətcə yeni bir mərhələdir. Bu mərhələdə Azərbaycan romanı janrın milli və dünya ədəbiyyatındakı ən yaxşı ənənələrdən müvəf­fə­qiyyətlə bəhrələnməklə bərabər ideya-tematik və bədii sənətkarlıq baxımından xeyli inkişaf etmişdir” (11, 130).

Ə.Cəfərzadə bədii irsinin böyük bir hissəsinin roman yaradıcılığına bağlı olduğunu nəzərə alsaq, nəsrdə “yeniləşmənin “əsas prinsiplərinin onun yaradı­cı­lığında da əks olunduğu şəksizdir. Keçmişə müraciət, müəyyən tarixi şəx­siy­yət­lə­rin yaşadığı dövrün sosial-siyasi mühitində bioqrafiyasında verilməsi ta­rixi-bioqrafik romanı ənənəvi xüsusiyyətlərindən uzaqlaşır. Tarixi mövzuya mü­nasi­bət­də müəyyən sənədlilik prinsipləri qorunsa da, yazıçı sərbəstliyi, fakt, əh­va­lat­lara yaradıcı, emosional münasibətlərin dominantlığı daha çox diqqəti cəlb edir. Eyni bədii-estetik məcrada müəllif mövqeyinin aydınlaşması uyğun ha­şiyə, epi­qraf və s. bədii elementlərlə həyata keçirilir. Tarixilik, müasir hə­qi­qət­lərin keç­miş hadisələri əsasında bədii tədqiqat mərkəzinə çəkilməsi, xarakter bü­tövlü­yü­nün təqdimin bir çox hallarda folklor örnəklərin əsasında aparılır. Ə.Cəfərza­dənin romanları, ayrı-ayrı povest və hekayələrində bayatıların məzmun-simvolik qatının təhkiyəyə qoşulması əsərlərə əlavə emosional poetik rən­garənglik gətirir.

Yazıçı-folklorşünasın iri həcmli əsərləri – romanları ən əsası müəllif ha­şiyələri baxımından seçilir. Ədibin romanlarında yazıçı təhkiyəsi və ha­şiyələri folklor nümunələri əsasında aparılmış, hadisələrə münasibət, ob­raz­la­rın təsviri və s. uyğun şifahi ədəbiyyat janrları, xüsusilə bayatılarla ve­ril­miş­dir.

Azərbaycan folklorunun ən qədim janrları sırasına daxil olan bayatılar həm tarixiliyi, həm də yaranma xüsusiyyətləri baxımından şifahi ədəbiyyatın digər janrlarından fərqlənir. İnsanın hiss, emosiya, qayğılarında formalaşan bayatıların mövzu seçkinliyi tarixi-məişət kontekstinə bağlı daha rəngarəng, çeşidlidir. İlkin dünyagörüşün izlərindən başlayaraq bir çox tarixi dövrlərin məzmununu öz üzərində saxlayan bayatıların səciyyəviliyi yazıçıya həyat hadisələri, müəllif qayə və düşüncəsini ümumiləşdirməklə ayrıca bədii-poetik vasitəyə çevrilir. Yazıçının tabe olduğu bədii qanunauyğunluqlarda obrazlı fikir, ümumiləşdirmə, tipikləşmə və s. yaradıcılıq faktlarında xalq ədə­biy­ya­tı­nın bu janrı ayrıca süjet və obrazlılıq məqamını müəyyənləşdirir. Bu baxımdan gör­kəmli nasir, publisist Ə. Cəfərzadə bədii irsində bayatılardan mövzu, mət­ləb, bədii situasiyaya uyğun yaradıcı şəkildə qaynaqlanmışdır.

Bədii söz mayası folklorla yoğrulmuş Ə.Cəfərzadəni öz bədii yara­dı­cı­lı­ğın­da bayatılardan geniş şəkildə istifadı etməsi bu janrın poetik özünə­məx­sus­luğu ilə bağlıdır. Azərbaycan alimləri bu janrı müxtəlif tərəflərdən səciy­yə­lən­dir­mişlər. Həmin fikirlərin hamısından burada bəhs etmək imkanı yoxdur. On­lara ümumi şəkildə nəzər etdikdə bu janrda Ə.Cəfərzadəni cəlb edən əsas xüsusiyyətləri elmi şəkildə ümumiləşdirmək mümkün olur:


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin