Obrazların hiss-həyəcanlarını bir-birinə lirika ilə, nəğmələrlə anlatması əslində dastan poetikası, strukturunun səciyyəviliyinə bağlıdır. Ə.Cəfərzadənin romanlarındakı süjetliliyin ayrı-ayrı sərlövhələr altında verilməsi, ümumi ana xəttə bağlı süjet sərbəstliyi yaratdığından burada qəhrəmanların taleyi, konkret şəklində onların adları ilə bağlı başlıqlara daxil edilir. Məhz bu nəqlolunmada sevgi, məhəbbət motivləri ayrıca rəvayət, kiçik dastana çevrilməklə uyğun janrın poetikasını da özündə saxlayır. Eyni romanda yenə də yuxarıda adları çəkilən obrazların dilindən oxuyuruq: