Axşamlar, ay axşamlar,
Şam yanar ay axşamlar.
Evli evinə gedər,
Qərib harda axşamlar (2, 93).
Yaxud “Yad et məni” romanında da Dürdanə ananın dilindən söylənilən bayatılar eyni mövzuya bağlıdır:
“ Şirvandan karvan gedir,
Qabaqda sarvan gedir,
İntizar gözlərimdən
Gecə-gündüz qan gedir (4, 75).
Göy bulud, Şirvan ayaz,
Yaz məni, Şirvana yaz,
Günün yad eldə keçir,
Dərdin Şirvana yaz” (4, 77).
Romanların tarixi-bioqrafik xüsusiyyətləri, eləcə də hadisə, obrazların vətən, torpaqdan kənarda baş verməsi, yaşamaları və s. bağlı olaraq adı çəkilən əsərlərdə ayrılıq, kədər motivinə əsaslanan bayatılara daha çox rast gəlməsinə baxmayaraq, məhəbbət mövzulu nümunələr də burada ayrıca yer tutur:
Palazda narıncı var,
Dostları ilə paylaş: |