İşin elmi nəticəsi: Qarabağ ədəbi mühitinin Aşıq Abbas, Şair Məmmədalı kimi bir çox simalarının bədii irsinin itib-batmasına baxmayaraq, şeirlərinin sevilərək bu gün də ağızlarda söylənilməsi onların güclü qələm ustaları olmasından xəbər verir. Onlar ədəbi məclislərdə fəal iştirak etməklə dövrün bədii fikrinin formalaşmasında mühüm rol oynamışlar.
İşin elmi yeniliyi: Aşıq Abbas, Şair Məmmədalı, Musa Kəlimullah, Aşıq Alı kimi bir çox unudulmuş şairlərin həyat və yaradıcılığı ilk dəfə araşdırma mövzusu olmuş, mənbələrdə müəllifi qeyd olunmayan bir çox şeirlərin dil və üslub xüsusiyyətlərindən çıxış edərək müəllifi müəyyənləşdirilmişdir.
ƏDƏBIYYAT
1. Qarabağnamələr, I kitab, Bakı, 1989
2. Lətif Qarabağlı. Şuşa və Hindistan xatirələrim. Bakı, 1996
3. Azərbaycan ədəbiyyat tarixi. I c., Bakı, Elm, 2004
4. Mir Möhsün Nəvvab. “Təzkireyi-Nəvvab”, Bakı, 1989
5. Əli Əliyev. Laçın qədim Oğuz yurdu, Bakı, 2009
6. Qarabağnamələr. II kitab, Bakı, 1991
7. “Laçın” qəzeti, 1996-cı il, 18 oktyabr, N:51, M.F.Axundzadə adına Milli kitabxananın dövrü mətbuat arxivi
Jalə COŞĞUN
Dostları ilə paylaş: |