Azərbaycan tarixi


Aşşurun qədim Azərbaycan torpaqlarına yürüşləri



Yüklə 0,62 Mb.
səhifə20/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   16   17   18   19   20   21   22   23   ...   269
Azərbaycan tarixi mühazirə

Aşşurun qədim Azərbaycan torpaqlarına yürüşləri. E.ə. XIV əsrdən Aşşur dövləti yenidən güclənməyə başlayır və Aşşur Azərbaycan ərazisində yaşayan tayfalara qarşı yürüşlərə başlayır. Aşşur hökmdarı I Adadnirarinin dövründə (e.ə.1307-1275-ci illər) bu yürüşlər daha da intensivləşir. I Adadnirarinin kitabəsində onu “Kuti, Lullubi və şubarları (subarları) məğlub edən..., turukki və Niqimhi ölkələrinin bütün hüdud­ları bo­yunca, dağ və meşəli, yüksək dağ ərazisini işğal edən” hökmdar adlandırırlar. Dəfələrlə adı çəkilən tayfalar başda malku (məlik) adlanan hakimlər olmaqla Aşşura qarşı mübarizə aparırdılar. Çar I Salmanasar (e.ə. 1274-1275-ci illər) kutilərin üsyanını çox çətinliklə yatıra bilmişdi. I Salamanasarın dövründə aid mənbələrdə kuti və lullubilərin adı çəkilir, turukkilər isə yada salınmır. Görünür, artıq turukkilər müstəqilliyini itirmiş və adı çəkilən tayfalarla qaynayıb qarışmışlar. I Salamanasardan sonra hakimiyyətdə olan başqa Aşşur çarları da lullubilərə, kutilərə, subarlara və Azərbaycanda yaşayan sair tayfalara qarşı işğalçılıq yürüşləri təşkil etmiş, onların şəhərlərini, təsərrüfatlarını, dini məbəd­lərini talan edib dağıtmışlar.
Beləliklə, e.ə. II minillikdə Azərbaycan torpaq­larında turuk­kilər, kutilər, lullubilər və subarlar (şubarlar) yaşamışlar. Bu tayfa ittifaq­ları mütəmadi olaraq qonşu Aşşurun işğalçılıq siyasətinə qarşı çıxmış, öz müstəqilliklərini qorumaq uğrunda uzun dövr mübarizə aparmışlar. Mənbələrdən görünür ki, bu tayfalar hökmdarlar, hakimlər və tayfa başçıları tərəfindən idarə olunurdular. Lakin min illər ərzində onlar pərakəndə halda mövcud olmuş, vahid dövlət halında birləşə bilmə­mişlər. Nəticədə, onlar tez-tez ətraf dövlətlərin, xüsusən də Aşşurun hücumlarına məruz qalır, onların təsərrüfatları talan edilir, dağıdılır, əhalisi əsir aparılırdı. Aşşurların Azərbay­canda yaşayan tayfalar üzərində hökmranlığı daimi olmamışdır, çünki adını çəkdiyimiz tayfalar düşmən əsarətində yaşamaqla barışmır, aşşurlara qarşı üsyanlar qaldırır, azadlı­ğını bərpa edirdilər. Hətta turukkilər, lullubilər, kutilər bəzən ayrı-ayrılıqda Aşşurun özünə qarşı hərbi yürüş təşkil edir, ona ağır zərbələr endirirdilər. Lakin siyasi pərakəndəlik bu tayfalara birləşməyə imkan vermirdi. Aşşura həlledici zərbə vurmaq, birdəfəlik onun işğalçı basqın­larından xilas olmaq mümkün olmurdu.
E.ə. II minilliyin sonuna Aşşurun Azərbaycan ərazilərində yaşa­yan tayfalara qarşı təcavüzü daha təhlükəli xarakter aldı. Tayfa başçıları xarici təhlükədən birgə müdafiə olunmaq üçün vahid dövlətdə birləşmək zərurətini Dərk etdilər və e.ə. I minilliyin baş­lanğıcında Azərbaycanda mövcud olan tayfalar yeni dövlət qurumunun meydana gəlməsi ərəfəsində idilər.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin