Azərbaycan tarixi



Yüklə 0,62 Mb.
səhifə21/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   17   18   19   20   21   22   23   24   ...   269
Azərbaycan tarixi mühazirə

2.2.Manna dövləti.


Mannanın tarixi coğrafiyası və əhalisi. Manna adı ilk dəfə e.ə. 843-cü ildə Aşşur hökmdarı III Salmanasarın kitabələrində çəkilir. Bu dövlətin adı Aşşur, Urartu mənbələrində və Bibliyada (İncildə) Munna, Manna, Mannas, Mana, Minni və sair formalarda çəkilmişdir. Manna ilk olaraq Urmiyadan cənub və cənubi-şərq torpaqlarda, yəni əvvəllər Lullubi dövləti mövcud olan ərazilərdə yaranmışdır. Mannanın sərhəd­ləri cənubda Diyala və Zab çaylarına, cənubi-şərqdə Kaspi ölkəsi, Parsua və Midiya hüdudlarına qədər, şərqdə Xəzər dənizinə, şimalda Araza çayına və qərbdə Urmiya gölünə qədər uzanırdı. Göründüyü kimi, Mannanıın mövcud olduğu ərazilər bugünkü Cənubi Azərbaycan əraziləri ilə tam üst-üstə düşür.
E.ə. 714-cü ildə Urartu çarı I Rusanın aşşurlar tərəfindən məğlub olması Mannanın ərazilərinin Urmiyadan cənuba və Arazdan şimala doğru genişlənməsinə imkan yaratdı.Dövlətin ərazisi inzibati cəhətdən əya­lətlərə bölünmüşdü ki, onlar da canişinlər tərəfindən idarə olunur və mərkəzi hakimiyyətə tabe idilər. Mannanın tərkibinə Zamua, Gizilbunda, Zikertu, Andia, Uişdiş, Subi və s. əyalətlər daxil idi.Bunlardan ən böyü­yü Zamua əyaləti idi ki, o Mannanın özəyini təşkil edirdi.
Dövlətin paytaxtı İzirtu şəhəri olmuşdur. Tarixi mənbə­lərdə Manna ərazisində müx­təlif şəhər-qalaların olması barədə məlumatlar yer almışdır. Xarici basqınlardan qorunmaq üçün bu cür qalalar yüksək­liklərdə və yaxud çay kənarlarında salınırdı.
Manna əhalisinin əsasını burada yaşayan yerli əhali - kutilər, lullubilər, turuk­kilər, subarlar təşkil edirdilər. Sonralar Mannada qismən hurrilərin də yaşadığı ehtimal edilir. Adı çəkilən tayfalar (turukkilər, lullu­bilər, subarlar, kutilər) erkən türk (prototürk) dilində danışmışlar və onlar bugünkü azərbaycan­lıların əcdadları olmuşlar.
Manna dövlətinin yaranması. E.ə. I minilliyin başlan­ğıcında Azərbaycanın Urmiya gölünün ətraf ərazilərində iri siyasi tayfa birləş­mələri meydana gəlmişdi ki, onların da hər birinin öz çarı var idi. Bu çarlıqlardan ən böyüyü Zamua çarlığı idi. Çar Nuru Adadın və onu e.ə. 880-ci ildə əvəz etmiş Amekanın dövründə Zamua yüksəliş dövrünü yaşayırdı. Mixi yazılarında Zamuadan əlavə Urmiya ətrafında Allabriya Karalla, Çilzan, Zikertu kimi çarlıqların da adları çəkilir. Bütün bu çarlıqlar qonşu Aşşur dövlətinin qarətçi hücumlarına məruz qalırdılar. Xarici işğalçılardan qorunmaq zərurəti e.ə. IX əsrin ikinci yarısında bu çarlıqları birləşməyə sövq etdi və Zamua vilayəti əsasında vahid Manna dövləti yarandı.
Manna adı Urmiya gölü ətrafında yaşayan soylardan birinin adından götürül­müşdür. Manna yarandıqdan sonra da xarici işğalçıların hücumları səngiməmişdi. Belə ki, e.ə. 829-cu ilə aid mənbələrdə Manna­nın adı Aşşurun işğal etdiyi ölkələr siyahısında çəkilir. Sonralar Manna Aşşur və Urartuya qarşı öz müstəqilliyi uğrunda uzun müddət mübarizə aparmış, Urartuya qarşı Aşşurla, Aşşura qarşı Urartuyla ittifaqa girmiş­dir. E.ə. VIII əsrin ikinci yarısında Mannanın Mazamua vilayəti Aşşur hökmdarı III Tiqlatpalasar tərəfindən işğal olunmuşdur.
Mannanın ən məşhur çarı İranzu (e.ə. 740-719-cu illər) olmuşdur. İranzunun dövründə Manna daxilində separatçılığa son qoyuldu, dövlətin ərazisi xarici işğalçılardan azad edildi, dövlətin əraziləri bir qədər geniş­ləndi. Orduda islahatlar aparıldı, ordu gücləndirildi. Dövlətin idarəetmə sistemi təkmilləşdirildi, ölkə canişinliklərə bölündü İranzunun təyin etdiyi canişinlər bu canişinliklərə başçılıq edirdilər. İranzunun dövründə mərkəz­ləşdirilmiş Manna dövlətinin yaranması prosesi başa çatdı.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin